Ana səhifə »  Müəlliflər »  Azərbaycanda sabitliyi pozmağa çalışan qərəzli xarici dairələr radikal müxalifətə pul ötürürlər
A+   Yenilə  A-
Azərbaycanda sabitliyi pozmağa çalışan qərəzli xarici dairələr radikal müxalifətə pul ötürürlər
Yazdı: Pərviz Sadayoğlu

Leyla və Arif Yunusovlar da maliyyə qarşılığında Azərbaycanın milli maraqlarını satanların sırasındadır
Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanda həyata keçirilən islahatlar bütün sferalarda əsaslı nailiyyətlərin əldə olunmasını şərtləndirib. Sürətli iqtisadi inkişaf, vətəndaşların yüksək həyat şəraiti ilə təmin olunmasına yönəlmiş sosial proqramlar, demokratik inkişaf xəttinə sadiqlik, geniş və effektiv hüquqi islahatlar, beynəlxalq aləmdə hörmət olunan və dəstəklənən, dövlətimizin və xalqımızın ali mənafeyinin müdafiəsinə xidmət edən balanslaşdırılmış xarici strateji kurs müasir Azərbaycanın inkarolunmaz gerçəklikləridir.
Təəssüf ki, bu gün ölkəmizdə yaradılan bu ab-havadan sui-istifadə etməyə çalışanlar da tapılır. Azərbaycanın sabit və davamlı inkişafından narahat olan xarici anti-azərbaycançı dairələr dağıdıcı maraqlarının ölkəmizdə təmin olunması yönündə zaman-zaman müəyyən addımlar atmağa cəhd edirlər. Həmçinin bu qərəzli xarici dairələrin Azərbaycandakı uzantıları sayılan radikal müxalifət düşərgəsi, o cümlədən QHT pərdəsi arxasında gizlənən və dövlət maraqlarına zidd fəaliyyətlə məşğul olan dağıdıcı ünsürlər ölkəmizdəki sabitliyə və inkişafa qarşı “plan”larda ön sıralarda yer alırlar. Maraqlıdır ki, hər dəfə xarici ölkələrdə baş verən dağıdıcı hadisələrdən “ruhlanan” “beşinci kolon” təmsilçiləri adıçəkilən anti-azərbaycançı dairələrdən aldıqları sifarişlər və “maddi vəsait” qarşılığında fəallaşır, həmin təşkilatların maraqlarını ölkəmizdə təmin etmək üçün dəridən-qabıqdan çıxırlar. Bir zamanlar rəngli inqilablardan, daha sonra isə “Ərəb baharı” adlandırılan prosesdən ruhlanan və minlərlə insanın ölümü, dövlət sütunlarının çökməsi ilə müşayiət olunan bu hadisələri Azərbaycana “transfer” etmək üçün bütün yollara baş vuran “beşinci kolon” təmsilçiləri bununla da bir daha hansı niyyətə və ünvanlara xidmət göstərdiklərini büruzə veriblər.
“Beşinci kolon”un əli ilə radikalyönümlü təşkilatlar milyonlarla dollara “qonaq edilir”
Azərbaycanın radikal müxalifətinin, o cümlədən anti-azərbaycançı qüvvələrin sifarişləri ilə yaradılan “beşinci kolon” adını almış antimilli ünsürlərin fəaliyyətlərinin hər bir epizodunun ölkəmizin maraqlarına qarşı yönəlməsi sirr deyil. Bu gün ölkəmizdə mövcud olan yüksək demokratik mühitdən sui-istifadə edən bu qrup pul qarşılığında addımbaşı həm millətini, həm də dövlətini satır. Bu isə bir daha sübut edir ki, radikal müxalifət adlanan kəsim hələ də normal siyasi mübarizə yollarını tapa bilmir və çıxış yolunu özünü “siyasi bazar”a çıxarmaqda görür.
Xatırladaq ki, bir müddət öncə KİV-lərdə xarici anti-azərbaycançı dairələrin ölkəmizdə QHT adı altında fəaliyyət göstərən bəzi dağıdıcı ünsürlərə külli miqdarda pul ötürməsi ilə bağlı xəbərlər yayılmışdı. Hətta bəzi fondlar tərəfindən Azərbaycanı Ukraynaya çevirmək üçün 32 milyon dollar pul ayrılması ilə bağlı xəbərlər mətbuat səhifələrində dərc olunmuşdu. Bu pullar isə özünü “radikal müxalifət lideri” sayan və ya ona yaxınlığı ilə seçilən QHT rəhbərləri arasında bölüşdürülüb. Bunların sırasında Ə.Kərimli və ona yaxın QHT rəhbərləri, eləcə də digər radikal düşərgə təmsilçiləri və onların nəzarətində olan QHT-lər yer alır.
Amma xərclənən bu pullar heç bir nəticə vermədi və onların arzuları yalnız arzu olaraq qaldı. Çünki Azərbaycanda məhz xalqın iradəsi ilə seçilən və xalqın etimadına güvənən milli hakimiyyət mövcuddur. Xalq-hakimiyyət birliyi önündə isə bütün çirkin məqsədlər fiaskoya məhkumdur. Necə ki, bəzi antimilli fəaliyyətlə məşğul olan ünsürlər məhkəmə qarşısında cavab verdilər...
Leyla və Arif Yunusovlar “beşinci kolon”un aparıcı siması qismində...
Sirr deyil ki, QHT pərdəsi arxasında gizlənməyə çalışan ermənipərəst Leyla və Arif Yunusovlar illərlə qərəzli xarici dairələrin əsas istinad nöqtələrindən biri qismində çıxış ediblər. Hələ 2012-ci ildə ölkəmizdə “Eurovision” mahnı müsabiqəsi keçirildiyi dövrdə bu cütlük ermənilərlə eyni “cəbhə”də yer alaraq bu müsabiqənin baş tutmaması üçün bütün güclərini ortaya qoymuşdular. Həmin dövrdə heç bir uğur əldə edə bilməyən L.Yunusova məhz bu məğlubiyyətinin və ifşasının acığı ilə milli maraqlarımıza qarşı daha yüksək aqressivliklə düşmən kəsildi.
Görünən isə odur ki, L.Yunusova bu “xidmətlər”inin qarşılığında əməlli-başlı “ödülləndirilib”. Məsələn, KİV-lərdə yayılan məlumatlara görə L.Yunusova son bir neçə il ərzində 155 min manatı, 230 min dolları və 100 min avronu şəxsən alıb və bank hesabından çıxarıb. Hətta bu pulların böyük hissəsinin Türkiyəyə və Çexiyaya getməsi, orada daşınmaz əmlaka “çevrilməsi” də faktlarla sübuta yetirilib.
Bəli, hər şey ortadadır. Azərbaycandakı ictimai-siyasi sabitliyə qarşı qısqanc münasibət bəsləyən, ölkəmizin inkişafını gözü götürməyən xarici qüvvələr məhz bu vasitələrlə və bu kimi şəxslərin əli ilə xaos yaratmağa, çaxnaşma salmağa cəhdlər göstərirlər. Amma Azərbaycan xalqı hər zaman öz müdrikliyini sübut edərək bu cür insanlara layiq olduqları yeri göstərir...

 
  • Oxunub:  18000  |  
  • Tarix:  10-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir