Ana səhifə »  Müəlliflər »  Əli Kərimli ətrafındakıların siyasi dönüklər və üzəduranlar olduğunu etiraf etdi
A+   Yenilə  A-
Əli Kərimli ətrafındakıların siyasi dönüklər və üzəduranlar olduğunu etiraf etdi
Yazdı: Pərviz Sadayoğlu

“Siyasi fəaliyyətinin” əsasını xəyanət təşkil edən, satqınlığı isə peşəyə çevirən AXCP sədri Əli Kərimli sentyabrın 27-də keçirdiyi qurultay şousu ilə istər rəhbərlik etdiyi təşkilatın, istərsə də özünün cəmiyyətdə hansı “çəki”yə malik olduğunu nümayiş etdirdi. Daha dəqiq desək, “qurultay”ın keçirildiyi zala yığdığı “muzdlulardan ibarət nümayəndə dəstəsi”nə belə güvənməyən Ə.Kərimli bununla da öz kimliyini bir daha isbat etmiş oldu.
Lakin AXCP sədri nəinki bu uğursuzluqlardan dərs çıxarmaq istəmir, əksinə öz çirkin əməllərini davam etdirir. Daha doğrusu, addımbaşı ölkəmizin imicinə zərbə vurmaq, Azərbaycana qarşı ermənilərlə işbirliyi yaratmaq üçün fürsət gözləyən Ə.Kərimli “siyasi meyit” olmadığını sübut etmək, yenidən gündəmə gəlmək üçün absurd fikirlər səsləndirməkdə, gülünc iddialarla çıxış etməkdədir. Ancaq bütün bunlar onu daha da çətin duruma salır. Heç uzağa getməyək, son günlər müşaviri Məmməd İbrahimin polis idarəsinə aparılması ilə bağlı süni ajiotaj yaratmağa çalışan Ə.Kərimlinin nə qədər cılız bir vəziyyətə düşdüyü bütün çılpaqlığı ilə ortadadır. O mənada ki, M.İbrahim polis idarəsinə xuliqanlıq üstündə aparılıb. Sentyabrın 29-da partiyanın digər narazı qanadının, AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsinin (EQTK) Nərimanov şöbəsinin Ali Məclis üzvü Mikayıl Quliyevi döyən M.İbrahim məhz zərərçəkənin şikayəti əsasında saxlanılıb. Amma Ə.Kərimli və onun yaxın ətrafı bu məsələni siyasi müstəviyə daşımaq üçün min bir oyundan çıxır. Yəni görünən odur ki, Ə.Kərimlinin əli hər yerdən üzülüb və müşavirinin xuliqanlığından belə özünə siyasi dividend axtarır.
Ümumiyyətlə, hər zaman ermənilərlə işbirliyində olmasını əməli ilə sübut edən, hətta Dağlıq Qarabağ məsələsində belə anti-azərbaycançı mərkəzlərin mövqelərini dəstəkləyən Ə.Kərimli bu gün ona tərəddüdsüz itaət etməyən, partiya daxilində yaratdığı dözülməz mühitə qarşı öz etiraz səsini qaldıran keçmiş partiyadaşlarını təhqirlərə məruz qoyur, onları aşağılayır. Bu arada müşavirinin xuliqanlıq üstündə saxlanılaraq polis şöbəsinə aparılmasını siyasi müstəviyə çəkməyə cəhd göstərən AXCP sədri maraqlı bir etirafda bulunub. Belə ki, Əli Kərimli “facebook” statusunda öz ətrafındakıların siyasi dönüklər və üzəduranlar olduğunu etiraf edib.
Əslində, bu məsələdə o, bir qədər gecikib. Məsələn, dünənə qədər ermənilərin havasına oynayanlar, ifşa edilənə qədər ermənilərdən aldıqları pulların müqabilində xarici təşkilatlarda azğın düşmənlərlə çiyin-çiyinə verib Azərbaycana qarşı çıxışlar edənlər Ə.Kərimlinin yaxın ətrafında olmayıblarmı? Yaxud adını “QHT nümayəndəsi” qoyan, amma ölkəmizin sirlərini erməniyə satan Leyla və Arif Yunusov-Barseqyanlar, Xocalı faciəsini törədənlərlə əl-ələ verib Azərbaycan həqiqətlərinə arxa çevirən Xədicə İsmayılovalar məhz Ə.Kərimlinin ən yaxın ətrafı sayılmırdımı? Məgər “Milli şura” adlanan qondarma qurumun “ən parlaq” nümayəndələrindən sayılan L.Yunusova-Barseqyan ermənilərin ən yaxın tərəfdaşı deyildimi? Bir sözlə, bütün bunlar üzdə özünü “demokrat”, “vətənpərvər” kimi göstərməyə çalışan Ə.Kərimlinin, əslində, despot, öz şəxsi maraqları üçün milli mənafeni satan biri olduğunu növbəti dəfə ortaya qoyur. Şəxsi maraqlarını təmin etmək üçün bütün siyasi qütblərə üz tutmağı özünə ar bilməməsi, hətta xalqımıza düşmən olanlarla belə işbirliyinə getməsi onun dönüklüyünün ən bariz sübutudur.
Digər tərəfdən, “üzəduranlıq” və ya “işverənlik” məsələsinə gəldikdə, təbii ki, burada bir kimsə Ə.Kərimli ilə “yarışa bilməz”. Hələ bir neçə il öncə “Eurovision-2012” mahnı yarışmasının ölkəmizdə keçirildiyi dövrdə az qala xaricdəki bütün təşkilatlara, dövlətlərə ölkəmizlə bağlı donos göndərən, anti-Azərbaycan dairələrlə eyni cəbhədə fəaliyyət göstərən Ə.Kərimli və ətrafındakılar min bir yalanla, şər-böhtanla bu musiqi tədbirinə mane olmağa çalışırdılar. Həmçinin, onun rəhbərlik etdiyi kiçik bir marginal qrup, eləcə də nəzarətində olan mətbuat orqanı ölkəmizə qarşı “qara piar” kampaniyasında fəal iştirak edirdi. Elə isə Azərbaycana qarşı qərəzlə, kin-küdurətlə silahlanan, hər zaman fərqli standartlar nümayiş etdirən, “beynəlxalq” yarlığının arxasında gizlənən bir sıra anti-azərbaycançı təşkilatlara uydurma informasiyalar ötürən, bununla da həmin mərkəzlərin “illik hesabatlar”ından ölkəmizə qarşı təzyiq aləti kimi istifadə olunmasına şərait yaradan bu cür fəaliyyətin adı nədir? Məgər bu xəyanət, “işverənlik”, dönüklük, satqınlıq deyilmi?
Bundan başqa, Əli Kərimlinin “dəstəyi” ilə “siyasi mühacir” kimi xarici ölkələrdə yaşayan və vaxtı ilə onun yaxın ətrafında təmsil olunmuş bəzi şəxslər həmin dövlətlərdə fəaliyyət göstərən anti-azərbaycançı mərkəzlərin “qamçısı” rolunu oynamırlarmı? Lazımi anda Azərbaycana qarşı aparılan kampaniyanın ön sırasında yer alan belələri Ə.Kərimlinin yanında çoxdur... Lap çox.
Bir sözlə Ə.Kərimlinin bu kontekstdə danışmağa mənəvi haqqı yoxdur. Hər halda AXCP-ni yaradan funksionerlər tərəfindən belə etiraf olunan bir fakt var ki, Ə.Kərimli bu faktın qarşısında hər zaman susub - o, özünə lider saydığı Əbülfəz Elçibəyə qarşı dönüklük edib...

 
  • Oxunub:  18960  |  
  • Tarix:  06-10-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın enerji resurslarının nəqlinin şaxələndirilməsi üçün müasir və yeni infrastruktur şəbəkəsi yaradılır

22 Fevral 21:19
Təhsil naziri və Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi 23 nömrəli məktəbdə
22 Fevral 21:17
“ASAN Viza” üçün “Radiant Launch” mükafatının təqdimolunma mərasimi keçirilib
22 Fevral 21:12
Mərkəzi Seçki Komissiyasının sədri Moldovaya səfər edib
22 Fevral 21:09
Xocalı soyqırımı ötən əsrin ən dəhşətli faciəsidir
22 Fevral 21:07
YAP Səbail rayon təşkilatının yaranmasının 26-cı ildönümü qeyd olunub
22 Fevral 21:04
Naxçıvanda yeni Günəş Elektrik Stansiyası istifadəyə verilib
22 Fevral 21:02
Ermənistan yeni geosiyasi turbulentlikdə: boş vədlər və sözçülüyün “real töhfələri”
22 Fevral 20:51
Şahin Mustafayev: Yeni gəmilər ASCO-nun Xəzərdəki üstünlüyünü davamlı edəcək
22 Fevral 20:45
VIII Beynəlxalq Multikulturalizm Qış Məktəbinin bağlanış mərasimi keçirilib
22 Fevral 20:34
ADA Məktəbinin təqdimatı olub
22 Fevral 20:32
Bahar Muradova: Beynəlxalq təşkilatlar çərçivəsində verilmiş qərarların praktikada həyata keçirilməsinə çalışmaq lazımdır
22 Fevral 20:14
Azərbaycan və Türkiyə Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib
22 Fevral 20:08
Xocalı soyqırımı qurbanlarının xatirəsi Argentinada da ehtiramla anılıb
22 Fevral 19:55
Deputat: Dağlıq Qarabağın azərbaycanlı icması sülh danışıqlarında maraqlıdır və daim buna hazırdır
22 Fevral 19:46
Kseniya Kiriçenko: Yaxın beş ildə Rusiyadan Azərbaycana turist axını iki dəfə artırılacaq
22 Fevral 19:34
ATƏT sənədlərində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları münaqişə tərəfləri deyil, yalnız maraqlı tərəflər kimi müəyyən edilir
22 Fevral 18:49
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
22 Fevral 18:36
Azərbaycan-Xorvatiya münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub
22 Fevral 17:39
Bu ilin ilk ixrac missiyası Çinə təşkil olunacaq
22 Fevral 17:37
Aqiyə Naxçıvanlı: Cəmiyyət hər zaman ailənin möhkəm bünövrə əsasında qurulmasına, onun inkişafına çalışmalıdır
22 Fevral 17:29
YAP Ağstafa rayon təşkilatında Xocalı soyqırımının 27-ci ildönümünə həsr edilmiş tədbir keçirilib
22 Fevral 17:23
Azərbaycan İlahiyyat İnstitutunda “Erasmus+” proqramı tətbiq olunacaq
22 Fevral 17:19
ADU-da Xocalı soyqırımına həsr olunmuş silsilə tədbirlər keçirilib
22 Fevral 17:14
BDU və Avropa Şurasının Bakı ofisi birgə tədbirlər keçirəcək
22 Fevral 17:08
ATƏT PA-nın iclasında Ermənistan Azərbaycanın mədəni və tarixi abidələrinin dağıdılmasını dayandırmağa çağırılıb
22 Fevral 17:04
Bahar Muradova: ATƏT qaçqın və məcburi köçkünlərin problemlərinə lazımi diqqət ayırmır
22 Fevral 17:00
Dünya Bankı ilə ədliyyə sahəsində birgə layihələr uğurla həyata keçirilir
22 Fevral 16:41
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22 Fevral 16:38
Naxçıvan: uğurlu inkişaf strategiyası yeni mərhələdə
22 Fevral 16:37
UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin püşkü atılıb
22 Fevral 16:35
Sumqayıtda yeni yaşayış kompleksinə köçürülmə başlanır
22 Fevral 16:24
Abşeron rayonunda “KOB Dostu” fəaliyyətə başlayıb
22 Fevral 16:11
Şəmsəddin Hacıyev: Azərbaycan dünyada nüfuzlu, etibarlı tərəfdaş ölkə kimi özünü təsdiq edib
22 Fevral 15:45
Azərbaycanda ilk dəfə Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanıldı
22 Fevral 15:43
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hacıqabulda vətəndaşları qəbul edəcək
22 Fevral 15:40
Azərbaycan nümayəndə heyəti Melburnda bir sıra görüşlər keçirib
22 Fevral 15:18
ATƏT: Son vaxtlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında müsbət dinamikaya ümid yaranıb
22 Fevral 14:47
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib
22 Fevral 14:40
Ərdoğan Türkiyə və Azərbaycan arasında hərbi sahədə mühüm sənədi təsdiqlədi
22 Fevral 14:37
"Xocalıya ədalət" kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
22 Fevral 14:33
Pauerliftinq üzrə Paralimpiya yığmamızın üzvləri ilə görüş keçirilib
22 Fevral 14:31
Qida Təhlükəsizliyi Agentliyində beynəlxalq ekspertlərin iştirakı ilə seminar keçirilib
22 Fevral 14:27
Energetika naziri Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində bir sıra görüşlər keçirib
22 Fevral 14:21
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22 Fevral 14:19
Pakistan mətbuatında Xocalı faciəsi haqqında məqalələr yayılıb
22 Fevral 14:17
Milli Olimpiya Komitəsi media və kommunikasiya mütəxəssisləri üçün təlim proqramına başlayıb
22 Fevral 14:14
Beynəlxalq konqresdə ADNSU-nun rektorunun məruzəsi dinlənilib
22 Fevral 14:12
Avropa çempionatının seçmə mərhələsində iştirak edəcək millimizin oyunlarının təqvimi müəyyənləşib
22 Fevral 14:09
BANM-in tələbələri təhsillərini Bolqarıstanda və Yunanıstanda davam etdirəcəklər
22 Fevral 14:07
Prezident İlham Əliyev Xızıda yol tikintisinə 850 min manat ayırıb
22 Fevral 13:01
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat yayıb
22 Fevral 12:58
Səhiyyə naziri Oqtay Şirəliyev Biləsuvarda vətəndaşları qəbul edib
22 Fevral 12:57
Mirzəcan Xəlilov: Sumqayıtda böyük sənaye müəssisələrinin yaradılması ölkəmizin iqtisadi gücünü əhəmiyyətli dərəcədə artırır
22 Fevral 12:36
Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ilə görüşüb
22 Fevral 12:26
Tahir Budaqov: Hesablamalara görə, qarşıdakı 2 ayda Azərbaycan əhalisinin sayı 10 milyona çatacaq
22 Fevral 12:21
Fransanın Overny-Ron-Alp regionu ölkəmizlə aqrar sahədə əməkdaşlıqda maraqlıdır
22 Fevral 12:18
Avtomobil yolları işçiləri ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
22 Fevral 12:15
Türkmənistan rəsmisi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda olub
22 Fevral 12:14
Türkiyənin İğdır şəhərində Xocalı soyqırımı qurbanlarının xatirəsi ehtiramla anılıb
22 Fevral 12:10
Azərbaycanın kənd təsərrüfatı naziri Fransada işgüzar səfərdədir
22 Fevral 12:07
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva Qarabağ müharibəsi əlili üçün ev tikilməsi barədə tapşırıq verib
22 Fevral 11:43
Xocalı soyqırımı qurbanlarının xatirəsi Vaşinqtonda yad edilib
22 Fevral 11:23
Teruyuki Katori: Naxçıvan iqtisadi baxımdan azad və öz inkişafını təmin edən bir diyardır
22 Fevral 11:14
Yaponiya səfiri Naxçıvanın tarixi abidələri, sənaye, mədəniyyət və səhiyyə müəssisələri ilə tanış olub
22 Fevral 10:59
Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Madriddə anım mərasimi təşkil edilib
22 Fevral 10:38
İqtisadiyyat Nazirliyində Dünya Bankı ilə müzakirələr aparılıb
22 Fevral 10:13
Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
22 Fevral 10:09
ATƏT PA-nın iclasında korrupsiya ilə mübarizədə “ASAN xidmət” modelinin üstünlüklərindən bəhs edilib
22 Fevral 10:08
Bahar Muradova: Sərhəd zonalarında və təmas xətti boyu yaşayan insanların hüquqlarının qorunması mühüm əhəmiyyət daşıyır
22 Fevral 10:01
Tahir Mirkişili: Xarici müdaxilələr, qonşu ölkəyə qarşı işğalçılıq siyasəti insanların yaşamaq hüququnu məhdudlaşdırır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28
HAVA HAQQINDA