Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin əməlləri öz “bəhrə”sini verir
A+   Yenilə  A-
Əli Kərimlinin əməlləri öz “bəhrə”sini verir
Yazdı: Nardar Bayramlı

AXCP-də olan azsaylı insanlar da artıq Razi Nurullayevin rəhbərlik etdiyi Etimad Qurultayının Təşkilat Komitəsinə qoşulurlar
Son günlər AXCP daxilində baş verənlər nəinki bu partiyada, ümumiyyətlə, radikal müxalifət düşərgəsi daxilində gərginliyin hansı həddə olduğunu bir daha bütün çılpaqlığı ilə ortaya qoyur. Konkret AXCP-yə gəlincə bu partiyanın daxilində hökm sürən böhranın səbəbi məhz Əli Kərimlinin yaratdığı despot idarəçilikdir. Belə ki, onun rəhbərlik etdiyi partiyada fərqli fikir söyləyənlər ya təzyiqlərə, zorakılığa tuş gəlir, ya da istefa vermək məcburiyyətində qalırlar.
Son proseslər AXCP-də Əli Kərimli və yaxın ətrafının yaratdığı diktatura rejiminin hökm sürdüyünü bir daha təsdiqləyir. Sədr müavini Razi Nurullayevin rəhbərliyi ilə AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin yaradılması isə partiyadan istefaları daha da sürətləndirib. Bir çox AXCP-çilər R.Nurullayevin yanında yer aldıqlarını bəyan edirlər. Məlumdur ki, Ə.Kərimlinin idarəçilik prinsipinə etiraz olaraq son illər AXCP-də istefalar daha da artmışdı və hazırda bu partiyada cüzi sayda insan var ki, artıq onlar da Ə.Kərimlinin təşkilatını tərk etməkdədirlər.
Daha 5 gənc AXCP-dən istefa verib
Bu arada isə daha 5 gənc AXCP-dən istefa verdiyini açıqlayıb. AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin məlumatına görə, istefa verərək onlara qoşulan gənclər sosial şəbəkələrdə öz fikirlərini və istefalarının səbəblərini ifadə ediblər. Hüseyn Bayramov, İsmayıl Azəroğlu, Kamran Fərəcov, Riçard Bəkiroğlu və Ceyhun Bayramov Əli Kərimlinin yürütdüyü siyasəti pisləyərək, bundan sonra fəaliyyətlərini etirazçılarla birlikdə davam etdirəcəklərini bildiriblər.
“Partiyada hökm sürən avtoritarizm gənclərin inkişafını əngəlləyir. Çünki hər bir gəncin timsalında Əli Kərimli özünün alternativini görür. Etimadsızlıq mühitində fəaliyyət göstərmək mümkün deyil. Partiya üzvlərinin 90 faizi bu gün Əli Kərimliyə etimadsızlıq göstərir və onu sədr kimi görmək istəmir. Biz bütün AXCP üzvlərini ona etimadsızlıq göstərməyə və fəaliyyətlərini Əli Kərimlisiz AXCP-də davam etdirməyə çağırırıq”, - deyə həmin gənclərin bəyanatında bildirilir.
AXCP-nin Nərimanov rayon şöbəsinin üzvləri də Əli Kərimlinin təşkilatını tərk ediblər
Onu da bildirək ki, AXCP-nin Nərimanov rayon şöbəsinin “Vahid Azərbaycan” dayaq dəstəsinin 9 nəfər üzvü Əli Kərimlinin yürütdüyü siyasətə etiraz olaraq, R.Nurullayevin sədrlik etdiyi AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə qoşulduqlarını bəyan ediblər. Nərimanov rayon şöbəsinin sədr müavini Qasımov Şirvani, Məclis üzvü Qasımov Nizami, Məclis üzvü Qasımov Xətai, Tağıyev Cahangir, Bayramov Əfsun, Məmmədov Samir, Nəbiyev Dilsuz və Quliyev Emin yaydıqları bəyanatda Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritarizmə, özbaşınalığa etiraz etdiklərini bildiriblər: “Partiyada ayrı-seçkilik mühitinin formalaşması bizi seçim etməyə vadar etdi və biz bundan sonra fəaliyyətimizi Razi Nurullayevin rəhbərliyi altında davam etdirməyə qərar verdik”.
AXCP üzvündən Əli Kərimliyə sərt ittiham
Yeri gəlmişkən, Ə.Kərimlinin keçmiş müavini Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin üzvü Eltural Mürsəlzadə mətbuata açıqlamasında AXCP sədrinin məqsədli şəkildə dağıtdığı partiyanın Beyləqan rayon şöbəsini bərpa etdiklərini bildirib. “Əli Kərimlinin adamları iddia edirlər ki, guya, mən “cəbhəçi” deyiləm. Bütün bunlar ağ yalandır. Mən 2000-ci ildən AXCP üzvüyəm. 2003-cü ildən AXCP-nin Gənclər Komitəsinin sədr müavini olmuşam. 2006-cı ildə Əli Kərimlinin təkidi ilə AXCP-nin Beyləqan rayon şöbəsinin sədr müavini, sonra isə sədri olmuşam. 2012-ci ildə Əli Kərimlinin üzündən partiyadan istefa verməli oldum və bunun da səbəblərini dəfələrlə yazmışam. 2013-cü ildə “Müsavat”a üzv olmaq istədim, lakin üzv kimi qəbul edilmədim. Mənə “cəbhəçi” deyilsən” söyləyənlərin nəzərinə çatdırıram ki, AXC və AXCP-nin ilk olaraq yarandığı 4-5 evdən biri bizim evimiz olub. Bizim ailəmiz AXCP üzvü olanda siz harada idiniz? Hazırda vaxtilə mənim qurduğum və Əli Kərimlinin dağıtdığı Beyləqan şöbəsini bərpa edirəm”, - deyə o bildirib. Ə.Mürsəlzadə qeyd edib ki, Ə.Kərimli Beyləqan şöbəsini öz əməlləri ilə dağıdıb: “Mən bu şöbəni yenidən bərpa edirəm. Kərimlinin zombiləri bizə qarşı hücuma keçiblər. Lakin biz Beyləqanda əsl “cəbhəçi”lərin iştirakı ilə möhtəşəm konfrans keçirəcəyik”.
AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin digər üzvü Cavid Musazadə isə Ə.Kərimlini dələduzluqda ittiham edib. “Yetim-yesir adamların ianəsi hesabına bəy kimi yaşayan və bu ianənin hesabatını verməyən bəy ola bilməz, yalnız siyasi dələduz olar”, - deyə o bildirib.
Onu da xatırladaq ki, narazıların yaratdığı Etimad Qurultayının Təşkilat Komitəsinə qoşulanlar sırasında AXCP-nin qurucularından olan Beyləqan NTK sədri Əli Zöhraboğlu, Beyləqan şöbəsinin yaradıcılarından olan Valeh Rüstəmov və Əli Sarıyev də var. Bir sözlə, proseslər onu göstərir ki, yaxın müddətdə Ə.Kərimlinin rəhbərlik etdiyi partiya tamamilə dağılacaq. Çünki onun yaratdığı despot rejim AXCP-nin siyasi təşkilat kimi məhv olmasına xidmət edir. Yeri gəlmişkən, AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev mətbuata açıqlamasında qarşıdakı günlərdə də AXCP-dən kütləvi istefaların davam edəcəyini bildirib.

 
  • Oxunub:  22740  |  
  • Tarix:  01-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər
12:36
15 Yanvar
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
11:40
15 Yanvar
Hikmət Babaoğlu: Struktur islahatları yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfə verəcək
11:28
15 Yanvar
Xalq yazıçısı Anarın yeni kitabı işıq üzü görüb
11:24
15 Yanvar
Məhkəmələrə göndərilmiş cinayət işləri üzrə 120 milyon manatlıq maddi ziyanın 87 milyon manatı ödətdirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +7