Ana səhifə »  Müəlliflər »  Xədicə İsmayılovanın hüquqi məsuliyyətə cəlb olunmasının siyasiləşdirilməsi yolverilməzdir
A+   Yenilə  A-
Xədicə İsmayılovanın hüquqi məsuliyyətə cəlb olunmasının siyasiləşdirilməsi yolverilməzdir
Yazdı: Nurlan Qələndərli

Bu şəxsi müdafiə edən bəzi qərəzli dairələrin özləri də yaxşı bilirlər ki, X.İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb
Müstəqil inkişaf strategiyasına malik olan Azərbaycan bu gün beynəlxalq miqyasda müasir demokratik ölkə kimi tanınır. Ümumiyyətlə, ölkəmizin daxili siyasət kursunun mühüm istiqamətlərindən birini demokratik təsisatların təkmilləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının təmin və müdafiə edilməsi təşkil edir. Eyni zamanda, hüquqi dövlət olan Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür.
Hüquqi məsələnin siyasiləşdirilməsi absurddur
Lakin təəssüflər olsun ki, bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı altında qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar. Bu kontekstdə bəzi xarici dairələrin hüquqi məsuliyyətə cəlb edilmiş Xədicə İsmayılovanın qanunazidd əməllərinə haqq qazandırması və məsələni siyasiləşdirməsi xüsusi qeyd edilməlidir. Çünki X.İsmayılova jurnalist fəaliyyətinə görə deyil məhz törətdiyi konkret cinayət əməllərinə görə məsuliyyətə cəlb olunub. Faktlar göstərir ki, qərəzli və konkret sifarişə əsaslanan “araşdırma”larında daim “korrupsiya” məsələsini əlində bayraq edən, “Azadlıq” radiosunun Bakı bürosuna rəhbərlik etmiş Xədicə İsmayılovanın özü elə korrupsioner imiş. Məlum olduğu kimi, bir neçə ay bundan əvvəl X.İsmayılovaya qarşı Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və israfetmə - külli miqdarda törədildikdə), 192.2.2 (Qanunsuz sahibkarlıq), 213.1 (Vergi ödəməkdən yayınma) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittihamlar irəli sürülərək barəsində həbs qətimkan tədbiri seçilmişdi. Ötən müddət ərzində ona qarşı irəli sürülən ittihamlar ciddi şəkildə araşdırılaraq şahid ifadələri, mütəxəssislərin rəyləri və onların faktlar əsasında hazırladıqları aralıq hesabatları əsasında tam sübuta yetirildi. Bu günlərdə isə X.İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Son məhkəmə iclasında X.İsmayılovaya qarşı irəli sürülən ittihamların ilkin istintaq və məhkəmə prosesi zamanı tam sübuta yetirildiyi bildirilib və ona 7 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. X.İsmayılova azadlıqdan məhrumetmə cəzası bitdikdən sonra 3 il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında məsul vəzifə tutma hüququndan da məhrum edilib.
O da bəllidir ki, bir müddət öncə radionun Azərbaycan xidmətinin sabiq əməkdaşlarından birinin şikayəti əsasında Bakı bürosunda yoxlamalar aparılıb. Araşdırmalar nəticəsində Bakı bürosunda nizamnaməyə zidd olaraq kənar mənbələrdən qeyri-qanuni maliyyənin cəlb olunduğu faktı təsdiqini tapıb. Məlum olub ki, Bakı bürosu bir neçə verilişi kənar qaynaqlardan maliyyə cəlb edilməsi əsasında hazırlayıb. Həmin verilişlər bir neçə il efirdə olduğu üçün söhbətin kifayət qədər ciddi məbləğlərdən getdiyi aydındır.
Göründüyü kimi, X.İsmayılovanın hüquqi məsuliyyətə cəlb olunmasının motivi iqtisadi xarakterlidir və bəzi qərəzli xarici dairələrin bu məsələni siyasiləşdirməsi absurddur. Həmin qüvvələr yaxşı bilirlər ki, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayılova jurnalist fəaliyyəti ilə bağlı olmayan konkret cinayət əməlləri törətməkdə ittiham olunub, məhkəmə prosesi zamanı onun günahı tam sübuta yetirilib və müvafiq qərar çıxarılıb.
Eyni zamanda, bir daha vurğulamaq yerinə düşər ki, Azərbaycan dövləti qanunların və hüququn aliliyi prinsipi əsasında fəaliyyət göstərir və sosial statusundan, peşə mənsubiyyətindən asılı olmayaraq, hər kəs qanun qarşısında müəyyən vəzifə və öhdəliklərə malikdir. Hüquqi dövlətin vəzifəsi cəmiyyətin mənafelərini qanunlar əsasında qorumaqdır. Məhz hüququn aliliyinin təsbit olunduğu cəmiyyətlərdə qanunazidd fəaliyyətə malik olanlar layiq olduqları cəzanı alırlar.
Ermənilərin X.İsmayılovanı müdafiə etməsi nəyin göstəricisidir?
Yeri gəlmişkən bu məqamda bir məsələyə də toxunmaq gərəkdir. Məlumata əsasən, Ermənistanın ədliyyə naziri Xədicə İsmayılovanı müdafiəyə qalxıb. Hətta o, erməni deputatları da AŞ PA-da X.İsmayılovanı ciddi müdafiə etməyə çağırıb. Bu faktın özü bəhs olunan şəxsin ermənilərlə bağlılığını göstərməklə yanaşı, onun anti-Azərbaycan mahiyyətini də növbəti dəfə aşkar edir. Ümumiyyətlə, bəllidir ki, anti-Azərbaycan dairələrin xidmətçisi olan bu şəxsin hədəfi birmənalı olaraq Azərbaycan xalqı və dövləti olub. Və ermənilərin Xədicə İsmayılovanı müdafiə etməsi heç də təəccüblü deyil. Medianın araşdırmasına görə, bu şəxs ermənilərlə işbirliyi etməklə yanaşı, ermənilərlə qohumluq əlaqələrinə malikdir.

 
  • Oxunub:  27960  |  
  • Tarix:  09-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb
16 İyul 09:39
“Yay məktəbləri” layihəsi çərçivəsində Azərbaycan gəncliyi özünü bir daha sübut etmək, malik olduğu keyfiyyətləri üzə çıxarmaq imkanı əldə edir
16 İyul 09:38
Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri Azərbaycanın dünyada tolerant ölkə kimi tanınmasına töhfə verir
16 İyul 09:33
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır
16 İyul 09:30
Türkiyədə Azərbaycan dilində olan xəbər portalı fəaliyyətə başlayıb
15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24