Ana səhifə »  Müəlliflər »  4 yarımsütunda 4 səhv...
A+   Yenilə  A-
4 yarımsütunda 4 səhv...
Yazdı: Pərviz Sadayoğlu

Və ya “Azadlıq” qəzetinin növbəti yalanı
Qeyri-obyektiv iddialar əsasında tələm-tələsik “müdafiə” xətti yaratmağa çalışmaq çox hallarda insanın əsl istəyini və simasını ortaya çıxarmağa imkan verir. Belə hallarda yalanı müdafiə etməkdən doğan həyəcan və üstəlik naşılıq səhvlərin ortaya çxmasına vəsilə yaratmış olur. Məsələn, “Azadlıq” qəzeti kimi...
Bu qəzetin 9-10 may 2015-ci il tarixli nömrəsində “Yeni Azərbaycan” qəzetində gedən “Amerikansayağı söz azadlığı” məqaləsi haqqında yazı yazmaq məqbul hesab edilib. Qeyd edək ki, “Azadlıq”ın məqaləsində 3 may - Ümumdünya Mətbuat Azadlığı Günü ilə bağlı Riqa şəhərində keçirilən tədbirə toxunulub və “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun tədbirlə bağlı yazdığı səfər qeydləri “təftiş” olunub. Çox təəssüf ki, həmkarlarımız 4 yarımsütunluq yazıda 4 ciddi səhvə yol veriblər. Bu səhvləri bir-bir sadalamağa ehtiyac var. Çünki buraxılan səhvlər, qeyd etdiyimiz kimi, tələm-tələsik şəkildə şəri müdafiə etmək istəyindən doğub...
Səhv şəkil, təhrif edilmiş ad və “dəyirmi tədbir” icadı...
Birincisi, söhbət “Yeni Azərbaycan” qəzetindən getdiyi halda, “Azadlıq” qəzetində çalışanlar səhvən “Azərbaycan” qəzetinin loqotipini yazının mərkəzinə yerləşdirməklə özlərinin “peşəkarlıqlarını” növbəti dəfə sübuta yetirmiş oldular. Təbii ki, buna artıq şərh verməyə belə ehtiyac duymuruq...
İkincisi, yazıdakı qeyri-dəqiqlik, təhrif yalnız şəkillə bitmir. Bu səhvlər yazının içində də müşahidə olunur. Belə ki, “Azadlıq” qəzeti məqalə həsr etdiyi Hikmət Babaoğlunun adını 3 yerdə düzgün yazsa da, bir yerdə “Yeni Azərbaycan” qəzetinin baş redaktorunu Səlim Babullaoğlu adlandırıb...
Üçüncü bir məsələ isə ondan ibarətdir ki, “Azadlıq” qəzetinin “istedadlı jurnalisti” indiyə qədər keçirilən tədbirlərin sırasına maraqlı və yeni bir format əlavə edib: “dəyirmi tədbir”... Bu vaxta qədər tədbirlərin formatının tərkibində “dəyirmi masa” eşidilmişdisə, “dəyirmi tədbir”, deyəsən, yeni icaddır. Yəqin ki, bu da “Azadlıq” qəzetinin kəşfi və ya fantaziyasıdır...
Ermənilərə xidmət göstərən “müstəqil “Azadlıq”...
Ən nəhayət, dördüncü və fikrimizcə, ən böyük səhv ondan ibarətdir ki, “Azadlıq” qəzeti özü haqda danışarkən özünü “yeganə müstəqil yazı mətbuat(ı)” kimi təqdim edir. Yuxarıda qeyd edilən səhvlərin içində ən böyük səhv, yanlışlıq və yalan da elə bundan ibarətdir.
“Azadlıq” qəzeti iddia edir ki, “Yeni Azərbaycan” qəzeti daima “haqsız” olaraq onları ermənipərəstlikdə, erməni dəyirmanına su tökməkdə ittiham edib. İlk əvvəl bir haşiyəyə çıxmağı özümüzə borc bilirik ki, “Yeni Azərbaycan” qəzetinin ortaya qoyduğu arqumentlər və faktlar “Azadlıq” tərəfindən təkzib olunmayıb və necə deyərlər bu qəzet susmaqla səslənən fikirlərin həqiqət olduğunu təsdiq etmiş olub. Verilən cavablar isə hər zamankı kimi faktlara söykənməyən, yalan pafosu özündə əks etdirən taftalogiyanı xatırladıb.
“Azadlıq” qəzeti bu dəfə isə özü-özünü ifşa etdi. Yəni, qeyd edilən yazının özündə də açıq şəkildə “Yeni Azərbaycan” qəzetinin haqlı olduğu ortaya qoyulur.
Erməni qəzetində işləyən Arzu Qeybullanın Azərbaycanın milli mətbuatına aidiyyəti yoxdur
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlunun “Amerikansayağı söz azadlığı” məqaləsində əsasən ermənilərin “Agos” qəzeti və onun əməkdaşı Arzu Qeybulla tənqid olunur. Xüsusi vurğulamaq lazımdır ki, A.Qeybulla adlı bu “sapı özümüzdən olan balta”nın ölkəmiz haqda yalanlar danışması, milli mətbuatımızla bağlı ermənilərin arzularından doğan fikirləri dilə gətirməsi hər bir azərbaycanlının etirazına səbəb olmalıdır. Digər tərəfdən, kim hansı milli mətbuatın nümayəndəsidirsə, hansı milli mətbuatı təmsil edirsə, ondan danışmağa haqqı var. Ermənilər tərəfindən çap olunan, tərcüməsi isə “çuxur”, “çala” anlamını verən “Agos”da çalışan bu şəxs hansı haqla Azərbaycanın milli mətbuatı ilə bağlı ekspert qismində çıxış edə bilər? Yəqin ki, A.Qeybulla elə qəzetinin adının anlamı kimi ermənilərin qazdığı çuxurun “beli” qismində çıxış etməyə niyyətlənibmiş.
Bir daha vurğulayaq ki, ermənilərin “Agos” qəzetində çalışan bu şəxs Azərbaycan mətbuatı haqqında düzgün, ədalətli mühakimə irəli sürə bilməz, obyektiv qiymətləndirmə apara bilməz. Çünki Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağın və ətrafındakı rayonların ermənilər tərəfindən işğal edilməsi fonunda onun ermənilərin qəzetində çalışması milli hisslərdən nə qədər uzaq olduğunun göstəricisidir. Əgər bir jurnalistin fəaliyyətində milli hisslər yoxdursa, Vətənə, dövlətə münasibət məhz erməni prizmasından baxmaqla formalaşırsa, bu adam, əlbəttə ki, Azərbaycan mətbuatı haqqında obyektiv fikirlər səsləndirə bilməz. A.Qeybulla erməni qəzetində çalışırsa və bu qəzet hər gün Azərbaycanın, Türkiyənin, Türk dünyasının əleyhinə yazılar dərc edirsə, qondarma “soyqırımı”nın təbliği ilə məşğuldursa, demək, həmin şəxs ermənilərin ölkəmizə qarşı apardığı işğal faktını da “alqışlayır”, qondarma “soyqırımı”nı da qəbul edir, Xocalıda ermənilərin törətdikləri soyqırımına etiraz etmir, bu, onu hətta təəccübləndirmir. Bu fakt göstərir ki, Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsi və bir milyona yaxın azərbaycanlının öz ev-eşiyindən, doğma yurdundan didərgin salınması kimi məsələlər onu zərrə qədər narahat etmir. Belə birisi Azərbaycan mətbuatı haqqında yalnız və yalnız ermənilərin düşündükləri kimi düşünə bilər, Azərbaycan mətbuatını yalnız ermənilərin gözü ilə qiymətləndirə bilər... Bir sözlə, onun qiymətləndirməsini, Azərbaycan mətbuatı haqqında Riqada səsləndirdiyi fikirləri də ermənilərin fikirləri kimi qəbul etmək olar.
“Azadlıq” qəzeti bu dəfə də ermənilərin müdafiəsi uğrunda canfəşanlığı ilə yadda qaldı
O ki qaldı “Azadlıq” qəzetinə, bu mətbu rupor həm “Yeni Azərbaycan” qəzetini onları ermənipərəstlikdə suçlamaqda ittiham edir, həm də dərc etdiyi məqalədə dolayısı ilə “Agos” qəzetinin nümayəndəsini və erməni qəzetinin mövqeyini müdafiə etməyə çalışır. İndi gəlin görək, “Yeni Azərbaycan”ın iddiası doğru deyil, yoxsa erməniliyin müdafiəsinə yönələn bu yazı “Azadlıq” qəzetinin yeni etirafıdırmı?
Belə bir fikir var ki, məntiq ən yaxşı casusdur. Biz də məntiqə söykənərək “Azadlıq” qəzetinin özündən xəbərsiz özünün etirafını təsbit etdik. Hesab edirik ki, bu təsbitimiz doğrudur. Bir daha “Azadlıq” qəzetini, orada işləyən həmkarlarımızı milli mənafeyimizlə bağlı məsələlərdə obyektiv, doğruçu olmağa səsləyirik. Çünki Arzu Qeybullanın kimlyi, hara xidmət etdiyi, kimlərin danışan dili olması istər Azərbaycan cəmiyyətinə, istərsə də mətbuata yaxşı bəllidir...

 
  • Oxunub:  18000  |  
  • Tarix:  13-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA