Ana səhifə »  Müəlliflər »  Simurq əfsanəsi: uydurma və həqiqətlər
A+   Yenilə  A-
Simurq əfsanəsi: uydurma və həqiqətlər
Yazdı: Hikmət BABAOĞLU

Hörmətli oxucu, mən Avropa Oyunlarının bağlanış mərasiminə həsr etdiyim yazımda Simurq quşu mifoloji süjetini Azərbaycan xalqının mifoloji düşüncəsinin məhsulu kimi təqdim etdim və milli fəlsəfi düşüncəmizin tərkib hissəsi kimi qiymətləndirdim... Ancaq bilirəm ki, buna etiraz edənlər, yaxud ən azı tərəddüdlə yanaşanlar olacaq. Ona görə də, simurq quşu mifoloji süjeti ilə bağlı apardığım qısa tədqiqatı nəzərinizə çatdırmaq istəyirəm. Bəlkə də, buna xüsusi ehtiyac yox idi. Ancaq tarixi təcrübə göstərir ki, sahib çıxmadığımız dəyərlərimizə dərhal sahib çıxanlar tapılır. Ona görə də, vətəndaşlıq və ziyalılıq borcumuzdur ki, öz maddi və mənəvi dəyərlərimizə sahib çıxaq. Onları qoruyaq ki, gələcəkdə mübahisə predmetinə çevrilməsinlər. Beləliklə...
Fəridəddin Əttarın hekayəti, yaxud bir quş niyə otuz quş oldu...
Demək olar ki, bütün qaynaqlarda qeyd olunur ki, Simurq quşu qədim İran əsatirində Qaf dağında yaşayan böyük quşdur, xeyirxahlıq rəmzidir, həyat ağacını yerə gətirib, gözəllik simvoludur və s. Fars dilində si - otuz, murq isə quş deməkdir. Quşlar uzun müddət Simurqdan xəbər tuta bilmirlər. Və onu axtarmaq üçün Qaf dağına üz tuturlar. Ancaq Qaf dağına çatmaq üçün yeddi böyük vadini keçmək lazımdır. Yol uzaq və çətin olduğuna görə bülbül bəhanə edir ki, o, gülə aşiqdir, ona görə geri qayıdır, qartal deyir mən öz yüksəkliklərimi sahibsiz qoyub gələ bilmərəm və s. Beləliklə, Qaf dağına çatanda quşlara səfərdə rəhbərlik edən şanapipik dönüb baxır ki, cəmisi 30 quş qalıb. Onlar da şanapipikdən soruşurlar ki, Qaf dağına çatdıq, bəs hanı Simurq? Şanapipik isə cavab verir ki, baxın, elə Simurq sizlərsiniz. Bundan sonra da Simurq kimi bu 30 quş qəbul edilir. Deməli, uydurmanı elə sonlandırmaq lazımdır ki, farsca 30 quş mənasını verən Simurq sözünə bəraət qazandırılsın. Bu adın farsca olduğu isbat edilsin. Simurq əfsanəsinin bu cür şərhini Fəridəddin Əttar özünün “Məntiquttəyr” (quşların dili) kitabında nəql edir. Ancaq diqqətlə nəzər salsaq, görərik ki, bu hekayət, sadəcə, Əttar tərəfindan ona görə uydurulub ki, Simurq mifoloji süjeti farslaşdırılsın. Çünki onun hekayətini gerçək kimi qəbul etsək, o zaman həm Simurq quşunun özünü bir obraz kimi itirməli oluruq, həm də Simurq fəlsəfəsini rədd etməli oluruq. Axı mifoloji süjet bir quş və onun xeyirxahlığı, yardımsevərliyi, müdrikliyi (Simurq quşu bilik ağacının üzərində otururdu, yuvası isə Qaf dağında idi) üzərində qurulub. Belə olan halda Simurq hara, acizanə şəkildə onu axtarışa çıxan otuz quş hara?! Göründüyü kimi, bu hekayət mifoloji süjetə yamaqdır. Ayrıca, bu, necə İran əfsanəsi ola bilər?! İran, sadəcə, coğrafiyadır, coğrafiyanın əsatiri olmur. Çünki coğrafiya əsatir yaradan deyil, əsatirləri də, əfsanələri də xalqlar yaradır.
Belə olan halda, ya deməliyik ki, farsdilli xalqların əsatiri, ya da tutaq ki, türkdilli xalqların əsatiri. Əttar cəsarət edib Pers, yaxud Persiya əsatiri deyə bilmir. Çünki bilir ki, bu, onların əsatiri deyil. Türkdilli xalqların əsatiri də demir, çünki demək istəmir, daxili eqosu bunu etiraf etmək istəmir. Onda “optimal” variant tapır - “İran” əfsanəsi.
Bəs mifoloji süjet harada yaranıb... Simurq, Zümrüd, Samğrğx, yoxsa Şınğıray
Qeyd etdiyimiz kimi, coğrafiyalar əfsanə yarada bilmir. Yaxşı, bəs onda Simurq quşu mifoloji süjeti necə və harada yaranıb? Türkdilli yazılı və şifahi mənbələrdə Simurq adı Zümrüd (Azərbaycan), Samğrğx (Qazax), Şınğıray (Qırğız) kimi keçir. Bu quş hun-qıpçaq mifologiyasında “Alp”ları, yəni igidləri xilas edən, onları dardan qurtaran Alp Karakuşla eyniləşdirilir. Sözün kökündəki Şın (n-sağır nun) yüksəklik, göy, səma deməkdir. Biz indi onu işın, şüa, yaxud elə işıq kimi tələffüz edirik. Şınğıray quşu dünya ağacının başında yaşayır və o, Tanrı ilə insanlar arasında bir növ vasitəçi rolu oynayır. Qazax tədqiqatçısı C.Kondıbayev Simurq sözünü türkmənşəli Şınğrığ, yaxud Şanrax sözü ilə eyniləşdirir. Sonrakı mərhələdə isə Samğrğx sözü üzərindən Simurq şəklində farslara keçir. Farslar isə sözü öz dillərinə uyğunlaşdıraraq onu Simurq kimi tələffüz edirlər. Bir qədər sonra isə Şınğıray mifoloji süjeti təhrif olunur və Əttarın uydurması İran əsatiri kimi təqdim olunur. Tezliklə biz də onu həvəslə əzbərləyirik. Mifoloji süjetin əsl məzmununu isə itiririk. Ancaq müqayisə etsək, görərik ki, Alp Karakuş, yaxud Şınğıray süjeti daha inandırıcı və məntiqlidir. Eyni zamanda, Simurq fəlsəfəsi ilə birə-bir səsləşir.
Qonrul, Konğurul, yaxud Toğrul, Tonğurul ittifaq simvolu kimi
Başqa bir bənzətmə, yaxud Simurq mifoloji süjetilə identifikasiya edilə biləcək süjet isə göytürklərdən qərbə doğru uzanan, bizə daha yaxın olan qərb türklərinin əsatiridir. Burada Şınğıray artıq Qonrul, yaxud Konğuruldur.
Qonrul, yaxud Konqrul qərb türklərinin mifologiyasında Simurqa bənzər süjetlə xatırlanır.
Ancaq onun iki fərqli səciyyəvi xüsusiyyəti var. Birincisi, Qonrul o qədər dözümlü quşdur ki, yerlə göyün birləşməsinə qədər uça bilir. İkincisi isə, onun əkizi də var. Bu, Tonğurul, yaxud Toğruldur. Qonrul quşunun rəngi də qonur-qırmızıdır. Yəni, o da bir növ atəşi simvolizə edir. Elə qonur kökü də quşun rənginə işarədir. Ancaq burada başqa bir səciyyəvi cəhət odur ki, bu quşlar bərabər hərəkət edirlər. Qonqurul və Tonğurul quşları mifoloji süjeti sonralar müttəfiqlik rəmzinə çevrilir və nəhayət, ikibaşlı qartal kimi bir sıra xalqların bayrağında yer alır. Hazırda daha çox slavyan əsilli xalqların bayraqlarında yer almalarına baxmayaraq, ilkin dövrlərdə türk tayfa ittifaqlarını simvolizə edib. Məsələn, Oğuz-As, Türk-Monqol, Hun-Qıpçaq və s. Sonralar qıpçaqlar slavyanlarla ittifaq qurarkən həmin rəmzi, yəni Qonqurul və Tonğurul rəmzini öz müttəfiqliklərinin simvolu kimi qəbul ediblər.
Slavyanların ikibaşlı qartalı Qonrul-Tonğurul birliyi kimi
Son 300 ilə qədər bu davam edib. Bundan sonra isə qıpçaqlar, kumanlar, xəzərlərin bir qismi, tatarların bir qismi slavyan milli etnik assimilyasiyasına məruz qalaraq slavyanlaşıblar. Beləliklə, rus xalqının gerbində ikibaşlı müttəfiqlik rəmzi bu günə qədər qalsa da, müttəfiqlərin biri artıq yoxdur. O assimilyasiya edilibdir. Beləliklə, qısa araşdırmamızın nəticəsi olaraq söyləyə bilərik ki, qədim türk mifoloji süjeti sonralar Yaxın Şərq xalqlarına, o cümlədən, farslara da keçib. Ancaq süjetin arxetipi türklərə məxsusdur və biz bunu haqlı olaraq türkdilli xalqların, o cümlədən, azərbaycanlıların mifoloji düşüncə tarixinin məhsulu kimi qəbul edə bilərik.
Simurqun vətəni Qaf dağı, Nuhun gəmisi və Azərbaycan
Bütün xalqların mifoloji süjetində Simurq quşunun yuvasının Qaf dağında olmasının səbəbi isə odur ki, Nuhun gəmisi Qaf dağında quruya təmas etmişdi. Həyat, o cümlədən, od da oradan paylanırdı. Belə olan halda, Simurq quşunun yuvası da Qaf dağı olmalı idi. Qaf dağı bəzi mənbələrdə Qovv yaxud Qavf kimi göstərilməklə Ağrı dağı ilə eyniləşdirilir. Deməli, Simurq quşu mifoloji süjeti heç bir halda türklərə aid milli-mədəni coğrafiyadan kənara çıxa bilmir. O zaman bu süjetin müəllifi də elə bizim əcdadlarımız olub. Bununla bir daha qeyd etməyi vacib hesab edirik ki, bağlanış mərasimində Simurq mifoloji süjeti təsadüfən seçilməmişdi.
Hikmət BABAOĞLU

 
 
  • Oxunub:  27750  |  
  • Tarix:  03-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək
20 Aprel 17:33
Seçenov Universitetinin Bakı filialında “Açıq qapı” günü keçirilib
20 Aprel 17:30
Gömrük sistemində həyata keçirilən islahatlarla bağlı məlumat verilib
20 Aprel 16:27
Erl Litzenberqer: Amerikada təhsil alan azərbaycanlı tələbələrin sayının ildən-ilə artmasından qürur duyuruq
20 Aprel 16:19
YAP-ın təşkilatçılığı ilə Şəki şəhərində “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda regional müşavirə keçirilib
20 Aprel 15:54
Baş nazirin müavini Əli Əhmədov: Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas qayəsini insanların rifahının yaxşılaşdırılması təşkil edir
20 Aprel 15:25
Səfir: ABŞ Azərbaycanda aparılan islahatları dəstəkləyirik
20 Aprel 15:03
Əli Əhmədov: Azərbaycanda mövcud olan sabitlik insanların həyatı üçün böyük sərvətdir
20 Aprel 14:33
Türkiyə universitetləri ilə əməkdaşlıq Azərbaycanın inklüziv inkişafı barədə elmi ictimaiyyəti məlumatlandırmağa geniş imkanlar yaradır
20 Aprel 14:20
Professor Akkan Suver: Elmira Axundovanın əsərləri ulu öndər Heydər Əliyev ideyalarını dərindən mənimsəmək üçün əsaslı vəsaitdir
20 Aprel 14:19
Daxili işlər nazirinin birinci müavini Qubada vətəndaşların qəbulunu keçirib
20 Aprel 14:11
YAP-ın təşkilatçılığı ilə Şəkidə “Uğurlu sosial siyasətin yeni hədəfləri” mövzusunda müşavirə keçirilir
20 Aprel 14:06
Azərbaycan-Fransız Universitetinin gələcək superkompüterinin təqdimatı olub
20 Aprel 14:02
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələri əsgərlərlə görüşüblər
20 Aprel 13:53
Rauf Əliyev: Qarşıda duran bütün vəzifələr müvəffəqiyyətlə həyata keçiriləcək
20 Aprel 13:45
Baş nazirin müavini Əli Əhmədov Şəki şəhərində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib
20 Aprel 13:17
Hikmət Babaoğlu: Mürəkkəb beynəlxalq və regional şərtlər daxilində ölkəmizin əldə etdiyi uğurlar anti-Azərbaycan şəbəkəni ciddi narahat edir
20 Aprel 13:07
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi publik hüquqi şəxsin strukturu təsdiqlənib
20 Aprel 13:03
YAP rayon təşkilatlarında görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib
20 Aprel 12:59
Cavid Osmanov: Enerji sektorunda uğurlarımız davamlıdır
20 Aprel 12:57
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr olunan elmi-praktik konfrans təşkil ediləcək
20 Aprel 12:55
Sona Əliyeva: Azərbaycan reallığında birgəyaşayış nümunəsi dünya üçün örnəkdir
20 Aprel 12:50
Azərbaycan və Rusiya arasında pensiya təminatı sahəsində müqavilə layihəsi hazırlanır
20 Aprel 12:48
Tahir Rzayev: Bu gün iqtisadiyyatın şaxələndirilməsi istiqamətində ölkəmizdə davamlı addımlar atılır
20 Aprel 11:08
“Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
20 Aprel 10:58
Milli Gimnastika Arenasında bədii gimnastika üzrə ikinci “AGF Junior Trophy” beynəlxalq turniri başlayıb
20 Aprel 10:49
Elçin Əhmədov: Anti-Azərbaycan qüvvələrin ölkəmizə təzyiq göstərmək, onu öz yolundan döndərmək cəhdləri əbəsdir
20 Aprel 10:44
Hanoyda OANA İcraiyyə Komitəsinin 44-cü iclası başa çatıb
20 Aprel 10:41
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 21 dəfə pozub
20 Aprel 10:32
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir
20 Aprel 10:30
Sağlamlıq imkanları məhdud uşaq və gənclərin, sosial müəssisə sakinlərinin sərgisi təşkil olunub
20 Aprel 10:28
Azərbaycandakı diplomatik nümayəndəliklərin rəhbərləri Şamaxıya səfər ediblər
20 Aprel 10:26
Masallıda “Milli aktyorluq məktəbi” mövzusunda keçirilən mühazirə maraqla qarşılanıb
20 Aprel 10:22
YAP Səbail rayon təşkilatında Könüllülər Birliyinin təqdimatı keçirilib
20 Aprel 10:21
YAP Qubadlı rayon təşkilatı Gənclər Birliyinin V konfransı keçirilib
20 Aprel 10:16
Anti-Azərbaycan dairələr tərəfindən ölkəmizə qarşı aparılan “qara piar” kampaniyası heç bir nəticə verməyəcək
20 Aprel 10:13
BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun keçirdiyi beynəlxalq konfransın əsərləri “Clarivate Analytics”də yerləşdirilib
20 Aprel 10:11
“France-24” kanalının saytında Naftalan nefti haqqında məqalə verilib
20 Aprel 10:10
“Nar” korporativ müştərilərinə ödənişsiz MiFi cihazını təqdim edir
20 Aprel 10:09
Azərbaycanın regionlarında əhalinin su təchizatının yaxşılaşdırılması diqqət mərkəzində saxlanılır
19 Aprel 21:36
İstanbulda Türkiyə-Azərbaycan-Türkmənistan enerji əməkdaşlığı müzakirə edilib
19 Aprel 21:33
Peşə təhsili pilləsinin bir səviyyəsindən növbəti səviyyəsinə keçid qaydası təsdiqlənib
19 Aprel 21:28
Bakı Dövlət Universitetinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 21:23
Azərbaycan “Equinor” üçün mühüm ölkədir
19 Aprel 21:17
Bakıda İran Ticarət Mərkəzi açılıb
19 Aprel 21:04
Anar Bağırov: Vəkilliyə qəbulla bağlı namizədlər üçün hər cür şərait yaradılıb
19 Aprel 21:01
Gənclər Fondunun yenilənmiş veb-səhifəsinin təqdimatı olub
19 Aprel 20:55
Bakı Metropolitenində Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş seminar keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA