Ana səhifə »  Müəlliflər »  AXCP-nin qurultayına muzdlu nümayəndələr gətirilib
A+   Yenilə  A-
AXCP-nin qurultayına muzdlu nümayəndələr gətirilib
Yazdı: Pərviz Sadayoğlu

Gizli səsvermədən çəkinən Əli Kərimli bütün saxtakarlıqlara əl atdı
Radikal düşərgənin deqradasiyaya uğramış qruplaşmalarından biri olan AXCP-də baş verən son parçalanma bu qruplaşmanın “qurultay”ının keçirilməsinə dair tələsik qərar qəbul edilməsinə səbəb olub. Daha dəqiq desək, bu partiyadakı avtoritar idarəetməyə, eləcə də Əli Kərimlinin şəxsi iradəsinə söykənən qərarların verilməsinə etiraz edərək AXCP Etimad Qurultayına hazırlıq üzrə Təşkilat Komitəsinə üz tutan “cəbhəçi”lərin sayının durmadan artması, hətta partiyanın rayon şöbələrinin bəyanat verərək qurumun tərəfinə keçdiklərini elan etmələri Ə.Kərimlinin və ətrafındakı qruplaşmanın işini çətinə salıb. Və dalana dirəndiklərinin fərqinə varan Ə.Kərimli çıxış yolunu illərdir təxirə saldığı “qurultay tamaşası”nı reallaşdırmaqda görüb...
Lakin gözlənildiyi kimi onun bu oyunu da iflasa uğrayıb. Belə ki, uzun illərdir bu partiyada təmsil olunan insanlar KİV-ə açıqlamalarında Əli Kərimlinin təlimatı ilə “rayon şöbələrinin konfransları” adı altında təşkil edilən “çay süfrəsində” iştirak edənlərin AXCP-nin üzvü olmadıqlarını bildiriblər. Yəni aydın olub ki, Əli Kərimlinin hətta “konfrans” adı altında süfrə başına yığdığı “partiya üzvləri” belə muzdla tutulmuşlar olublar. Lakin bu da son deyil. Məlumatlara görə, Əli Kərimlinin tərəfdarları bəzi rayonlarda muzdlu belə tapa bilmədikləri üçün həmin “konfranslar”a “iştirakçılar”ı Bakıdan aparmaq məcburiyyətində qalıblar.
Təbii ki, bütün bu oyunlar Ə.Kərimlinin AXCP daxilində “özünü təsdiq etmək” üçün tamaşanın hazırlıq mərhələsi idi. Ancaq özünün kiçik bir qruplaşma rəhbəri olmadığını, guya “böyük bir partiyaya” rəhbərlik etdiyini sübuta yetirmək, hətta bu qurumun daxilində alternativsiz olduğunu nümayiş etdirmək üçün bütün gücünü səfərbər edən Ə.Kərimli növbəti dəfə fiaskoya uğradı... Budəfəki fiaskonun adı Sahib Kərimli oldu.
Hələ qurultaydan öncə Ə.Kərimlinin çatışmazlıqlarını, partiya daxilində avtoritar idarəçilik yaratdığını, üzvlər arasında ayrı-seçkilik qoyaraq demokratiyanın prinsiplərini pozduğunu söyləyən S.Kərimli “seçkiqabağı” mərhələdə kifayət qədər tərəfdar toplaya bildi. Sosial şəbəkələrdə açıq şəkildə Ə.Kərimliyə qarşı çıxan partiya üzvlərinin S.Kərimliyə dəstək verməsi isə AXCP sədrinin kürkünə birə saldı. Elə bunun nəticəsidir ki, sentyabrın 27-də keçirilən qurultay başdan sona qədər əvvəlcədən hazırlanan plan üzrə, yəni saxtakarlıqlarla keçdi. Belə demək mümkündürsə, Müsavat Partiyasının ardından AXCP də yalançı “qurultay tamaşası” ilə “nəyə qadir olduğunu” nümayiş etdirdi.
Beləliklə, KİV-dən də bəlli olduğu kimi, rayon şöbələrinin “konfrans”ında istifadə etdiyi muzdluları qurultay zalına doldurmaqla yenidən sədrlik kürsüsünü əlində saxlamağa çalışan Ə.Kərimlinin yalanları bütün çılpaqlığı ilə ifşa edilib. Məsələn, partiyanın Nərimanov rayon şöbəsinin keçmiş sədri, Ə.Kərimlinin “repressiya”sına hədəf olmuş Ağaşirin Tanrıverdioğlu qurultaya muzdlu insanların gətirildiyini bildirib: “AXCP-nin Əli Kərimli qanadı qurultayın yetərsayını aldıra bilmədiyi üçün muzdlu insanlar gətiriblər. Yetərsayın düzəlməsi üçün 76 nəfər lazım idi. Qurultayda Əli Kərimli ağır vəziyyətə və pis duruma düşüb. Nə yolla olur-olsun, yetərsayı aldırmağa çalışıblar. Gətirilən muzdlu insanlar üçün ödəniləcək maliyyə xərcini Fuad Qəhrəmanlı öz üzərinə götürüb. Əli Kərimli çalışır ki, rəqibləri məsələdən xəbər tutmasınlar”.
Göründüyü kimi, Ə.Kərimli öz postunu qorumaq üçün bütün yalanlara əl atıb, bütün yollara baş vurub. Bu azmış kimi zala doldurulan muzdluların belə ona səs verəcəyindən tam əmin olmayan Ə.Kərimli açıq mübarizədən çəkindiyini qurultayın gedişində daha çox bəlli edib. Belə ki, S.Kərimlinin sədrlik uğrunda mübarizədən qalib ayrıla biləcəyini təxmin edən Ə.Kərimli səsvermənin gizli deyil, açıq aparılmasında israr edib. Onun bu addımı isə opponenti və qurultay iştirakçıları tərəfindən etirazla qarşılanıb. Amma qurultayın sədarətinə və zalın ilk sıralarına öz dəstəsini yerləşdirmiş Ə.Kərimli səs-küy, dava-dalaşla açıq səsvermənin keçirilməsinə nail olub. Belə olan halda isə AXCP sədrliyinə iddiaçı və Ə.Kərimlinin rəqibi Sahib Kərimli namizədliyini geri götürdüyünü açıqlayıb. Seçkidən sonra sosial şəbəkədə öz fikirlərini bölüşən S.Kərimli bildirib ki, ciddi basqılar və təhdidlər altında, demokratik vərdişlərin mənimsənilmədiyi bu mühitdə bu qədəri mümkün oldu: “Əli Kərimli mənimlə opponentlik etməkdən yayındı, hətta qurultayda namizəd kimi söz vermək belə istəmirdilər, israrla söz ala bildim. Qurultayın keçirilməsi ilə bağlı prosedur qaydalarına və nizamnaməyə olan təkliflərim müzakirə edilmədi. Səsvermənin gizli keçirilməsi demokratiyanın əlifbasıdır, ona əməl etməkdən çəkindilər. Əli Kərimli gizli səsvermə üçün bütün hazırlıqların olduğunu ifadə etdi amma bunun ictimai rəyi çaşdırmaq üçün edildiyi qənaətindəyəm. Gizli səsvermə üçün iradə ortaya qoyulmalı idi və bu, olmadı. Beləliklə namizədliyimi geri götürdüm”.
Bəli, göründüyü kimi, “Müsavat”dan sonra AXCP-nin də qurultayında saxtakarlıqlar kifayət qədər açıq şəkildə həyata keçirildi. Bunun əsasında isə yalnız bir məqsəd dayanır - Ə.Kərimlinin özünün şəxsi şirkətinə çevirdiyi AXCP-ni daha beş il özəl mülkü kimi istifadə etmək istəyi. İstər “qurultay” öncəsi baş verənlər, bəzi rayonlarda “konfrans” adı altında təşkil edilən çay mərasimləri, istər AXCP-nin üzvü olmayan muzdluların hesabına “qurultay”da yetərsaya “nail olunması”, istər sədrlik uğrunda mübarizədə bərabər imkanların yaradılmaması (vurğulamaq yerinə düşər ki, seçki günü namizədlərin bərabərhüquqlu mübarizə mühiti də pozulub. Yəni, zala yalnız Ə.Kərimlinin şəklinin vurulması “nəticələrin” əvvəlcədən bəlli olduğunu deməyə əsas verir), istərsə də AXCP sədrinin dolayısı ilə gizli səsvermənin keçirilməsinə mane olması məhz yuxarıdakı məqsədə hesablanmışdı. Bir sözlə, bu “qurultay” Ə.Kərimlinin kimliyini bir daha həm Azərbaycan cəmiyyətinə, həm də AXCP üzvlərinə nümayiş etdirmiş oldu. Digər tərəfdən, qurultayda yol verilən saxtakarlıqlar, eyni zamanda, “Müsavat”da olduğu kimi, AXCP-də də mövcud rəhbərliyin legitimliyini sual altına qoydu.

 
  • Oxunub:  20610  |  
  • Tarix:  29-09-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım

19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır
19 İyun 13:30
Azərbaycanla İran və İndoneziya arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində gələcək əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
19 İyun 13:27
Pensiyanın minimum məbləği 200 manata çatdırılır və artım 660 min pensiyaçını əhatə edəcək
19 İyun 13:23
Aydın Hüseynov: Son sərəncamlar əhalinin rifahının yaxşılaşdırılması istiqamətində atılan inqilabi addımların davamıdır
19 İyun 12:48
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş tədbirlər davam edir
19 İyun 12:42
Vüsal Qasımlı: Prezidentin imzaladığı yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək
19 İyun 12:35
Dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların maaşı 40 faiz artırılıb
19 İyun 12:32
Hadi Rəcəbli: İmzalanan hər bir sərəncam Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasına yönəlib
19 İyun 12:23
Prezident İlham Əliyevin əhalinin rifahının yüksəldilməsi istiqamətində inqilabi addımları davam edir
19 İyun 12:17
Yeni Sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir
19 İyun 12:05
UNEC-də “Universitet-dövlət-sənaye platforması” çərçivəsində forum keçirilib
19 İyun 11:59
Tahir Süleymanov: Bu gün Azərbaycan sözün əsl mənasında rifah dövlətidir
19 İyun 11:56
İngilis dilində təqdimat müsabiqəsi keçirilib
19 İyun 11:53
Hikmət Şikarov: İmzalanan fərman və sərəncamlar insan amilinin dövlət başçısının uğurlu siyasətinin mərkəzində dayandığını bir daha təsdiq edir
19 İyun 11:20
Tahir Mirkişili: Prezident “Azərbaycanda dövlət siyasətinin mərkəzində insan amili dayanır” tezisini bir daha təsdiq etdi
19 İyun 11:09
Azərbaycanla BƏT arasında əməkdaşlıq gündəliyinin daha da genişləndirilməsi məsələləri müzakirə olunub
19 İyun 11:05
Nazir müavini: Beş ayda qeyri-neft ixracı 18 faizədək artıb
19 İyun 10:56
Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təhlükəsizlik məsələləri üzrə beynəlxalq görüşdə iştirak edib
19 İyun 10:50
Sədaqət Vəliyeva: Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlanır
19 İyun 10:48
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 19 dəfə pozub
19 İyun 10:47
Minimum əməkhaqqının artımı birbaşa olaraq 950 min nəfəri əhatə edəcək
19 İyun 10:41
Türkiyənin Azərbaycandakı səfiri: Azərbaycandan Türkiyəyə gedəcək turistlərin sayında artım gözlənilir
19 İyun 10:40
İcma sədri: Danışıqlar Azərbaycan və Ermənistan rəhbərliyi tərəfindən davam etdirilir, icmalar maraqlı tərəf kimi prosesi izləyir
19 İyun 09:53
Prezident İlham Əliyevdən sosial sahədə daha bir inqilabi addım
19 İyun 09:45
II Avropa Oyunlarında iştirak edəcək Azərbaycan idmançıları Minskə yola salınıb
19 İyun 09:42
Azərbaycan nümayəndə heyəti Vyanada Avstriya hökumətinin və parlamentinin üzvləri ilə görüşüb
19 İyun 09:35
Akademik Zərifə Əliyeva adına Lisey ölkəmizin təhsil uğurları ilə seçilən məktəblərindən biridir
19 İyun 09:33
Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsini təmin edir
19 İyun 09:31
YAP təkcə ölkəmizin deyil, regionun ən güclü siyasi təşkilatıdır
19 İyun 09:30
Bakıda “İnvaziv diaqnostika və müalicə: Bu gündən sabaha” adlı beynəlxalq konfrans keçirilib
19 İyun 09:28
YAP Səbail rayon təşkilatı “Pedaqoqlar” ərazi ilk partiya təşkilatının İdarə Heyətinin iclası keçirilib
19 İyun 09:20
Azərbaycanda baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA