Ana səhifə »  Müəlliflər »  İsa Qəmbər-Arif Hacılı-Gülağa Aslanlı üçlüyünün “saxta sənəd” biznesinin tam təfərrüatları...
A+   Yenilə  A-
İsa Qəmbər-Arif Hacılı-Gülağa Aslanlı üçlüyünün “saxta sənəd” biznesinin tam təfərrüatları...
Yazdı: Pərviz Sadayoğlu

Elbəyi Həsənli təmsil olunduğu partiyanın rəhbərlərinin “mühacir biznesi”ni faktlarla ifşa etdi
Radikal müxalifət düşərgəsində yeni qalmaqal başlayıb. Belə ki, Müsavat Partiyasının saxta üzvlük vəsiqəsi satması faktının üstü açılıb. Qeyd edək ki, bu saxta vəsiqələr sayəsində bir neçə şəxs xarici ölkədə məskunlaşmağa cəhd göstərib.
Xatırlatmaq lazımdır ki, bu gün radikal kluarın ən geniş müzakirəsinə səbəb olan saxta sənəd, “mühacir biznesi” məsələsi heç də yeni deyil. Hətta bir müddət öncə AXCP-dən istefa vermiş partiya sədrinin müşaviri Şakir Abbasov da bildirmişdi ki, Əli Kərimli “mühacir biznesi” ilə məşğul olur. Müsavat Partiyasında baş verənlər isə radikal düşərgənin hansı çirkin əməllərə qurşandığını bir daha ortaya çıxarmış oldu.
Gülağa Aslanlı Elnur Mirzəyevə 1800 manata saxta partiya vəsiqəsi satıb
Vurğulayaq ki, bu məsələ Avropada olan mühacir “müsavat”çı Elnur Aydın oğlu Mirzəyevin adından Belçikanın Miqrasiya İdarəsinə təqdim edilən Müsavat Partiyasının vəsiqəsinin, arayışın və “Elnur Mirzəyev barədə” sənədin saxta olmasının aşkarlanması ilə ortaya çıxıb. Belə ki, həmin sənədin Müsavat Partiyasına göndərilmiş surətlərinin saxta olmasının üzə çıxması iki tərəf - saxta sənəd alan və satan arasında savaşa start verib. Məsələ ilə bağlı açıqlama verən E.Ağayev bildirib ki, partiyaya üzv olmaq üçün külli miqdarda pul verib: “Konkret rəqəm lazımdırsa, deyim - 1800 manat. Bu hadisə 2011-ci ildə olub. Amma vəsiqəni köhnə tarixlə - 2008-ci ilə verdilər ki, inandırıcı olsun. Özləri də mənə dedilər ki, 2011-ci ilin noyabr ayındakı mitinqlərdə iştirak elə, şəkillərin olsun. O halda mühacirət statusu almağın daha asan olacaq. Gülağa Aslanlı tərəfindən yayılan və saxta kimi təqdim edilən iki arayışı da elə onun özündən almışam. Hər birinə görə 300 manat ödəmişəm. Lazım olsa, sübutları da təqdim edəcəyəm. Mesajlar, facebook yazışmaları, vatsap yazışmaları var əlimdə. Hamı bilir ki, 6-7 ildir Müsavat Partiyası bu alverlə məşğuldur. Sadəcə, indi işləri üzə çıxdı, məni qurban etdilər. Mənsə bu məsələni belə qoymayacam”.
Təbii olaraq, partiya rəhbərliyi, konkret saxta sənəd satmaqda ittiham edilən Gülağa Aslanlı iddianı qəbul etməyib. Amma maraqlıdır ki, görəsən, E.Mirzəyevə partiya vəsiqəsini kim verib? Axı bu vəsiqə partiyanın mərkəzi aparatında qeydiyyata alınır, üzərində isə partiya sədrinin imzası olur. Bu isə G.Aslanlının dediklərinin inandırıcı olmadığını göstərir. Yəqin ki, “mühacir biznesinin əsas siması” iddiaları və faktları təkzib etməklə bu qanunsuz fəaliyyətdən yaxasını qurtaracağını düşünüb...
İsa Qəmbərlə birgə 1500-2000 manatlıq şəkil mühacirətin “əsas şərti” kimi...
Amma sən saydığını say, gör fələk nə sayır. Cidanı çuvalda gizlətmək mümkünsüz olduğu kimi, Gülağa Aslanlının saxta sənəd biznesi ilə bağlı dediyi yalanların da ömrü lap az çəkdi. Bu dəfə “Müsavat” rəhbərliyinin qeyri-qanuni əməllərini ifşa edən yenə də partiyanın fəallarından sayılan Elbəyi Həsənli oldu. G.Aslanlı-Arif Hacılı tandeminin “mühacir biznesi” sayəsində nələr qazandığını, bu şəxslərin Avropa ölkələrində güvəndiyi adamların adlarını, o cümlədən, partiyanın rayon təşkilatlarında konkret bu işlə “görəvləndirilmiş” şəxsləri təqdim edən E.Həsənli bu çirkin biznesin üstünə işıq saldı.
E.Həsənli bildirib ki, artıq neçə illərdir “Müsavat” rəhbərliyi, özəlliklə də Arif Hacılı və Gülağa Aslanlı, o cümlədən də, onların ətraflarında olan bir sıra funksionerlər - Razim Əmiraslanlı, Səxavət Soltanlı, Rafiq İsmayıl (Sabunçu rayon təşkilatı), Vaqif Davud (Oğuz rayon təşkilatı), Nemət Kərimli (Binəqədi rayon təşkilatı) və bir neçə başqa rayon təşkilat sədrləri “mühacirət biznesi”nə girişiblər. Mexanizm isə sadədir. Avropaya mühacirət etmək istəyən vətəndaşları ən müxtəlif yollarla tapırlar, onlarla cinayət əlaqəsinə girərək, öncə onları partiyaya yazdırırlar, müəyyən kritik say düzələndən sonra piket, ya da mitinq təşkil edib, onların fotolarını çəkdirirlər, sənədlərini hazırlayıb, bütün bunların əvəzində də pul alıb, Avropaya “müsavat”çı ixrac edirlər.
O ki qaldı mühacirət sənədinin “inandırıcı” olmasına, bunu etmək də çətin deyilmiş. Gülağa Aslanlı mühacirətə getmək istəyən vətəndaşlara bildirir ki, sadə arayış 800-1000 manat civarındadır. Lakin İsa Qəmbərlə kabinetdə şəkil çəkdirmək istəyənlər varsa, onlara fərqli qiymət oxunur. 1500-2000 manat...
İsa Qəmbər bu saxta biznesin əsas rəhbərlərindəndir...
Yeri gəlmişkən, E.Həsənli iddia edir ki, bu məsələlərdən İ.Qəmbərin xəbəri yoxdur. Uzun illərdir ki, bu partiyanın üzvü olmuş bir şəxsin İ.Qəmbəri qorumaq cəhdini anlamaq çətin deyil. Amma görünən dağa nə bələdçi. Belə ki, E.Həsənli bildirib ki, pulları alınan şəxsləri “Müsavat”ın yeni üzvləri kimi İ.Qəmbərə təqdim edirlər və guya, onunla “xatirə” şəkli çəkdirmək istədiklərini deyirlər. E.Həsənli özü etiraf edir ki, cəmi 3-4 gün sonra bu fotolar Avropa ölkələrindən birinin miqrasiya xidmətlərinə təqdim olunur.
Bəs görəsən, İ.Qəmbər düşünmürmü ki, onunla şəkil çəkdirənlər nə üçün 3-4 gündən sonra “Müsavat” qərargahından qeyb olub Avropada “zühur” edirlər? Deməli, puldan ötrü erməni ilə də əməkdaşlıq imzalayan İ.Qəmbərin bu boyda “gəlirli biznes”dən xəbərsiz olduğunu söyləmək məntiqsizdir...
“Müsavat” qapalı biznes strukturunun Avropa şəbəkəsi...
E.Həsənli “Müsavat” rəhbərliyinin gizli mühacir biznesinin xaricdəki “sütun”larını da ifşa edib. O bildirib ki, Stokholmda yaşayan Əli Ağayev, Hollandiyada yaşayan Eldəniz Yusibov bu dəstənin ən məhsuldar və ən fəal üzvləridir. Belə ki, Ə.Ağayev bir neçə il öncə İsveçdə topladığı, lakin oturum ala bilməyən “müsavat”çılara dəstək üçün “Müsavat”ın ozamankı başqanı İsa Qəmbəri və indiki başqan Arif Hacılını Stokholma dəvət edib, oturum gözləyən “müsavat”çıların başqanla fotolarını görüntüləməyə nail olub və müşkülü həll edib.
Eldəniz Yusibov isə Arif Hacılıya ən çox para qazandıran dəstə üzvü sayılır. O, Almaniyanın Mainz şəhərində yaşayan yerlisi, qonşu rayonlusu Yusif Abulovun vasitəsi ilə yalnız son illərdə 30-dan çox oğuzlu və qəbələli ailəsini Avropaya gətirdə bilib. Hər birinə də Müsavat Partiyasından üzvlük arayışı alıb.
Bundan başqa, E.Həsənli özünü “siyasi mühacir” qismində qələmə verən bir şəxsin - Ləman Talıbova adlı qadının da partiya üzvü olmadığını söyləyib. Məqalə müəllifi yazıb ki, bu xanımın Eldəniz Yusibovun sevgilisi olduğunu, onun “müsavat”çılığının da elə bundan ibarət olmasını Avropada bilməyən yoxdur. Onun da İ.Qəmbərlə fotosu var məhz bu foto da onun “siyasi mühacir” olmasını təsdiqləyən “sənəd”ə çevrilib: “Elnur Mirzəyev işindən qıvıran və oxları yazıq Tofiq Yaqubluya yönləndirən Gülağa Aslanlı-Arif Hacılı tandemi Eldənizin sevgilisi məsələsinə hansı rəyi verəcək, maraqlıdır? Belçika Miqrasiya Xidmətinin araşdırdığı işin içində isə bu gözəl xanımların “Müsavat”ın ozamankı başqanı İsa Qəmbərlə fotoları var. “Məni polislər zorlayılb”, - deyə polislərə də, özünə də şər atan bu biabırçı personanın “Müsavat”ın simvolu olan İsa Qəmbərlə nə işi vardı, Eldəniz Yusibov?! Əməlindən, saxtakarlıq və cinayətlərindən utanırsanmı?”
Bunlardan başqa, siyahıda Yusif Abışov, Qabil Rzayevin adı var ki, onlar da Arif Hacılının saxta sənəd biznesinin ortaqları sayılırlar...
Göründüyü kimi, özlərini partiya adlandıran bu cinayətkar “çetelər” siyasət maskası altında qeyri-qanuni əməllərlə məşğuldurlar. Özlərini “aydan arı, sudan duru” kimi qələmə verməyə çalışanların maskası yenidən yırtıldı. İsa Qəmbərin, Arif Hacılının çirkin əməlləri növbəti dəfə cəmiyyətə təqdim olunur. Özü də elə öz silahdaşları tərəfindən...

 
 
  • Oxunub:  20970  |  
  • Tarix:  09-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib
19 Aprel 20:53
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
19 Aprel 20:50
Bakıda “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans keçirilib
19 Aprel 20:45
Vüqar Rəhimzadə: Ölkəmizin uğurlu inkişafı antiazərbaycan qüvvələrin və “5-ci kolon”un çirkin kampaniyasına tutarlı cavabdır
19 Aprel 20:40
Mərakeş qəzeti Azərbaycanın əhalisinin sayının 10 milyona çatmasından bəhs edir
19 Aprel 20:37
Elçin Mirzəbəyli: Azərbaycana qarşı olan qüvvələr ölkə Prezidentinin böyük ictimai dəstəyə malik olmasından narahatdırlar
19 Aprel 20:27
Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib
19 Aprel 20:22
Ekspert: Ölkəmizin uğurları erməni lobbisini, anti-Azərbaycan qüvvələri və daxildəki “5-ci kolon”u ciddi narahat edir
19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+8 +12
gecə+5 +7