Ana səhifə »  Müəlliflər »  “Müsavat”ın “seçkidən imtina” imitasiyasının arxasında dayanan əsl səbəb gücsüzlüyüdür
A+   Yenilə  A-
“Müsavat”ın “seçkidən imtina” imitasiyasının arxasında dayanan əsl səbəb gücsüzlüyüdür
Yazdı: Pərviz Sadayoğlu

Partiyanın məlum qərarı heç bir hüquqi əsasa və sağlam məntiqə söykənmir
Məlum olduğu kimi, bir neçə gündən sonra ölkəmizdə növbəti parlament seçkiləri keçiriləcək. Ölkənin sağlam qüvvələri bu seçkilərə hazırlığın son mərhələsini də uğurla başa vurmaqdadır. Qanunverici orqanda təmsilçilik uğrunda mübarizə aparmaq, xalqla görüşə getmək əvəzinə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaq üçün öz fəaliyyətinə ara verməyən radikal müxalifət düşərgəsi isə bütün yollara əl atır.
Bu istiqamətdə Müsavat Partiyasının “fəaliyyəti”ni xüsusi olaraq vurğulamaq lazımdır. Belə ki, Müsavat Partiyasının “günortadan sonra sabahın xeyirə” bənzəyən “seçkidən imtina” fikri adını partiya qoymuş bu dəstənin anormal fəaliyyətinin əsas göstəricisidir. Bu təşkilatın özü qədər qeyri-ciddi bəyanatlarının dəfələrlə şahidi olsaq da, budəfəki qərarın əslində nəyə söykəndiyi ortadadır...
“Müsavat”ın qurultaydan sonrakı “qara günləri”...
Onsuz da cəmiyyət içində heç bir ciddi etimada malik olmayan, dəstək almayan Müsavat Partiyasının ötən il keçirilən qurultayı bu siyasi təşkilatın cılızlaşaraq “cırtdanlar” sırasına girdiyini təsdiqlədi. Yəni “iki cüt bir tək” insandan ibarət “Müsavat”ın üç yerə - Arif Hacılı, Qubad İbadoğlu və Tural Abbaslının rəhbərliyi altında lokal dəstələrə bölünməsi bu partiyanın siyasi palitranı tərk etdiyindən xəbər verirdi. Qarşılıqlı qeyri-legitimlik iddialarının səsləndirilməsi və məhz “əsl Müsavat mənəm” motivli çəkişmələrə start verilməsi bir daha göstərdi ki, şəxsi kooperativ statusu ilə “işlədilən” bu partiya ona rəhbər olmaq istəyənlərə yalnız pul qazanmaq üçün lazımdır. Bunun nəticəsi idi ki, hətta bütün demokratik ənənələri ayaq altına alan partiya rəhbərliyi fərqli fikrə malik insanları “Müsavat”dan qovmaqla cəzalandırdı. Bu isə heç bir gücü, qüvvəsi olmayan partiyanın tamamilə əriyib yoxa çıxmasını şərtləndirdi...
“Müsavat”ın rəhbərləri gücsüz olduqlarını, cəmiyyət tərəfindən dəstəklənmədiklərini etiraf etmək istəmirlər
Bu məqamda vurğulamaq yerinə düşər ki, “Müsavat”ın bir neçə gün öncə seçkilərdə iştirakdan imtina qərarının əslində irəli sürdüyü səbəblərlə yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. Çünki təkmil Seçki Məcəlləsinə malik ölkəmizdə şəffaf, ədalətli və demokratik mübarizə əsasında seçkilərin baş tutduğu hər kəsə, ən əsası da “Müsavat”ın rəhbərliyinə yaxşı bəllidir. Sadəcə olaraq əsl səbəbləri “göz ardı” etməyə çalışaraq yalanlar püskürən “Müsavat”ın rəhbərləri gücsüz olduqlarını, cəmiyyət tərəfindən dəstəklənmədiklərini etiraf etmək istəmirlər.
“Müsavat”ın “mitinq”inin iştirakçılarının sayı YAP-ın namizədlərinin bir görüşünə yığılan insanların sayından dəfələrlə azdır
Bəli, hələ bir neçə il öncə radikal düşərgənin birgə icazəli mitinqinə cəmisi 300-400 adamın gəlməsi əslində bu dəstə-qruplaşmaların vəziyyətinin üstünə işıq salırdı. Son aylarda istər AXCP-də, istərsə də “Müsavat”da baş verənlər isə onların lap kiçilərək “qohum-əqrəba”, tayfa dəstəsinə çevrildiyini deməyə əsas verir. Belə olmasaydı, hələ bir müddət öncədən “Müsavat”ın bəyan etdiyi mitinqinə cəmisi 50-100 adam qatılmazdı. Bu “mitinq”də vəziyyət o qədər acınacaqlı olub ki, sonradan partiya funksionerləri bu haqda danışmağı belə özlərinə rəva bilmədilər. Belə demək mümkündürsə, Müsavat Partiyasının “mitinq” deyib yerə-göyə sığdıra bilmədiyi bu “toplanış”a gələnlərin sayı YAP-ın namizədlərinin bir kənddə keçirdiyi görüşə yığılan insanların sayından dəfələrlə azdır. “Müsavat”ın əvvəlcə “ümumrespublika” adı altında təbliğ etdiyi, sonradan “İsa Qəmbərin seçki mitinqi” donunu geyindirdiyi, son nəticədə isə 50-100 nəfərin “tamaşasına” çevrilən bu toplantısı onlara real mənzərəni göstərdi. Müsavat Partiyasına xalqın dəstəyi sıfra bərabərdir...
“Müsavat” isterika içərisindədir
Bunu dərk edən “Müsavat” rəhbərliyi isə çarəni seçkidə iştirakdan imtinada gördü. Amma bu da heç uğurlu addım deyil. Çünki “Müsavat”ın parlament seçkilərinin keçirilməsinə 3 gün qalmış belə bir qərar qəbul etməsi Azərbaycan qanunvericiliyinin pozulması anlamına gəlir. Belə ki, qanunvericiliyə görə, əgər bir siyasi təşkilat seçkilərdə iştirakdan imtina edirsə və öz namizədlərini geri çəkirsə, bununla bağlı müvafiq seçki komissiyasına seçkilərin keçirilməsinə ən azı 10 gün qalmış müraciət ünvanlanmalıdır. Eyni zamanda, bu partiya rəhbərliyinin seçkilərin daha sonrakı tarixə təxirə salınması ilə bağlı absurd çağırışlarının da heç bir hüquqi əsası yoxdur və ölkə Konstitusiyası ilə ziddiyyət təşkil edir.
Təbii ki, “Müsavat” rəhbərliyi qanunvericilikdə özünə yer tapan bu məsələləri gözəl dərk edir. Belə olduğu halda onların seçkilərdən imtina etmələri ilə bağlı imitasiyalarının yeganə məqsədi qeyd etdiyimiz kimi, məğlubiyyətlərinin qaçılmaz olduğu gerçəkliyini dərk etmələridir. Sonuncu biabırçı “mitinq” bütün həqiqətləri “Müsavat”ın üzünə çırpıb. Ona görə də, bu partiyanın rəhbərliyi isterika içərisində qeyri - sağlam davranışlar sərgiləməkdədir.

 
  • Oxunub:  17790  |  
  • Tarix:  30-10-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyevin müvafiq Fərmanı Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş hərbi qulluqçuların ailələrinə, vərəsələrinə yüksək diqqət və qayğının daha bir bariz nümunəsidir

22:11
19 Noyabr
Minskdə ticari-iqtisadi əməkdaşlıq üzrə Belarus-Azərbaycan hökumətlərarası komissiyasının iclası keçirilib
21:58
19 Noyabr
Moskvada Nəsiminin büstünün təntənəli açılış mərasimi olub
21:46
19 Noyabr
Yeni Azərbaycan Partiyasının yaradılmasının 26-cı ildönümü Yasamal rayonunda qeyd olunub
20:31
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
20:26
19 Noyabr
Berlində “Dinlərarası və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru” mövzusunda beynəlxalq konfrans keçirilib
20:20
19 Noyabr
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
17:54
19 Noyabr
YAP Qadınlar Şurasının təşkilatçılığı ilə “XXI əsr: Modern cəmiyyət-insan tərbiyəsində qadınların rolu” mövzusunda konfrans keçirilib
17:52
19 Noyabr
Hicran Hüseynova: Ölkəmizin qoşulduğu konvensiyalarda gender məsələsi də xüsusi yer tutur
17:49
19 Noyabr
Azərbaycan Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında memorandum imzalanıb
17:39
19 Noyabr
Bu tarixi bilmək lazımdır və ya keçmişin dərsləri
17:34
19 Noyabr
Ekspert: Prezidentin Belarusa səfəri ölkələrimizin iqtisadi əlaqələrində yeni bir mərhələnin əsasını formalaşdırır
17:31
19 Noyabr
Nazir: TANAP Türkiyənin enerji mərkəzinə çevrilmə yolunda etibarlı addımlarla irəlilədiyinin bariz nümunəsidir
17:26
19 Noyabr
İtaliyalı diplomata azərbaycanlı məcburi köçkünlərin vəziyyəti ilə bağlı ətraflı məlumat verilib
17:25
19 Noyabr
İran XİN: Azərbaycan-İran əlaqələrinin inkişafı regionda sülhün davamlı olmasına xidmət edir
17:14
19 Noyabr
Filologiya problemləri üzrə elmi şuranın növbəti iclasında 27 dissertasiya mövzusu təsdiqlənib
17:04
19 Noyabr
Doqquz ayda Azərbaycanda 94,5 min daimi iş yerləri açılıb
16:59
19 Noyabr
İlham Məmmədov: Yeni Azərbaycan Partiyası ötən dövr ərzində ümumxalq partiyası statusunu daha da mohkəmləndirib
16:46
19 Noyabr
İstanbulda “Türk axını”nın dəniz hissəsinin inşasının tamamlanması ilə bağlı mərasim keçirilib
16:44
19 Noyabr
Beynəlxalq Telekommunikasiya İttifaqı Şurasına üzvlük Azərbaycan üçün yeni imkanlar deməkdir
16:22
19 Noyabr
Ülvi Quliyev: Cəmiyyətin aparıcı qüvvəsinə çevrilən gənclər ölkə həyatının bütün sahələrində fəal iştirak edirlər
16:17
19 Noyabr
Azərbaycan və Belarus prezidentləri mətbuata birgə bəyanatlarla çıxış ediblər
16:07
19 Noyabr
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15:56
19 Noyabr
Ekspert: 2019-cu ilin dövlət büdcəsi növbəti ilin iqtisadiyyatında artım tempinə uyğunlaşdırılmış maliyyə sənədi kimi xarakterizə olunmalıdır
15:50
19 Noyabr
Əli Həsənov: Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş torpaqlarda ermənilər tərəfindən narkotik bitkilər becərilir
15:47
19 Noyabr
Azərbaycan-Belarus sənədləri imzalanıb
15:42
19 Noyabr
Energetika naziri Pərviz Şahbazov “Türk axını” ilə bağlı mərasimdə iştirak edəcək
15:41
19 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 100 illiyi ilə əlaqədar yazı müsabiqəsi elan olunub
15:28
19 Noyabr
Azərbaycan və Belarus prezidentlərinin geniş tərkibdə görüşü olub
14:43
19 Noyabr
“Kay2TV” kanalında Azərbaycan-Pakistan əlaqələrindən danışılıb
14:34
19 Noyabr
İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu İKT LAB ilə əməkdaşlıq imkanlarını genişləndirir
14:31
19 Noyabr
Elektron kənd təsərrüfatı informasiya sisteminin yaradılması istiqamətində aparılan işlər başa çatmaq üzrədir
14:17
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun təkbətək görüşü
14:06
19 Noyabr
Şahin Mustafayev: Azərbaycan Çinlə daha sıx ticarət əlaqələri qurmaq niyyətindədir
14:00
19 Noyabr
İdmanın sürətli inkişafına dair Azərbaycanın uğurlu təcrübəsinə dünyada böyük maraq göstərilir
13:59
19 Noyabr
Bakıda BMT-nin Yaxın və Orta Şərqdə narkotiklərin qanunsuz dövriyyəsi və aidiyyəti məsələlər üzrə alt komissiyasının sessiyası keçirilir
13:38
19 Noyabr
Bu il gömrük orqanları tərəfindən 1 milyon tondan çox narkotik vasitə aşkarlanıb
13:34
19 Noyabr
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
13:26
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyevin Minskdə rəsmi qarşılanma mərasimi olub
13:21
19 Noyabr
2019-cu ilin I rübündə Belarus-Azərbaycan traktorlarının Türkiyədə yığılmasına başlanacaq
12:44
19 Noyabr
On ay ərzində 2 tondan çox narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb
12:30
19 Noyabr
Son 15 ildə Azərbaycanda 2 milyona yaxın yeni iş yeri yaradılıb
11:58
19 Noyabr
Belarus və Azərbaycan “Şimal-Cənub” dəhlizinin inkişafı üzrə daha fəal əməkdaşlıq edəcəklər
11:13
19 Noyabr
Xızıda təhsil işçiləri qəbul imtahanlarının yeni qaydaları barədə məlumatlandırılıb
11:04
19 Noyabr
Gənc sərhədçilər Vətənə sədaqət andı içiblər
10:28
19 Noyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini pozmaqda davam edir
10:23
19 Noyabr
Səyyar “ASAN xidmət” davam edir
10:19
19 Noyabr
Prezident İlham Əliyev Minskdə Azərbaycan Ticarət Evi ilə tanış olub
10:11
19 Noyabr
Prezident İlham Əliyev Minskdə “Qələbə” meydanını ziyarət edib
10:04
19 Noyabr
Lvov vilayətinin rəsmiləri Azərbaycan təcrübəsinin tətbiqində maraqlıdırlar
08:08
19 Noyabr
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Vaşinqtonda növbəti görüşlər keçirib
08:04
19 Noyabr
Gələn il ölkəmizdə gimnastika növləri üzrə 3 dünya kuboku, 2 Avropa və 1 dünya çempionatı keçiriləcək
07:58
19 Noyabr
On rayonun məktəbliləri Nizami yurdu ilə tanışlığa Heydər Əliyev Park Kompleksindən başlayıblar
07:55
19 Noyabr
Azərbaycanlı gənclər Tbilisidə keçirilən “Vahid səma altında mədəniyyətlərin dialoqu” adlı festivalda iştirak ediblər
07:51
19 Noyabr
Azərbaycan Prezidenti İlham Əliyev Belarusa rəsmi səfərə gəlib
07:49
19 Noyabr
Lüksemburqda azərbaycanlı rəssamın fərdi sərgisi açılıb
14:48
18 Noyabr
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
20:28
17 Noyabr
Akrobatika gimnastikası üzrə dünya kuboku çərçivəsində “AGF Trophy” Kubokunun qalibləri mükafatlandırılıb
18:17
17 Noyabr
Azərbaycan nümayəndə heyəti VII Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumunda yaxından iştirak edib
18:06
17 Noyabr
Naxçıvanda payız iməciliyi keçirilib
17:55
17 Noyabr
Azərbaycanın mədəniyyət naziri MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi ilə görüşüb
17:40
17 Noyabr
Hikmət Babaoğlu: Dövlət qayğısına ehtiyacı olan bütün vətəndaşlarımız dövlət tərəfindən dəstəklənir
17:32
17 Noyabr
Azay Quliyev: Beynəlxalq cinayət törədənlərin cəzalandırılması üçün BMT Təhlükəsizlik Şurası təsirli addımlar ata bilər
16:56
17 Noyabr
Jan-Lük Retser: Fransanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə və qüvvədə olan qaydalara riayət etməsi vacibdir
16:44
17 Noyabr
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində mətbuat konfransı keçirilib
16:33
17 Noyabr
Prezident Administrasiyasının rəsmisi: Azərbaycan ilə Belarus arasında xeyli sənəd imzalanacaq
16:20
17 Noyabr
Fransa XİN: Rəsmi Paris özünü respublika elan etmiş Dağlıq Qarabağı tanımır
15:56
17 Noyabr
Hikmət Hacıyev: Fransanın hərəkətləri Minsk qrupunun həmsədr ölkəsi kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
15:47
17 Noyabr
Üçrəngli Azərbaycan bayrağının Naxçıvanda əbədi yüksəkliyə qaldırıldığı gün - 17 noyabr 1990-cı il
15:24
17 Noyabr
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə ağacəkmə aksiyası başlayıb
15:12
17 Noyabr
Ağsuda Milli Dirçəliş Günü münasibətilə “dəyirmi masa”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA