Ana səhifə »  Müəlliflər »  Şahvələd Çobanoğlunun yuxuları...
A+   Yenilə  A-
Şahvələd Çobanoğlunun yuxuları...
Yazdı: Pərviz Sadayoğlu

Və ya ABŞ səfirinin rus qoşunlarının Azərbaycandan çıxarılmasına kədərlənməsi həqiqətə oxşamır
Üstündən 22 il keçsə də, radikal müxalifət düşərgəsinin təmsilçiləri hələ də 1993-cü ilin 4 iyununda baş verən qiyamı sağa-sola hərləməklə iynə ucu boyda da olsa, bəraət əldə etmək, ölkəni, xalqı və yenicə əldə edilmiş müstəqilliyi necə böyük bir təhlükənin qarşısında qoyub meydandan qaçmaqlarına haqq qazandırmaq üçün çabalayırlar. Amma ortada əlahəzrət fakt var və hələ o dövrdə Əbülfəz Elçibəy komandasında təmsil olunan şəxslər də təsdiqləyirlər ki, Surət Hüseynovun qaldırdığı qiyamın qarşısında pərən-pərən olan AXC-”Müsavat” iqtidarının təmsilçiləri, sadəcə, qaçmaqla, gizlənməklə yaxa qurtarmağa çalışırdılar.
Əslində, bu şəxslərin bir damla belə dövlət idarəçiliyi anlayışlarının olmaması nöqteyi-nəzərindən “qaçıb aradan çıxmaq” taktikasına müraciət etmələri o qədər də təəccüb doğurmur. Lakin ötən 22 ildə hər il müzakirə obyektinə çevrilən, bacarıqsızlığın, iradəsizliyin və zəifliyin etirafı ilə müşayiət olunan fikirlərin bir nəticəsi ortaya çıxır: AXC-”Müsavat” iqtidarı ölkədə hakimiyyət böhranı yaratmış, adi korpus komandirini belə özünə tabe etdirə bilməmiş, vətəndaş müharibəsinə yol açmış və nəticədə də hakimiyyəti qoyub qaçmışdır...
İllər sonra kimlərinsə bu məsələyə, guya, “orijinal” baxış nümayiş etdirməyə çalışması isə yuxarıda qeyd etdiyimiz uğursuz bəraət çabalamasından başqa bir şey sayıla bilməz. Elə “Azadlıq” qəzetində Şahvələd Çobanoğlunun yazdığı “Bunu Elçibəyin öz dilindən eşitmişəm” adlı məqaləsi kimi...
Rus qoşunlarının Azərbaycandan çıxarılması nə üçün ABŞ səfirini “yasa boğub”?
Müəllif iddia edir ki, guya, vaxtilə rus qoşunları Azərbaycandan çıxarılan zaman ABŞ səfiri hövənak özünü yetirib Əbülfəz Elçibəyə ki, siz nə edirsiniz, Rusiya qoşunları buradan çıxarılsa, sizi devirəcəklər.
Ortaya maraqlı nüanslar çıxmır, desək, yalan olar. O baxımdan ki, bunu Elçibəyə ən yaxın və ya ona sadiq (əgər vardısa) şəxslərdən biri söyləmiş olsaydı, bəlkə də, inandırıcı ola bilərdi. Amma rus qoşunlarının Azərbaycandan çıxarılmasının Azərbaycanda dövlət qiyamına “dəng gələcəyini” Elçibəyə ABŞ-ın ölkəmizdəki səfiri Riçard Maylsın “ürəkağrısı” ilə deməsi o qədər də inandırıcı sayıla bilməz. Hətta Elçibəyin ən yaxınında olan şəxslər belə müsahibələrində Maylsın öz dövlətinin siyasətini həyata keçirdiyini bildiriblər. Əgər rus qoşunlarının ölkədən çıxarılması Azərbaycanda keçmiş SSRİ patronajlığının sonu sayılırdısa, bu, ABŞ üçün göydəndüşmə bir fürsət idi. Bu baxımdan ABŞ səfirinin göynəyə-göynəyə “rus qoşunlarını çıxarmayın” deyə ricada bulunması o qədər də inandırıcı sayıla bilməz.
Şahvələd Çobanoğlu 1992-ci ildə “907-ci düzəliş” adlı sənədi qəbul edən ABŞ-ı Elçibəyin müttəfiqi kimi qələmə verir
Və ya... ABŞ və bu dövlətin səfiri Elçibəyi bu qədər sevirdisə, AXC-”Müsavat” iqtidarını özünün partnyoru sayırdısa, nə üçün 907-ci düzəliş kimi bir qeyri-demokratik sənədin qəbulunu rəva görürdülər? Xatırladaq ki, 907-ci düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən “Azadlığa Dəstək” Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Həmin gecə Elçibəyə “Rusiya çevrilişindən” “xəbərdarlıq” etməyə gəlmiş səfir Mayls isə məhz bu ölkənin təmsilçisi idi. Yəni, Elçibəy iqtidarı heç də ABŞ ilə hansısa müttəfiqliyə-filana malik deyildi. Bir daha vurğulamaq yerinə düşər ki, o dövrdə iki qütb (ABŞ-Rusiya) arasında başlayan mübarizənin ilk konturları cızılırdı və ABŞ Rusiya qoşunlarının çıxarılmasının qarşısını almaq üçün can yandırmazdı. Bu faktın özü Ş.Çobanoğlunun cəhdinin də uğursuz bəraətə hədəfləndiyini deməyə əsas verir və yalan ortaya çıxır...
Elçibəyi devirən qiyamçılar kimlərdir? - AXC-”Müsavat” iqtidarının müdafiə naziri və Qarabağ üzrə səlahiyyətli nümayəndəsi
İkinci bir tərəfdən, axı müəllifin Rusiyanın “planı” kimi ortaya atdığı qiyamı qaldıranlar elə AXC-”Müsavat” iqtidarının özünün generaliteti idi. Bu qiyamın əsas siması Surət Hüseynov 1992-ci ilin iyulundan 1993-cü ilin fevralınadək Azərbaycan Respublikası Baş nazirinin müavini, Elçibəyin Qarabağ üzrə fövqəladə səlahiyyətli nümayəndəsi, eyni zamanda, milli ordunun korpus komandiri vəzifələrini tuturdu. Əbülfəz Elçibəy hakimiyyəti dövründə Surət Hüseynov, demək olar ki, qeyri-rəsmi müdafiə naziri vəzifəsini həyata keçirirdi. Başına topladığı dəstə ilə ölkənin qərb zonasında özünün “ağalığını” yaradan bu şəxsə səlahiyyətlər məhz AXC-”Müsavat” iqtidarı tərəfindən verilmişdi. Necə deyərlər, cinayətkar, xəyanətkar və ya adını nə qoyursansa qoy, bu şəxs AXC-”Müsavat” hakimiyyətinin bir nümayəndəsi idi...
Bu qiyamın dəstəkçisi qismində elə radikal müxalifət düşərgəsi tərəfindən hər zaman ittiham olunan Rəhim Qazıyev isə AXC-”Müsavat” hakimiyyəti dönəmində müdafiə naziri vəzifəsini icra edib. Onun Gəncədə Qraçovla yeyib-içməsi və başqa məsələlər AXC-”Müsavat” hakimiyyətinin nümayəndələrinin sevdiyi mövzulardır. Demək ki, Elçibəyə qarşı qalxan qiyama elə onun səlahiyyət verdiyi şəxslər rəhbərlik edirdilər. Əgər həmin şəxslər hansısa xarici dövlətlərlə əlaqədə idilərsə, bu da AXC-”Müsavat” iqtidarının üzqarasıdır.
Kiçik bir nüansı bir daha təkrar etməyə ehtiyac duyulur. AXC-”Müsavat” hakimiyyəti dövründə hər bir iqtidar mənsubu, böyük ranqlı məmur ətrafında silahlı dəstələr saxlayırdı. Kimin silahlı dəstəsi böyük idisə, avtomatik şəkildə onun səsi də bərk gəlirdi. Axırda, səsi lap “bərk gələn” iqtidar mənsubu Surət Hüseynov qiyam elədi. Və o dövrün dövlət rəhbərliyi də xalqı, dövlətçiliyi bu silahlı üsyanın qarşısında başsız qoyaraq aradan çıxdı...
Yeganə həqiqət: AXC-”Müsavat” iqtidarı Azərbaycanın müstəqilliyini təhlükə altına salmışdı, separatizmə yol açmışdı
Bir sözlə, 4 iyun qiyamı AXC-”Müsavat” hakimiyyətinin bu ölkəni hansı duruma saldığının bariz sübutu idi. Həmin dövrdə biri cənubda, biri şimalda, biri qərbdə AXC mənsubları separatizmlə məşğul idilər. Ulu öndər Heydər Əliyevin gəlişi bu separatizmi yox etdi. Azərbaycanı bölünməkdən, süqut etməkdən qurtardı. Bu gün inkişaf edən, tanınan, qlobal tədbirlərə ev sahibliyi edən və ən əsası, dünya ölkələri üçün mühüm tərəfdaş sayılan dövlətin əsası qoyuldu.
Bəli, Şahvələd Çobanoğlunun bu uğursuz bəraət cəhdi də boşa çıxdı. İnkişafa qara yaxmağı özünə peşə seçən radikal düşərgə təmsilçiləri heç olmasa ildə bir dəfə güzgü qarşısında dayanıb həqiqəti etiraf etsinlər. Necə ki, 1992-ci ildə bir həqiqəti etiraf etdilər ki, onlar dövlət idarə edə bilmirlər...
Şahvələd Çobanoğlunun xəyalpərəstliyi haradan qaynaqlanır və ya bu yalanları söyləməkdə məqsəd nədir?
Maraqlıdır ki, illər keçdikdən sonra birdən-birə nostalji hisslərə söykənərək AXC-”Müsavat” iqtidarının ABŞ-la ən yaxın müttəfiq olduğunu bu cür təqdim etməyə ehtiyac haradan yaranıb? Təbii ki, hər bir təsadüf zərurətdən irəli gəlir. Yəqin ki, Ş.Çobanoğlunu da bu qədər xəyalpərəstliyə yuvarlayan zərurət Cəmil Həsənlinin “Milli şura” adlı qondarma qurumun adından və AXCP sədri Əli Kərimlinin elçisi qismində ABŞ səfiri Robert Sekuta ilə bir neçə dəqiqə ayaqüstü söhbətindən yaranıb. Bəlkə də, sonradan səfirliyin məsul işçiləri ilə aparılan 2 saatlıq müzakirə Əli Kərimlinin də təmsil olunduğu AXC-”Müsavat” hakimiyyətinin ABŞ ilə canbir qəlbdə əməkdaşlıq, dostluq, qardaşlıq münasibətində olduğunu iddia etməyə zərurət yaradıb.
Hər nədən yaranıb, bunu deyə bilmərik, amma reallıq tamam fərqlidir. O da heç Şahvələd Çobanoğlunun iddialarına və ya bir başqa xəyala əsaslanmır. Reallıq faktlara əsaslanır. Siyasət kimlərdənsə, hansı dövlətlərdənsə nəyisə qazanmaq üçün onun qanadını üstünə örtmək deyil. Bu cür yalanlara söykənərək heç nə əldə etmək, ciddi siyasətçi kimi qələmə verilmək olmaz. Şahvələd Çobanoğlunun nostalji ABŞ duyğuları da elə əsl reallığın içində sabun köpüyü kimi əriyib yoxa çıxır...

 
 
  • Oxunub:  22560  |  
  • Tarix:  06-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub
16 Avqust 15:51
Şəkinin kəndlərində üç modul tipli məktəb quraşdırılır
16 Avqust 15:47
Sumqayıtlı əkiz qardaşlardan qəbul imtahanlarında yüksək nəticə – biri 694, digəri isə 676 bal toplayıb
16 Avqust 15:41
Yaponiyanın İto şəhərindən olan qonaqlar İsmayıllıya gəliblər
16 Avqust 15:37
Qusarda Mənəvi Dəyərlərin Təbliği Fondunun könüllüləri üçün “Yay məktəbi” keçiriləcək
16 Avqust 15:34
Məlumat Hesablama Mərkəzinin stendi I Xəzər İqtisadi Forumunda maraqla qarşılanıb
16 Avqust 15:29
Xəzər İqtisadi Forumu: perspektivli yeni əməkdaşlıq formatı
16 Avqust 15:24
Eldar Sultanov: İntiharlarla bağlı xəbərlərin KİV-də yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir
16 Avqust 15:11
Zaqatalada "Azərbaycanda dövlət-din münasibətləri: tarix və müasirlik" mövzusunda seminar-müşavirə keçirilib
16 Avqust 15:00
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
16 Avqust 14:53
“Şimal-Cənub” nəqliyyat dəhlizi ilə bağlı işçi qrupu yaradılıb
16 Avqust 14:49
Səid Rəsuli: İran ilə Azərbaycanın dəmir yolları arasında faydalı əməkdaşlıq əlaqələri mövcuddur
16 Avqust 14:43
Qazaxda taxıl sahələrində orta məhsuldarlıq 33,7 sentner təşkil edib
16 Avqust 14:06
Abşeronda “Grand Aqro” tərəfindən 80 hektarda badam, 287 hektarda isə zeytun bağı salınıb
16 Avqust 13:58
Azərbaycanın Müdafiə naziri “Beynəlxalq Ordu Oyunları-2019” yarışlarının bağlanış mərasimində iştirak edəcək
16 Avqust 12:36
İlin əvvəlindən ölkə əhalisinin sayı 10 milyon 19 min 575 nəfərə çatıb
16 Avqust 12:31
DSX-nin rəhbərliyi və şəxsi heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Avqust 12:28
Otel əməkdaşlarının xoşuna gəlməyən davranışlar
16 Avqust 12:10
“Azərbaycan Sərhəd Mühafizəsi - 100 il” sənədli filminin təqdimatı olub
16 Avqust 12:05
“Hərbi-tibbi estafet” müsabiqəsində hərbi həkimlərimiz medalla təltif olunub
16 Avqust 12:02
“Jizel” baleti Beynəlxalq Musiqi Festivalı çərçivəsində nümayiş olunacaq
16 Avqust 11:56
Yeddi ayda qeyri-neft-qaz sektorunda məhsul istehsalı 15,8 faiz artıb
16 Avqust 11:50
“Nəsimi ili” ilə əlaqədar açıq havada sərgi təşkil edilib
16 Avqust 11:39
Muxtar respublikada keyfiyyət standartlarına nəzarət olunur
16 Avqust 11:25
Azərbaycanlı alim Birinci Xəzər İqtisadi Forumunda çıxış edib
16 Avqust 11:19
Şabran rayonunda 25 kilometrlik avtomobil yolu yenidən qurulur
16 Avqust 11:12
“5-ci kolon”un biri “5-ci kolon”..!
16 Avqust 11:01
Azərbaycan İlahiyyat İnstitutuna qəbul planı 100 faiz yerinə yetirilib
16 Avqust 10:41
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçiriləcək
16 Avqust 10:36
BMT-də “kosmik silahlanma” təhlükəsi ilə bağlı diskussiya keçirilib
16 Avqust 10:26
Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
16 Avqust 10:22
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
16 Avqust 10:19
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına start verilir
16 Avqust 09:33
Azərbaycan polisinin uğurlu fəaliyyəti cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirilir
16 Avqust 09:31
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
16 Avqust 09:29
Dövlətin göstərdiyi diqqət və qayğı sayəsində təhsildə yüksək uğura nail olan gənclərin sayı artır
16 Avqust 09:24
Daşkəsəndə su və kanalizasiya şəbəkələrinin tikintisi başa çatıb
16 Avqust 09:23
“Beşinci kolon” Azərbaycan dövlətinin və xalqının maraqlarını hədəfə alıb
16 Avqust 09:19
Azərbaycanda aqrar sektorun inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir
15 Avqust 20:48
Azərbaycan pambıq lifi və ipliyinin ixracını artırıb
15 Avqust 20:43
Azərbaycan Gürcüstan iqtisadiyyatına sərmayə qoyan ölkələr sırasında liderdir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +23