Ana səhifə »  Müəlliflər »  Əli Kərimli ətrafında “qoçu dəstəsi” saxlayır
A+   Yenilə  A-
Əli Kərimli ətrafında “qoçu dəstəsi” saxlayır
Yazdı: Pərviz Sadayoğlu

AXCP sədrinin göstərişi ilə döydürülən şəxslər daha sonra sosial şəbəkələrdə mənəvi terrora məruz qalırlar
AXCP-də uzun müddətdir davam edən gərginlik artıq pik həddinə çatıb. Belə ki, Əli Kərimlinin partiya daxilində yaratdığı avtoritar idarəetmə, eləcə də onun AXCP-ni öz şəxsi maraqlarının girovuna çevirməsi təşkilat üzvlərinin narazılığına səbəb olub. Həmin narazılığın nəticəsində isə avqust ayında bir qrup partiya üzvü Ə.Kərimliyə etiraz edərək AXCP Etimad Qurultayı üzrə Təşkilat Komitəsini (EQTK) yaratdıqlarını bəyan ediblər. “Narazı” “cəbhəçi”lər sədr Ə.Kərimlinin istefa verməsini, partiya idarəçiliyində fərdi iradənin deyil, AXCP-nin seçkili orqanlarının iradəsinin hakim olmasını tələb ediblər.
Bu məqamda onu da xatırladaq ki, hələ AXCP EQTK yaradılmamışdan öncə narazı kəsimin bəzi üzvləri Ə.Kərimliyə yaxın dəstənin zorakılığı ilə üz-üzə qalmışdılar. Məsələn, partiyanın Nərimanov rayon şöbəsinin üzvü Ağaşirin Tanrıverdioğlu Ə.Kərimlinin göstərişi ilə partiya funksioneri Sahib Kərimov tərəfindən döyülmüşdü. Daha sonra isə partiyanın bir neçə gənc üzvü AXCP EQTK-nın sədri Razi Nurullayevin fikirlərini dəstəklədiyi üçün AXCP-nin Əli Kərimliyə yaxın qanadının üzvləri tərəfindən fiziki və mənəvi təzyiqlərlə üzləşmişdilər. Həmin gənclərə həm hədə-qorxu gəlinmişdi, həm də Ə.Kərimlinin sosial şəbəkələrdə “fəaliyyət göstərən” və “söyüş maşınları” adlanan dəstəsi tərəfindən təhqirlərə məruz qalmışdılar.
Məhz bütün bu zorakılığın fonunda öz sədrliyini “legitimləşdirmək” üçün yalançı qurultay şousu yaradan Ə.Kərimli muzdlu “qurultay nümayəndələri”nin səyi ilə sentyabrın 27-də yenidən AXCP sədri “seçilib”. Lakin həmin “qurultay”da baş verən saxtakarlıqlar AXCP ətrafındakı gərginliyi daha da şiddətləndirib.
Belə ki, AXCP EQTK sentyabrın 27-də Əli Kərimlinin “qurultay” adı ilə keçirdiyi şouda baş vermiş qanun pozuntuları ilə əlaqədar Ədliyyə Nazirliyinə müraciət edib. Müraciətdə bildirilir ki, 27 sentyabr 2015-ci il tarixində səlahiyyətləri 25 sentyabr 2014-cü ildən bitmiş AXCP sədri Əli Kərimli AXCP-nin qurultayı adı ilə tədbir keçirib və bu tədbir partiyanın nizamnaməsinin tələbinə ziddir. Müraciətdə bildirilir ki, partiya nizamnaməsinin tələbinə əsasən, qurultay 4 ildən gec olmayaraq keçirilməlidir, AXCP isə son qurultayını 25 sentyabr 2010-cu ildə keçirib. Bundan başqa, tədbirdə partiyanın nizamnaməsinin tələbinə zidd olaraq qurultay nümayəndələri iştirak etməyiblər. AXCP üzvləri adı ilə tədbirin keçirildiyi məkana insanları toplayaraq qurultay keçirilməsi fonu yaradılıb. AXCP EQTK-nın sədri R.Nurullayev isə nizamnamə pozuntusu ilə bağlı lazımi ölçülərin götürüləcəyinə ümidvar olduğunu bildirib.
Lakin saxta qurultaydan dərhal sonra AXCP-nin əsl qurultayını keçirəcəyini elan edən EQTK üzvləri yenidən Ə.Kərimlinin öz ətrafında saxladığı “qoçu dəstəsi”nin hücumuna məruz qalıblar. Belə ki, qurultaydan bir neçə gün sonra Əli Kərimlinin göstərişi ilə müşaviri Məmməd İbrahim AXCP EQTK üzvü Mikayıl Quliyevi döyüb, təhqir edib. M.Quliyevin hüquq-mühafizə orqanlarına şikayəti əsasında saxlanılan M.İbrahim törətdiyi xuliqanlıq hadisəsinə görə polis idarəsinə aparılıb və haqqında ölçü götürülüb. Maraqlıdır ki, M.İbrahimin Əli Kərimlinin göstərişi ilə törətdiyi xuliqanlıq hadisəsi AXCP sədrinin sosial şəbəkələrdəki “zombi dəstəsi” tərəfindən öz maraqları müstəvisində izah edilir, zərərçəkmiş tərəf isə min bir təhqirlərə məruz qoyulur. Ə.Kərimlinin saxladığı muzdlu dəstənin “iş prinsipi” isə baş verənlərdən daha yaxşı aydın olur. Məsələn, dəstənin bir qismi partiya üzvlərini, eləcə də Ə.Kərimlinin fikirləri ilə razılaşmayan insanları döyür, digər qismi isə Ə.Kərimlinin göstərişi ilə döyülən şəxsləri sosial şəbəkələrdə təhqir edir.
Hətta son zamanlarda bu cür “fəaliyyət”ə özünü “ziyalı” adlandıran, qondarma “Milli şura”nın üzvü Eldəniz Quliyev də qoşulub. R.Nurullayev onu küçə söyüşləri ilə təhqir edən E.Quliyevə cavabında bildirib ki, Əli Kərimlinin tərəfdarlarının və sınıq-salxaq orbiti ətrafında fırlananların tərbiyəsi, işlətdikləri ifadələr səbir kasasını doldurub: “Eldəniz Quliyev adlı bir avantürist şəxsin küçə söyüşləri ilə təhqir etməsi, dostlarımı aşağılaması artıq ağ etmək anlamına gəlir. O, ziyalı deyil, ona ziyalı deməyə ağzıma heyfim gəlir. Bu adam mövcud hüquqi, mənəvi sərhədləri keçib. Bununla belə, Kərimlinin bir metrliyində fırlanan insanlar, cangüdənləri, söz aparıb-gətirənlərinin hər biri bütün mənəvi hüdudları keçiblər. Mədəniyyətsiz, səviyyəsiz, tərbiyəsiz hala gəliblər. Şeytan obrazına girərək, çox murdar, həyasızcasına təhqirlərə yol verirlər. Bu cür insanların yeri həbsxanadır. Onlar ciddi ictimai qınağa məruz qalmalıdırlar. İctimaiyyətdən layiq olduqları cəzanı almalıdırlar. Belə insanlar cəmiyyətdən təcrid olunmalıdırlar”.
Ə.Kərimlinin göstərişi ilə M.İbrahim tərəfindən döyülən Mikayıl Quliyev isə yenidən hüquq-mühafizə orqanlarına müraciət etmək niyyətindədir. O, Ə.Kərimlinin “qoçu dəstəsi”nin yazdıqları təhqir dolu küçə söyüşlərini polisə təqdim edəcəyini deyib.
Göründüyü kimi, hətta partiyadaxili münasibətlərdə belə fiziki zora güvənən, fərqli fikri söyüş və təhqirlərlə susduracağını düşünən Əli Kərimli artıq dalana dirənib. Onun “demokrat” maskası yırtılıb və cəmiyyət AXCP sədrinin, əslində, hansı mənəviyyata, siyasi kimliyə sahib olduğunun fərqindədir.

 
  • Oxunub:  19530  |  
  • Tarix:  07-10-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əli Əhmədov: Əli İnsanov əvvəlki səhvinin mənəvi yükünü nəinki dərk edir, hətta onu yenidən etməyə hazırdır

24 Mart 11:55
Xarici işlər naziri Elmar Məmmədyarov Paraqvaya rəsmi səfəri çərçivəsində bir sıra görüşlər keçirib
24 Mart 11:51
Doqquz rayondan olan 360 məktəbli şimal-qərb bölgəsinə ekskursiya çərçivəsində Qəbələyə gəlib
24 Mart 11:47
Tur-aksiya iştirakçılarının Lənkərana ekskursiyası Heydər Əliyev Mərkəzi ilə tanışlıqdan başlayıb
24 Mart 11:40
Naxçıvan məktəbliləri İçərişəhərlə tanış olublar
24 Mart 11:35
Özbəkistanda keçirilən festivalda azərbaycanlı dizaynerin “Novruz” kolleksiyası nümayiş etdirilib
24 Mart 11:29
Qardaşlaşmış Xırdalan və Cocuq Mərcanlı məktəblərinin Novruz görüşü
24 Mart 11:24
Bakılı məktəblilər Naxçıvan şəhərindəki tarixi, mədəni və təhsil müəssisələri ilə tanış olublar
24 Mart 11:21
Ankarada birinci Türk Dünyası Qurultayı təşkil olunub
24 Mart 11:15
Uruqvayın xarici işlər naziri: Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23 Mart 17:13
Azərbaycan hərbçiləri Pakistanın Milli Gününə həsr olunmuş hərbi paradda iştirak ediblər
23 Mart 16:34
Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
23 Mart 16:20
İki ayda Azərbaycan ilə Belarus arasında idxal-ixrac əməliyyatları 60 milyon dollara çatıb
23 Mart 15:58
Hedva Ser: UNESCO-da “Yeddi gözəl” muğam konserti möhtəşəm oldu
23 Mart 13:49
Cenevrədə Ümumdünya Əqli Mülkiyyət Təşkilatında Beynəlxalq Novruz Günü qeyd edilib
23 Mart 13:41
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Novruz şənliyi təşkil edilib
23 Mart 10:11
Meksika senatında Novruz bayramı təntənəsi
23 Mart 09:49
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
23 Mart 09:43
Azərbaycanın müdafiə naziri Pakistanın Quru Qoşunları komandanı ilə görüşüb
23 Mart 09:34
Ann-Sofi Kopən: Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
23 Mart 09:32
Azərbaycan nümayəndələri Dünya Bankının Daşkənddə keçirilən iclasında iştirak ediblər
23 Mart 09:29
Azərbaycan ilə Pakistan arasında hərbi sahədə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri müzakirə olunub
23 Mart 09:23
Nazirlik: Birinci qrup əlilliyə görə əmək pensiyası alanlara da gələn aydan Prezidentin təqaüdü veriləcək
23 Mart 09:17
İstanbulda İƏT-in Xarici İşlər Nazirləri Şurasının növbədənkənar iclası keçirilib
23 Mart 09:13
Prezident Arif Alvi: Pakistan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir
22 Mart 14:06
Azərbaycan və Argentina parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinə dair fikir mübadiləsi aparıb
22 Mart 13:59
Azərbaycan və Pakistan arasında hərblə bağlı sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub
22 Mart 13:53
"The Washington Times" Azərbaycanın iqtisadi-siyasi nailiyyətlərindən yazıb
22 Mart 13:48
Jan Dürinq: Qarabağ, xüsusən də Şuşa Azərbaycan musiqisinin beşiyidir
22 Mart 13:44
“Saat Meydanı” Kompleksi sakinlərin və turistlərin rahatlığına hesablanıb
22 Mart 13:40
BMT-də Beynəlxalq Novruz Günü qeyd olunub
22 Mart 13:34
Türkiyə KİV-ləri Prezident İlham Əliyevin Azərbaycan xalqına bayram təbrikini geniş işıqlandırıb
22 Mart 13:31
Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
21 Mart 17:46
Azərbaycan və Argentina arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
21 Mart 17:42
Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıq davam edir
21 Mart 17:39
Mənəvi dəyərlərimizə böyük qayğı
21 Mart 17:35
Əli Həsənov: Nursultan Nazarbayevin qərarı qazax xalqının firavan gələcəyini təmin edəcək
21 Mart 15:07
Doğma bulvarda Novruz...
21 Mart 14:09
İstanbulda türk xalqlarının təmsil olunduğu Novruz şənliyi keçirilib
21 Mart 14:07
Suraxanı rayonunda Novruz bayramı geniş qeyd edilir
21 Mart 14:02
Azərbaycan və İran dövlət sərhədində Novruz bayramı münasibətilə tədbir təşkil olunub
21 Mart 13:53
Meksikada Novruz bayramı və Azərbaycan Mədəniyyəti Günü qeyd olunub
21 Mart 13:49
21 mart - Beynəlxalq Meşələr və Ağaclar Günüdür
21 Mart 13:43
Azərbaycan komandası Xüsusi Yay Olimpiya Oyunlarında möhtəşəm qələbə qazanıb
21 Mart 13:38
Paytaxtımızda Novruz bayramı böyük təntənə ilə qeyd edilir
21 Mart 13:30
UNESCO-nun baş qərargahında Alim Qasımovun “Yeddi gözəl” muğam konserti olub
21 Mart 13:24
Birinci vitse-prezident Mehriban Əliyeva Dariqa Nazarbayevanı təbrik edib
21 Mart 10:16
Qırxa yaxın ölkənin iştirak etdiyi sərgidə XİN-in Beynəlxalq İnkişafa Yardım Agentliyi öz stendi ilə təmsil olunub
21 Mart 10:12
“Avro 2020”: Bu gün Azərbaycan millisi ilk oyununa çıxacaq
21 Mart 10:09
Azərbaycan və Xorvatiya arasında müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib
21 Mart 10:03
Elmar Məmmədyarov: Ermənistanın hərbi işğalına son qoyulacağı təqdirdə, Azərbaycan Cənub-Cənub əməkdaşlığına daha fəal töhfə verə biləcək
21 Mart 09:58
Azərbaycana yaz gəldi…
20 Mart 17:30
Müdafiə Nazirliyinin rəhbərliyi Novruz bayramı münasibətilə hərbi hospitalda olub
20 Mart 16:09
Gürcüstan Prezidenti Salome Zurabişvili Qardabanidə azərbaycanlıların Novruz şənliklərinə qatılıb
20 Mart 16:00
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 15:36
Azərbaycan Ordusunun nümayəndələri Pakistanın Milli Gününə həsr olunmuş paradda iştirak edəcəklər
20 Mart 15:25
Prezidentin Mətbuat Xidmətinin məlumatı
20 Mart 14:41
Novruz bayramı muxtar respublikamızda yüksək əhval-ruhiyyə ilə qeyd edilib
20 Mart 14:32
Azərbaycan ilə Çili arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı üçün geniş potensial var
20 Mart 14:29
20 mart – Ümumdünya Yer Kürəsi Günüdür
20 Mart 14:24
Bayram konserti əsgər və zabitlərdə xoş əhval-ruhiyyə yaradıb
20 Mart 14:19
Hikmət Hacıyev: Azərbaycanın işğal edilmiş torpaqları azad olunmalı, qaçqın və məcburi köçkünlər öz torpaqlarına qayıtmalıdırlar
20 Mart 11:51
İsveçrədə Novruz bayramı sevinci yaşanıb
20 Mart 11:49
Prezident: Bizim beynəlxalq mövqelərimiz möhkəmlənir
20 Mart 11:45
“İdman – sağlamlıq, dostluq, birlik...” mövzusunda keçiriləcək rəsm müsabiqəsinin təqdimatı olub
20 Mart 11:43
Vaşinqtondakı Azərbaycan məktəbində Novruz bayramı qeyd olunub
20 Mart 11:40
“Azərxalça”nın filiallarında Novruz şənlikləri keçirilib
20 Mart 11:37
Prezident: Cənub Qaz Dəhlizinin icrası ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafını təmin edəcək
20 Mart 11:36
Kiyevdə keçirilən Novruz şənliyində Azərbaycanın milli mətbəx nümunələri təqdim olunub
20 Mart 11:34
Novruz bayramı - ortaq mənəvi dəyər kimi
20 Mart 11:33
Prezident İlham Əliyev: Bu gün Azərbaycan islahatların yeni mərhələsinə qədəm qoyub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31
HAVA HAQQINDA