Ana səhifə »  Müəlliflər »  Anti-Azərbaycançı dairələrin Xədicə İsmayılovanın həbsini siyasiləşdirmək cəhdləri əbəsdir
A+   Yenilə  A-
Anti-Azərbaycançı dairələrin Xədicə İsmayılovanın həbsini siyasiləşdirmək cəhdləri əbəsdir
Yazdı: Pərviz Sadayoğlu

Yaxud dünyanın əksər yerlərində baş verən jurnalist qətllərinə, eləcə də, KİV nümayəndələrinin həbslərinə susqunluq nümayiş etdirən bəzi beynəlxalq təşkilatlar Azərbaycanda konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin ətrafında əsassız hay-küy yaradırlar
Xəbər verildiyi kimi, Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunan Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyi bildirilib və ona 7 il 6 ay müddətində azadlıqdan məhrumetmə cəzası verilib. Vurğulayaq ki, X.İsmayılova, həmçinin, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.
Xədicə İsmayılova “Azadlıq” radiosunun Bakı bürosuna kənar maliyyə cəlb edib
Xatırlatmaq yerinə düşər ki, X.İsmayılovanın “Azadlıq” radiosunun Bakı bürosunun rəhbəri olduğu dönəmdə yol verdiyi korrupsiya əməlləri zaman-zaman ölkə KİV-lərinin müzakirə obyektinə çevrilib. Ümumiyyətlə, onun rəhbərliyi dövründə radionun Bakı bürosunda baş verənlər elə radio əməkdaşları tərəfindən də birmənalı qarşılanmayıb. Belə ki, işçilər arasında ayrı-seçkilik, təfriqə salmaq, eləcə də, müqaviləsiz işçi saxlamaq, vəzifə səlahiyyətlərindən istifadə edərək radioya qeyri-leqal maliyyə cəlb etmək və bu maliyyə ilə verilişlər hazırlamaq kimi faktlar hələ bir müddət öncədən cəmiyyətə açıqlanmışdı. Eyni zamanda, radionun Bakı bürosunun sabiq əməkdaşlarından birinin şikayəti ilə radioda başlanan yoxlamalarda “Azadlıq” radiosunun Bakı bürosunun şəffaflıq prinsiplərini pozduğu, nizamnaməyə əməl etmədiyi ortaya çıxmışdı. Elə şikayətdə də büronın keçmiş rəhbəri Xədicə İsmayılovanın kənar maliyyə qaynaqlarından radioya cəlb etdiyi vəsaitləri özünə yaxın çevrə ətrafında bölüşdürdüyü bildirilirdi. Qeyd olunduğu kimi, radionun fəaliyyətinə nizamnaməyə zidd olaraq kənar maliyyə cəlb edilmişdi ki, bu fakt da məhkəmədə sübuta yetirildi. Bundan başqa, məhkəmədə o da məlum oldu ki, X.İsmayılova radionun Bakı bürosunu “öz qanunları” ilə idarə edib. Belə ki, işçilərlə müqavilələrin bağlanmaması da maliyyə maxinasiyalarının aparılması üçün münbit şərait yaradıb.
Yeri gəlmişkən, radionun Bakı bürosunun bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlaması faktı özlüyündə başqa bir faktı da ortaya çıxarıb. Belə ki, həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin ciddi məbləğlərdən getdiyi aydın olur. Beləliklə, X.İsmayılovanın radionun Bakı bürosuna rəhbərlik etdiyi zaman iqtisadi cinayətlərə yol verməsi, vəzifə səlahiyyətlərini aşması məhkəmədə şahid ifadələri ilə və faktlarla bir daha təsdiqlənib və ona hüquq çərçivəsində cəza təyin olunub.
Konkret cinayət işinə görə məsuliyyət daşıyan şəxsin həbsini fərqli məcralara yönəltmək cəhdi yolverilməzdir
Göründüyü kimi, X.İsmayılova konkret cinayət əməllərində təqsirləndirilib və o məhz iqtisadi maxinasiyalarına görə məsuliyyətə cəlb edilib. Amma bu fakt X.İsmayılovanı “dəstəkləyən” bir sıra xarici anti-azərbaycançı dairələr və bəzi beynəlxalq təşkilatlar tərəfindən gözardı edilir. Onun həbsini “siyasi müstəviyə” transfer etməyə çalışan bu dairələr cinayət işinə dəxli olmayan motivlər səsləndirməklə məsələni fərqli məcralara yönəltməyə cəhd göstərirlər. Məsələn, Böyük Britaniyanın Avropa üzrə naziri David Lidinqton X.İsmayılovanın həbsindən sonra tələm-tələsik açıqlamalar verərək bir sıra qərəzli fikirlər bildirib. Bundan başqa, ölkəmizə qarşı fərqli standartları ilə məşhur olan bir sıra xarici QHT-lər də məsələnin əsl mahiyyətini bir kənara qoyaraq həbs faktına “öz prizmalarından” baxış sərgiləməyə üstünlük veriblər.
Vurğulamaq lazımdır ki, D.Lidinqton “Azərbaycanı qanunun aliliyinə hörmət etməyə” çağırıb. Maraqlıdır ki, iqtisadi cinayətlərə yol verən bir şəxsə qarşı həbs qətimkan tədbirinin seçilməsi qanunun aliliyinə hörmət deyilmi? Bəs görəsən, britaniyalı nazir qanunun aliliyi deyəndə nə başa düşür? Onların ölkəsində cinayət törədən şəxsi məsuliyyətə cəlb etmək, qanun qarşısında cavab vermək üçün məhkəmə qurmaq qanuna hörmətsizlikmi sayılır?
Göründüyü kimi, bu açıqlamalar birmənalı şəkildə qərəz yükü ilə yüklənib və Lidinqtonun sözügedən bəyanatının arxasında fərqli maraqlar dayanır. Öz növbəsində, məsələyə münasibət bildirən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov KİV-ə açıqlamasında deyib ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb: “Buna görə də bəzi beynəlxalq təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin, bir sıra beynəlxalq hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir”.
Məsələ ilə bağlı açıqlama verən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov da bildirib ki, David Lidinqton Avropa üzrə nazir olmasına baxmayaraq, Azərbaycanla bağlı hər dəfə bir qərəzli bəyanat vermək üçün sanki fürsət axtarır və dəfələrlə bunu edib. N.Məmmədov qeyd edib ki, Azərbaycandakı proseslər həm Azərbaycan qanunları, həm də beynəlxalq hüquqa uyğun aparılır. David Lidinqtonun haqqında bəyanat verdiyi şəxs cinayət əməlinə görə məsuliyyətə cəlb olunub.
Bəli, göründüyü kimi, dünyanın əksər yerlərində baş verən jurnalist qətllərinə, eləcə də, KİV nümayəndələrinin həbslərinə susqunluq nümayiş etdirən bəzi beynəlxadq təşkilatlar Azərbaycanda konkret cinayət əməlinə görə məsuliyyətə cəlb olunmuş şəxsin ətrafında əsassız hay-küy yaradırlar. Digər tərəfdən, istər nazir Lidinqton, istərsə də başqa qurumların nümayəndələri anlamalıdırlar ki, ölkəmizin daxili işlərinə müdaxilə cəhdi ilə də onlar beynəlxalq hüququn prinsiplərini pozurlar.

 
  • Oxunub:  19830  |  
  • Tarix:  04-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Nazirlər Kabinetində keçirilən görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışılıb

21 Fevral 17:46
Əfqanıstan müharibəsində həlak olan və itkin düşmüş hərbi qulluqçuların ailələrinə verilən Prezident təqaüdü artırılıb
21 Fevral 17:39
Milli Məclisdə “Könüllülər Parlamenti – Azərbaycan, 2019” layihəsinin bağlanış mərasimi olub
21 Fevral 17:31
Rob Sobhani: Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması xalqın rifahının yaxşılaşdırılması yolunda yeni mərhələ oldu
21 Fevral 17:28
İsa Həbibbəyli: Təhsil ictimaiyyəti cənab Prezidentin müstəqil dövlətimizin parlaq gələcəyi naminə tələbə gənclərə göstərdiyi qayğını yüksək qiymətləndirir
21 Fevral 17:14
ADNSU-da Beynəlxalq Ana Dili Günü qeyd edilib
21 Fevral 17:03
“Autizm spektr pozuntusu olan şəxslərə dəstək” layihəsinin təqdimatı olub
21 Fevral 16:57
Rauf Əliyev: Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rolunu gücləndirir
21 Fevral 16:53
Azərbaycan-İtaliya iqtisadi əməkdaşlığının genişləndirilməsi müzakirə olunub
21 Fevral 16:52
Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı dini tolerantlıq barədə məlumatlandırılıb
21 Fevral 16:50
Vüqar Rəhimzadə: Cənub Qaz Dəhlizi Avropanın təbii qazla təminatında əvəzedilməz layihə olacaq
21 Fevral 16:39
Ermənistana məxsus taktiki pilotsuz uçuş aparatı məhv edilib
21 Fevral 16:26
Azərbaycan nümayəndə heyətinin Avstraliyaya səfəri davam edir
21 Fevral 16:21
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
21 Fevral 16:18
Anar Quliyev: Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq
21 Fevral 16:12
ATƏT məkanında münaqişələrin həlli yalnız konstruktiv dialoq sayəsində mümkündür
21 Fevral 16:10
Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti Bakı Atatürk Liseyində olub
21 Fevral 15:59
Baş nazirin müavini Əli Əhmədov Dünya Bankının Qafqaz üzrə regional direktoru ilə görüşüb
21 Fevral 15:51
Hərbi Akademiyanın yaranmasının 20-ci ildönümü qeyd olunub
21 Fevral 15:38
“Könüllülər Parlamenti”nin plenar iclası keçirilib
21 Fevral 15:35
Azərbaycan hökuməti ilə Qətər hökuməti arasında birgə iqtisadi, ticarət və texniki komissiyanın ikinci iclası keçirilib
21 Fevral 15:32
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinin cavab oyunları keçiriləcək
21 Fevral 15:29
Mehdi Abdullayev: İslahatlar idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, əhalinin rifahını daha da yaxşılaşdıracaq
21 Fevral 15:26
Tələbələr karyera qurmağın düzgün istiqamətləri barədə məlumatlandırılıb
21 Fevral 15:12
Sovet qoşunlarının Əfqanıstandan çıxarılmasının 30-cu ildönümü münasibətilə təntənəli mərasim keçirilib
21 Fevral 14:51
Vyanada ATƏT Parlament Assambleyasının 18-ci qış sessiyası işə başlayıb
21 Fevral 14:47
Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib
21 Fevral 14:45
Prezident İlham Əliyev Ağdamda yol tikintisinə 2,3 milyon manat ayırıb
21 Fevral 14:42
Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan əməkdaşlarla görüş keçirilib
21 Fevral 14:39
Ekspert: Radikal müxalifətin yalnız aksiya keçirməkdə israr edərək üzərinə heç bir öhdəlik götürmək istəməməsi ölkəni xaosa sürükləmək cəhdidir
21 Fevral 14:33
Bəxtiyar Əliyev: Xocalı soyqırımı insanlığa qarşı törədilmiş ən ağır cinayətdir
21 Fevral 14:28
Prezidentin yeni fərmanı ciddi bir sosial məsələnin həlli istiqamətində atılan növbəti addımdır
21 Fevral 14:26
Bu gün futbol üzrə qadınlar arasında 2021-ci il Avropa Çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək
21 Fevral 14:22
Azərbaycan ilə Ukrayna arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
21 Fevral 14:19
Milli Kitabxanada “21 fevral - Beynəlxalq Ana Dili Günüdür” adlı kitab sərgisi açılıb
21 Fevral 14:17
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi BMT-nin Baş katibinə Xocalıda erməni qoşunları tərəfindən törədilmiş hərbi cinayətlər haqqında məktub göndərib
21 Fevral 14:11
Elmar Məmmədyarov: Azərbaycan Respublikası UNESCO-nun dəyərlərinə və prinsiplərinə sadiqdir
21 Fevral 14:06
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Xaçmazda fəaliyyətə başlayıb
21 Fevral 14:01
Bakı Ali Neft Məktəbində xeyriyyə konserti: “Xoşbəxt et, xoşbəxt ol”
21 Fevral 13:57
Birinci vitse-prezident Mehriban Əliyeva həyatının mənasını Vətəninə və xalqına xidmətdə görür
21 Fevral 13:50
BDU-da Tvinninq layihəsinin rəhbərləri ilə görüş keçirilib
21 Fevral 12:50
Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı, general-leytenant Ruslan Auşevi qəbul edib
21 Fevral 12:35
Mübariz Qurbanlı: Xocalı soyqırımını törədənlər bu cinayətə görə cavab verməli olacaqlar
21 Fevral 12:34
Komitə sədri: Xocalı soyqırımı silahsız, dinc Azərbaycan xalqına qarşı xüsusi amansızlıqla törədilib
21 Fevral 12:30
Tvinninq layihəsinin icrasına dair müzakirələr aparılıb
21 Fevral 12:21
Azərbaycan və İsveçrə arasında mədəni sahədə əməkdaşlıq müzakirə olunub
21 Fevral 12:09
Avropa Gənclərinin Yay Olimpiya Festivalının talismanları – Cırtdan və Bəbirin təqdimatı olub
21 Fevral 12:06
Azərbaycanın dini liderləri Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar beynəlxalq təşkilatlara müraciət ediblər
21 Fevral 11:58
Dünya Bankının regional direktoru Mersi Tembon: Azərbaycanda sosial sahədə həyata keçirilən köklü islahatları yüksək qiymətləndiririk
21 Fevral 11:46
Yeni Azərbaycan Partiyanın mərkəzi qərargahında elektron kitabxana yaradılıb
21 Fevral 11:20
Birinci vitse-prezident Mehriban Əliyevanın əzmkar və geniş fəaliyyətinin təməlində xalqa layiqli xidmət məramı dayanır – Hicran Hüseynova
21 Fevral 11:09
Gənclər milli-mənəvi və dini dəyərlərimizin qorunmasında fəal mövqe tutmalıdırlar
21 Fevral 11:03
Tikinti obyektlərinin tikintisinə və istismarına icazənin alınması üzrə elektron müraciət sistemi təqdim edilib
21 Fevral 10:58
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
21 Fevral 10:53
Sabirabad Sənaye Məhəlləsinin bu ilin ikinci yarısında istifadəyə verilməsi nəzərdə tutulur
21 Fevral 10:47
Avropadaxili Vergi Administrasiyaları Təşkilatının icraçı katibi “ASAN xidmət” mərkəzi ilə tanış olub
21 Fevral 10:40
SOCAR-ın Türkiyədəki investisiya layihələri müzakirə olunub
21 Fevral 10:17
Eduard Matoko: Azərbaycan UNESCO-nun etibarlı tərəfdaşıdır
21 Fevral 10:11
Azərbaycan və Avstriyanı uzun illərdən bəri möhkəm dostluq əlaqələri bağlayır
21 Fevral 10:09
ATƏT PA–nın İpək Yoluna Dəstək Qrupunun Avstriyada keçirdiyi toplantıda mühüm qərarlar qəbul edilib
21 Fevral 10:07
Xarici siyasətdə milli maraqlar: Azərbaycan Prezidentinin dünyaya mesajı
21 Fevral 10:05
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
21 Fevral 09:57
Bakıda “Mənəvi dəyərlərimiz gələcəyimizdir” mövzusunda konfrans keçirilib
21 Fevral 09:55
Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Şurasının iclası keçirilib
21 Fevral 09:50
AzMİU-da Karyera sərgisi təşkil olunub
21 Fevral 09:49
Azərbaycan və çeçen xalqları arasında dostluq, qardaşlıq münasibətləri möhkəm təməllərə əsaslanır
21 Fevral 09:49
BSU-nun tələbələri ölkəmizi Çelyabinskdə layiqincə təmsil ediblər
21 Fevral 09:48
Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir
21 Fevral 09:47
162 saylı məktəbdə “Valideynin məktəbdə bir günü” layihəsi çərçivəsində 100 nəfər valideynlə görüş keçirilib
21 Fevral 09:46
“UNEC-100” - Strateji idarəetmə
21 Fevral 09:46
ABŞ-dakı yəhudi diasporu Xocalı soyqırımı qurbanlarının xatirəsini anacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA
Bakı
gündüz+8 +11
gecə+2 +5