Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayılovanın korrupsiya əməlləri şahid ifadələri ilə öz təsdiqini tapır
A+   Yenilə  A-
Xədicə İsmayılovanın korrupsiya əməlləri şahid ifadələri ilə öz təsdiqini tapır
Yazdı: Pərviz Sadayoğlu

Onun törətdiyi cinayətlər məhkəmədə sübuta yetirilir
Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
“Trend” xəbər verir ki, məhkəmədə Xədicə İsmayılovanın cinayət işi aralıq aktını hazırlamış Bakı şəhər Vergilər Departamentinin mütəxəssisi İmran Nurməmmədov şahid qismində yenidən dindirilib. O, aralıq aktında qeyd olunanları bir daha təsdiq edib.
İ.Nurməmmədov bildirib ki, “Azadlıq” radiosunun Bakı bürosuna vəsaitlər daxil olsa da, onun xərclənmə təyinatları göstərilməyib. Yəni daxil olan vəsaitin hansı məqsədlə və hansı işlərə yönəlməsi ilə bağlı sənədlər olmayıb.
O əlavə edib ki, 2008-ci il ərzində radionun Bakı bürosu lisenziya olmadan qeyri-qanuni fəaliyyət göstərib. Bu da qeyri-qanuni sahibkarlıq fəaliyyəti kimi dəyərləndirilir.
Mütəxəssis Xədicə İsmayılovanın sualına cavabında isə qeyd edib ki, büro rəhbəri kimi o, həmin dövrə təsadüf edən qanun pozuntularına görə cavabdehlik daşıyır.
Aralıq aktını hazırlamış digər mütəxəssis Elçin Əliyev də ifadə verərək aktda vergi və maliyyə pozuntuları ilə bağlı qeyd olunanları təsdiq etdiyini deyib.
Şahid ifadələri dinlənildikdən sonra Xədicə İsmayılovanın vəkilləri aralıq aktının sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatət qaldırıblar. Lakin dövlət ittihamçısı Ramazan Hadıyev bildirib ki, aralıq aktı qanunvericiliyin tələblərinə tam uyğun olaraq tərtib edilib və dəqiq aparılıb. Ona görə də sübutların siyahıdan çıxarılması üçün heç bir əsas yoxdur. O, vəsatətin təmin olunmamasını istəyib. Hakim də vəkillərin bu vəsatətini təmin etməyib.
Bundan sonra hakim Ramella Allahverdiyeva məhkəmə istintaqının başa çatdığını elan edib. Tərəflər buna etiraz etməyiblər.
Proses zamanı Xədicə İsmayılova qeyri-etik davranışlara yol verərək ittihamın mahiyyətinə uyğun olmayan məsələlərə dair fikir bildirmək istəyib. Bu zaman dövlət ittihamçısı tərəfindən məhkəməyə iclasda qaydanın təmin edilməsi ilə əlaqədar etiraz bildirilib. Məhkəmə tərəfindən Xədicə İsmayılovaya xəbərdarlıq elan edilməklə onun həmin davranışlarının qarşısı alınıb.
Sonda dövlət ittihamçısı hakimdən çıxış üçün vaxt istəyib. Bunu nəzərə alaraq hakim avqustun 21-nə qədər fasilə elan edib.
Qeyd edək ki, X.İsmayılova Cinayət Məcəlləsinin 125-ci maddəsi (Özünüöldürmə həddinə çatdırma) ilə bağlı irəli sürülən ittihamla həbs edilib. Sonradan ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.
Bəli, məhkəmədə irəli sürülən ittihamlar şahid ifadələri və mütəxəssislərin rəyi ilə öz təsdiqini tapır. Vurğulamaq lazımdır ki, X.İsmayılovanın törətdiyi korrupsiya əməlləri ilə bağlı hələ məhkəmədən öncə rəhbərlik etdiyi “Azadlıq” radiosunun Bakı bürosunun əməkdaşlarından biri bildirmişdi. Məhz ofisin sabiq əməkdaşlarından birinin şikayəti ilə başlanan yoxlamalarda “Azadlıq” radiosunun Bakı xidmətinin prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxmışdı. Şikayətdə büronun keçmiş rəhbəri Xədicə İsmayılovanın işçilər arasında təfriqə yaratdığı, ayrı-seçkilik saldığı, kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü bildirilirdi. Qeyd edildiyi kimi, radionun fəaliyyətinə nizamnaməyə zidd olaraq kənar maliyyə cəlb edilib. Bu isə X.İsmayılovanın məhz qeyri-qanuni fəaliyyətinin sübutu sayılır. Nəzərə alsaq ki, bu radionun fəaliyyətində xarici donorların maddi təminatı əsas rol oynayırdı, demək ki, X.İsmayılova bununla kifayətlənməyib başqa “mənbələr”dən də qidalanırmış.
Məhkəmənin gedişində isə bu faktlar növbəti dəfə təsdiqlənib. X.İsmayılovaya qarşı irəli sürülən iqtisadi ittihamlar şahid ifadələri ilə sübuta yetirilib. Özünün qeyri-qanuni əməllərini ört-basdır etmək üçün min bir vasitəyə əl atan X.İsmayılova bu məsələləri fərqli məcralara yönəltməyə və törətdiyi cinayətlərə “bəraət” qazandırmağa cəhd göstərsə də, buna nail ola bilmədi...

 
 
  • Oxunub:  16110  |  
  • Tarix:  21-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib

12:13
26 Sentyabr
Prezident İlham Əliyev “Azərspace 2” peykinin orbitə buraxılması münasibətilə xalqımızı təbrik edib
12:09
26 Sentyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Birləşmiş Millətlər Təşkilatının nümayəndələri ilə görüş keçirilib
12:06
26 Sentyabr
Əfsanəvi futbolçu Kafu və Xüsusi Olimpiya Hərəkatı Bakıda əməkdaşlıq sənədi imzalayıblar
12:05
26 Sentyabr
Dünya Turizm Günü Bakıda silsilə tədbirlərlə qeyd ediləcək
11:51
26 Sentyabr
Astanada ikinci media həftəsi keçirilir
11:40
26 Sentyabr
Həsən Abdullayevin akademiyaya rəhbərlik etdiyi dövr tarixə intellektual dirçəliş mərhələsi kimi daxil olub
11:28
26 Sentyabr
“Karyerada ilk addım” devizi altında aktiv məşğulluq tədbiri keçirilib
11:23
26 Sentyabr
“Azerspace-2” peyki Kuru kosmodromundan orbitə buraxılıb
11:23
26 Sentyabr
Paytaxt məktəblərində valideynlərlə görüşlər davam edir
11:17
26 Sentyabr
Türkiyə KİV-ləri “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi barədə yazır
11:13
26 Sentyabr
“ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi davam edir
11:03
26 Sentyabr
Azərbaycan mədəniyyətinin Bolqarıstanda təbliği davam edir
10:43
26 Sentyabr
“KİV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması” mövzusunda təlim başlayıb
10:33
26 Sentyabr
Elman Nəsirov: “ADEX-2018” sərgisi Azərbaycanın hərbi potensialını, hərbi gücünü nümayiş etdirmək baxımından mühüm tədbirdir
10:31
26 Sentyabr
Heydər Əliyev Sarayında bayram konserti təşkil ediləcək
10:25
26 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 91 dəfə pozub
10:01
26 Sentyabr
Bakıda keçirilən dünya çempionatında ən ağır çəki dərəcəsindəki cüdoçular mübarizəyə qoşulublar
21:15
25 Sentyabr
Mingəçevirdə “Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər” mövzusunda regional konfrans keçirilib
21:08
25 Sentyabr
Azərbaycanın daxili işlər naziri İranda səfərdə olub
20:52
25 Sentyabr
Azərbaycanın müdafiə nazirinin “ADEX-2018” sərgisi çərçivəsində bir sıra ölkələrin nümayəndə heyətləri ilə görüşü olub
20:48
25 Sentyabr
Bakıda Çinin milli bayramı qeyd edilib
20:45
25 Sentyabr
Təhsil Nazirliyi ilə Dünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında əməkdaşlığın perspektivləri araşdırılıb
20:41
25 Sentyabr
KİV nümayəndələri üçün "Gömrük islahatları və modernləşdirmə" mövzusunda təlim keçirilir
20:28
25 Sentyabr
Azərbaycanın nümayəndə heyəti Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasında iştirak edir
20:19
25 Sentyabr
Bilik Fondu Xızıda “dəyirmi masa” keçirib
20:14
25 Sentyabr
Oktyabrda Avropa İnvestisiya Bankının işçi missiyası Azərbaycana gələcək
20:12
25 Sentyabr
Zaqatalada dini maarifləndirmə işinin təşkili məsələləri müzakirə olunub
20:11
25 Sentyabr
Azərbaycan Milli Elmlər Akademiyası ilə “Turkish Aerospace” şirkəti arasında əməkdaşlıq haqqında protokol imzalanıb
20:09
25 Sentyabr
XİN: Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı ağır fəsadlara yol aça bilər
19:58
25 Sentyabr
Müdafiə Sənayesi Nazirliyi ilə Müdafiə Nazirliyi arasında memorandum imzalanıb
19:54
25 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatında daha iki çəkidə qalib və mükafatçılar müəyyənləşib
19:49
25 Sentyabr
Dövlət Statistika Komitəsi ilə BMT-nin Əhali Fondunun əməkdaşlığının perspektivləri müzakirə edilib
19:45
25 Sentyabr
X Beynəlxalq musiqi festivalı çərçivəsində Ağcabədidə təqdim olunan konsert maraqla qarşılanıb
18:03
25 Sentyabr
YAP Yasamal rayon təşkilatının Kənd Təsərrüfatı Nazirliyi üzrə ərazi ilk partiya təşkilatının hesabat seçki yığıncağı keçirilib
18:01
25 Sentyabr
Səhiyyə naziri Astarada vətəndaşları qəbul edib
17:59
25 Sentyabr
Rafael Hüseynov: Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, Göyçədəki mədəni mühitimizi də işğal edib
17:56
25 Sentyabr
Finlandiya səfiri: Naxçıvanda alternativ mənbələr hesabına enerji təminatı çox yüksəkdir və bu, böyük nailiyyətdir
17:42
25 Sentyabr
Elman Məmmədov: Azərbaycan Ordusu istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir
17:38
25 Sentyabr
Hadi Rəcəbli: Əmək və sosial siyasət komitəsi payız sessiyası ərzində bır sıra qanunların müzakirəsini nəzərdə tutur
17:37
25 Sentyabr
Bilik Fondu Ağdaşda və Bakıda Milli Musiqi Gününü qeyd edib
17:28
25 Sentyabr
Bolqarıstanın Gəncə ilə qardaşlaşmış Varna şəhərində Azərbaycan mədəniyyəti nümayiş edilib
17:26
25 Sentyabr
Sahibə Qafarova: Prezident İlham Əliyev parlamentdəki çıxışında çox mühüm mesajlar verdi
17:20
25 Sentyabr
Dünya Ürək Günü ilə əlaqədar xeyriyyə aksiyası keçirilib
17:20
25 Sentyabr
Akademik İsa Həbibbəyli: Məsud Əlioğlu universal təfəkkürə malik görkəmli alim olub
17:19
25 Sentyabr
Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa Bakıda cüdo üzrə dünya çempionatını izləyib
17:10
25 Sentyabr
Prezident İlham Əliyev Xüsusi Olimpiya Komitəsinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
17:04
25 Sentyabr
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
17:00
25 Sentyabr
Aleksandr Koçkin: “Texmaş” konserni “ADEX-2018” sərgisində dünyada analoqu olmayan döyüş sursatları nümayiş etdirir
16:57
25 Sentyabr
Misirli deputat: Azərbaycan demokratik inkişaf sahəsində böyük təcrübəsi olan ölkədir
16:56
25 Sentyabr
Milli Məclisin səhiyyə komitəsinin payız sessiyasında ilk iclası keçirilib
16:54
25 Sentyabr
Heydər Əliyev Mərkəzi ilə tanışlıq
16:53
25 Sentyabr
Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Venesuela və Baham Adalarından olan həmkarları ilə görüşüb
16:50
25 Sentyabr
“Azər-İlmə” Xalçaçılıq Mərkəzi ilə tanışlıq ali qonaqda xoş təəssürat yaradıb
16:47
25 Sentyabr
Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir
16:46
25 Sentyabr
Dağlıq Qarabağ münaqişəsinin həllində ədalət prinsipi və beynəlxalq hüquq əsas götürülməlidir
16:44
25 Sentyabr
Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçiriləcək
16:31
25 Sentyabr
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin payız sessiyası üçün iş planı təsdiqlənib
16:30
25 Sentyabr
İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvlərindən biri kimi Azərbaycan onun əsas məqsəd və vəzifələrini həmişə dəstəkləyib
16:22
25 Sentyabr
Romada Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə və Azərbaycan ilə İtaliya arasında strateji tərəfdaşlıq münasibətlərinə dair konfrans keçirilib
16:21
25 Sentyabr
Aqrar Universitetində “Akademik Cəlal Əliyevin irsinin öyrənilməsi” mövzusunda gənc tədqiqatçıların konfransı keçiriləcək
16:17
25 Sentyabr
Səfir Viktor Szederkenyi: Naxçıvanla Macarıstan arasında iqtisadiyyatın müxtəlif sahələrində əməkdaşlıq üçün böyük potensial var
15:16
25 Sentyabr
Müdafiə naziri Zakir Həsənov bolqarıstanlı həmkarı ilə görüşüb
15:04
25 Sentyabr
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
14:35
25 Sentyabr
“Azərbaycanda Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində Milli Məclisin rolu” mövzusunda konfrans təşkil olunub
14:29
25 Sentyabr
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəylinin zəngin irsinə dair elmi məruzələr dinlənilib
14:24
25 Sentyabr
Azərbaycanda “Dünyanın ən böyük dərsi” layihəsi reallaşdırılır
14:19
25 Sentyabr
GEANT Assosiasiyası ilə əməkdaşlıq davam edir
14:16
25 Sentyabr
TAP İtaliyadakı istehlakçılara təhlükəsiz, şaxələndirilmiş və rəqabətədavamlı enerji təmin edəcək
14:12
25 Sentyabr
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
14:08
25 Sentyabr
Azərbaycan dünyada müasir və keyfiyyətli hərbi təyinatlı məhsulların istehsalçısı kimi tanınır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+18 +21