
İllərdir ki, adının qarşısına “müxalifət” yarlığı yapışdıraraq xarici anti-azərbaycançı mərkəzlərin, erməni lobbisinin dəyənəyi rolunda çıxış edən radikal düşərgə təmsilçilərinin maraqlı bir “mərəz”i var. Bu “mərəz” özünü “siyasətçi” kimi qələmə verməyə çalışan, amma “siyasətbazlıq”dan uzağa gedə bilməyən radikal düşərgə təmsilçilərinin “özlərinə ad vermək” xəstəliyidir. Müxalifətçiliyi kabinetindən uzağa getməyən, fəaliyyəti isə satqınlıqdan və xəyanətdən ibarət olan birisinin özünü partiya adlandırdığı dəstədə “lider” qismində təqdim etməsinə, həqiqətən də, “mərəz”dən başqa ad tapmaq olmur.
Məsələn, parçalana-parçalana gedən, iki cüt bir tək insandan ibarət, muzdluların qurultayında sədrlik “qazanmış” AXCP sədri Əli Kərimlinin, pul qazanmaq üçün xarici ermənipərəst dairələrə təqdim edilən qondarma “Milli şura”nın rəhbəri Cəmil Həsənovun özünü “lider” qismində təqdim etməsi, həqiqətən, gülünc görünür. Axı AXCP üzvləri özləri heç Ə.Kərimlini nəinki “lider” olaraq görmürlər, hətta onun AXCP sədrliyini qamarlamasına etirazlarını bildirir və istefasını tələb edirlər. Nəzarətində olan mətbu orqanda özünü “şişirdərək” “lider” kimi təqdim edən bu şəxslərin atdığı addım yalnız xəstə təfəkkürün təsəllisi kimi dəyərləndirilə bilər.
Və ya Cəmil Həsənov... Özündən və Eldəniz Quliyevdən ibarət “Milli şura”nın marionet sədri bəzi hallarda özü də etiraf edir ki, sonuncu dəfə toplantı keçirdikləri günün tarixi, həqiqətən də, “tarixə” çevrilib. Üzvü olmayan bir qurumun toplantısını necə keçirmək olar axı? Belə olan halda, üzvü olmayan, qondarma bir layihənin “lideri kimi təqdim edilmək “samozvanes”likdən uzağa gedirmi?
Bəli, radikal düşərgənin bu cür “mərəzxor” siyasətçilərinin özlərini “lider” kimi sırımağa çalışmasının arxasında bir məqsəd dayanır. Ermənipərəst dairələrdən pul qopartmaq üçün bu şəxslər mütləq şəkildə radikal müxalifətin “lideri” olduqlarını Sem dayılarına nümayiş etdirməlidirlər. Nəzərə almaq lazımdır ki, bu “lider” adı qazanmaq üçün özünü oda-közə vuranlar nəinki icazəsiz mitinqlərdə şəklini çəkməyə, hətta icazəli aksiyalarda əlində bayraq tutmağa partiya üzvü tapmırlar. Belə olan halda isə onun liderliyi də “qəzet səhifəsi”ndən uzağa gedə bilmir.
Digər tərəfdən, bu gün “bəh-bəhlə” bir-birinə “lider” adı “verənlər” dünən qarşılıqlı ittihamlarla yaxalarını didirdilər. Uzağa getməyək, Ə.Kərimlinin yedəyinə çevrilən qondarma şuraçı Cəmil Həsənov vaxtilə AXCP sədri tərəfindən “xəyanətkar” elan edilib partiyadan qovulmamışdımı? Necə olur ki, dünənin xəyanətkarı bu gün Ə.Kərimli üçün “lider”ə çevrilib.
Əslində, baş verənlərin, yəni qəzetlərin bu cür “lider” ayamasını sağa-sola xərcləyərək bir gün Ə.Kərimliyə, bir gün C.Həsənova şamil etməsi özü adıçəkilənləri təəccübləndirir. Hətta AXCP daxilində C.Həsənovun hər dəfə ona lider deyəndə güzgüyə baxaraq güldüyünün şahidi olanlar da var. Bu da təbiidir. Bütün işi gülünc olan radikal düşərgənin cibi xatirinə belə “lider” oyunu oynaması onların hansı vəziyyətə düşdüklərindən xəbər verir.
- Oxunub: 17760 |
- Tarix: 15-10-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)