Ana səhifə »  Müəlliflər »  Sezarın nəvələri hirslənib... deməli, haqsızdırlar
A+   Yenilə  A-
Sezarın nəvələri hirslənib... deməli, haqsızdırlar
Yazdı: Hikmət BABAOĞLU

Yuli Sezar aynanın qarşısında dayanaraq özünə baxıb və deyib: “Sezar, hirslisən? Deməli, haqsızsan!” Bizə qarşı hirsləniblər, bunun səbəbi uğursuzluqlarıdır. Getdikcə daha emosional olurlar, bunun səbəbi isə soyuqqanlılıqlarını itirmələridir. Get-gedə daha mobil, operativ və təşkilatlanmış olmağa çalışırlar, çünki tədricən bu keyfiyyətlərini itirdiklərindən xəbərdardırlar...
İlk Avropa Oyunları və Azərbaycan məkanı: Aİ-Azərbaycan münasibətlərində yeni mərhələnin başlanğıcı
Hər şey ondan başladı ki, Avropa Olimpiya Komitəsi ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etdi. Əlbəttə ki, bu qərarın qəbul edilməsi üçün müvafiq şəraiti istər demokratiya, istər söz və mətbuat azadlığı, insan hüquqları, istərsə də insan resursları, iqtisadi inkişaf və təhlükəsizlik baxımından Avropadan heç də geri qalmayan Azərbaycanın özü formalaşdırdı. Bu qərar qəbul edilərkən artıq Azərbaycan Avropanın nüfuzlu idman mərkəzlərindən biri kimi özünü təsdiq etmişdi. Eyni zamanda, Avropa ilə çoxşaxəli və səmərəli əməkdaşlığa malik olan demokratik ölkə imici daşıyırdı...
Bu qarşılıqlı əməkdaşlıq həm hər iki tərəf üçün keyfiyyətcə yeni münasibətlərin yaranmasına gətirib çıxaracaqdı, həm də Avropa qitəsinə yeni dinamizm, mədəniyyət, düşüncə tərzi təqdim edə biləcək coğrafi məkan qazandıracaqdı. Çünki Azərbaycan elə bir məkandır ki, burada multikulturalizm və tolerantlıq ənənələri əks olunub, eləcə də ədəbiyyatdan başlamış fəlsəfəyə, riyaziyyata, siyasətə qədər böyük dahilər yetişib.
Anti-Azərbaycan dairələrin təzyiq cəhdləri və “qara piar” kampaniyası
Təbii ki, sadaladıqlarımız Azərbaycanın Avropa məkanına inteqrasiyasında yeni mərhələnin başlanmasını şərtləndirir. Buna paralel olaraq bu gün Avropa Oyunları artıq baş tutmuş hesab olunur. Bu zamana qədər cərəyan edən hadisələrin hamısı, əslində, Azərbaycanın lehinə oldu. Əlbəttə ki, Azərbaycanın Avropa ölkələri ilə əməkdaşlığının yüksək səviyyədə olması, ilk Avropa Oyunlarına hazırlığın beynəlxalq miqyasda təqdir edilməsi ölkəmizi sevməyən anti-azərbaycançı mərkəzləri və Avropadakı islamofob dairələri hərəkətə gətirdi. Belə olan halda, Azərbaycanla əməkdaşlıq və tərəfdaşlıq tərəfdarları ilə (rasional düşünən tərəflərlə) radikal qruplaşmalar, islamofob dairələr arasında rəqabət başladı. Bu rəqabətdə artıq müəyyən mərhələ arxada qalıb. İndiki mərhələdə bu rəqabətdə əqlin, idrakın, rasional düşüncənin, yoxsa islamofobiyanın, radikalizmin qalib gəlməsi ilə bağlı ilkin qənaət ifadə edə bilərik. Bəri başdan deyək ki, rasional düşüncə və praqmatik fəaliyyət ötən hər gün bir az daha önə keçir.
Nəyə görə ilk Avropa Oyunları ərəfəsində Azərbaycan bu qədər tənqidə məruz qalır?
