Ana səhifə »  Müəlliflər »  “Müsavat”da istefalar davam edir
A+   Yenilə  A-
“Müsavat”da istefalar davam edir
Yazdı: Pərviz Sadayoğlu

Suraxanı rayon təşkilatının üzvləri də partiyadan ayrıldıqları ilə bağlı bəyanat veriblər
Müsavat Partiyasında daxili gərginlik son mərhələyə qədəm qoyub. Belə ki, partiya daxilində saxta seçkilərlə sədr postuna yiyələnmiş Arif Hacılının “müsavat”çıları repressiyaya məruz qoyaraq təşkilatdan uzaqlaşdırması yeni qarşıdurmaya yol açıb. Daha dəqiq desək, “narazılar” qruplaşmasının Vurğun Əyyubun partiyadan qovulmasına etiraz olaraq “Müsavat”ın qərargahının önündə aksiya keçirməsindən sonra bir neçə partiya üzvünün qovulması yeni istefalar dalğasına yol açıb. Məlumat üçün bildirək ki, “Müsavat” üzvləri Vurğun Əyyubun partiya sıralarından qanunsuz olaraq çıxarılması ilə yanaşı, partiyanın hazırkı rəhbərliyinin apardığı siyasətə də etiraz ediblər. Lakin qurultay saxtakarlığına etiraz edən insanlar Müsavat Partiyasının həm köhnə, həm də yeni başqanı tərəfindən “agent” və “xain” elan ediliblər.
Yeri gəlmişkən, həmin aksiyada “Müsavat”ın sabiq üzvü Əlövsət Sadıqlı partiya rəhbərliyini sərt şəkildə tənqid edərək bildirib ki, Arif Hacılı qanunsuz olaraq başqan seçilib. Ə.Sadıqlı deyib ki, İsa Qəmbər başda olmaqla hazırkı rəhbərlik qurultayın sənədləri tam hazır olmamış Ədliyyə Nazirliyinə göndəriblər və bu da cinayət məsuliyyəti yaradır.
Arif Hacılı komandasının bu etiraza cavabı isə daha “sərt” olub. Belə ki, aksiyanın təşkilatçıları - Suraxanı rayon təşkilatının sədri Rövşən Dəmirli, üzvlər Rahib Mirələmov və Əli Qasımbəyli “Nizamnamə tələblərini kobud şəkildə pozduqları” səbəbi ilə partiyadan çıxarılıblar. Partiyadan qovulan şəxslər isə bu qərarın birbaşa İsa Qəmbər tərəfindən verildiyini iddia edirlər. R.Mirələmovun sözlərinə görə, İsa Qəmbər formal olaraq başqanlıqdan getsə də, partiyanı özü idarə edir: “İsa Qəmbər və Arif Hacılı hər şeyə dözümsüz yanaşır, köhnə kommunist təfəkkürü ilə hərəkət edirlər. Onları tənqid edənləri, yürütdükləri siyasəti bəyənməyənləri də partiyadan çıxarmaqla cəzalandırırlar. Mən partiya rəhbərliyindən haqqımda söylədikləri “xain”, “satqın” ifadələrinə görə üzr istəmələrini tələb edəcəm. Əks təqdirdə, məhkəməyə müraciət edərək bütün deyilənlərə aydınlıq gətirilməsinə çalışacam. Onda kimin satqın, kimin xain olduğu ortaya çıxacaq”.
“Narazılar”ın partiyadan qovulması “Müsavat”da yeni istefa dalğasına səbəb olub. Belə ki, Müsavat Partiyası Nizami rayon təşkilatının keçmiş sədri Nizaməddin Quliyev partiyadan istefa verib. N.Quliyev istefa addımını “Müsavat”da baş verənlərə və partiya rəhbərliyinin tutduğu mövqeyə etiraz olaraq atdığını bildirib. O, artıq istefa ərizəsini partiyaya təqdim edib.
Digər bir “müsavat”çı Mirismayıl Hadi də partiya üzvlüyündən istefa verdiyini açıqlayıb. O bildirib ki, qurultaydan sonra partiya rəhbərliyini ələ keçirmiş bir qrupun yeritdiyi siyasət, partiyanın yaradılmasında və bu günə qədər fəaliyyətində danılmaz rolu olan insanlara qarşı qərəzli münasibət göstərilməsi, əsassız yerə onların partiyaya qarşı xəyanətdə ittiham edilməsi qəbuledilməzdir: “Partiyanın rəhbərliyini ələ keçirən həmin kiçik qrupla bir yerdə olmaq, birgə fəaliyyət göstərmək mümkünsüz görünür. Ona görə də, mən götür-qoy etdim və partiya sıralarından çıxmağa qərar verdim”.
Bunun ardından isə Arif Hacılı “narazılar” qruplaşmasının başqa bir üzvünü, partiyanın qadınlar birliyinin sədri Ellada Məmmədlini də xaric edib. Belə ki, partiyanın Xətai rayon təşkilatının iclasında E.Məmmədli “Müsavat”dan çıxarılıb. Onu partiya üzvlərini istefaya təhrik etməkdə günahlandırıblar. Maraqlıdır ki, bu qərar da E.Məmmədlinin özünün iştirakı olmadan qəbul edilib.
E.Məmmədlinin partiyadan qovulması isə yenidən istefaların gündəmə gəlməsinə səbəb olub. Müsavat Partiyası məclisinin üzvü Məlahət Mürşüdlü partiya sıralarından istefa verib. M.Mürşüdlü bununla bağlı Müsavat Partiyası Nizami rayon təşkilatının sədrinə ərizə ilə müraciət edib. O, ərizəsində bildirib ki, partiyada nizamnaməyə əməl edilməməsinə etiraz əlaməti olaraq partiyadan istefa verir.
Ondan başqa Müsavat Partiyasının məclis üzvü Arifə Hüseynli də partiyadan istefa verdiyini açıqlayıb. O, da “Müsavat” rəhbərliyinin siyasətinə etiraz olaraq partiyadan istefa verdiyini bildirib.
“Müsavat”ın Suraxanı rayon təşkilatının üzvlərinin partiyadan kənarlaşdırılması isə partiya rayon təşkilatında hiddətə səbəb olub. Müsavat Partiyası Suraxanı rayon təşkilatının 10 nəfər üzvü bəyanat verərək partiyadan çıxdıqlarını elan ediblər. Bəyanatda qeyd olunub ki, istefa qərarı “Müsavat”ın VIII qurultayından sonra partiya rəhbərliyinin yürütdüyü siyasətə narazı olanların təşkilatdan çıxarılmasına etiraz olaraq verilib. İstefa verənlərin arasında bir nəfər şura üzvü, 9 nəfər sıravi üzv var. Bu şəxslərin ardından isə Suraxanı rayon təşkilatının daha 3 üzvü - Yavər Şirinxub, Nüsrət Kazımov və Zakir İsmayılov da “Müsavat”dan ayrıldıqlarını bildiriblər.
Məlumat üçün bildirək ki, qarşıdurmanın əsas səbəbi bir müddət öncə Vurğun Əyyubun Binəqədi rayon təşkilatının 8 saylı mikrorayon “A” özəyinin qərarına əsasən qovulmasıdır. Verilən qərarda əsas olaraq isə V.Əyyubun özəyin iclaslarına qatılmaması, qərarlara tabe olmaması və üzvlük haqqını ödəməməsi göstərilib. V.Əyyubun qovulmasına etiraz əlaməti olaraq keçmiş divan üzvü Adil Qeybulla da “Müsavat”dan istefa verib.

 
  • Oxunub:  22320  |  
  • Tarix:  30-05-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir

16 İyun 09:35
Bakı ilə Şarm-əl-Şeyx arasında birbaşa uçuşlar həyata keçiriləcək
16 İyun 09:18
Azərbaycan “Kosmik Trayektoriyaların Optimallaşdırılması üzrə Dünya Çempionatı”nda uğurlu nəticə göstərib
16 İyun 09:16
Mariya Zaxarova: Mən Bakını çox sevirəm
16 İyun 09:11
VII Muğam Televiziya Müsabiqəsi başa çatıb
16 İyun 09:07
Azərbaycan Badminton Federasiyasının hesabat-seçki konfransı keçirilib
15 İyun 20:58
Qadın parlamentarilər TürkPA Beynəlxalq Katibliyinin mənzil-qərargahında olublar
15 İyun 19:11
Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş günüdür
15 İyun 19:02
Bakı Konqres Mərkəzində məzun gecəsi keçirilib
15 İyun 18:27
Polis Akademiyasında Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 18:24
Mehriban Əliyeva: Təhsil hər bir millətin tərəqqisinin, parlaq gələcəyinin əsasını təşkil edir
15 İyun 16:42
Müdafiə naziri: Düşmən təxribatlarının qarşısı adekvat tədbirlər görülməklə alınmalı və şəxsi heyətin təhlükəsizliyi təmin edilməlidir
15 İyun 16:40
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
15 İyun 16:38
15 iyun - Müstəqilliyimizi şərəfləndirən şanlı tarix
15 İyun 16:30
Milli Qurtuluş Günü münasibətilə Yaponiyanın “Himalaya” radiosunda xüsusi veriliş yayımlanıb
15 İyun 15:50
Hulusi Kılıç: Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə gəlişi ilə Azərbaycan milli qurtuluşa nail oldu
15 İyun 15:37
Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarının növbəti buraxılışı keçirilib
15 İyun 15:13
Dövlət Təhlükəsizliyi Xidmətində 15 iyun – Milli Qurtuluş Gününə həsr olunan təntənəli tədbir keçirilib
15 İyun 15:06
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib
15 İyun 14:35
Kənd Təsərrüfatı Nazirliyi: Bu günədək kümçülər 499,28 ton yaş barama təhvil veriblər
15 İyun 11:25
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan bədii qiraət müsabiqəsinin qalibləri mükafatlandırılıb
15 İyun 11:24
Fuad Axundov: Ermənistan istorioqrafiya sahəsində informasiya müharibəsini uduzub
15 İyun 11:17
Daşkənddə keçirilən regional forumda Azərbaycan da iştirak edib
15 İyun 11:15
ABŞ-ın Con Batçelor Şou radio proqramında Azərbaycanın inkişaf modeli barədə danışılıb
15 İyun 11:14
Düşənbədə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin beşinci Zirvə toplantısı keçirilir
15 İyun 10:22
Mingəçevirdə “Azərbaycanın müasir uğurlarının başlanğıc tarixi - 15 iyun 1993-cü il” mövzusunda konfrans keçirilib
15 İyun 10:21
Ulu Öndər Heydər Əliyevin Naxçıvandan Bakıya gəlişi bütün xalqın, bütün millətin arzusu idi
15 İyun 10:18
Dövlət Rəssamlıq Akademiyasında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib
15 İyun 10:16
Tərtərdə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib
15 İyun 10:14
Fransa məhkəmələrinin qərarları Ermənistanın Dağlıq Qarabağdakı separatçı rejimi legitimləşdirmək cəhdlərinin üstündən xətt çəkdi
15 İyun 10:10
Gədəbəy rayonunda 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib
15 İyun 10:09
Qusarda 15 İyun - Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib
15 İyun 10:06
15 iyun Azərbaycan xalqının və dövlətinin qurtuluş tarixidir
14 İyun 22:19
Naxçıvanda Milli Qurtuluş Günü münasibətilə konsert olub
14 İyun 21:52
Dövlətin və cəmiyyətin Qurtuluşu: Ulu öndər tarixi xilaskar kimi
14 İyun 21:35
Milli Qurtuluş Gününün bəhrələri
14 İyun 21:32
İraq mətbuatı 150 yaşında
14 İyun 21:23
Azərbaycanın təşəbbüsü ilə “Silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə UNESKO hərbi bələdçisi”nin NATO-da təqdimatı olub
14 İyun 21:19
Bakı Atatürk Liseyində məzun günü münasibətilə tədbir keçirilib
14 İyun 21:10
Heydər Əliyevin tarixi qayıdışı ölkəmizi anarxiya və dağılmaqdan xilas etdi
14 İyun 21:07
VƏTƏN NAMİNƏ QAYIDIŞ
14 İyun 20:42
Ukraynanın “5 kanal” televiziyası Naxçıvan haqqında növbəti reportaj yayımlayıb
14 İyun 20:15
Yeni Azərbaycan Partiyasında 15 iyun - Milli Qurtuluş Gününə həsr olunan tədbir keçirilib
14 İyun 20:00
Oqtay Əsədov: TÜRKPA çərçivəsindəki proseslərə qadınların cəlb edilməsi günümüzün reallığıdır
14 İyun 19:28
Novruz Məmmədov: Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çox əhəmiyyətli platformadır
14 İyun 19:17
Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının növbəti iclası keçirilib
14 İyun 18:48
Dünya Xəbər Agentliklərinin Sofiyada keçirilən VI Konqresi işini başa çatdırıb
14 İyun 18:30
TÜRKPA-nın nümayəndə heyəti ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
14 İyun 18:04
Azərbaycan dayanıqlı inkişafla bağlı Milli Hesabat təqdim edəcək
14 İyun 18:01
Ziya Zakir Acar: Milli Qurtuluş Günü Azərbaycanın dövlətçilik tarixində xilas və quruculuq erasının başlanğıcıdır
14 İyun 17:59
Azərbaycanın Baş Naziri Novruz Məmmədov Tacikistanda səfərdədir
14 İyun 17:57
Tibol Roş: Zaldakı bütün insanların ayağa qalxaraq Azərbaycanın dövlət himnini dinləməsi möhtəşəm idi
14 İyun 17:55
Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində məzunların buraxılışı olub
14 İyun 17:53
Ulu Öndərin dəstəyi olmasaydı, Azərbaycanda obyektiv qiymətləndirmə sistemi formalaşmayacaqdı
14 İyun 17:33
Dövlət Statistika Komitəsində 15 iyun - Milli Qurtuluş Günü geniş qeyd olunub
14 İyun 17:27
“Heydər Əliyev siyasəti: sözün qurtuluşundan media azadlığına doğru” mövzusunda konfrans keçirilib
14 İyun 17:22
Vergilər nazirinin müavini Ağsuda vətəndaşları qəbul edib
14 İyun 17:08
Dövlət Komitəsində BMT İnkişaf Proqramının Azərbaycandakı yeni rezident nümayəndəsi ilə görüş keçirilib
14 İyun 16:54
Milli Qurtuluş Gününə həsr olunmuş “Xilaskar” adlı konfrans təşkil edilib
14 İyun 16:53
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:48
Azərbaycan Ulu Öndərin zəngin ideyalarının işığında gələcəyə doğru inamla addımlayır
14 İyun 16:33
Ulu Ondərin yenidən siyasi hakimiyyətə gəlməsi dövlətçilik tariximizin şanlı və parlaq səhifəsidir
14 İyun 16:27
“Azərbaycan Səninlədir, Sənsiz deyil” adlı IX yaradıcılıq festivalı keçirilib
14 İyun 16:23
Ağsaqqallar Şurasının üzvləri ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
14 İyun 16:20
XİN: danışıqların ən mühüm məqsədlərindən biri Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasıdır
14 İyun 16:18
SOCAR və “Equinor” şirkətləri “Qarabağ” yatağında yeni platformanın quraşdırılmasına hazırlaşır
14 İyun 16:15
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclası keçirilib
14 İyun 16:13
BSU-da Milli Qurtuluş Günü qeyd olunub
14 İyun 16:11
YALAN AYAQ TUTAR, YERİMƏZ
14 İyun 16:10
Karl Kulessa: BMT-nin Əhali Fondu ilə Azərbaycan hökuməti arasında çox güclü əməkdaşlıq var
14 İyun 16:08
ELMİN VİCDAN MƏSƏLƏSİ – “Bizə hansı Ali Attestasiya Komissiyası lazımdır?”

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA