Ana səhifə »  Müəlliflər »  Ətəyi olmayanın ətəyindən yapışılmaz...
A+   Yenilə  A-
Ətəyi olmayanın ətəyindən yapışılmaz...
Yazdı: Pərviz Sadayoğlu

Yaxud Əli Kərimlinin acınacaqlı özünütəsəllisi...
AXCP sədri Əli Kərimlinin 20 ildən artıqdır ki, özünəvurğunluq, qeyri-təvazökarlıq xəstəliklərindən əziyyət çəkməsi heç kimə sirr deyil. Zaman-zaman bu xəstəliklər qabarıq formada təzahür edib, bəzən isə bir az “səngimiş” halda olub. Amma son dövrlərdə, əsasən bir neçə ildir ki, Ə.Kərimli yenidən bu xəstəliklərin qorxunc simptomlarını yaşamaqdadır. Bunu müşahidə etmək isə heç də çətin deyil. AXCP sədrinin özündən müştəbeh açıqlamalarını, onun dediyini təkrarlamadığı və ya fərqli fikrə düşdüyü üçün gözümçıxdıya saldığı şəxsləri partiyadan qovmasını, hətta öz partiyadaşlarına belə yuxarıdan aşağı baxmasını, başqasının pulunu mənimsəməsini xatırlatmaq onun portretini göz önündə canlandırmağa bəs edir. Yəni, bu adamın dedikləri və etdikləri onun vəziyyətinin, daha doğrusu, xəstəliyinin nə dərəcədə ağırlaşdığının göstəricisi sayıla bilər.
Özünü “ətək yiyəsi” kimi qələmə verən Əli Kərimli Mirzə Sakitin, Sakit Allahverdiyevin pullarını mənimsəyən birisidir...
Beləliklə, bəhs edilən formada “xəstəlikdən” əziyyət çəkən Əli Kərimli bu dəfə də özünü “ətək yiyəsi”, yəni kimlərinsə müraciət ünvanı kimi xarakterizə edib özü haqqında böyük iddialar səsləndirir. Amma bu “ətək yiyəsi”nin öz partiyadaşlarının, nəzarətindəki qəzetin işçilərinin pulunu mənimsəməkdə, türkün sözü, “fırlatmaqda” “məşhurlaşdığı” kimsəyə sirr deyil. Yəni, özü haqda çox böyük fikirdə olan bu zata dostları Mirzə Sakitin və Sakit Allahverdiyevin açıqlamalarını xatırlatmaq bəs edər, yəqin... Çünki özünü “ətək yiyəsi”, yəni çörək qapısı kimi qələmə verən Ə.Kərimlinin Mirzə Sakitin ailəsinə çatacaq pula necə yiyələnməsi, başqalarının zəhmət haqqını necə qatlayıb “cibişdan”ına qoyması həmin açıqlamalarda bütün çılpaqlığı ilə verilib.
Lakin görünən odur ki, bütün düşərgədaşları, partiyadaşları tərəfindən daşlanan və dışlanan Əli Kərimli özü haqqında “mədhnamələr” yazdırmaqla, guya, yenidən “reputasiya” qazanmağın peşinə düşüb. Amma əbəs yerə. Çünki xalq kimin kim olduğunu çox yaxşı bilir.
İllərdir ki, Sorosun və digərlərinin ətəyindən yapışaraq yaşayan AXCP sədri ermənilərin maraqlarının müdafiəçisi rolunda
Yəni, Ə.Kərimlinin ermənilərin və ermənipərəstlərin ətəyindən yapışaraq “gününü gün etməsi” şimallı-cənublu, şərqli-qərbli hər kəsə bəyandır. Əslində, böyür-başındakı üç-beş nəfərin də ondan üz döndərib getməsinin arxasında dayanan səbəblərdən biri məhz Ə.Kərimlinin illərdir ki, Sorosun və digərlərinin ətəyindən yapışaraq yaşamasıdır. Yəni, bu ətəkdən yapışaraq verilən qəpik-quruşa xidmət göstərən Ə.Kərimlinin dövlətimizin, xalqımızın milli maraqlarına qarşı qıcanması özününkülərin də gözündən yayınmayıb.
Əslində, çox uzağa getmək lazım deyil. 2013-cü ilin prezident seçkiləri dövründə əvvəlcə Rüstəm İbrahimbəyov kimi erməni sevdalısının ətəyini əllərinə pərçimləyən AXCP sədrinin “bağın əriyi” bitən kimi bu dəfə də marionet Cəmil Həsənovun Qərbdə tapdığı “ətəklər”ə tapındığının şahidi olanlar çoxdur. Yəqin ki, bunu Ə.Kərimlinin özü də inkar etməz. Yəni, “ətəkdən yapışmaq” kimi “strateji məsələlər” Ə.Kərimlinin daha çox müraciət etdiyi “siyasi manevrlərdir”. Tərslikdən isə AXCP sədrinin tapdığı bütün təzə “ətəklərin yiyəsi”nin bir tələbi olur - ermənilərin maraqlarını müdafiə etmək. Bunun üçünsə Ə.Kərimlinin əlində “Azadlıq” qəzeti kimi “rupor”u var...
Ə.Kərimli üçün hər şey çox ucuzdur - Rüstəm İbrahimbəyova qoşulub erməniləri dəstəkləyən bəyanatlar vermək, Əkrəm Əylisliyə qoşulub “erməni bostanını suvarmaq” qədər ucuz
O ki qaldı Ə.Kərimlinin yaxınlığında azad sözə, fikrə qarşı dözümsüzlük məsələsinə bu da təəccübləndirici deyil. Mətbuatda, sosial şəbəkələrdə yalançı profillərlə insanları təhqir etdirməyi özünün peşəsinə çevirən, “siyasi nizamnamə”si sayan Ə.Kərimlinin haqq sözə davam gətirib yazılan şərhləri oxuyacağı inandırıcı deyil, təbii ki. Xalqın, cəmiyyətin onun haqqında hansı fikirlərdə olduğunu dəqiq bilən Ə.Kərimli bu şərhlərdə yazılanların həqiqət olduğunu hamıdan yaxşı dərk edir. Bu baxımdan, yazılan şərhlərə “tab gətirməyən” Ə.Kərimli yenidən ən asan yolu tutdu: bu həqiqətlərdən birdəfəlik can qurtarmaq üçün nəzarətindəki qəzetin “şərhlər” bölməsini bağlatdı...
Bir sözlə, illərdir ki, onun sözünü təkrar etməyənləri min bir fəndlə “katyol”undan didərgin salan Ə.Kərimlinin hansı xarakterə malik olması cəmiyyətə bəllidir. Bu gün yanında gəzdirdiyi Cəmil Həsənovu partiyasından qovub, sonradan özünə sərf etdiyi üçün yenidən partiya sıralarına bərpa etmiş AXCP sədri üçün belə məsələlər problem deyil. Onun üçün partiyasının üzvləri, əlindəki qəzet və ya dilindən düşməyən yalançı demokratiya prelüdiyası yalnız yeni-yeni “ətəklər” əldə etmək üçün bir “xod”dur. İcazəli aksiyaya 150-200 adam çıxardaraq özünü gülünc vəziyyətə qoyanda da, icazəsiz aksiyalarda pul verdiyi üç-beş adamına bütün təxribatlara əl atmasını tapşıranda da, İsa Qəmbər və ya digərləri ilə “həftə səkkiz, mən doqquz” birləşib-ayrılanda da Ə.Kərimli üçün maraqlı olan bir məsələ olub - bəzi xarici səfirliklərinin və nümayəndəliklərinin, daha doğrusu, “ətək yiyələrinin adamları”nın diqqətini cəlb etmək. Yoxsa ki Ə.Kərimli üçün hər şey çox ucuzdur - Rüstəm İbrahimbəyova qoşulub erməniləri dəstəkləyən bəyanatlar vermək, Əkrəm Əylisliyə qoşulub “erməni bostanını suvarmaq” qədər ucuz...
Odur ki, bütünlüklə “ucuzluq”la əhatələnən Kərimli özünü cəmiyyətə baha satmağa cəhd göstərməsin...

 
 
  • Oxunub:  20700  |  
  • Tarix:  30-07-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
1992-ci il oktyabrın 16-da ziyalıların Ulu Öndər Heydər Əliyevə tarixi müraciətindən 27 il ötür

16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16 Oktyabr 15:52
Ukrayna Analitik Mərkəzinin rəhbəri: Azərbaycan Türk Şurasının Zirvə Görüşündə güclü nüfuza malik dövlət olduğunu bir daha sübut etdi
16 Oktyabr 15:48
Elçin Quliyev: “Qarabağ Azərbaycandır!” hərəkatı torpaqlarımızın azadlığı uğrunda mübarizədə əsas ideoloji faktorlardan biridir
16 Oktyabr 15:46
İradə İbrahimova: Balıqların qadağan olunmuş alətlərlə ovlanmasına qarşı aksiyaya başladıq
16 Oktyabr 15:43
Şəmkirdə “KOB Dostu” fəaliyyətə başlayıb
16 Oktyabr 15:22
9 saylı Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında ixtisaslaşmış kurslar davam edir
16 Oktyabr 15:20
Bələdiyyə seçkilərinin şəffaf və ədalətli keçirilməsi üçün ciddi hazırlıq işləri görülür
16 Oktyabr 15:05
Tərtərdə "Müstəqilliyimiz əbədidir" şüarı ilə keçirilən yürüşdə altı minə yaxın gənc iştirak edib
16 Oktyabr 15:03
Azərbaycanın dövlət müstəqilliyinin 28-ci ildönümü Səbail rayonunda qeyd olunub
16 Oktyabr 14:55
27 saylı Sabunçu ikinci dairə seçki komissiyasında maarifləndirmə kursları davam edir
16 Oktyabr 14:35
Koreya Respublikası Milli Assambleyasının sədri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 Oktyabr 14:33
NATO-nun bir çox proqramlarında Azərbaycan hərbçilərinin fəal iştirakı yüksək qiymətləndirilib
16 Oktyabr 14:31
Türkiyə Prezidenti: Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşü tarixi əhəmiyyətə malikdir
16 Oktyabr 14:27
Akademik İsa Həbibbəyli: Azərbaycanda alimə dövlət səviyyəsində qiymət verilir
16 Oktyabr 14:22
ADU-da Beynəlxalq Parlament Təqaüdü proqramı haqqında müzakirələr aparılıb
16 Oktyabr 14:20
Beynəlxalq Türk Akademiyasının Azərbaycan nəşrləri təqdim olunub
16 Oktyabr 14:17
Firdovsi Əliyev: 650 min ağacın harada əkiləcəyi müəyyənləşib
16 Oktyabr 14:15
Statistika Komitəsi: Ölkəmizdə keçirilən əhalinin növbəti siyahıyaalınması əsasən başa çatıb
16 Oktyabr 13:38
Fuad Qəhrəmanlının ailə üzvlərinə qarşı etdiyi zorakılıq hərəkətləri ilə bağlı cinayət işi başlanıb
16 Oktyabr 13:26
Pərvin Kərimzadə: Türk Şurasının VII Zirvə Görüşü türkdilli ölkələrin birliyinin daha da güclənməsinə şərait yaradacaq
16 Oktyabr 13:21
Alim, müəllim, vətəndaş
16 Oktyabr 13:16
Paytaxt məktəblərində 48 min 814 şagird birinci sinifdə təhsil alır
16 Oktyabr 13:03
Milli Məclisin deputatı beynəlxalq tədbirdə Ermənistanın parlament sədrinin səsləndirdiyi fikirlərə cavab verib
16 Oktyabr 12:56
Türkiyə KİV-ləri Türk Şurasının Bakıda keçirilən Zirvə Görüşünü geniş işıqlandırıb
16 Oktyabr 12:49
Prezident İlham Əliyev Koreya Respublikası Milli Assambleyasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
16 Oktyabr 12:42
Türkdilli dövlətlərin birliyinin böyük gələcəyi var
16 Oktyabr 12:40
Dmitri Solonnikov: Azərbaycan Prezidenti Aşqabadda faşizmin qəhrəmanlaşdırılması məsələsində vurğuları düzgün qoyub
16 Oktyabr 12:36
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirildi
16 Oktyabr 12:06
Prezident İlham Əliyev: Son 16 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən çox artıb
16 Oktyabr 12:05
Parlamentlərarası İttifaqın 141-ci Assambleyasında Milli Məclisin nümayəndə heyəti dünyanın parlamentarilərinə müraciət edib
16 Oktyabr 11:58
Şamaxıda “Müstəqil dövlətin müstəqil övladları” adlı tədbir keçirilmişdi
16 Oktyabr 11:52
Prezident İlham Əliyev: Hazırda Azərbaycan Türkiyə iqtisadiyyatına ən çox sərmayə qoyan ölkələrdən biridir
16 Oktyabr 11:50
Müstəqillik Günü münasibətilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA