Ana səhifə »  Müəlliflər »  AXCP-də növbəti “yarpaq tökümü”, yaxud Əli Kərimlinin siyasi sonu yaxınlaşır
A+   Yenilə  A-
AXCP-də növbəti “yarpaq tökümü”, yaxud Əli Kərimlinin siyasi sonu yaxınlaşır
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın bir sıra rayon təşkilatlarının üzvləri Razi Nurullayevin yanında yer almağa başlayırlar
AXCP sədri Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritar idarəçiliyə, rəhbərlik etdiyi təşkilatı isə biznes mənbəyinə çevirməsinə etiraz əlaməti olaraq yeni addımların atılması bu qurum daxilində şok effekt yaradıb. Belə ki, keçmiş sədr müavini Razi Nurullayevin Ə.Kərimlinin “repressiya”sına məruz qalmış digər “cəbhə”çilərlə bir araya gələrək AXCP sədrinə qarışı mübarizəyə başladıqlarını elan etməsindən sonra bu partiyada növbəti “yarpaq tökümü” başlayıb. Xatırladaq ki, bir neçə gün öncə Ə.Kərimlinin partiyada yaratdığı antidemokratik ab-havaya etiraz edən bir qrup keçmiş partiya üzvü mətbuat konfransı keçirərək AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsini yaratdıqlarını bəyan ediblər. Bu bəyanatın verilməsinin ardından isə narazı cəbhəçilər partiyadan ayrılaraq Razi Nurullayevin yanında yer almağa başlayıblar.
Məhz bunun nəticəsidir ki, son günlərdə Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP-dən ayrılanların sayı durmadan artır. Məsələn, bir neçə gün öncə AXCP-nin Hövsan təşkilatında fəaliyyət göstərən cəbhəçilər - Muradov Samir, Mirvəlişov Seymur, Məmmədov Füzuli, Əzizov Vüsal və Hacıyev Samir bəyanat yayaraq Əli Kərimlinin partiya daxilində yaratdığı antidemokratik mühitə etiraz olaraq Razi Nurullayevin rəhbərlik etdiyi Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduqlarını bildiriblər. Onların yaydığı bəyanatda bildirilir: “Hövsan cəbhəçiləri olaraq bəyan edirik ki, Əli Kərimlinin rəhbərlik etdiyi dövrdə partiya daxilindəki antidemokratik mühitə, maliyyə şəffafsızlığına, saxtakarlıqlara, bir qrup şəxsin partiya daxilində fironluğuna etiraz olaraq alternativ Azərbaycan Xalq Cəbhəsi Partiyasına qoşulduğumuzu elan edirik və bundan sonra fəaliyyətimizi orada davam etdirəcəyik”.
Qeyd edək ki, Ə.Kərimlinin rəhbərlik etdiyi partiyadan ayrılanlar təkcə Hövsan cəbhəçiləri deyil. AXCP-nin Beyləqan rayon təşkilatının da üzvləri kütləvi şəkildə Razi Nurullayevlə həmfikir olduqlarını, onun yanında yer aldıqlarını bildiriblər. Bu haqda məlumat yayan Eltural Mürsəlzadə bildirib ki, Əli Kərimlidən bezən beyləqanlı cəbhəçilər R.Nurullayevi dəstəkləyib.
Onu da vurğulamaq lazımdır ki, partiyanın sıravi üzvləri ilə yanaşı, bir sıra funksionerləri də artıq Ə.Kərimli ilə yollarını ayırdıqlarını elan ediblər. Eyni zamanda, partiyanın Suraxanı şöbəsinin üzvü Rahib Hacıyev də istefa verərək, Razi Nurullayevi dəstəklədiyini bəyan edib. O bildirib ki, 2013-cü ilin iyulunda həbs edilib, sonradan ölkə Prezidentinə müraciəti əsasında azadlığa çıxıb: “Həbsdə olduğum müddətdə bir cəbhəçi belə yanıma gəlmədi. Demokratiyadan danışırıq. Amma hazırda AXCP-də bu ənənə öldürülüb. Yerini yerlibazlıq, şəxsiyyətə pərəstişlik tutub. Partiya tamamilə monopoliyaya çevrilib. Bu proseslərin başında partiya sədri dayanır”.
Onun sözlərinə görə, AXCP-də diktatura, yerlipərəstlik, haqsızlıq baş alıb gedir: “Özümün əlaqəm var. Bu cür halları gözlərimlə görürəm. Ona görə də, hamı partiyadan gedir. İnsanı bu cür hallar incidir. Bizlər demokratiya uğrunda mübarizə aparırıq. Amma demokratiya təmsil olunduğumuz partiyada boğulur. Konkret olaraq, partiya rəhbəri Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq istefa verirəm. Mətbuat vasitəsilə AXCP-də qalan digər şəxslərə müraciət edirəm ki, ayılın, orada keçirdiyiniz hər saniyə sizlərə ziyandır. Nə qədər gec deyil, addımınızı atın. Sonra peşman olacaqsınız. Konkret olaraq, deyim ki, cəbhəçilərdən istifadə olunur. Düşünürəm ki, 4 il istifadə olunan şəxslərdən biri də mənəm”.
Beləliklə, göründüyü kimi, AXCP-də artıq daşlar yerindən oynayıb və Ə.Kərimli artan narazılığın qarşısını almaqda acizlik nümayiş etdirir. Narazı partiya üzvlərinin ard-arda onu tərk etməsi isə yaxın günlərdə Ə.Kərimlinin yanında bir kimsənin qalmaycağını deməyə əsas verir. Hər halda R.Nurullayevin rəhbərliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin yaradılması Ə.Kərimlinin yanında qalan “cəbhəçi”lərin də ondan uzaqlaşmasına təkan verib. Bu isə Əli Kərimlinin siyasi sonunun yaxınlaşdığına işarə edir.

 
 
  • Oxunub:  17100  |  
  • Tarix:  25-08-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Milli Məclisdə 2019-cu ilin büdcə zərfinə daxil olan məsələlər müzakirə olunur

19:00
14 Noyabr
Slovakiyanın Baş naziri Peter Pelleqrininin Azərbaycana rəsmi səfəri başa çatıb
18:21
14 Noyabr
Siyavuş Novruzov: Hazırda sosial sahədə aparılan islahatlar təqdirəlayiqdir
18:08
14 Noyabr
Nazir: Həyata keçirilən tədbirlər sığorta təminatı sisteminin inkişaf etdirilməsinə və sosial sığorta sisteminin potensialının tam gücləndirilməsinə imkan verəcək
17:58
14 Noyabr
Ağalar Vəliyev: 2019-cu ilin dövlət büdcəsi qarşıda duran mühüm vəzifələrinin layiqincə yerinə yetirilməsinə möhkəm zəmin yaradacaq
17:55
14 Noyabr
Sahil Babayev: Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün xərcləri 3 milyard 928 milyon manat proqnozlaşdırılır
17:23
14 Noyabr
Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üçün büdcəsi mövcud qanunvericiliyin tələblərinə uyğun hazırlanıb
17:23
14 Noyabr
Eldar İbrahimov: 2019-cu ilin dövlət büdcəsində kənd təsərrüfatının stimullaşdırılması daha dolğun nəzərə alınıb
17:17
14 Noyabr
Milli Elmlər Akademiyası BMT ilə əlaqələri gücləndirir
17:13
14 Noyabr
İsmayıllıda “Mənəvi dəyərlərimiz azərbaycançılıq ideologiyasının tərkib hissəsidir” mövzusunda seminar-müşavirə keçirilib
17:04
14 Noyabr
Moskvada “Xəzər dialoqu 2018” beynəlxalq iqtisadi forumu keçirilib
16:47
14 Noyabr
Beynəlxalq hüquq və öz müqəddəratını təyinetmə prinsipinin ermənisayaq təfsiri
16:41
14 Noyabr
Gündüz İsmayılov: Xurafat qüsurlu dini təbliğatın nəticəsidir
16:34
14 Noyabr
Azərbaycan və İtaliyanın hərbi-mülki əməkdaşlıq üzrə ekspertlərinin görüşü keçirilib
16:30
14 Noyabr
Bakıda MDB-nin iştirakçısı olan ölkələrin Daxili İşlər nazirliklərinin kadr aparatları rəhbərlərinin iclası işə başlayıb
16:28
14 Noyabr
Endryu Parsons: Azərbaycanda idmana və paralimpiya hərəkatına olan münasibət təqdirəlayiqdir
16:26
14 Noyabr
Sumqayıtda IV Uşaq Paralimpiya İdman Oyunlarının açılış mərasimi keçirilib
16:19
14 Noyabr
AMEA-da "Türkologiya" jurnalının fəaliyyətinə dair məruzə dinlənilib
16:04
14 Noyabr
Nazir: İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi ölkə rəhbərliyinin diqqət mərkəzindədir
15:51
14 Noyabr
Bəhruz Quliyev: Eleni Teoxarus Avropa dəyərlərini ekstremizm və separatizmlə əvəzləmiş katalizatordur
15:28
14 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Los-Ancelesdə bir sıra görüşlər keçirib
15:00
14 Noyabr
Türkmənistandan enerjidaşıyıcıların dünya bazarlarına çatdırılması üçün yeni marşrutlar yaradılır
14:58
14 Noyabr
Hərbi birliklər komanda-qərargah hərb oyunları çərçivəsində qarşıya qoyulan vəzifələri icra edirlər
14:28
14 Noyabr
Azərbaycan məhsullarının ixracı genişlənir
14:09
14 Noyabr
Azərbaycanın və Slovakiyanın Baş nazirləri birgə işçi nahar ediblər
13:55
14 Noyabr
Slovakiya nümayəndə heyəti Səngəçal terminalında olub
13:47
14 Noyabr
Milli Məclisdə “2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda təsdiq edilib
13:41
14 Noyabr
Doqquz ayda Azərbaycandan şərab məhsullarının ixracı 43 faizdən çox artıb
13:36
14 Noyabr
Gələn il Pekində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır
13:31
14 Noyabr
Rəşad Mahmudov: Səhiyyə xərcləri üçün vəsaitin çox ayrılması inkişafa öz real təsirini göstərəcək
12:50
14 Noyabr
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
12:13
14 Noyabr
İlin sonunadək 3 ölkəyə ixrac missiyası təşkil olunacaq
12:09
14 Noyabr
Azərbaycan ilk dəfədir ki, bir beynəlxalq qurum daxilində iki müxtəlif vəzifəyə seçkilərin hər ikisində qalib gəlib
12:01
14 Noyabr
Doqquz ayda Azərbaycandan ixrac olunan məhsulların çeşidi 2753-ə çatıb
12:00
14 Noyabr
Muxtar Babayev: Yaxın zamanlarda ekoloji vəziyyət böyük dərəcədə yaxşılaşdırılacaq
11:55
14 Noyabr
Milli Məclisin bugünki iclasında büdcə müzakirələri davam edəcək
11:53
14 Noyabr
Slovakiyalı qonaqlar Qobustan Qoruğundan xoş təəssüratla ayrılıblar
11:42
14 Noyabr
Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfirini qəbul edib
11:22
14 Noyabr
Yasamal rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Gəncəyə yola düşüblər
11:20
14 Noyabr
Ağdam məktəblilərini Quba-Qusar-Xaçmaz bölgəsində maraqlı ekskursiya gözləyir
11:17
14 Noyabr
Komanda-qərargah hərb oyunlarının növbəti mərhələsi ilə bağlı dinləmə keçirilib
11:04
14 Noyabr
Gəncə məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
11:01
14 Noyabr
Azərbaycan-Belarus diplomatik münasibətlərinin qurulmasının 25 illiyinə həsr olunan konfrans keçirilib
10:53
14 Noyabr
Nəsimi rayon məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyasına qoşulublar
10:45
14 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Qırğızıstanda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XXI iclasında iştirak edib
10:41
14 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 29 dəfə pozub
10:39
14 Noyabr
Azərbaycan Braziliyada keçirilən növbəti diplomatik yarmarkada təmsil olunub
10:38
14 Noyabr
Bərdə məktəbliləri ölkəmizin şimal bölgəsi ilə yaxından tanış olacaqlar
10:18
14 Noyabr
Tur-aksiyalar şagirdlərə respublikamızın tarixini, mədəniyyətini daha yaxından öyrənməyə imkan yaradır
10:11
14 Noyabr
Tərtər rayonunun məktəbliləri Quba-Qusar-Xaçmaz istiqaməti üzrə tur-aksiyaya başlayıblar
10:09
14 Noyabr
Cənub bölgəsinin məktəbliləri Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə tur-aksiyaya çıxıblar
09:30
14 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Kolumbiya Parlamentində qəbul keçirilib
08:47
14 Noyabr
“Ölkəmizi tanıyaq”: Onuncu tur-aksiyada 76 şəhər və rayondan 3190 şagird iştirak edir
17:55
13 Noyabr
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən növbəti aksiya keçirilib
17:44
13 Noyabr
Vüqar Gülməmmədov: Növbəti ilin dövlət büdcəsinin layihəsi ilə bağlı sənədlərdə sosial-iqtisadi inkişafın meyillərinin əsas göstəricilərinin əks etdirilməsi maliyyə inzibatçılığında şəffaflığının yüksəldilməsinə də şərait yaradır
17:41
13 Noyabr
Samir Şərifov: 2019-cu ilin büdcə layihəsi təkcə ölkəmizdə baş verən makroiqtisadi prosesləri deyil, dünyada və regionda baş verən geosiyasi proseslər nəzərə alınmaqla tərtib olunub
17:39
13 Noyabr
Tbilisidə keçirilən beynəlxalq konfransda “Azerkosmos” və “Azersky”in fəaliyyəti barədə məlumat verilib
17:25
13 Noyabr
Dövlət Komitəsində məcburi köçkünlərlə növbəti görüş olub
17:19
13 Noyabr
Azərbaycan regionda digər sahələrdə olduğu kimi, paralimpiya hərəkatında da lider ölkədir
17:16
13 Noyabr
Qida Təhlükəsizliyi Agentliyi: neqativ hallara qarşı aparılan mübarizə daha da gücləndiriləcək
17:14
13 Noyabr
Beynəlxalq Qızıl Xaç Komitəsi Bərdə şəhərində media nümayəndələri üçün seminar təşkil edib
17:12
13 Noyabr
Şamaxıda “Mənəvi dəyərlərimiz - dünən, bu gün, sabah” mövzusunda seminar-treninq keçirilib
17:10
13 Noyabr
Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib
17:03
13 Noyabr
Ermənistanın Azərbaycana təcavüzü nəticəsində UNESCO-nun dəyər və prinsipləri də kobudcasına pozulub
17:01
13 Noyabr
Dövlət və bələdiyyə idarəçiliyinin strateji istiqamətlərinə həsr olunmuş elmi-praktik konfrans keçirilib
16:58
13 Noyabr
Leyla Abdullayeva: Avropa Parlamentinin etik məsələlərə məsul komitələri deputat Eleni Teoxarusun fəaliyyətini araşdırmalıdır
16:51
13 Noyabr
Peter Pelleqrini: Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
16:29
13 Noyabr
Folklorda milli dövlətçilik ideyaları ən müxtəlif janrlarda əksini tapıb
15:52
13 Noyabr
Azərbaycanda əmək münasibətlərinin leqallaşdırılması istiqamətində mühüm addımlar atılır
15:43
13 Noyabr
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb – operativ məlumat
15:37
13 Noyabr
Doqquz ayda Azərbaycan ilə Slovakiya arasında ticarət dövriyyəsi 33 faiz artıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9