Ana səhifə »  Müəlliflər »  Transmilli media şəbəkəsinin Azərbaycana qarşı qərəzli “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
A+   Yenilə  A-
Transmilli media şəbəkəsinin Azərbaycana qarşı qərəzli “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
Yazdı: Mübariz Abdullayev

Bütün gözdənsalma cəhdlərinə baxmayaraq, birinci Avropa Oyunları dünyada ölkəmizin reallıqlarının təsdiqinə çevriləcək, qlobal əməkdaşlığa yeni töhfə olacaq və möhtəşəm idman bayramı kimi tarixdə həmişəlik qalacaq
Azərbaycan böyük hadisə ərəfəsindədir. Ölkəmizin cari ilin iyununda ev sahibliyi edəcəyi birinci Avropa Oyunlarının start götürməsinə sayılı günlər qalır. Oyunların davam edəcəyi 17 gün ərzində Avropanın bütün ölkələrindən 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 medal dəsti uğrunda mübarizə aparacaq. Əlamətdar haldır ki, birinci Avropa Oyunlarından həm də 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarına kvalifikasiya platforması qismində istifadə ediləcək. Belə ki, ilk Avropa Oyunları çərçivəsində keçiriləcək yarışlardan 16-sı Olimpiya idman növüdür.
Birinci Avropa Oyunlarına dünyada böyük maraq var
AOK-un prezidenti Patrik Hikki Bakıda innovativ idman yarışmasının keçiriləcəyini vurğulayıb. AOK-un prezidenti “Bakı-2015” ilk Avropa Oyunları məşəlinin alovlandırılması mərasimindəki çıxışında Oyunlara hazırlıq sahəsində bütün Bakı heyətinin dünya rekorduna imza atdığını xüsusi nəzərə çatdırıb: “Təşkilat Komitəsi və “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsinin peşəkar heyəti planlarımızı reallığa çevirmək üçün 27 ay ərzində yorulmadan çalışıblar. Belə qısa müddət ərzində görülmüş bu qədər işləri hətta ən çılğın arzularımızda təsəvvür edə bilməzdik. Əslində, bütün Bakı heyəti hətta Oyunlar başlamazdan öncə dünya rekorduna imza atdı”.
Öz növbəsində Rusiya, İsveç, Norveç, Almaniya, İtaliya, Fransa və diğər ölkələrin müvafiq strukturlarının rəsmiləri də birinci Avropa Oyunlarının əhəmiyyəti barədə yüksək fikirlər ifadə ediblər. Ümumiyyətlə, birinci Avropa Oyunlarına dünyada olan böyük marağı xüsusi vurğulamaq lazımdır. Yarışları dünyanın 100-dək ölkəsində, o cümlədən, Avropada, Asiyada, Afrikada, Şimali və Cənubi Amerikada, eləcə də, Avstraliyada təxminən 1 milyard tamaşaçının izləyəcəyi ehtimal olunur. Yarışlar dünyanın bir çox ölkələrində canlı olaraq yayımlanacaq. Bununla əlaqədar, “Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi ayrı-ayrı ölkələrlə yayım müqavilələri imzalayıb.
Yeri gəlmişkən qeyd edək ki, bir çox ölkələrin nüfuzlu mətbuat orqanları birinci Avropa Oyunlarına Bakıda yüksək səviyyədə hazırlıq işləri görüldüyü ilə bağlı silsilə yazılar dərc edirlər. Macarıstanın aparıcı xəbər portallarından biri olan metropol.hu saytında “Bakı-2015” ilk Avropa Oyunlarına həsr olunan bir neçə məqalə yayılıb. “Bakının siması” və “Bakı hazırdır” adlı məqalələrdə Azərbaycan, onun iqtisadiyyatı, neft sənayesi, eləcə də, Bakının tarixi, görməli yerləri, inkişafı haqqında ətraflı məlumat verilir. Məqalələrdə əsas diqqət isə Bakının ev sahibliyi edəcəyi ilk Avropa Oyunlarına verilir.
Bundan başqa, qardaş Türkiyənin müxtəlif xəbər portallarında, Fransanın “Le Parisien” və “La Croix” kimi gündəlik qəzetlərində də Azərbaycanda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqla bağlı geniş məqalələr dərc olunub.
Bəs “The Guardian” və bu qəbildən olan bəzi transmilli media qurumlarının niyyəti nədir?
Bütün bu pozitiv məqamlarla yanaşı, ABŞ-dakı bəzi dairələrin, Avropadakı islamofob qüvvələrin, xaricdəki erməni lobbisinin birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı “qara piar” aparmalarının mahiyyətində qərəz dayandığı açıq-aydın hiss olunur. Belə ki, bu günlərdə “Human Rights Watch”, “Freedom House”, NED kimi təşkilatlar vasitəsilə Azərbaycanla bağlı yalan, subyektiv mülahizələrdən ibarət dezinformasiya və şantaj xarakterli məlumatlar artan xətt üzrə dövriyyəyə buraxılır. Sözügedən dairələr dünyanın nəzər-diqqətinin Azərbaycana yönəldiyi bir vaxtda ölkəmizə qarşı xüsusi layihəyə start veriblər. ABŞ-ın NED təşkilatının moderatorluğu ilə qarşıdakı 2 il müddətində həyata keçiriləcək layihəyə artıq külli miqdarda vəsait də ayrılıb. NED-in təşkilatçılığı ilə bu günlərdə Vaşinqtonda keçirilən “Azərbaycan: Demokratik həmrəylik üçün sınaq” tədbiri ilə layihənin əsası qoyulub. Oxşar tədbir “CEEBank watch Network”, “Anti-TAP”, “Platform” kimi təşkilatların iştirakı ilə Brüsseldə düzənlənib. Bunun ardınca isə haradan peyda olduğu bilinməyən “Sport for rights” adlı qondarma təşkilat Avropa Parlamentində “Bakı Oyunları. İnsan haqları uğrunda mübarizə” mövzusunda tədbir keçirib.
Məsələ burasındadır ki, haqqında bəhs olunan tədbirlərin, guya, birinci Avropa Oyunları ilə bağlı təşkil olunduğu bildirilsə də, müzakirə olunan mövzular tamam başqa mətləblərdən xəbər verir. Həmin “müzakirə”lərdə, bir qayda olaraq, ölkəmizin həqiqətləri təhrif edilir, birinci Avropa Oyunlarının əhəmiyyətinin azaldılmasına cəhdlər göstərilir. “The Guardian” və bir sıra digər transmilli media qurumları isə sözügedən dairələrin ruporu rolunda çıxış edirlər. Məsələn, birinci Avropa Oyunları ilə bağlı yazı dərc edən “The Guardian” açıq-aydın sifariş yerinə yetirdiyini büruzə verir. Qəzet Oyunların miqyasına kölgə salmaq məqsədilə gah ayrı-ayrı ölkələrin yarışlara zəif heyətlə qatılacağını iddia edir, gah da ölkəmizin demokratik imicinə xələl gətirmək üçün “qara piar” kampaniyası həyata keçirir.
Deyilənlərdən o nəticə hasil olur ki, “The Guardian” Avropa idman ailəsinin qürur duyduğu birinci Avropa Oyunlarını hədəfə almaqla Avropanın özünə qarşı çıxır. Lakin bu kimi uğursuz cəhdlərlə birinci Avropa Oyunlarının miqyasına əsla kölgə salmaq mümkün deyil. Bəzi qaragüruhçu “beynəlxalq” qurumların, transmilli media şəbəkəsinin qarayaxma kampaniyası heç bir nəticə verməyəcək və birinci Avropa Oyunları dünyada Azərbaycan reallığının təsdiqinə çevriləcək, ölkələr arasında əməkdaşlığa yeni töhfə olacaq, nəhayət, möhtəşəm idman bayramı kimi tarixdə həmişəlik qalacaq.

 
  • Oxunub:  21480  |  
  • Tarix:  26-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri

19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib
17:45
20 Noyabr
“Son iclas” bədii-sənədli filmi Antalyada təqdim olundu
17:36
20 Noyabr
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
17:30
20 Noyabr
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
17:18
20 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri göstərdi ki, qarşılıqlı münasibətlərin böyük perspektivləri var
17:15
20 Noyabr
Azərbaycan nümayəndə heyəti AŞPA-ya gedir
17:14
20 Noyabr
Bakıda “Mənəvi dəyərlərin təbliğində dini təhsil amili” mövzusunda konfrans keçirilib
17:01
20 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş keçirilib
16:50
20 Noyabr
Kiçik və orta sahibkarlığın inkişafı sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə dair ictimai müzakirə keçirilib
16:49
20 Noyabr
Prezident İlham Əliyev hakimlərin və ədliyyə orqanları işçilərinin bir qrupunun təltif edilməsinə dair sərəncamlar imzalayıb
16:29
20 Noyabr
Baş nazir Novruz Məmmədov ATƏM-in Minsk konfransının ilk sədri ilə görüşüb
16:17
20 Noyabr
Vüqar Rəhimzadə: Yeni Azərbaycan Partiyasının hər bir üzvü bu günümüzün uğurlarının əsası olan Heydər Əliyev ideyalarının təbliğatçısıdır
16:13
20 Noyabr
AMEA-da Cümhuriyyət tarixinə dair dəyərli elmi-tədqiqat işləri aparılır
15:44
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığı davam etdirir
15:35
20 Noyabr
Operativ məlumat: Ötən ilin eyni dövrünə nisbətən 26 min tondan çox pambıq tədarük edilib
15:25
20 Noyabr
Belarus KİV-ləri: Azərbaycan Prezidentinin Belarusa səfəri iki ölkənin strateji tərəfdaşlıq münasibətlərində yeni səhifələr açır
15:22
20 Noyabr
Firdovsi Umudov: Heyətdə gənclərə üstünlük verməyə çalışırıq
15:09
20 Noyabr
YAP Qubadlı rayon təşkilatında partiyanın yaranmasının 26 illiyi qeyd olunub
15:01
20 Noyabr
Hikmət Hacıyev: Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri ikitərəfli əlaqələrimizin strateji tərəfdaşlıq xarakteri daşıdığını bir daha təsdiq etdi
14:59
20 Noyabr
Nazir Əmir Mehmud Kiyani: Pakistan Azərbaycanla səhiyyə sahəsində əməkdaşlığa hazırdır
14:45
20 Noyabr
Moskvada MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçiriləcək
14:36
20 Noyabr
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
14:32
20 Noyabr
Ukraynada Müslüm Maqomayevin xatirəsinə həsr olunmuş beynəlxalq müsabiqənin qalibləri müəyyənləşib
14:28
20 Noyabr
Nəcməddin Sadıkov: Azərbaycan müdafiə qüdrətinin artırılması məqsədilə Türkiyə ilə əməkdaşlığı genişləndirir
14:27
20 Noyabr
Nyu-Yorkda Amerika Azərbaycanlılarının Koordinasiya Şurası təsis edilib
14:24
20 Noyabr
Qarşılıqlı mədəni əlaqələr xalq diplomatiyasının ən mühüm vasitəsidir
14:21
20 Noyabr
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
14:16
20 Noyabr
Auditorlar Palatası Gömrük Komitəsi ilə əməkdaşlığa dair sənəd imzalayacaq
14:15
20 Noyabr
Məlahət İbrahimqızı: YAP milli siyasi iradəni təmsil edən və xalqımızın milli maraqlarını ifadə edən avanqard siyasi qüvvədir
14:12
20 Noyabr
Prezident İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14:08
20 Noyabr
Ziyafət Əsgərov: Azərbaycanın qazandığı uğurlarda Yeni Azərbaycan Partiyasının böyük rolu var
12:41
20 Noyabr
NATO PA-nın payız sessiyasında Ermənistanın işğalçılıq siyasətinin yaratdığı təhlükələrdən danışılıb
12:39
20 Noyabr
Vüsal Qasımlı Parisdə "Avrasiya həftəsi" tədbirində çıxış edib
12:07
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası işə başlayıb
11:59
20 Noyabr
İtaliyanın məşhur şirkəti mühəndislər komandası üçün BANM-dən 25 tələbə seçib
11:55
20 Noyabr
AZƏRTAC-ın fotomüxbirinin işləri nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb
11:50
20 Noyabr
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
11:04
20 Noyabr
Azərbaycan dövlətinin qazandığı böyük nailiyyətlərdə Yeni Azərbaycan Partiyası müstəsna rol oynayıb və bu gün də eyni missiya ilə çıxış edir
10:41
20 Noyabr
Seymur Orucov: Yeni Azərbaycan Partiyası ötən 26 ildə böyük və güclü siyasi qüvvəyə çevrilib
10:30
20 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyənin və Gürcüstanın Baş Qərargah rəisləri ilə üçtərəfli görüş keçirəcək
10:04
20 Noyabr
Nyu-Yorkda Azərbaycan İrəvanı haqqında film Amerika ictimaiyyətinə təqdim edilib
09:59
20 Noyabr
Bertrand Sorre: Fransa “Dağlıq Qarabağ hökumətini” tanımır
09:55
20 Noyabr
Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsinin sonuncu oyunun keçirəcək
09:52
20 Noyabr
Azərbaycan Lüksemburq Beynəlxalq Bazarında təmsil olunacaq
09:48
20 Noyabr
Ümumdünya İrs Komitəsinin xüsusi işçi qrupunun ilk iclası keçirilib
09:42
20 Noyabr
Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 8-ci Qlobal Forumunda təmsil olunur
09:37
20 Noyabr
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini pozmaqda davam edir
22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA