Ana səhifə »  Müəlliflər »  Azərbaycan cəmiyyəti bəzi xarici dairələrin ölkəmizin demokratik imicinə xələl gətirmək cəhdlərini qətiyyətlə pisləyir
A+   Yenilə  A-
Azərbaycan cəmiyyəti bəzi xarici dairələrin ölkəmizin demokratik imicinə xələl gətirmək cəhdlərini qətiyyətlə pisləyir
Yazdı: Mübariz Abdullayev

Yaxud nə üçün konkret cinayət əməlləri törədən Xədicə İsmayılovanın həbsindən “narahatlıq” ifadə edən David Lidinqton və ayrı-ayrı “beynəlxalq təşkilatlar” Avropanın özündə media mənsubları ilə bağlı qanun pozuntularına münasibət bildirməyə tələsmirlər?
Xarici anti-azərbaycançı dairələrin sifarişlərini canla-başla yerinə yetirən daxildəki, “beşinci kolon” təmsilçiləri ölkəmizin uğurlarına kölgə salmaq üçün dəridən-qabıqdan çıxırlar. Bir vaxtlar “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik edən Xədicə İsmayılova isə bu istiqamətdə xüsusilə “fərqlənirdi”. Hər kəlməbaşında “korrupsiya” sözünü işlətməyi adətə çevirmiş, hamını qaralayaraq korrupsiyada ittiham edən bu şəxs ermənipərəst dairələrin layihələrində yer alır, ölkəmizə qarşı aparılan kampaniyaların başında gedirdi. Ancaq gün gəldi ki, onun əməlləri aləmə faş oldu. Bəlli oldu ki, Xədicə İsmayılova jurnalistlik fəaliyyətindən yol verdiyi cinayət əməllərini pərdələmək üçün istifadə edirmiş. Digər tərəfdən, hər kəsə korrupsiya damğası ilə ləkə vurmağa çalışan X.İsmayılova, əslində, əsl korrupsiyaçı imiş.
Xədicə İsmayılovanın cinayət əməlləri məhkəmədə tam sübuta yetirildi
Xatırladaq ki, hələ bir neçə ay bundan əvvəl X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Və ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamlar ciddi şəkildə araşdırılaraq şahid ifadələrinin, mütəxəssislərin rəyləri və onların faktlar əsasında hazırladıqları aralıq hesabatları əsasında tam sübuta yetirildi. Bu günlərdə isə X.İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Son məhkəmə iclasında X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyi bildirilib və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Vurğulayaq ki, X.İsmayılova, həmçinin, azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan məhrum edilib.
“Cidanı çuvalda gizlətmək olmaz” və yaxud Xədicə İsmayılovanı bitirən faktlar
Beləliklə, məhkəmə araşdırmaları X.İsmayılovanın maskasını tamam dağıdıb. Onun yol verdiyi cinayət əməlləri artıq bütün cəmiyyətə bəllidir. Sən demə, daim hər yerdə, hər kəsdə nöqsan axtaran “Azadlıq” radiosunun Bakı bürosunda əsl hərc-mərclik hökm sürür və ciddi maliyyə pozuntuları baş verirmiş. Bu maliyyə pozuntularından isə Bakı bürosunun sabiq rəhbəri X.İsmayılovanın adı “qırmızı xətlə” keçir. Çünki X.İsmayılova “dərə xəlvət, tülkü bəy” deyib uzun illər ərzində çirkin fəaliyyətlə məşğul olub.
Məlumat üçün bildirək ki, Xədicə İsmayılovanın hansı əməllərdən çıxdığını yaxşı bilən radionun Azərbaycan xidmətinin sabiq əməkdaşlarından birinin şikayəti əsasında Bakı bürosunda yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində Bakı bürosunda nizamnaməyə zidd olaraq kənar mənbələrdən qeyri-qanuni maliyyənin cəlb olunduğu faktı təsdiqini tapıb. Bəlli olub ki, Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin kifayət qədər ciddi məbləğlərdən getdiyi aydındır.
Doğrudur, X.İsmayılova bir müddət jurnalistlik fəaliyyətindən, Azərbaycanda azad mətbuatın sərbəst fəaliyyətinə yaradılan şəraitdən sui-istifadə edərək məqsədli şəkildə yol verdiyi maliyyə fırıldaqlarını ört-basdır etməyə çalışıb. Ancaq sonda hər şey ortaya çıxıb.
Bəs qanunun aliliyindən danışanlar nə üçün cinayətə yol vermiş şəxsi müdafiəyə qalxıblar?
Yuxarıdakı təfsilatdan da göründüyü kimi, jurnalist X.İsmayılovanın həbsinin onun peşə fəaliyyəti - jurnalistliyi ilə hər hansı bir bağlılığı yoxdur. Belə olan təqdirdə isə nə üçün ayrı-ayrı “beynəlxalq” təşkilatlar, hətta bu və ya digər ölkələrin rəsmiləri X.İsmayılovanın həbsini siyasi müstəviyə daşımağa, bu faktı Azərbaycanda söz, mətbuat azadlığına basqı, qanunun aliliyinin pozulması kimi dəyərləndirməyə çalışırlar? Məsələn, Birləşmiş Krallığın Avropa üzrə naziri David Lidinqtonun Xədicə İsmayılovanın məhkəməsinin nəticəsi ilə bağlı Azərbaycanı qanunun aliliyinə əməl etməyə çağıran bəyanat yayması heç bir məntiqə sığmır. Cənab nazirə sual edirik: Azərbaycanın cinayətkarın başını sığallaması qanunun aliliyinə hörmət sayıla bilərdimi və yaxud onun ölkəsində maliyyə maxinasiyalarına yol verənlər, vergidən yayınanlar azadlıqdamı gəzirlər? Bir anlığa fərz edək ki, cənab David Lidinqton hədsiz humanistdir və heç bir halda heç kəsin burnunun da qanamasına dözə bilmir. Yaxşı, onda bəs cənab nazir nə üçün Ermənistanın başqa dövlətin torpaqlarını ilhaq etməsinə, insanları doğma ev-eşiyindən didərgin salmasına hədsiz soyuqqanlı yanaşır, belə hallara qarşı bircə dəfə də olsun mövqeyini bildirmir?
Cənab Lidinqton Birləşmiş Krallığın Avropa üzrə naziri vəzifəsini tutan məsul bir şəxs kimi Avropada gedən proseslərlə bağlı mövqe bildirsə idi, daha səmimi və obyektiv görünərdi. Bu məqamda Avropadakı mənzərəyə qısa nəzər salmaq yerinə düşər. Qərb KİV-lərinin məlumatlarını araşdırdıqda bəlli olur ki, media mənsubları ilə bağlı qanun pozuntuları Avropada başqa ölkələrdən daha çoxdur və daha tez-tez baş verir. Belə ki, yalnız 2015-ci ilin səkkiz ayı ərzində Avropa İttifaqına üzv və namizəd ölkələrdə jurnalistlərə qarşı müxtəlif kateqoriyalar üzrə 931 hadisə qeydə alınıb. Bunlardan 23-ü İngiltərənin, 55-i Fransanın, 61-i Almaniyanın, 28-i İspaniyanın, 6-sı Portuqaliyanın, 7-si Avstriyanın, 73-ü İtaliyanın, qalanları isə digər ölkələrin payına düşür. Hadisələrin mahiyyətinə gəlincə isə onlardan 7-si ölüm hadisəsi olub, 126-sı fiziki cəza, 80-i həbs, 181-i isə senzura ilə bağlı olub. Lakin bütün bu və digər faktlarla bağlı Birləşmiş Krallığın Avropa üzrə naziri cənab Lidinqton bir dəfə də olsun bəyanat verməyib. Cənab nazirin belə heç də xoş təəssürat yaratmayan seleksiya aparmasına, öz qonşuluğunda baş verənləri görməzdən gəlib əlində çıraq nəzərlərini uzaqlara dikməsinə və ən əsası da hadisələrin mahiyyətini təhrif etməsinə heç cür haqq qazandırmaq olmur. Korrupsiya əməlləri məhkəmə şahid ifadələri və faktlarla sübuta yetirilən Xədicə İsmayılovanın “halına yanan” cənab nazir nə üçün üç ildən artıqdır bütün hüquqlarından məhrum olmuş, həbs şəraitində sığınacaq tapmış Julyen Asanjla bağlı insan hüquqları baxımından bir bəyanat vermir? Halbuki belə bir münasibət bildirməklə o öz qərəzsizliyini sübut etmiş olardı.
David Lidinqtonun və bəzi “beynəlxalq” təşkilatların “məyus olduqları” X.İsmayılovanın həbsinin isə konkret motivi var. “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb. Buna görə də bəzi “beynəlxalq” təşkilatların, ayrı-ayrı dövlətlərin rəsmi nümayəndələrinin, həmçinin, bir sıra “beynəlxalq” hüquq müdafiə təşkilatlarının məhkəmənin X.İsmayılova ilə bağlı qərarını siyasiləşdirmək cəhdləri yolverilməzdir. Azərbaycan cəmiyyəti bəzi xarici dairələrin ölkəmizdəki reallığı təhrif etmək, ayrı-ayrı halları əsassız şəkildə ümumiləşdirərək respublikanın demokratik imicinə xələl gətirmək cəhdlərini qəbuledilməz hesab edir və belə yanaşmanı qətiyyətlə pisləyir.

 
  • Oxunub:  30510  |  
  • Tarix:  05-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb

24 İyun 14:32
"Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfransın Vyana Bəyannaməsi
24 İyun 14:27
DİN-də naziryanı əməliyyat müşavirəsi keçirilib
24 İyun 14:23
Azərbaycanda bu günədək 595,2 hektaradək sahədə taxıl biçini aparılıb
24 İyun 14:19
Azərbaycanın və Monteneqronun Baş nazirlərinin görüşü olub
24 İyun 14:12
“Qarabağ” muğam qrupu Belçikada silsilə konsertlərlə çıxış edib
24 İyun 13:57
Bolqarıstan Baş Nazirinin müavini ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 13:54
Dövlət Gömrük Komitəsinin rəhbərliyi Gəncə, Göygöl və Daşkəsəndə vətəndaşları qəbul edib
24 İyun 13:48
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
24 İyun 13:47
Cüdoçularımız “Minsk 2019”un dördüncü gününə qələbələrlə başlayıblar
24 İyun 13:15
Bakıda Birləşmiş Millətlər Təşkilatının dövlət xidmətləri üzrə mükafatlandırma mərasimi keçirilib
24 İyun 12:22
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24 İyun 12:18
“Azərbaycan Hava Yolları” QSC ilə “Bakı 2019”un Əməliyyat Komitəsi arasında tərəfdaşlıq sazişi imzalanıb
24 İyun 12:16
Moskvada Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə yükdaşımalara dair müzakirələr aparılıb
24 İyun 12:06
“Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası Kürdəmirdə
24 İyun 11:52
Şamaxıda Nəsiminin 650 illik yubileyinə həsr edilən elmi sessiya keçirilib
24 İyun 11:42
Qida təhlükəsizliyi sahəsində çalışmaq istəyən məzunlarla görüş olub
24 İyun 11:38
Monteneqronun Baş Naziri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
24 İyun 11:31
“Olimpiya Mədəniyyəti və Təhsil Proqramı” çərçivəsində təlimlər davam edir
24 İyun 11:25
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
24 İyun 11:19
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva BMT Baş katibinin müavini Liu Cenmin ilə görüşüb
24 İyun 11:06
Rəhman Mustafayev: Fransa qanunlarına zidd olaraq qəbul edilmiş sənədlərin ləğvi ilə mühüm məhkəmə presedenti yaranıb
24 İyun 10:58
Müəllimlərin işə qəbulu üzrə sənəd qəbulu başlayır
24 İyun 10:52
Bakıda BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb
24 İyun 10:50
Müdafiə Nazirliyi: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
24 İyun 09:47
Dünya Neft Konqresinə səsvermədə Azərbaycan ikinci olub
23 İyun 21:11
Sabah Bakıda Ümumdünya İrs Gənc Peşəkarlar Forumu öz işinə başlayacaq
23 İyun 21:04
Monteneqronun Baş naziri Azərbaycana rəsmi səfərə gəlib
23 İyun 20:10
Akrobatika gimnastlarımız "Minsk 2019"da üçüncü medalı qazanıblar
23 İyun 19:17
Rüstəm Orucov Avropa Oyunlarında Azərbaycana altıncı medalı qazandırıb
23 İyun 19:06
Hidayət Heydərov ikinci Avropa Oyunlarında bürünc medal qazanıb
23 İyun 17:40
BMT-nin Dövlət Xidmətləri Forumu "ASAN xidmət"in intellektual məhsul kimi digər ölkələrə ixrac edilməsinə ciddi töhfə verəcək
23 İyun 17:12
Azərbaycan nümayəndə heyəti AŞPA-nın yay sessiyasında iştirak edəcək
23 İyun 14:27
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
23 İyun 13:44
BMT Baş katibinin müavini “ASAN xidmət” mərkəzində olub
23 İyun 12:45
İtaliyada İkinci Azərbaycan Film Festivalı başa çatıb
23 İyun 11:05
Heydər Əliyev Mərkəzinin parkında yoqa sessiyası təşkil olunub
23 İyun 10:28
“Huawei” şirkəti Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır
23 İyun 10:25
Azərbaycan idmançıları “Minsk 2019”un ikinci günündə 1 gümüş və 3 bürünc medal qazanıblar
23 İyun 10:23
23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır
23 İyun 10:19
“Minsk 2019”un üçüncü günündə atletlərimiz idmanın altı növü üzrə mübarizə aparacaqlar
23 İyun 10:16
Prezident İlham Əliyev: Azərbaycan özünün tarixi ilə qürur duyur
22 İyun 17:58
Azərbaycan millisinin ikinci Avropa Oyunlarında ilk medalını akrobatika gimnastlarımız qazanıblar
22 İyun 17:53
Daxili İşlər naziri Qubada vətəndaşların qəbulunu keçirib
22 İyun 17:50
İkinci Avropa Oyunlarında iştirak edən Azərbaycan idmançıları ilə görüş olub
22 İyun 17:46
FAO ilə Azərbaycanda kiçik və orta biznesin inkişafının dəstəklənməsi üzrə əməkdaşlıq genişlənir
22 İyun 17:42
“Minsk 2019”: Azərbaycan boksçusu ermənistanlı rəqibi üzərində inamlı qələbə qazanıb
22 İyun 17:37
Azərbaycanda bu günədək 522,7 min hektar sahədə taxıl biçini aparılıb
22 İyun 15:58
Sahil Babayev: Ölkəmizdə həyata keçirilən pensiya islahatı sosialyönümlü siyasətin nəticəsidir
22 İyun 15:55
Azər Badamov: Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar davamlı xarakter daşıyır
22 İyun 15:54
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məlumatı
22 İyun 15:45
İsa Həbibbəyli: Dövlət başçısının sərəncamları elm və təhsil sahəsində çalışanların üzərinə böyük məsuliyyət qoyur
22 İyun 15:41
Vergilər Nazirliyində Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə müzakirələr aparılıb
22 İyun 15:38
Vüqar Bayramov: Sərəncam sosial islahatlarda yeni bir mərhələ kimi qiymətləndirilməlidir
22 İyun 15:33
Tahir Rzayev: Azərbaycanın dinamik inkişafı regionların timsalında da özünü aydın şəkildə göstərir
22 İyun 11:36
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 20 dəfə pozub
22 İyun 11:17
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində dövlət qulluğuna yeni qəbul olunan əməkdaşların andiçmə mərasimi olub
22 İyun 11:11
Respublikada 412,7 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb
22 İyun 11:07
Bərdədə kənd yolları təmir olunur
22 İyun 11:05
Astarada turizmin inkişafı üçün lazımi şərait yaradılıb
22 İyun 10:50
Pərvin Kərimzadə: 2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı
22 İyun 10:44
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Minskdə ikinci Avropa Oyunlarının açılış mərasiminə baxıb
22 İyun 10:22
“Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans xarici mətbuatda geniş işıqlandırılıb
22 İyun 09:56
Minskdə ikinci Avropa Oyunlarının rəsmi açılış mərasimi olub
22 İyun 09:49
Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizdə sabitlik və inkişaf dövrü kimi tarixə düşüb
22 İyun 09:48
Aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycanın maliyyə imkanları əsaslı şəkildə artıb
22 İyun 09:41
Avstriya Mətbuat Agentliyi “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda konfransla bağlı məqalə yayıb
22 İyun 09:32
Jurnalistika fakültəsinin magistrantları dissertasiya işlərini müdafiə ediblər
22 İyun 09:27
Azərbaycanda təhsil işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
22 İyun 09:25
Nəsiminin həyatı və yaradıcılığı “Ənəlhəqq” tamaşasında
22 İyun 09:23
Asiyada təhlükəsizlik və əməkdaşlıq platforması: Azərbaycan üçün geosiyasi əhəmiyyəti

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+32 +36
gecə+21 +25