Ana səhifə »  Müəlliflər »  Texniki məsələ, yoxsa siyasi riyakarlıq örnəyi?
A+   Yenilə  A-
Texniki məsələ, yoxsa siyasi riyakarlıq örnəyi?
Yazdı: Aqşin Şahinoğlu

“Azadlıq” qəzetinin “Şərhlər” bölməsini ləğv etməsi bir daha bu düşərgənin qarşı fikrə dözümsüz münasibətini göstərir
AXCP və onun nəzarətindəki azlığın indiki durumuna nəzər salanda Yuli Sezarın aynanın qarşısında söylədiyi məşhur sözlər yada düşür: “Hirslisən? Deməli, haqsızsan!” Bu haqsız olmaq duyğusu və üstəlik, cəmiyyət tərəfindən təcrid olunması Əli Kərimlini və onun buyruq qullarını çox hirsləndirib. Davamlı uğursuzluq nəticəsində özünə inamını itirməsi də bu antimilli dəstənin hirs və aqressiyasını ikiqat artırıb. Əlbəttə, sosioloqların da vurğuladıqları kimi, bu kimi situasiyalar insanların şüurlu davranışlarını məhdudlaşdırır, daha çox emosional və aqressiv hərəkətləri meydana çıxarır. Görünən isə odur ki, bu emosionallıq və aqressiya Əli Kərimli və onun başına cəm olmuş “beşinci kolon” qalıqlarını daha pis vəziyyətə qoyub. Onlar biixtiyar şəkildə özlərini ifşa etməyə, bu mobil qrupu cəmiyyətin gözündən salan səbəbləri etiraf etməyə başlayıblar.
“Azadlıq” qəzeti AXCP-nin simasıdır
Bu, birmənalıdır ki, mətbuat məxsus olduğu cəmiyyətin güzgüsüdür. Bu gün inkişaf edən, müasirləşən Azərbaycan mətbuatı da cəmiyyətimizin çağırışlarına cavab verməklə yanaşı, ölkəmizin inkişaf paradiqmalarını öz sütunlarında əks etdirir. Lakin “Azadlıq” qəzeti Azərbaycan ictimai fikrinin formalaşmasında heç bir rola malik olmadığı kimi, yalnız təmsil etdiyi və aid olduğu kiçik siyasi qrupun simasını ortaya qoyur. Eyni zamanda, bu qəzet hazırda Ə.Kərimlinin biznesi kimi çıxış edir. Hər halda Əli Kərimli və onun rəhbərlik etdiy partiya ölkəmizdəki siyasi proseslərdə iştirak etmir, parlamentdə təmsil olunmur və bu partiyanın üzvlərinin sayı da o qədər məhduddur ki, onların ödədikləri (mi?) üzvlük haqları AXCP-nin ən xırda xərclərini belə ödəmək qabiliyyətində deyil. Kərimlinin hazırda yeganə mənbəyi xarici ermənipərəst dairələrdən aldığı yardımlar və “Azadlıq” qəzetindən əldə etdiyi gəlirlərdir. Bu isə istər bu qəzetə müxtəlif dövrlərdə yardımlar etmiş insanların (Sakit Allahverdiyev, Rəsul Quliyev və s.), istərsə də vaxtilə “Azadlıq”da çalışmış, sonradan məhz Əli Kərimlinin acgözlüyü ucbatından işdən çıxmış adamların (Mirzə Sakit və digərləri) mətbuata verdikləri açıqlamalardan da aydın görünür. Ona görə də, “Azadlıq” qəzetinin düşdüyü hazırkı miskin durumu AXCP-nin və Əli Kərimlinin ictimai yararsızlığı ilə də əlaqələndirə bilərik. Antimilli fəaliyyət, xəyanətkar mövqe AXCP-ni cəmiyyətdən təcrid edib. “Azadlıq”ı da yalnız şər-böhtanın tribunasına çevirib.
Əlbəttə ki, “Azadlıq” qəzetinin Azərbaycana qarşı fəaliyyəti özünün başlıca prinsipi elan etmiş anti-azərbaycançı, islamofob dairələrinin tezis və tapşırıqları ilə hərəkət etməsi heç kəsdə şübhə doğurmur. Üstəlik, bu inamı məhz qəzet öz antimilli fəaliyyəti ilə formalaşdırıb. Amma paradoksal olan odur ki, “Azadlıq” qüsurunu görüb onu aradan qaldırmaqdansa, Azərbaycan dövlətini, xalqımızın milli maraqlarını qoruyan media nümayəndələrini, fəal gənclərimizi hədəf almaqda davam edir. Çünki Azərbaycan cəmiyyətində mövcud olan birlik, monolitlik Kərimlini idarə edən, ona pul və tezis verən dairələri qane etmir, onların çirkin planları, “şər”i qarşısında sədd çəkir.
Bu mətbuat orqanı Azərbaycana qarşı təşkilatlanmış ermənipərəst qüvvələrə xidmət edir
Bəli, “Azadlıq” qəzeti Azərbaycana qarşı təşkilatlanmış şər qüvvələrə xidmət edir. Əgər “Azadlıq” qəzeti şərə xidmət etmirsə, Azərbaycana qarşı aparılan çirkin və əsassız kampaniyanın bir ünsürü deyilsə, onda niyə birinci Avropa Oyunları ərəfəsində beynəlxalq media orqanlarında bu Oyunları, o cümlədən, Azərbaycanın iqtisadi inkişafını, tarixini, mədəni zənginliklərini, ölkəmizdə aparılan yenidənqurma işlərini, Bakının gözəlliklərini təbliğ edən yüzlərlə materiallardan birinə belə bu qəzetin səhifələrində rast gəlinmədi? Əgər “Azadlıq” Azərbaycana qarşı şəbəkənin ölkəmizdəki yayın orqanı deyilsə, niyə imperialist islamofob dairələrin təzyiq qrupu kimi çıxış edən “beynəlxalq təşkilatlar”ın Azərbaycan haqqında qəbul etdikləri qərəzli hesabatlar hamıdan əvvəl bu qəzetin redaksiyasına ötürülür? Bunlar bir mərkəzdən idarə olunub, paralel və koordinasiyalı şəkildə fəaliyyət göstərmirsə, nə üçün “Azadlıq”ın yazdığı uydurmalar bir müddət sonra sözügedən hesabatlarda əksini tapır, həmin hesabat sahiblərinin uydurma ittihamları isə bu qəzetin səhifələrinin ən əziz “qonağı”dır? Əlbəttə, bütün bunların bir cavabı var və o cavabı “Azadlıq” qəzetində də, onun bağlı olduğu AXCP-də də gözəl bilirlər. Bu səbəbdəndir ki, bunlar bəzən qeyri-ixtiyari də olsa, şər üçbucağına xidmət etdiklərini etiraf edirlər.
Etiraf: “Azadlıq” şər tirajçısıdır
Bir neçə gün öncə “Azadlıq” qəzetinin internet saytında “Şərhlər” bölməsinin ləğv olunması ilə bağlı məqalə dərc etmişdik. Həmin məqalədə də vurğulamışdıq ki, qəzetin bu addımı atması artıq Əli Kərimlinin ətrafında onu müdafiə edəcək heç kəsin qalmaması ilə bağlıdır. “Şərhlər” bölməsini yaradarkən Azərbaycan dövlətinə qarşı “qara piar”da bu üsuldan da faydalanmaq, öz nəzarətində olan gəncləri bu prosesə qoşaraq guya demokratik görüntü yaratmaq niyyəti güdən Ə.Kərimli sağlam əqidəli, dövlətinə sadiq gənclərin müqavimətini görüncə isə çarəni bu işi “kökündən həll etmək” qərarına gəldi.
Amma qəzetin bununla bağlı “cavab yazısı”nda yer verdiyi fikirlər, əslində, vəziyyətin daha da gərgin olduğunu ortaya çıxarır. Yoxsa “cavab məqaləsi”ndə yer alan “Azadlıq”” qəzeti də şər tirajçılarının arasında yeganədir” arqumentini başqa hansı məntiqlə əsaslandırmaq mümkündür?
Prinsipcə, bizim “Azadlıq” qəzetinin şəri tirajlamasına, şərə xidmət etməsinə, Azərbaycana qarşı “qara piar” kampaniyasında fəal yer almasına dair etirafına heç bir etirazımız yoxdur. Əksinə, bunu məlumun elanı kimi qəbul edirik. Burada etiraz edəcəyimiz məqam “Azadlıq”ın yeganə şər tirajçısı olduğu ilə bağlı iddiasıdır. Çünki məlumdur ki, ölkəmizdə “Azadlıq” qəzeti ilə eyni missiyaya xidmət edən, erməni aktyorun ad gününə xüsusi reportaj həsr edən Meydan TV, “Azadlıq” radiosu və s. kimi bəzi digər media qurumları da var. Ona görə də düşünürük ki, “Azadlıq” qəzeti özünün yeganə şər vasitəsi olduğunu iddia etməklə, digər əqidədaşlarının fəaliyyətini inkar edir, kölgə salır. Bu da görünür, “Azadlıq” qəzetinin və ona rəhbərlik edən Əli Kərimlinin dolayısı ilə həmin qəzetlərə də ermənipərəst, anti-Azərbaycançı mərkəzlərdən ötürülən maliyyə dəstəyinə təkbaşına sahib çıxmaq arzusundan qaynaqlanır. Amma o, ermənipərəst, islamafob dairələri öz “istedad”ına nə qədər inandıracaq, bunu gələcək zaman göstərəcək.
AXCP-çilərdən diskussiya mədəniyyəti gözləyəkmi?
Təbii ki, diskussiya bir mədəniyyətdir. Bu müzakirələrin səviyyəsi isə iştirakçıların davranış və düşüncə tərzindən asılıdır. Etiraf edək ki, “Azadlıq” qəzetinin “Şərhlər” bölməsində öz fikirlərini ifadə edən sağlam, əqidəli gənclərin böyük əksəriyyətinin də niyyəti mədəni diskussiya yaratmaq, qəzetin internet saytında yerləşdirilən bu və ya digər məqalələrlə bağlı fikirlərini ifadə etmək olub. Amma təəssüf ki, yanılmışıq. Bütün mədəni dəyərlərini itirmiş insanların idarə etdikləri bu “şəbəkə”də mədəni diskussiya gözləmək yersiz imiş. Gənclərin Azərbaycan dövlətinin uğurları, ilk Avropa Oyunlarının möhtəşəm təşkil olunması, AXCP və onun mətbu orqanı olan “Azadlıq” qəzetinin, o cümlədən, “beşinci kolon”un digər qalıqlarının xəyanətkar mövqeyi ilə bağlı arqumentləri Kərimlini möhkəm qıcıqlandırmış olmalıdır ki, onun təlimatı ilə burada şərhlər yazan gənclərin ünvanına saxta profillərdən təhqiredici ifadələr işlədilməyə başlandı. Hətta burada yazılan təhqirlərdən “ehtirasları səngiməyən” bu “boşboğazlar” şəxsi “inbox”umuzda da bizi təhqir etməyə davam etdilər. AXCP-nin Ülkər Kazımova, Gülnarə Akifqızı kimi fəallarının olduğunu nəzərə alsaq bu bizə təəccüblü gəlmədi. Xatırladaq ki, bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən AXCP fəallarının bir-birilərinə ünvanlanan, sonra isə daha çox “cəbhəçi” gəncin qoşulduğu “təhqir kampaniyası”na şahidlik etmişdik.
Saxta profillər: onlar kimlərdir?
Doğrudur, Əli Kərimlinin sözçüləri ortada bu qədər faktlar olmasına baxmayaraq, “saxta profillər” məsələsini cidd-cəhdlə inkar etməyə və sübut etməyə çalışırlar ki, guya, bu “Şərhlər” bölməsində Əli Kərimlinin “saxta profil” altında gizlənmiş şərçiləri, ümumiyyətlə, olmayıb. Bununla da bir daha özlərini gülünc vəziyyətə salırlar. Çünki əlahəzrət fakt qarşısında buz tutmaqdan başqa çarələri yoxdur. İndi isə sual edirik: “Atilla Daşqın”, “Miri Cabbarov”, “Merri K.va”, “Rasim Kara”, “nümayəndə”, “Kənan” profillərindən dövlətimizi və xalqımızı təhqir edən, kiçilə-kiçilə bir kənd məhəlləsinin sakinləri qədər belə üzvü qalmayan, “portfel partiya”ya çevrilən AXCP-ni isə az qala böyük siyasi güc kimi təqdim etməyə çalışanlar kimlərdir? Bunlar saxta profillər deyilsə, kimdir?
Əlbəttə, biz bu profillərin arxasında gizlənənlərin kimlər olduğunu yaxşı bilirik. Əli Kərimlinin özünün 40-a yaxın, onun müavinləri Gözəl Bayramlının, Fuad Qəhrəmanlının da bir o qədər saxta profilləri olduğunu da bilməyən yoxdur. Ona görə də, bu gün Əli Kərimlinin saxta profillərlə bağlı əks arqumentləri sabun köpüyündən başqa bir şey deyil.
Əli Kərimlinin ətrafında onu müdafiə edəcək heç kəs qalmayıb
“Azadlıq” qəzeti internet versiyasında şərhlərin yığışdırılması ilə bağlı bizim əsaslı arqumentlərimizə “cavab”ında, həmçinin, iddia edirdi ki, guya, bu, hansısa texniki məsələlərlə bağlıdır. Amma aradan 15 gündən artıq vaxt keçməsinə baxmayaraq, hələ də bu “texniki məsələlər”in aradan qaldırılması mümkün olmayıb. Deməli, burada hansısa texniki məsələlərdən söhbət getmir. “Şərhlər”in Əli Kərimlinin qəzəbinə tuş gəlməsinə və infaz edilməsinə səbəb başqadır. Sadəcə olaraq, Əli Kərimli artıq “Şərhlər” bölməsini işlətmək gücündə deyil. Qeyd etdiyimiz kimi, artıq onun bu bölmədə şəninə təriflər düzən, əksinə, Azərbaycan dövlətinə və xalqına qarşı şər-böhtan yağdıran ştatlı “şərhçilər”i - sonuncu ümid çöpləri də artıq AXCP sədrinin harayına yetişmir. Və bunun da ən başlıca günahkarı məhz Əli Kərimlidir. Çünki o, heç vaxt kapitan olmaq bacarığına sahib olmayıb, heç bu gün belə bir istedadı yoxdur.
Ona görə də, hesab edirik ki, “Azadlıq”ın “Şərhlər”inə xitam verməsini texniki məsələlərlə əlaqələndirməsi məntiqsizdir. Burada ən önəmli məqam ondan ibarətdir ki, artıq siyasi “dezertir” Əli Kərimlinin sifarişlərini icra edəcək, onun dediklərini bu qəzetin internet saytında və digər sosial şəbəkələrdə bölüşəcək adam qalmayıb. Əli Kərimlinin bir qrup gəncləri boş, quru vədlərlə yola gətirməsi “taktika”sı da artıq nəticəsiz qalmaqdadır.

 
 
  • Oxunub:  23160  |  
  • Tarix:  17-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır

26 Aprel 10:12
Müdafiə naziri ümumqoşun poliqonunda döyüş atışlı təlim məşqlərini izləyib
26 Aprel 10:11
Bu gün görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 111 il keçir
26 Aprel 10:07
Bakıda Formula 1 Azərbaycan Qran Prisinin ilk yarış günü başlayır
26 Aprel 09:53
Azərbaycan beynəlxalq səviyyədə milli maraqlarını qətiyyətlə qoruyan güclü dövlət kimi tanınır
26 Aprel 09:50
Rumıniya müsəlmanlarının dini rəhbəri Azərbaycandakı dövlət-din münasibətləri barədə məlumatlandırılıb
26 Aprel 09:48
YAP Yasamal rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:44
“Azərbaycan cəmiyyəti və informasiya resursları belə məsələlərdə diqqətli olmalıdır”
26 Aprel 09:43
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
26 Aprel 09:40
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının ildönümünü qeyd edib
26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
25 Aprel 14:43
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək
25 Aprel 14:39
Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur
25 Aprel 14:27
Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
25 Aprel 14:24
Nazir: TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir
25 Aprel 14:20
Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək
25 Aprel 14:16
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 14:12
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
25 Aprel 14:11
“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” strateji anlaşma memorandumu imzalayıb
25 Aprel 13:22
YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir
25 Aprel 12:46
Azərbaycan İlahiyyat İnstitutunda “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub
25 Aprel 12:43
Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına ölkəmizlə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərib
25 Aprel 12:18
Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12