Bəs bizdən nə istəyirlər, nəyə görə ilk Avropa Oyunları ərəfəsində Azərbaycan bu qədər tənqidə məruz qalır? Bu istiqamətdə cərəyan edən proseslər və hadisələrə dair qənaətlərimizi ümumiləşdirib deyə bilərik ki, ilk növbədə, imperialist mərkəzlər Azərbaycana öz şərtlərini qəbul etdirməyə - diktə etməyə çalışırlar. Hazırda beynəlxalq münasibətlərdə ya müstəqil olub milli mənafeyi və maraqları qoruyacaqsan, ya da asılı vəziyyətdə olaraq milli maraqlardan ciddi şəkildə güzəştə gedəcəksən. Azərbaycan birinci mövqedən çıxış edir və tam müstəqil siyasət yeridərək öz maraqlarını qorumağı bacarır. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bu mövqeyi ifadə edib və bildirilib ki, ölkəmizin siyasi müstəqilliyinin əsası onun iqtisadi müstəqilliyidir.
Şübhəsiz, imperialist mərkəzlər və Avropadakı islamofob dairələr Azərbaycanın müstəqilliyini və milli gücünü qəbul edə bilmir, o səbəbdən bu cür kampaniyalar aparırlar.
Morgentauya görə güc, yaxud milli güc təzyiqlərə qarşı
Beynəlxalq münasibətlərdə “Güc nəzəriyyəsi”nin banisi Hans Morgentau qeyd edir ki, normal vəziyyətdə A dövlətinin B dövlətinə qəbul etdirə bilmədiyini qəbul etdirən vasitə gücdür. Bu, fiziki, mədəni, iqtisadi, hərbi güc ola bilər. Və yaxud bu, “yumşaq güc” kimi dəyərləndirilən vasitə ola bilər. “Yumşaq güc” dedikdə isə media, QHT-lər, sosial şəbəkə və s. nəzərdə tutulur. Məhz Azərbaycana qarşı bəhs olunan dairələrin tətbiq etdiyi vasitə “yumşaq güc”dür. Bunun bariz nümunəsini biz mayın 22-də Avropa İttifaqı Şurasında Latviyanın sədrliyi ilə Riqada keçirilmiş “Şərq Tərəfdaşlığı” sammitində Azərbaycana qarşı münasibətdə gördük. Bizi tərəfdaşlığa cəlb etmək istəyən mərkəzlər Azərbaycanın ərazi bütövlüyü məsələsinə birmənalı yanaşmırlar. Həmin sammitin bəyannaməsində də bunu qeyd etmək istəmirdilər və öz şərtlərini diktə etmək niyyətində idilər. Amma Azərbaycan öz müstəqil və milli maraqlara əsaslanan mövqeyini əsas tutaraq prinsipiallıq nümayiş etdirdi. Biz bundan sonra ölkəmizə qarşı daha şiddətli hücumların şahidi olduq. “Xristian klubu” kimi çıxış edən beynəlxalq təşkilatlar Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə bəraət qazandırmağa çalışdılar. Bu təzyiqlərin başqa bir səbəbi isə Azərbaycanın karbohidrogen ehtiyatlarına nəzarəti ələ almaq idi. Amma Azərbaycan öz müstəqil mövqeyindən bir addım da geri çəkilmədi və siyasi iradəsini nümayiş etdirdi. Ona görə də indi bizə qarşı daha şiddətli hücuma keçiblər, Qarabağı unutdurmaq üçün, ölkəmizdə “idarə olunan xaos” yaratmaq üçün, müstəqilliyimizi əlimizdən almaq üçün... Bunları etmək üçün “yumşaq güc”ün bütün cəbbəxanasını səfərbər ediblər. Normal vəziyyətdə qəbul etdirə bilmədiklərini, belə şiddətli təzyiq altında qəbul etdirməyə çalışırlar... Ancaq unudurlar ki, elə həmin güc nəzəriyyəsində bir də “milli güc” anlayışı var. Bu güc isə hazırda Azərbaycanın nümayiş etdirdiyi gücdür. Milli birliyə, xalq-hakimiyyət birliyinə əsaslanan güc. Elə H.Morgentaunun dediyi milli güc məhz budur!
İslamofob dairələrin hücumları Azərbaycanda immunitet yaratdı
Əslində, bu hücumlar Azərbaycanda immunitet yaratdı və ölkəmiz öz mənafeyini uğurla qorudu. Bunun üçün biz, ilk növbədə, Azərbaycan Prezidentinin çevik xarici siyasətinə, Azərbaycan diplomatiyasına, ölkənin ictimai-siyasi institutları ilə işləyən Prezident Administrasiyasının müvafiq şöbəsinə, ilk Avropa Oyunları ilə bağlı obyektiv və operativ informasiyanı təqdim etməyi bacaran, yüksək səviyyədə hazırlıq işləri görən birinci Avropa Oyunları Təşkilat Komitəsinə borcluyuq.
Tək yaylım atəşdən uzaqvuran toplara qədər...
Ölkəmizə qarşı “qara piar” kampaniyasının birinci mərhələsində biz Azərbaycana qarşı ayrı-ayrı müəlliflərin təbliğat xarakterli məqalələrinə rast gəldik. İkinci mərhələdə isə müxtəlif beynəlxalq təşkilatlar (“Freedom House”, “Human Rights Watch”, “Amnesty İnternational” və s.) vasitəsilə hücumlar təşkil etdilər. Bunlar arzuolunan effekti vermədiyi üçün islamofob dairələr - imperialist mərkəzlər Avropanın bir sıra rəsmi qurumlarını prosesə cəlb etdilər. Bu qurumlarda (Avropa Şurası, Avropa Parlamenti və s.) təmsil olunan şəxslər vasitəsilə Azərbaycanı şantaj etməyə başladılar. Amma Azərbaycan öz müvazinətini və soyuqqanlılığını qoruyub saxlaya bildi və hücumları dəf edərək qələbə çaldı. Bunu görən imperialist dairələr daha uzaqvuran, daha güclü silahlara əl atıblar.
BMT-nin insan haqları müdafiəçiləri üzrə xüsusi məruzəçisi Mişel Forst, ATƏT-in media azadlığı üzrə təmsilçisi Dunya Miyatoviç və Avropa Şurasının insan haqları komissarı Nils Mujineksin imzasıyla iyunun 3-də “OpenDemocracy” portalında məqalə yerləşdirildi. Məqalədə qeyd edilib ki, son 12 ayda narazılıq bildirmək və güclüləri təftiş etmək Azərbaycanda çox riskli bir işə çevrilib. Əslində, bu, qeyri-obyektiv yanaşma olmaqla yanaşı, həm də Azərbaycanın gücünün etirafıdır. Eyni zamanda, bu, son 12 aya qədər Azərbaycanı ittiham etdikləri fikirlərin əsassız olduğunu göstərir. Onların məntiqinə görə, bu proseslər 12 ay əvvəl başlayıbsa, deməli, ondan əvvəl hər şey yaxşı idi. Təkcə bu fikirdəki ziddiyyət, qeyri-dəqiqlik və emosionallıq Azərbaycana qarşı hücumlar edən islamofob dairələrin uğursuzluğunun göstəricisidir.
Azərbaycanın milli gücü və mediası antitəbliğatı təbliğata çevirməyi bacardı
Bu prosesdə Azərbaycan mediasının rolu və fəaliyyətindən də bəhs etmək lazımdır. Ölkə mediası bir müddət öncə Azərbaycana qarşı planı əldə etdi və ictimailəşdirdi. Bu, anti-azərbaycançı dairələrdə şok effekti yaratdı. Əvvəlcə onlar bunu təkzib etdilər, amma sonrakı addımlarında hər bir bəndi ardıcıl surətdə həyata keçirməklə özlərini ifşa etdilər. Bu məkrli plana qarşı Azərbaycanın ictimai institutlarının səfərbər edilməsi Avropadakı imperialist və islamofob dairələrə şok yaşatdı.
Şübhəsiz, bu cür hücumların dəf edilməsində və uğurlu addımların atılmasında “Bakı-2015” ilk Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın, Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin, o cümlədən, ölkəmizdəki vətəndaş cəmiyyəti institutlarının fəaliyyəti yüksək qiymətləndirilməlidir.
“İdarə olunan xaos” planı Azərbaycanda baş tutmadı, yaxud “ictimai xof” alınmadı
Azərbaycan “idarə edilən xaos” nəzəriyyəsinin tətbiq edildiyi ölkə olmaqdan qorundu və Avropadakı imperialist mərkəzlərin planı baş tutmadı. Bu mərhələdə ölkəmizdə ictimai fikir daşıyıcısı olan hər bir fərd bu proseslərin mahiyyətini bir daha yaxşıca dərk etdi.
O da qeyd edilməlidir ki, Azərbaycan əleyhinə hadisələr təkcə sosial məkanla, media ilə məhdudlaşmadı. İddia edilə bilər ki, ölkəmizdə baş verən bəzi hadisələrdə bəhs olunan qüvvələrin birbaşa və ya dolayısı ilə iştirakları oldu. Biz bunu Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğına da şamil edə bilərik. Doğrudur, bununla bağlı Təhqiqat komissiyası yaradılıb və müvafiq araşdırmalar aparılır. Hər halda, bu hadisə və bundan sonra baş verən müxtəlif xarakterli yanğın hadisələri ictimai xof yaratmağa hesablanmışdı. Belə düşünülmüşdü ki, ilk Avropa Oyunları ərəfəsində Azərbaycana akkreditasiya olunmuş 1500-dən çox jurnalistin işi, əslində, ölkəmizin yanmış və qara boyanmış rəngini Avropa mətbuatına daşımaqdan ibarət olmalıdır. Amma anti-Azərbaycan dairələr burada da dəqiq hesablama aparmamışdılar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakı şəhəri Binəqədi rayonu ərazisində çoxmərtəbəli binada baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzaladı və qısa zamanda müvafiq tədbirlər görüldü. İmkan verilmədi ki, bu hadisələrdən sui-istifadə edərək narazılar qrupu formalaşdırılsın və bundan katalizator kimi istifadə edilsin. Prezident qeyd etdi ki, Avropa Oyunları, başqa tədbirlər bu faciənin qarşısında heçə bərabərdir. Bu həm ictimai fikri təsəlli edən, onun yarasına məlhəm olan, həm də ictimai əhval-ruhiyyəni imperialistlərə qarşı səfərbər edən bir fikir idi. Beləliklə, Avropadakı dairələrin daha bir “effektiv kart”ı əllərindən alınmış oldu.
İcra hakimiyyəti başçılarından təqdirəlayiq hərəkətlər
Bu məqamda haşiyə çıxıb xüsusi bir məsələni qeyd etmək istərdik. Belə ki, Azərbaycanda rayon icra hakimiyyəti başçılarını əksər hallarda sevmirlər. Ancaq yanğından sonra 268 binanın yenidən üzlənməsi, hadisənin izlərinin qısa müddətdə silinməsi heç bir inzibati məcburetmə qaydasında mümkün olan iş deyildi. Burada, sadəcə, ürək, cəsarət, mənsub olduğu komandaya sədaqət və xalqını sevmək keyfiyyətləri lazım idi. Qısa zamanda bu fəsadın nəticələrinin aradan qaldırılması istiqamətində icra başçılarının gördükləri işlər onların Prezidentə və mənsub olduqları siyasi komandaya sədaqətlərindən xəbər verdi. Onlar bununla bir daha Azərbaycan Prezidenti ətrafında vahid və nizamlı bir siyasi ansamblın olduğunu isbat etdilər.
Başlanğıc sürət, yaxud “riyazi rəqqas” Azərbaycanın lehinə çevrildi
Fizikada belə bir qanun var: hər hansı bir cisimi hərəkətə gətirmək üçün ona başlanğıc sürəti vermək lazımdır. Bundan sonra o, itələmə gücünə müvafiq olaraq müəyyən məsafə qət edəcək və dayanacaq. Avropa Oyunları ərəfəsində Azərbaycanın əleyhinə təşkilatlanmış qruplara başlanğıc hərəkət verildi. Azərbaycan ictimai-siyasi institutları isə bu mexanizmin önünə tormozlayıcı vasitələr çıxarmaqla onun hərəkətini hədəfə çatmamış dayandırdılar və əks-hərəkət verdilər. Beləliklə, həmin mexanizm “bumeranq” kimi onların özünə qayıtdı. Və qətiyyətlə deyə bilərik ki, “riyazi rəqqas” artıq anti-azərbaycançı dairələrin yox, Azərbaycanın lehinə işləyir.
Nəticədə isə, Azərbaycan xalqı bu prosesdə düşmənlərini daha dəqiq tanıdı, xaricdən gələn mənfi impulslara qarşı xüsusi immunitet qazanmış oldu və bir daha müəyyən etdi ki, taleyi öz əlindədir, qədərini özü müəyyənləşdirir, “idarə olunan xaos”a münbit şərait yaradıb qeyri-sabitlik məkanı olmayacaq, Qarabağı heç vaxt unutmayacaq, ərazi bütövlüyünü bərpa edəcək və öz sərvətlərinin sahibi olacaq.

 
 
  • Oxunub:  20400  |  
  • Tarix:  10-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA