Ana səhifə »  Müəlliflər »  Avropa Oyunlarının ecazkar açılışı, yaxud birinci ledinin duası: Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!
A+   Yenilə  A-
Avropa Oyunlarının ecazkar açılışı, yaxud birinci ledinin duası: Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!
Yazdı: Hikmət BABAOĞLU

Qədim Bakının ən yeni tikililəri
Xeyli vaxtdır ki, qədim Bakı şəhəri həyəcanla, səbirsizliklə böyük bir hadisəni gözləyirdi. Ən qədim tikilisinin yaşı eramızdan əvvəl VIII əsrə qədər uzanan ən qədim qayaüstü rəsmlərinin yaşı, pitoqrafik yazılarının yaşı beş min illik tarixə dayanan bu şəhər ən müasir tikililər və qurğulara bəzənərək xoş bir həyəcan və intizar içində idi. Nəhayət, iyun ayının 12-də buna son qoyuldu. Hər bir azərbaycanlının və Azərbaycansevərin həyəcanla gözlədiyi o gün gəlib çatdı. Əslində, iyunun 12-nə qədər Azərbaycan Avropa Oyunları kontekstində öz siyasi-ictimai, beynəlxalq münasibətlərində müəyyən bir mərhələni artıq arxada qoymuşdu. Bəlkə, bir qədər yorulmuşdu, amma çox qürurlu idi. Çünki Avropa Oyunları kampaniyasından Avropa Oyunlarının başlanğıcına qədər olan müddətdə Azərbaycan həm dostlar qazanmaq, həm də düşmənlərini yenidən tanımaq baxımından xeyli faydalı təcrübə əldə etmişdir. İyun ayının 12-də artıq hər bir azərbaycanlının daxilində bir inam, daxili bir qənaət var idi. Biz artıq kimin kim olduğunu və hansı məqsədə xidmət etdiyini dəqiqləşdirmiş, yəqin etmişdik. 12 iyunda biz hamımız möhtəşəm bir açılış gözləyirdik. Doğrudan da, belə bir açılışın şahidi olduq.
Leksik fondumuzda münasib söz tapa bilmədim...
Açılış mötəşəm idi... Yox, bu söz gördüklərimizi tam ifadə etmədi... Açılış möhtəşəm və gözəl idi... Yox? yenə olmadı... Açılışı ifadə etmək üçün leksik fondumuzda sözlər axtardım. Məqsədim tək bir sözlə bu açılışın məndə yaratdığı təəssüratı ifadə etmək idi. Ancaq mən bu sözü tapa bilmədim. Ona görə də hesab etdim ki, bəlkə, bu məqalə ilə, birinci Avropa Oyunlarına həsr etdiyim bu yazı ilə oradakı təəssüratlarımı ifadə edə bilərəm.
Möcüzəli dekorasiya
70 minlik böyük bir tamaşaçı auditoriyasının səbirsizliklə gözlədiyi an gəlib çatdı. Birinci Avropa Oyunlarının açılış mərasimi başladı. İlk baxışda, səhnənin ortasında qurulmuş dekorasiya çox sadə, həm də çox zövqlü bir dekorasiya kimi görünürdü. Ancaq hələ heç kimin bu dekorasiyanın altında gizlənən möcüzələrdən xəbəri yox idi və hər dəfə dekorasiya dəyişib açılış mərasimi ilə bağlı yeni bir səhnə təqdim olunanda hər bir azərbaycanlının, eləcə də, xarici qonaqların gözlərində maraq, təəccüb və heyranlıq əks olunurdu. Bu da məndə bir azərbaycanlı kimi qürur yaradırdı.
Əqlin, intellektin və Vətənə sevginin vəhdəti
Mərasimdəki kompozisiyalar başa çatdıqdan sonra mən bu səhnəni təşkil edənlərin ağlına, sadəcə, heyran qaldım. Sonra fikirləşdim ki, təkcə ağılla, soyuq məntiqlə bu cür səhnələr, dekorasiyalar, kompozisiyalar yaratmaq olmaz. Çünki bu cür səhnələri təşkil etmək üçün burada mütləq emosiya, sevgi və səmimiyyət lazım idi. Sonra başa düşdüm ki, bunların hamısı bir yerdə olmasa idi, açılış mərasimi bu cür maraqlı və ecazkar alınmazdı. Mərasimi Alim Qasımovun sehrli səsi dualarla başlatdı və həmin sehrli səs o dualarla mərasimi bitirdi. Bu iki səs arasında isə Azərbaycan yeni bir tarix yaşadı. Orada olan 70 min tamaşaçının hər biri Azərbaycanı yenidən tanıdı və kəşf etdi.
Açılış mərasimində dörd müqəddəs ünsür, yaxud Tanrıçılıq inanc sisteminin təzahürləri
Olimpiya məşəlini gətirən idmançımız onu torpağa gömdü. Od torpaqda yenidən oyandı, qalxdı, hava ilə qovuşdu. Sonra isə Xəzər dənizinin üzərində alovlanmağa başladı. Beləliklə, biz dünyanın ən qədim dini olan Tanrıçılıq dininin müqəddəs dörd ünsürünün bu prosesdə insanlara, tamaşaçılara təqdim olunduğunun şahidi olduq və bu, eyni zamanda, insanın yaradılışının başlanğıcını simvolizə edirdi. Burada həm milli, dini inanc sistemi, həm bəşərin yaranmasını simvolizə edən ezoterik bilgiləri özündə əks etdirən mükəmməl sistem var idi. İnsanın yaradılışında iştirak edən dörd komponent və ən qədim inancımız Tanrıçılıqda olan həmin dörd komponent - od, su, hava və torpaq komponenti var idi. Bəlkə də, Tanrıçılıqla bağlı süjeti təsadüfi saymaq olardı. Ancaq...bu barədə bir qədər sonra... Bu, əlbəttə ki, milli olmaqla bərabər, eyni zamanda, dünyəvi idi. Bu qədər uğurlu başlanğıcdan sonra növbəti kompozisiyanın nə olacağı haqqında təxminlər irəli sürməyə çalışdım, ancaq, doğrusu, xəyal gücüm buna yetmədi. Çünki ümumavropa əhəmiyyətli bu idman bayramını bundan daha möhtəşəm, daha məzmunlu, daha gözəl başqa hansı kompozisiya ilə izah edib təqdim etmək olardı?
Novruz bayramı süjeti, idman və yaradılış dastanı
Sən demə, başqa bir sürpriz varmış. Bu mərhələdə isə növbəti kompozisiya Azərbaycanın ən qədim milli bayramı olan Novruzla bağlı oldu. Əslində, əbədiyaşarlıq rəmzi olan yaşıl səmənini meydana gətirən bahar qız səmənini torpağa qoydu və buradan həyat cücərməyə başladı. Bu, bütün dünyada qəbul olunan və kosmik təqvimlə üst-üstə düşən yaz gecə-gündüz bərabərləşməsini xatırlatmaqla, yeni həyatın, yeni eranın başlanmasını xatırlatmaqla bərabər, eyni zamanda, insanların daim əbədiyaşarlıqla bağlı xəyallarını özündə əks etdirən bir süjet idi. Doğrusu, mən heç vaxt Novruz, səməni və əbədiyaşarlıq triadasını bu qədər vəhdətdə görə bilməmişdim. Bu süjetdə, eyni zamanda, qədim dastanlarımızdan olan “Yaradılış” dastanı da var idi. Bundan sonra biz torpaqdan yaranan “Adəm”i gördük. Bu, əslində, insanın yenidən doğuluşu idi. Bu, bəşəriyyətin keçdiyi tarixi yolun qısa ensiklopedik xatırladılması idi. Yəni, əgər yenə ezoterik bilgilərə müraciət etsək və yaxud mifoloji dövrə müraciət etsək, Nuh peyğəmbərə qədər olan sivilizasiya və dünyanı su basdıqdan sonra əmələ gələn sivilizasiya tarixi qısa süjetdə bizə təqdim olunmuşdu. Bax burada insanların yenidən doğuluşu və müasir insan tipinə çatması mərhələsi özünü göstərirdi. Yəni, “homosapiens”in - düşünən insanın yaranması idi. Eyni zamanda, bu, bizim qədim türk dastanlarından olan “Yaradılış” dastanın süjetinin arxetipini xatırladırdı.
Üçüncü səhnə - əbədi sevgi və rəqabət...
Üçüncü kompozisiyada nə olacağını biz çox maraqla gözləyərkən birdən-birə bütün xalqlar üçün, bütün insanlar üçün əbədi mövzu olan və insanlığın yaşama səbəbi olan sevgi səhnəyə çıxdı. Yaşıl çəmənlərin içərisindən sevginin, məhəbbətin simvolu olan Məcnun meydana çıxdı və öz Leylisinə doğru irəliləməyə başladı. Beləliklə, Xəzər dənizi üzərindəki atəşi yandırdı. Bu səhnənin içərisində Tanrının insanlığa bəxş etdiyi ən munis, ən incə, ən ülvi hiss olan məhəbbət vardı.
Beş min illik dövlətçilik tarixinə səyahət, yaxud hər səhnə bir tarix səhifəsi idi
Bu epizod bitər-bitməz Azərbaycan xalqının tarixi keçmişinə qısa bir ekskursiya vardır. Biz o səhnə dekorasiyalarında Azərbaycanın 5 min illik tarixini dövrlər üzrə gördük. Hər bir azərbaycanlı, eləcə də, hər bir qonaq Azərbaycanın 5 min illik dövlətçilik tarixi haqqında qısa epizodik məlumatlar əldə etdi. Dairəvi sistem üzrə düzülmüş və dövrlər üzrə dövlətçiliyimizin xüsusiyyətlərini, xarakterini və sivilizasiyaların mərhələli olaraq əlamətlərini özündə əks etdirən dövlətçilik tariximizin qısa forması səhnədə görünməyə başladı. Şumerdən, Mannadan, Midiyadan başlamış Atabəylərə, eləcə də, müasir dövrə qədər. Hər kiçik səhnə, əslində, Azərbaycanın 5 min illik dövlətçilik tarixinin bir səhifəsi idi. Biz bunu bir neçə dəqiqə ərzində vərəqlədik. Bu insanda möhtəşəm bir duyğu yaradırdı və hər bir azərbaycanlı kimi mən də öz tarixi keçmişimlə, öz dövlətçilik tariximlə bir daha qürur duydum. Və Azərbaycan xalqının dövlət qurmaq istedadı, lider yetişdirmək istedadının köklərinin hardan gəldiyi bir daha hər birimizə bəlli oldu. Biz bir daha dərk etdik ki, Azərbaycan xalqı Heydər Əliyev kimi böyük lideri təsadüfən yetişdirməyib. Və bugünkü müstəqil Azərbaycan dövləti Azərbaycanın bu vaxta qədər qurduğu, yaratdığı dövlətçilik ənənələrinin davamı kimi meydana çıxıbdır. Ona görə də bu gün Azərbaycan müstəqil dövlət kimi bu qədər güclüdür. Ona görə də Prezident İlham Əliyev müstəqil dövlətimizi az qala bəzən bütün şərtlər əleyhimizə olduqda belə, məharətlə qoruya bilir. Lap elə Avropa Oyunları ərəfəsində olduğu kimi.
Mədəniyyətimizin beşiyi Qobustan qayaüstü rəsmləri...
Sıradakı səhnə sanki tariximizin yerdən baş qaldırmasını, doğuşunu əks etdirdi. Səhnə dekorasiyasının ortasından canlı Qobustan doğulurdu. Qayalar böyüdükcə, onların üzərində min illər öncə əcdadımızın yaratdığı mədəniyyət nümunələri öz əksini tapdıqca insanın ürəyi qürurla dolur, belə bir qədim mədəniyyətin davamçısı olmaqdan fəxarət hissi keçirirdi. Bu məqamda mən bir daha azərbaycanlı olmağımla fəxr etdim və əlbəttə, ən böyük Azərbaycanlı Ulu öndərimiz Heydər Əliyevin məşhur sözlərini xatırladım...
Buğa dünyanın tarazlığını qoruyan mifoloji inanc, yaxud güc və rəqabət simvolu kimi...
Növbəti səhnədən sonra düşünürdük ki, artıq dünyaya Azərbaycanın dövlətçilik tarixi haqqında, Azərbaycanın milli kimliyi haqqında kifayət qədər məlumat verilib. Amma kompozisiyanın tamamlanması üçün bu dəfə isə dövriyyəyə buğa girdi. Mifoloji düşüncədə yer kürəsinin güclü buğaların buynuzunun üstündə olduğu ilə bağlı bilgilər var. Hər nə qədər mifologiya dövrü bəşəriyyətin uşaqlıq dövrü adlandırılsa belə burada mütləq bir müdriklik var. Yəni ictimai fikrin, bilginin, elmin mənşəcə eyni mənbədən gəldiyini düşünsək, o zaman biz burada bütün xaqların mifoloji dünya görüşündə olan eyni süjetin kompozisiyada əksini tapdığını görə bilərik. Güc, rəqabət, idman və yarışma rəmzi olan buğanın meydanda görünməsi bir daha bizi nağıllar aləmindən qaytarmaqla yenidən gerçək həyatda bir idman hadisəsi üçün bura toplaşdığımızı xatırlatdı. Bax bu da tədbirin ümumi ovqatını, həmrəyliyini və ahənginin xoş niyyət üstündə qurulduğunu və birləşdirici vasitə kimi çıxış etdiyini göstərən kompozisiyalardan biri oldu.
Narın sirri, narın müdrikliyi və narın quruluşundakı abstrakt məntiq
Sonda isə səhnəyə nar gəldi. Nar Cənub xalqlarının, Şərq xalqlarının düşüncə tarixində, mifoloji dünya görüşündə xeyli sayda müxtəlif məzmun kəsb edir. Yəni, burada həm zənginlik var, həm qırmızı olduğu üçün atəşi simvolizə edir. Həm sirr və həm intellekti simvolizə edir. Nar, eyni zamanda, bərk cismin fiziki xassəsini özündə göstərir. Çünki biz bilirik ki, bərk cisim göründüyü kimi bütöv deyil, kiçik hissəciklərdən, molekullardan, atomlardan, neytronlardan ibarətdir. Biz vahid bir narı görməklə bərabər, eyni zamanda, onun içərisində çox sayda tərkib hissələrini gördük. Böyük Nəsimi deyir ki, kainat zərrəciklərdən ibarətdir. Hər zərrəcik içərisində xəlq etmə qüdrəti daşıyır. Hər xəlq edən xaliq deyil. Nar Azərbaycanın milli simvolu idi. Əslində, dünyanı bir nara bənzətsək, ayrı-ayrı dövlətlər və ayrı-ayrı xalqlar da həmin bu narın içərisində olan o xırda dənəcikləridir. Yəni, bir daha Azərbaycan dünyaya ismarıc göndərdi ki, bizim taleyimiz birdir. Əslində, bir gəmidə üzən bir narın içərisində olan dənəciklərik və biz bu məkandan kənara çıxa bilmərik. Burada yaxşı, rahat, sülh və əməkdaşlıq içərisində yaşamaq üçün mütləq bir-birimizin mənafeyini qorumalıyıq. Hesab edirəm ki, bu da ən böyük ismarıclardan və mərasimin düşünülmüş təqdimatlarından biri idi. Bundan sonra isə biz yenidən Alim Qasımovun səsində yenə dualar eşitdik. Əslində, bu duaların ünvanı insanlığa idi, əlbəttə ki, ilk növbədə, Azərbaycana.
Azərbaycan musiqisi və “Sarı gəlin” ürəkləri bir daha fəth etdi
Bu prosesdə biz Azərbaycan xalqının estrada, klassik musiqisindən, xalq mahnılarından, lirik mahnılarından, milli musiqi alətlərindən xeyli sayda bəstələr dinlədik. O cümlədən, “Sarı gəlin” mahnısını iki dəfə eşitdik. Bütün bunlar Azərbaycanın nə qədər dərin keçmişə, dərin tarixə, dərin mədəniyyətə, dərin mənəviyyata, dərin intellektə, əqlə və dərin milli fəlsəfəyə, milli etikaya və estetikaya malik olduğunun göstəricisi idi.
Mehriban xanım Əliyevanın gözlərindəki qürur və məmnunluq, yaxud birinci ledinin duası: “Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!”
Bundan sonra biz birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın çıxışını dinlədik. Bir şeyi burada qeyd etməyi vacib hesab edirəm ki, Mehriban xanımın gözlərində həm qürur, həm əminlik, həm də məmnunluq var idi. Çünki dediyi hər cümlədən sonra 70 minlik auditoriya haqlı olaraq onu alqışlayırdı. Əslində, bu, Azərbaycan xalqı, eləcə də, auditoriya tərəfindən Mehriban xanımın bu prosesdə çəkdiyi əziyyətə verilən qiymət idi. Bu alqışlardan sonra isə Mehriban xanımın gözlərindəki o məmnunluq hissini görmək o qədər də çətin deyildi. Bütün bunların kulminasiyası onda oldu ki, Mehriban xanım öz çıxışında qeyd etdi ki, müstəqillik illərində əldə etdiyimiz uğurlar və nailiyyətlər nəticəsində bu gün burada, gözəl Bakıda Avropa Olimpiya hərəkatının tarixində yeni səhifə yazılır: “Bu səhifəni biz yazırıq. Azərbaycan xalqı yazır. Qoy Tanrı Azərbaycanı hər zaman qorusun!”.
Bu ifadədən sonra 70 min insanın “amin” sədaları ucaldı. Yazının əvvəlində təqdim edilən səhnələrin birinin Tanrıçılıqla əlaqəli olmasını təsadüfi saymadığımı bildirmişdim və hörmətli oxucuma bunun səbəbini bir qədər sonra açıqlayacağımı demişdim. Bunun izahı Mehriban xanım Əliyevanın Azərbaycan xalqına ünvanlanan duasında işlətdiyi Tanrı sözü idi. Qoy Tanrı Azərbaycan xalqını həmişə qorusun!
Öz böyük uğurunu xalqı ilə bölmək nəcabətliliyi
Əslində, Mehriban xanım burada öz təşkilatçılıq uğurunu Azərbaycan xalqı ilə bu xalqın bir övladı kimi bölüşdü. O qeyd etdi ki, bu tarixi biz yazırıq, Azərbaycan xalqı yazır. Bu təvazökarlıq bir daha 70 minlik auditoriya tərəfindən alqışlarla qarşılandı.
Təzahüratlar ictimai nəbzin göstəricisi kimi
Burada haşiyə çıxıb bir məsələni qeyd etmək istəyirəm: açılış mərasimində izlədiyimiz maraqlı proseslərdən biri 50 ölkəni təmsil edən milli komandaların səhnəyə gəlişi idi. Əslində, auditoriyanın reaksiyası Azərbaycan xalqının bu komandaların təmsil etdiyi ölkələrə münasibətini göstərirdi. Bu, bir növ, ictimai nəbz yoxlaması idi, sosioloji sorğu idi. Hər komandaya qarşı ayrı cür təzahürat olurdu. Ümumilikdə, təzahüratların hamısı xoş idi. Ermənistan komandası istisna olmaqla. Bütün komandalara qarşı bir səmimiyyət var idi. Əlbəttə ki, ən böyük təzahürat Türkiyə və Azərbaycan komandaları səhnəyə gələrkən oldu. Türkiyə milli komandasının Azərbaycan və Türkiyə bayrağı ilə səhnəyə daxil olması insanlarda ayrıca bir təəssürat, həyəcan yaratmışdı.
Protokol xidmətinin işçisi: “nağıllar aləmindəyəm”
Mənim sağ tərəfimdə adını çəkmək istəmədiyim bir ölkə prezidentinin protokol xidmətinin işçisi olan xanım əyləşmişdi. Mən deyərdim ki, bu xanım təkcə protokol xidmətinin işçisi deyil, həm də başqa missiya daşıyan bir xanım idi. Çünki o, auditoriyanın hər komandaya olan təzahüratına xüsusi reaksiya verirdi. Türkiyə komandası səhnəyə daxil olarkən azərbaycanlıların təzahüratını görüb öz həmkarı ilə göz-gözə gəlib gülümsədilər. Bu, əslində, Türkiyə-Azərbaycan dostluğunun bir daha hər şeydən ötə, hər şeydən üstün olduğunun göstəricisi idi. Eyni zamanda, Rusiya milli komandası səhnəyə daxil olarkən azərbaycanlıların təzahüratına da özünəməxsus reaksiya verdi. Mən xanımdan soruşdum ki, “necə oldu, açılış mərasimi xoşunuza gəldimi?” O isə bildirdi ki, mən bilmirəm real aləmdəyəm, yoxsa nağıllar dünyasında. Bax burada biz xanımla həmfikir idik. Mən də özümü nağıllar aləmində hiss edirdim.
İmperializmin cəbbəxanası “Facebook”, “twitter” idman bayramına kölgə sala bilmədi
Sonda belə bir qənaət ifadə edə bilərik ki, hər şeyə rəğmən, Azərbaycan bacardı. Bu prosesdə virtual məkanda “Twitter”də bizə qarşı xüsusi kampaniya aparanları biz məğlub etdik. “Facebook”da bu kampaniyanı aparanları məğlub etdik. Azərbaycan xalqı öz birliyi, istedadı, eləcə də, gücü və təşkilatçılıq qabiliyyəti ilə isbat etdi ki, o, bundan daha böyük beynəlxalq tədbirləri keçirməyə qadirdir. Eyni zamanda, Azərbaycan xalqı mesaj verdi ki, biz intellektual bir cəmiyyətdə yaşayırıq, Azərbaycan dünyada baş verənləri dərk edir. Kimin hansı oyunu oynadığından xəbərdardır və Avropanın imperialist mərkəzlərində düşünülmüş, idarə olunan xaos Azərbaycanda keçməyəcək. Biz heç vaxt dini, etnik, siyasi, ideoloji qarşıdurma zəminində imperialistlərə alət olub vətəndaş müharibəsi çıxarmayacağıq. Biz mədəni xalqıq və biz o səhnədə sərgilənən tarixdən gələn o tarixi varisliyi yaşadan bir xalqıq. Hesab edirəm ki, bundan sonrakı mərhələdə biz avropalılarla daha asan dil tapacağıq. Çünki Azərbaycan xalqı öz milli gücünü nümayiş etdirdi və buna qarşı hörmətlə yanaşmağın vacib olduğunu lazımi ünvanlara çatdırdı.

 
  • Oxunub:  23850  |  
  • Tarix:  18-06-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 21:14
Sovet İttifaqı Qəhrəmanı Müseyib Allahverdiyevin 110 illiyi qeyd olunub
22 Aprel 21:01
Azərbaycan BMT ilə faydalı və hərtərəfli əməkdaşlıq edir
22 Aprel 20:57
Bakıda X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub
22 Aprel 20:42
Məhkəmə qərarlarının icrası işinin təkmilləşdirilməsi üzrə təsirli tədbirlər görülür
22 Aprel 20:38
BDU-nun rektoru tələbə müraciətlərini cari və perspektiv fəaliyyət proqramına daxil edib
22 Aprel 20:35
Bakı Şəhər Baş Polis İdarəsində geniş əməliyyat müşavirəsi keçirilib
22 Aprel 20:32
ADA Universitetində tanınmış meksikalı rəssama həsr olunmuş tamaşa təqdim edilib
22 Aprel 20:28
Xalq yazıçısı İsmayıl Şıxlının 100 illik yubileyi Azərbaycan Ordusunda silsilə tədbirlərlə qeyd edilir
22 Aprel 20:23
Nazirlərin Moskva görüşü: ehtimallar, ssenarilər və ümidlər
22 Aprel 20:21
Prezident İlham Əliyev Ukraynanın yeni seçilmiş Prezidenti Vladimir Zelenskini təbrik edib
22 Aprel 20:18
Azərbaycan Respublikası Burundi qaçqınlarına yardım edib
22 Aprel 17:50
AZAL-ın prezidenti ABŞ səfiri ilə görüşüb
22 Aprel 17:40
Şahin İsmayılov: Azərbaycan gəncliyi cəmiyyətin inkişafında fəal sosial təbəqəyə çevrilib
22 Aprel 17:38
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
22 Aprel 17:33
Milli Məclisin deputatı Sahibə Qafarova Şəmkir rayonunda seçicilərlə görüş keçirib
22 Aprel 17:30
Balakəndə 10 yaşayış məntəqəsini əhatə edən yol yenidən qurulur
22 Aprel 17:28
“Israel Hayom” qəzeti: “Azərbaycan müqəddəs Odlar Yurdudur”
22 Aprel 17:27
Tahir Süleymanov: Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi təşkil edir
22 Aprel 17:17
Cavanşir Paşazadə: Qazanılan nailiyyətlərin başlıca səbəbi dövlət başçısının həyata keçirdiyi siyasətin milli maraqlarımıza xidmət etməsidir
22 Aprel 17:15
ADU-nun tələbələri Macarıstanın təqaüd proqramları barədə məlumatlandırılıb
22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA