
Bu gün xarici anti-azərbaycançı dairələrin sifarişlərini yerinə yetirən AXCP sədrinin 1992-ci ildə Qarabağ savaşına “yardım” adı altında yığılan pulları mənimsəməsi faktı hələ də yaddaşlardan silinməyib
Noyabrın 1-də keçiriləcək növbəti parlament seçkiləri təbii olaraq ölkədəki siyasi ab-havanın daha da dinamikləşməsinə səbəb olub. Əlbəttə ki, burada söhbət cəmiyyətin, siyasi qüvvələrin qarşıdan gələn parlament seçkiləri ilə bağlı siyasi proseslərə yanaşmasından gedir. Hər bir seçkidə xalqın yüksək etimadını qazanan Yeni Azərbaycan Partiyası (YAP) bu dəfəki seçkidə də vahid komanda şəklində iştirak edirsə, qarşı qütb, radikal müxalifət cəbhəsi dağınıq və parçalanmış vəziyyətdə seçki marafonuna qoşulub.
Eyni zamanda, seçkiyə hələ iki ay qalmasına baxmayaraq, radikal düşərgənin xəyanət mücəssəməsi sayılan, eləcə də subyektiv fikirlərini “ictimai rəy” adı ilə cəmiyyətə sırımağa çalışan bir sıra təmsilçiləri və mətbu orqanları yalan kampaniyalarına start veriblər. Xarici ermənipərəst dairələrin sifarişlərini özünün “siyasi kurs”una çevirən AXCP isə hər zaman olduğu kimi, bu dəfə də həmin prosesdə “aktivlik” nümayiş etdirir. Daha doğrusu, “beynəlxalq təşkilat” yarlığı altında gizlənən ermənipərəst, Azərbaycanın uğurlarına qarşı cəbhə açmış bir sıra güclərin əmri ilə iki ay öncədən seçkinin nəticələrini şübhə altına almağa cəhdlər göstərən AXCP sədri Əli Kərimli yenidən uğursuz “seçki taktikası”nın kölgəsi ilə sürünməkdədir. İllərdir uğursuzluğunu ört-basdır etməyə, nə qədər məntiqsiz olsa da zəifliyinə səbəb kimi iqtidarı günahlandırmağa çalışan Ə.Kərimli öz adətlərindən əl çəkmir. Bir sözlə, hər zaman vurğulandığı kimi, uğursuz seçki taktikası seçən, yeni strategiyalardan istifadə etməyən, yalnız quru sözə və pafosa üstünlük verən, ən əsası, xarici anti-azərbaycançı dairələrin maraqlarını xalqın mənafeyindən, seçici rəyindən üstün tutan Ə.Kərimli yenidən öz ampluasında zühur etməyə çalışır.
Belə ki, yenidən şər-böhtan kampaniyası aparmaq üçün səfərbər olan AXCP sədri ölkəmizdəki şəffaf, ədalətli seçki mühitinə ləkə yaxmaqdan əl çəkmir. Seçkiyə iki aya yaxın bir zamanın qalmasına baxmayaraq indidən xarici ermənipərəst təşkilatların “tezislər”ini təkrarlamaqla özünə “mövqe” qazanmağa çalışan Ə.Kərimlinin “seçkidə iştirak etməmək” əmrini hansısa bağlı qapıdan aldığı da hər kəsə bəllidir. Lakin siyasi “fəaliyyət”ini xarici anti-azərbaycançı dairələrin əl işarəsi ilə tənzimləyən Ə.Kərimli şər-böhtan kampaniyası aparmaqla nəyəsə nail ola bilməyəcəyini özü də dəqiqləşdirib. Hər halda illərdir ki, parçalana-parçalana gedən AXCP-də baş verən son hadisələr əsl reallığı ortaya qoyur. Yəni indiyə qədər bu partiyadan istefa verərək ayrılanların, demək olar ki, hamısı Ə.Kərimlinin yaratdığı avtoritar idarəetməyə, tayfabazlığa, partiyanı öz şəxsi kooperativinə çevirməsinə etiraz ediblər. Hətta partiya sədrinin müavini və ya müşaviri qismində olan şəxslər belə Ə.Kərimlinin AXCP vasitəsilə pul qazandığını, “mühacirət biznesi” yaratdığını etiraf ediblər. Elə bunun nəticəsidir ki, bir aydan yuxarı zaman kəsiyində AXCP-nin rayon şöbələri kütləvi şəkildə Ə.Kərimlidən ayrıldığını bəyan edir. Bunun qarşılığında isə Ə.Kərimli ayıbına kor olmaq əvəzinə, yenidən öz nəzarətində olan mətbu ruporda yalan seçki proqnozları səsləndirməklə, gülünc iddialar irəli sürməklə özünü sığortalamağa çalışır. Amma onun bu cəhdləri də boşa çıxır...
Bir sözlə, Ə.Kərimli artıq özünü nə qədər təmizə çıxarmağa çalışırsa da, bu mümkün olmur. Daha dəqiq desək, verdiyi açıqlamalarla özünü daha çox ifşa edən AXCP sədri bu yalanları ilə “məsum portretini” yaratmağa çalışır ki, bu da alınmır. Çünki Ə.Kərimlinin ötən illər ərzində xarici anti-azərbaycançı dairələrlə və ya ermənipərəst təşkilatlarla işbirliyində olması sübuta yetirilib. AXC-”Müsavat” hakimiyyəti illərində bir neçə ay dövlət katibi postu tutan Ə.Kərimlinin hansı əməllərdən çıxdığını həmin dövrdə onunla eyni iqtidarda təmsil olunan şəxslər açıqlayıblar. Həmin dövrdə Qarabağ savaşına “yardım” adı altında yığılan pulların böyük əksəriyyətinin məhz Ə.Kərimli tərəfindən mənimsənilməsi faktı hələ də yaddaşlardan silinməyib.
Digər tərəfdən, xarici təşkilatlardan onun və ya yaxınlarının bank hesabına köçürülən pullarla bağlı da informasiyalar ortadadır. Bu mənada, Ə.Kərimlinin özünü “aydan arı, sudan duru” kimi qələmə verməsi gülünc görünür. Həmçinin xaricdən aldığı əmr əsasında seçkilərə qatılmayan Ə.Kərimli etiraf etmək istəmir ki, bu gün onun başçılıq etdiyi partiya deyil, sadəcə, qruplaşmadır. Bu qruplaşmanın əsas məqsədi isə Ə.Kərimliyə maddi təminatlar qazandırmaqdır. Ə.Kərimli etiraf etmək istəmir ki, artıq onun ətrafında üç-beş nəfər qalıb. Əli Kərimli hazırda partiya sədri yox, sosial şəbəkələrdə fəaliyyət göstərən lokal qrup başçısıdır.
Beləliklə, yalanlarla, böhtan və şantajla silahlanan, bütün bunları isə “seçki mübarizəsi” fonunda cəmiyyətə təqdim etməyə çalışan AXCP və onun sədrinin “fəaliyyəti” hər kəsə gün kimi aydındır. Məhz bu üzdən də xalqın içinə gedə bilməyən, millətin qarşısına çıxmağı bacarmayan bu şəxs son ümid kimi xarici güclərə əl açır. Xarici güclərin isə qarşılıqsız, təmənnasız kiməsə nəsə verdiyini hələ indiyə qədər görən olmayıb. Yəni görünən budur ki, Ə.Kərimli xarici anti-azərbaycançı dairələrdən ayrılacaq maliyyə qarşılığında dövlətçilik və millət maraqlarını satmağa hazır olduğunu atdığı addımları ilə bir daha nümayiş etdirir...
- Oxunub: 18240 |
- Tarix: 19-09-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər(2019-02-22 09:38:39)
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)