Ana səhifə »  Müəlliflər »  Əli Kərimli yenidən “qurultay” oyununa start verdi
A+   Yenilə  A-
Əli Kərimli yenidən “qurultay” oyununa start verdi
Yazdı: Pərviz Sadayoğlu

Yaxud Razi Nurullayevin yanında yer alan narazı “cəbhə”çilərin son addımları Ə.Kərimlini çıxılmaz vəziyyətə salıb
Son günlər AXCP-də baş verənlər bu partiyanın indiki rəhbəri Əli Kərimlinin yenidən “qurultay oyun”una start verməsi ilə nəticələnib. Bu barədə bir qədər sonra. Hələlik isə xatırlatmaq yerinə düşər ki, Razi Nurullayevin AXCP-dən ayrılmasının ardından partiya sədri və ona yaxın qruplaşmanın apardığı avtoritar idarəçilikdən narazı olan “cəbhə”çilər yeni yaranan AXCP-nin Etimad Qurultayının Təşkilat Komitəsinə üz tutmağa başladılar. Belə demək mümkündürsə, qısa zaman kəsiyində Ə.Kərimlinin rəhbərlik etdiyi partiyadakı azsaylı üzvlər, həmçinin rayon şöbələri də AXCP sədrindən üz döndərərək R.Nurullayevin yanında yer aldılar.
Yeri gəlmişkən istər Ə.Kərimlinin təzyiqi ilə partiyadan qovulan, istərsə də baş verənlərə etiraz əlaməti olaraq istefa verərək AXCP-dən ayrılan hər bir şəxsin tələbi ilk növbədə partiyada münasibətlər sisteminin normal səviyyəyə gətirilməsi, eyni zamanda bütün həqiqətlərin açılıb deyilməsi üçün qurultayın keçirilməsi idi ki, illərdir Ə.Kərimli məhz bundan yayınır. Düzdür müəyyən zaman kəsiyində AXCP-də qurultay məsələsi gündəmə gətirilsə də ötən ilin sentyabrında Müsavat Partiyasının qurultay keçirməsinin ardından yaşanan parçalanma Ə.Kərimlini qurultay və ya partiyadaxili islahat fikrindən tam daşındırmışdı. Belə ki, həmin dövrə qədər Ə.Kərimli qurultayın keçiriləcəyi vaxtı dəqiq deməsə də, toplantının baş tuta biləcəyini istisna etmirdi, amma “Müsavat”ın qurultayından sonra yaşananlar onun birmənalı şəkildə qurultay məsələsindən vaz keçdiyini ortaya qoydu.
Bununla belə son bir ayda AXCP-də baş verənlər Ə.Kərimlini o dərəcədə çıxılmaz vəziyyətə salıb ki, artıq o qurultay keçirmək məcburiyyətində qalıb. Daha doğrusu, bir sıra rayon təşkilatlarının, eləcə də aparıcı partiya funksionerlərinin Razi Nurullayevin tərəfinə keçməsi, hətta rayon şöbələrinin təsis konfransı keçirərək AXCP-nin Etimad Qurultayına nümayəndələr seçməsi istər Ə.Kərimlinin, istərsə də onun ətrafındakıların “kürkünə birə salıb”.
Belə ki, Ə.Kərimlinin rəhbərlik etdiyi AXCP bu ayın 27-də qurultay keçirəcəyini bəyan edib. Lakin bu qərarın özü də qüsurlu görünür. O mənada ki, illərdir qurultay sözünü dilə gətirməyən Ə.Kərimlinin bu addımı atmasının səbəbləri bəlli olsa da, texniki cəhətdən bir ayın içində qurultayın keçirilməsinin mümkünsüzlüyü də ortadadır. Əvvəla AXCP-nin iki-üç rayon şöbəsini çıxmaq şərtilə digər rayon şöbələrində konfranslar keçirilməyib, qurultay nümayəndələri seçilməyib. Digər tərəfdən, bir neçə yüz nəfər qurultay nümayəndəsinin olacağı “proqnoz”unu verən Ə.Kərimlinin yaxın ətrafı yenə də özlərini gülünc vəziyyətə salır. Axı partiyanın keçirdiyi icazəli mitinqə 200 nəfərdən artıq insan çıxara bilməyən AXCP funksionerləri qurultayda 700 nəfərin iştirak edəcəyini hansı əsasla iddia edirlər?
Bütün bu sadalananların fonunda onu da qeyd edək ki, hətta Ə.Kərimli qurultay keçirəcəyi təqdirdə belə bu, sadəcə, “bir şəxsin monoloqu” adlı tamaşadan o tərəfə keçməyəcək. Çünki Ə.Kərimlinin apardığı avtoritar partiya idarəçiliyinə, xarici antimilli dairələrlə işbirliyinə etiraz edən, eləcə də partiya funksionerlərinin üzvlərlə qaba davranışından narazı qalanlar artıq R.Nurullayevin yanında yer almaqdadırlar. Yəni bu “qurultay” “kreslo itirilməsi” və həqiqətlərin dilə gətirilməsi baxımından Ə.Kərimli üçün qorxusuzdur. Belə demək mümkündürsə, Ə.Kərimli bu qurultay tamaşasını gözdən pərdə asmağa hesablayıb.
Amma bu “qurultay”ın baş tutmayacağı indidən bəllidir. Böyük ehtimalla birmənalı şəkildə, “qurultay”a nümayəndə tapa bilməyən Ə.Kərimli ötən illərdə olduğu kimi, yer məsələsini bəhanə edərək qurultayın təxirə salınacağını bildirəcək. İkinci bir tərəfdən, nəzərə alsaq ki, sentyabrın 27-si artıq parlament seçkilərinin mühüm mərhələlərindən olan imzatoplama mərhələsinin ən qızğın dövrünə təsadüf edir, bu baxımdan da Ə.Kərimlinin oyun oynadığı ortadadır.
Bəli, ölkədə siyasi dayağını tam itirən, illərdir Azərbaycan siyasətində heç bir uğuru ilə yadda qalmayan və korporativ maraqlarını təmin etməyə, xaricdən pul alıb ölkədə qarşıdurma yaratmağa cəhd göstərməyə sərf edən, öz kiçik dairəsində adını “siyasi lider” qoyan, amma “liderliyi” yalnız kabineti ilə məhdudlaşan Əli Kərimli kreslosunu itirməmək uğruna dillərində əzbər etdikləri “demokratiya”nı da ayaqlamağa hazır olduğunu nümayiş etdirir. Adını demokrat qoyanların bu cür demokratiya anlayışı isə insanda yalnız gülüş doğurur...

 
  • Oxunub:  23490  |  
  • Tarix:  09-09-2015  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

29 Fevral 11:30
Nizami Cəfərov: Azərbaycanla Türkiyəni bir birinə möhkəm dostluq və qardaşlıq ənənələri bağlayır
29 Fevral 11:13
Gündüz İsmayılov: Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər
29 Fevral 11:00
Həkim-psixoterapevt: koronavirus adi qrip viruslarının bir növüdür
29 Fevral 10:48
Azərbaycan Ordusu genişmiqyaslı komanda-qərargah təlimlərinə başlayır
29 Fevral 10:41
Xocalı soyqırımı ilə əlaqədar Ermənistanın ABŞ-dakı səfirliyi qarşısında etiraz aksiyası keçirilib
29 Fevral 10:33
Üç ölkənin opera ulduzu Bakıda çıxış edəcək
29 Fevral 10:29
Koronavirusun ölkəmizdə yayılmasının qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər davam etdirilir
29 Fevral 10:27
Pedaqoji Universitetdə Filoloji linqvistika lektoriyası açılıb
29 Fevral 10:25
YAP Xızı rayon təşkilatının təsis edilməsinin 27-ci ildönümü ilə əlaqədar tədbir keçirilib
29 Fevral 10:23
NATO Şurasının toplantısı: Türkiyə Silahlı Qüvvələrinə qarşı törədilmiş hava hücumu müzakirə edilib
29 Fevral 10:20
Böyük dövlətlərin hərbi rəqabəti güclənir
29 Fevral 10:18
İNGİLİS ƏDƏBİYYATININ YORULMAZ TƏDQİQATÇISI
29 Fevral 10:16
Regionlarda meyvə bağlarının genişləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir
29 Fevral 10:08
Azərbaycanla Türkiyənin birgə reallaşdırdıqları enerji, nəqliyyat layihələri böyük regional və qlobal əhəmiyyət daşıyır
28 Fevral 22:16
Əbülfəs Qarayev Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti ilə görüşüb
28 Fevral 22:07
Azərbaycanın işğal edilmiş ərazilərində hərbi cinayətlərə dair məruzə BMT-nin rəsmi sənədi kimi yayılıb
28 Fevral 22:01
Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı işini plenar sessiyalarla davam etdirib
28 Fevral 21:56
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
28 Fevral 21:51
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib
28 Fevral 21:11
Operativ qərargah: Karantin normalarını pozan hər kəsə qarşı qanunun tələblərinə uyğun şəkildə tədbirlər görüləcək
28 Fevral 21:10
Astarada Fövqəladə Hallar Nazirliyinin səyyar mobil hospitalı quraşdırılıb
28 Fevral 20:57
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub
28 Fevral 20:41
Azərbaycan zabiti Belarusda hərbi akademiyanı fərqlənmə diplomu ilə bitirib
28 Fevral 20:18
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib
28 Fevral 17:48
Ağdamda 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılmasına 1,4 milyon manat ayrılıb – Sərəncam
28 Fevral 17:45
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir
28 Fevral 17:42
Azərbaycan Prezidenti müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı Sərəncam imzalayıb
28 Fevral 17:39
Asim Mollazadə: Nikol Paşinyan sülh danışıqlarının imitasiyası ilə məşğuldur
28 Fevral 17:30
TRT HABER Azərbaycan-Türkiyə münasibətlərinə dair xüsusi buraxılış yayıb
28 Fevral 17:25
Milli Olimpiya Komitəsi “Tokio-2020”yə hazırlıq çərçivəsində əməkdaşlığa dair memorandumlar imzalayıb
28 Fevral 17:12
Güllə atıcılarımız Polşada Avropa çempionatında mübarizəyə başlayırlar
28 Fevral 16:42
ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının sədr müavinləri Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər
28 Fevral 16:39
ABŞ Konqresinin üzvü Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanat verib
28 Fevral 16:31
Gündüz İsmayılov: Gənclərimizin milli-mənəvi dəyərlər ruhunda yetişmələri olduqca vacibdir
28 Fevral 16:13
“ASAN Həyat” Bahar Festivalı keçiriləcək
28 Fevral 16:07
Xaricə gedən azərbaycanlıların 84,2 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib
28 Fevral 16:04
Kənd Təsərrüfatı naziri İnam Kərimov Ucarda vətəndaşları qəbul edib
28 Fevral 15:39
“RİA Novosti” informasiya agentliyi Bakı haqqında fotolent təqdim edib
28 Fevral 15:34
Qax Damazlıq İpəkçilik Stansiyasında 146 kiloqram elit və hibrid ipəkqurdu toxumu istehsal olunub
28 Fevral 15:03
Gömrük Komitəsinin rəhbərliyi Xızı, Qobustan və Quba rayonlarında vətəndaşları qəbul edib
28 Fevral 14:56
Rusiya turoperatorları Azərbaycanın turizm imkanları ilə tanış olublar
28 Fevral 14:38
Vyetnam İctimai Elmlər Akademiyasında Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirilib
28 Fevral 14:31
DİM Direktorlar Şurasının sədri Kürdəmir rayonunda vətəndaşları qəbul edib
28 Fevral 14:27
ADU-da Ali Attestasiya Komissiyasının sədri ilə görüş keçirilib
28 Fevral 14:26
Azərbaycanla Gürcüstanın enerji sistemləri arasındakı əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb
28 Fevral 13:54
Nepalın yüksəkvəzifəli nümayəndə heyəti “ASAN xidmət”də olub
28 Fevral 13:39
KOBİA və İslam İnkişaf Bankı Qrupu arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
28 Fevral 13:25
Elçin Əhmədov: Sumqayıt hadisələri erməni millətçilərinin məqsədyönlü şəkildə hazırladıqları planın tərkib hissəsi idi
28 Fevral 13:23
Bakıda “Azərbaycanın mədəni marşrutlar potensialı” mövzusunda respublika müşavirəsi keçirilir
28 Fevral 13:13
Azərbaycan Prezidenti türkiyəli həmkarına başsağlığı verib
28 Fevral 12:57
Mərkəzi Bank “Visa kartları ilə ödəniş qazandırır!” lotereyasına start verir
28 Fevral 12:53
Baş prokuror Şirvan şəhərində vətəndaşları qəbul edib
28 Fevral 12:48
Qulam İshaqzai: Azərbaycanın müxtəlif formalarda BMT-yə dəstək verməsini yüksək dəyərləndiririk
28 Fevral 12:33
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
28 Fevral 12:05
Bakı Ali Neft Məktəbi və İstanbul Texnik Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib
28 Fevral 11:59
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan ilə Türkiyə arasında hərbi əlaqələr yüksələn xətlə inkişaf edir
28 Fevral 11:55
Leyla Abdullayeva: Azərbaycan regionda sülhün bərpa olunması kimi missiyaların reallaşdırılması istiqamətində mühüm tədbirlər görür
28 Fevral 11:53
Bakıda BMT 75 təşəbbüsünün Azərbaycanda başlanılmasına həsr olunmuş tədbir keçirilir
28 Fevral 11:33
Paytaxtda itkin düşmüş kimi axtarışda olan beş nəfər tapılaraq ailəsinə təhvil verilib
28 Fevral 11:03
Azərbaycan XİN Türkiyəyə başsağlığı verib
28 Fevral 10:56
Bakıda Heydər Əliyev prospekti ilə Zəki Məmmədov küçəsinin kəsişməsindəki yeraltı piyada keçidinin açılışı olub
28 Fevral 10:40
Parisdə “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində beynəlxalq humanitar hüquq normalarının pozulması: əsir, girov, itkin düşmüş şəxslər problemi” mövzusunda konfrans keçirilib
28 Fevral 10:30
Sumqayıt hadisələrindən 32 il ötür
28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7