Ana səhifə »  Müəlliflər »  AXCP-də istefalar davam edəcək
A+   Yenilə  A-
AXCP-də istefalar davam edəcək
Yazdı: Nardar Bayramlı

Və ya Əli Kərimlinin yaratdığı dözülməz mühit onun ətrafında qalan üç-beş üzvün də partiyadan getməsini şərtləndirib
Radikal müxalifət düşərgəsindəki partiyalarda baş verən qarşıdurma və istefalar dağıdıcıların hansı durumda olduqlarını bir daha ortaya qoyur. AXCP-dəki acınacaqlı vəziyyət isə bu baxımdan daha qabarıq şəkildə nəzərə çarpır. Əslində, AXCP-nin daxilində hökm sürən böhranın səbəbi Əli Kərimlinin yaratdığı despot idarəçilikdir. Belə ki, onun rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər ya təzyiqlərə, zorakılığa tuş gəlir, ya da istefa vermək məcburiyyətində qalırlar.
Beləliklə, son proseslər AXCP-də Əli Kərimli və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyünü bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. Elə Teymur Kərim adlı gəncin təzyiqlər səbəbindən bir müddət öncə partiyadan istefa verməsi, AXCP rəyasət heyətinin üzvü Sahib Kərimli tərəfindən partiyanın keçmiş üzvü Ağaşirin Tanrıverdioğlunun döyülməsi də deyilənləri təsdiqləyir.
Əksər ekspertlərin qənaətinə görə, AXCP sədrinin müavini Əbülfəz Qurbanlının bu partiyadan istefa verməsi isə bu siyasi qurum daxilində gərginliyin daha da artdığına işarə edir. Bu məqamda onu da xatırladaq ki, ötən ilin oktyabrında AXCP sədrinin müşaviri Şakir Abbasov, 2013-cü il prezident seçkiləri ərəfəsində AXCP sədrinin müavini Asəf Quliyev partiyadaxili mühitə etiraz olaraq istefa vermişdi. Eyni zamanda, bir neçə il öncə “Azadlıq” qəzetinin yazarı olmuş Mirzə Sakit də AXCP-dəki durumu dözülməz adlandırmışdı. Onun sözlərinə görə, bu partiyada diktatura hökm sürür. M.Sakitin fikirlərindən belə anlaşılırdı ki, AXCP-də ümumi maraqlar arxa plandadır, ön yerdə isə sədrin maraqları dayanır.
Son olaraq AXCP-dən istefa vermiş Sabir Məmmədov da bu addımına səbəb kimi partiya daxilində nizam-intizamın olmamasını göstərib. O bildirib ki, rayonlarda AXCP-nin adı var, özü yoxdur: “Gəncə kimi böyük şəhərdə sədr üç nəfərin iştirakı ilə seçilir. Həmin şəxslərin adı Novruzəli, Zaur və hazırda sədr olan Bəxtiyardır. Keçirilən iclas formal xarakter daşıyır. Əli Kərimli Gözəl Bayramlını rayonlara təhkim edib. Çox savadsız, səviyyəsiz bir adamdır. Artıq belə bir səviyyəsiz duruma salınmış bir partiyada qalmaq istəmirəm. AXCP-də heç bir həqiqət, obyektivlik görmürəm. İnsanda əsas vicdan təmizliyidir. Bu insanlarda təmizlik görmürəm. Hansı rayonu yoxlasalar, görəcəklər ki, bir, ya iki üzvləri var. Kurator olaraq, Gəncənin sədrinə dedim ki, nə qədər üzvünüz var. 750 olduğunu bildirdi. Bildirdim ki, 700 qalsın qıraqda, mənə 50 nəfərin adını ver. İnanırsınız ki, iki nəfər belə adam çıxara bilmədi. Partiya yalançı şəxslərlə dolub”.
Bir sözlə, AXCP-də müstəqil, fərqli fikirlərə yer verilməməsi və onu ifadə edənlərə qarşı təzyiqlərin edilməsi yeni məsələ deyil. Bu prosesə Əbülfəz Elçibəyin vəfatından sonra Əli Kərimlinin partiyaya rəhbər gəlməsi ilə start verilib. Və hazırda da AXCP-də belə bir qayda hakimdir ki, fərqli fikir söyləyənlər, Ə.Kərimlinin hansısa mövqeyi ilə razılaşmayanlar bu partiyada ola bilməz. Elə partiyadan son istefalar da bu faktı bir daha təsdiqləyir. Lakin, proseslər göstərir ki, həmin istefalar davam edəcək. Hər halda, yayılan məlumatlara görə, yaşanan istefalar, müavinlərin, müşavirlərin Əli Kərimlinin apardığı xəyanətkar kursdan və avtoritar idarəçilikdən bezməsi, eləcə də, partiya daxilində qruplararası savaşın şiddətlənməsi AXCP-də qurultay məsələsinin yenidən gündəmə gəlməsinə səbəb olub. Məlumatlarda qeyd olunur ki, partiyada bir qrup şəxsin hegemonluğu əlinə alması, Ə.Kərimlinin isə xaricdən gələn maliyyəni məhz bu qrupun əli ilə “yeməsi” digər qruplaşmaları narazı salıb. Verilən informasiyada bildirilir ki, bir sıra şəxslər konkret olaraq Ə.Kərimlinin və onun çətiri altında partiyanı idarə edən Həsən Kərimov-Gözəl Bayramlı qruplaşmasının qarşısına şərt qoyublar. Onlar seçkili orqanlarda, o cümlədən, partiya rəhbərliyində təmsil olunmaq istəyirlər. Əks halda narazı qruplaşmaların da kütləvi şəkildə AXCP-dən istefa verəcəyinə dair xəbərdarlıq edilib. Göründüyü kimi, istər baş verən qarşıdurma və istefalar, istərsə də yuxarıda bəhs edilən açıqlamalar AXCP-nin əsl simasını bir daha cəmiyyətə nümayiş etdirir. Görünən odur ki, Əli Kərimlinin yaratdığı dözülməz mühit onun ətrafında qalan üç-beş üzvün də partiyadan getməsini şərtləndirib.

 
 
  • Oxunub:  22350  |  
  • Tarix:  15-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan ilə Belarus arasında strateji tərəfdaşlığa və qarşılıqlı etimada əsaslanan münasibətlər uğurla inkişaf edir

20:29
21 Noyabr
“Kibertəhlükəsizlik: çağırışlar, trendlər və qabaqcıl təcrübələr” mövzusunda seminar keçirilib
20:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının uğurlarının təməlində sözlə əməl birliyi dayanır
20:22
21 Noyabr
Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası İzmir Bəyannaməsinin qəbul olunması ilə başa çatıb
20:21
21 Noyabr
Heydər Əliyev siyasi xətti Azərbaycanın dünəni, bu günü və gələcəyidir
20:13
21 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
20:10
21 Noyabr
Aşqabaddakı Türkmən milli xalça muzeyi ilə tanışlıq
20:02
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda Olimpiya Kompleksi ilə tanış olub
19:59
21 Noyabr
Muxtar respublikada YAP-ın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirilib
19:57
21 Noyabr
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
17:53
21 Noyabr
ADA Universiteti beynəlxalq mükafata layiq görülüb
17:51
21 Noyabr
Elektrik enerjisi sektorunda islahatlar müzakirə olunub
17:40
21 Noyabr
Prezident İlham Əliyev Aşqabadda “Xalq xatirəsi” memorial kompleksini ziyarət edib
17:34
21 Noyabr
Qazaxıstanda türk dünyasının mənəvi yenilənməsinə dair beynəlxalq konfrans keçirilib
17:10
21 Noyabr
Ucarda Yeni Azərbaycan Partiyasının təsis olunmasının 26-cı ildönümü qeyd edilib
17:07
21 Noyabr
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
17:01
21 Noyabr
Əli Əhmədov: Yeni Azərbaycan Partiyasının yaranması, keçdiyi şərəfli tarixi yol Azərbaycan tarixinin ən önəmli hadisələri sırasındadır
16:59
21 Noyabr
Azərbaycanda ilk dəfə Sabirabadda 680 torpaq sahibi birləşərək kooperativ yaradıb
16:52
21 Noyabr
Azərbaycan Tacikistan ilə əmtəə dövriyyəsinin genişləndirilməsində maraqlıdır
16:49
21 Noyabr
Goranboyun Yəhərçi Qazaxlar kəndi “mavi yanacaq”la təmin edilib
16:40
21 Noyabr
YAP Sədrinin müavini: Bu gün YAP-ın sıralarında 725 min Azərbaycan vətəndaşı birləşib və bu möhtəşəm bir siyasi ordu deməkdir
16:35
21 Noyabr
YAP Zərdab rayon təşkilatında partiyanın yaranmasının 26-cı ildönümü qeyd olunub
16:33
21 Noyabr
YAP Bərdə rayon təşkilatı partiyanın yaradılmasının 26-cı ildönümü münasibətilə silsilə tədbirlər keçirir
16:17
21 Noyabr
Oğuzun Muxas kəndinə təbii qaz verilib
16:14
21 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfərə gəlib
16:12
21 Noyabr
XİN: Paşinyanın azərbaycanlı girovlarla bağlı bəyanatı onun ümumbəşəri humanizm prinsiplərini rədd edən biri olduğunu göstərir
16:09
21 Noyabr
TANAP və TAP boru kəmərləri bir-birinə qaynaq olunub
15:32
21 Noyabr
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib
15:29
21 Noyabr
Yeni Azərbaycan Partiyasının ötən 26 ildə qazandığı uğurların təməlində sözlə əməl birliyi dayanır
15:23
21 Noyabr
Vladimir Solovyov: Rusiyalılar müasir Azərbaycanın həyatı barədə nə qədər çox məlumatlı olsalar, xalqlarımız arasında qarşılıqlı münasibətlər bir o qədər yaxşı olacaq
15:17
21 Noyabr
Masallının daha iki kəndi qazlaşdırılıb
15:13
21 Noyabr
Bakıda Azərbaycan-Qazaxıstan Gənclərinin Forumu işə başlayıb
15:08
21 Noyabr
Dövlət Sərhəd Xidməti ilə Türkiyənin Silahlı Qüvvələri arasında əməkdaşlığın vəziyyəti yüksək qiymətləndirilib
15:07
21 Noyabr
Ümumdünya Dağ Yəhudiləri Konqresi: “Azərbaycan multikulturalizm, tolerantlıq və dinlərarası dialoq nümunəsidir”
15:02
21 Noyabr
Deputat: Azərbaycan Prezidentinin Belarusa səfəri ölkələrimizin əlaqələrinin hərtərəfli inkişafına təkan verəcək
14:57
21 Noyabr
Yaşar Güler: Üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir
14:53
21 Noyabr
“Eko səyahət” qısa film müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:50
21 Noyabr
Bahar Muradova: Yeni Azərbaycan Partiyası Cənubi Qafqazda uzun müddət iqtidarda olan siyasi partiyadır
14:47
21 Noyabr
Azərbaycanın öz multikultural və dini tolerantlıq dəyərlərini dünya ölkələri ilə bölüşmək niyyəti yüksək qiymətləndirilib
14:44
21 Noyabr
Əli Əhmədov: Azərbaycanın tarixi keçmişi nə qədər əzəmətlidirsə, gələcəyi də bir o qədər parlaqdır
14:41
21 Noyabr
Vladimer Çaçibaia: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir
14:38
21 Noyabr
Yevlax və Gəncədə sahibkarlar üçün seminar keçirilib
14:36
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü ilə bağlı tədbir keçirilib
14:28
21 Noyabr
Hacıbala Abutalıbov: Heydər Əliyevin dövlətçilik siyasətinə xas olan xüsusiyyətləri İlham Əliyev öz əməli fəaliyyətində yüksək peşəkarlıqla həyata keçirir
14:00
21 Noyabr
Sevinc Fətəliyeva: Azərbaycan-Belarus münasibətləri qarşılıqlı faydalı əməkdaşlığa və strateji tərəfdaşlığa əsaslanır
13:58
21 Noyabr
TÜRKSOY-un xalq çalğı alətləri orkestrinin Yaponiya turnesi möhtəşəm qala-konsertlə başa çatıb
13:55
21 Noyabr
Azərbaycanda miqrasiya idarəçiliyinin təkmilləşdirilməsi sahəsində mühüm addımlar atılır
13:52
21 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının plenar iclası keçirilir
13:48
21 Noyabr
Bahar Muradova: Belarusa rəsmi səfər Azərbaycan Prezidentinin xarici siyasətinin növbəti uğurudur
12:41
21 Noyabr
YAP-ın yaranmasının 26 illiyi Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində qeyd edilib
12:19
21 Noyabr
BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı Prosesi”nin təqdimatı olub
12:16
21 Noyabr
Yeni Azərbaycan Partiyasının rəhbərliyi və üzvləri ümummilli lider Heydər Əliyevin xatirəsini yad ediblər
11:56
21 Noyabr
Günay Əfəndiyeva: Ermənistan işğal altında saxladığı Azərbaycan torpaqlarında mədəni irsi tamamilə məhv edib
11:52
21 Noyabr
Yeni Azərbaycan Partiyası regionda ən güclü siyasi təşkilatdır
11:50
21 Noyabr
Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb
11:48
21 Noyabr
Azərbaycan ilə Moldova arasında idxal-ixrac əməliyyatları artıb
11:45
21 Noyabr
Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır
11:35
21 Noyabr
Zakir Həsənov: Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin üçtərəfli görüşü strateji səviyyədə əməkdaşlığın bariz nümunəsidir
11:27
21 Noyabr
Azərbaycan ilə Gürcüstan arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunub
11:23
21 Noyabr
Türkiyənin və Gürcüstanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri Şəhidlər xiyabanını ziyarət ediblər
10:50
21 Noyabr
Azərbaycanda ilk dəfə laboratoriya şəraitində mikroklonal çoxaltma üsulu ilə calaqaltılar yetişdiriləcək
10:46
21 Noyabr
Bakıda Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin iştirakı ilə üçtərəfli görüş keçirilir
10:27
21 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasından 26 il ötür
09:59
21 Noyabr
Elman Nəsirov: Prezident İlham Əliyevin Belarusa səfəri ikitərəfli münasibətlərin strateji xarakterə malik olduğunu bir daha təsdiqlədi
09:43
21 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 27 dəfə pozub
09:21
21 Noyabr
Vyanada dahi bəstəkar Qara Qarayevin 100 illiyi münasibətilə konsert keçirilib
09:15
21 Noyabr
UEFA Millətlər Liqasında qrup mərhələsinə yekun vurulub
09:09
21 Noyabr
Heydər Əliyev Fondunun Nizami Gəncəvi irsini təbliğ edən daha bir layihəsi – “Yeddi gözəl” sərgisi Moskvada açılıb
09:07
21 Noyabr
İtaliya mətbuatı: İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır
09:04
21 Noyabr
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
19:58
20 Noyabr
İzmirdə Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA