Ana səhifə »  Müəlliflər »  Xalqın dəstəyindən məhrum olmuş qeyri-legitim təşkilatların “sədrləri” seçkilərin nəticələrinə qara yaxmağa çalışırlar
A+   Yenilə  A-
Xalqın dəstəyindən məhrum olmuş qeyri-legitim təşkilatların “sədrləri” seçkilərin nəticələrinə qara yaxmağa çalışırlar
Yazdı: Pərviz Sadayoğlu

Yaxud radikal düşərgə ünsürlərinin azad və şəffaf şəkildə baş tutmuş seçkiləri təftiş etməyə mənəvi haqları çatmır
Müstəqil Azərbaycanda bundan öncə keçirilən bütün seçkilər kimi, noyabrın 1-də baş tutmuş parlament seçkilərinin nəticələri də xalqın iradəsinə, azad seçimə söykəndi. İstər seçkidən öncəki durum, istərsə də seçki prosesində, həmçinin təbliğat-təşviqat kampaniyası zamanı bütün namizədlərə yaradılmış şərait bir daha Azərbaycan dövlətinin demokratik seçki iradəsini ortaya qoymuş oldu. Seçkinin nəticələrinə gəldikdə isə, həm beynəlxalq, həm də yerli müşahidəçilərin rəyinə əsasən, seçkilər azad, şəffaf, demokratik şəraitdə keçdi.
Lakin bütün bunlara baxmayaraq, kor tutduğunu buraxmadığı kimi, radikal müxalifət də öz köhnə mərəzindən əl çəkmir. Daha dəqiq desək, iştirak etdiyi seçkilərdə xalqın etimadını qazana bilməyən, yalnız xarici ermənipərəst dairələrin sifarişi əsasında “fəaliyyətini quran” radikal müxalifət düşərgəsi seçkisonrası yenidən öz ampluasındadır. Belə ki, erməni lobbisinin qarşısında öhdəlik götürən, noyabrın 1-də keçirilən seçkilərə ləkə yaxmaq sifarişini alan radikal düşərgə heç bir fakta söykənmədən, yalnız “falabaxmalar”, “öncəgörmələr” əsasında seçkinin nəticələrini şübhə altına almaq istiqamətində uğursuz cəhdlər göstərir. Amma hər zaman olduğu kimi, onların bu cəhdləri fiaskoya uğrayır. Çünki xalq onların kimliyinə yaxşı bələddir. Və xalq illərdir özünü “partiya”, hətta “əsas müxalifət partiyası” adları ilə bəzəməyə çalışan radikal düşərgə qruplaşmalarının seçkilərdə iştirak etməkdən yayınmaqla maddi təminat axtarışında olduğunu növbəti dəfə nümayiş etdirdiyinin şahidi oldu. Beləliklə, seçkinin nəticələrinə “münasibət bildirmək” üçün yarışa girən bu marginal qrupun əsl mahiyyəti növbəti dəfə üzə çıxdı.
Azərbaycan xalqı qeyri-legitim, qondarma “Milli şura”nı tanımadığını hər seçkidə göstərir
Bu məqamda xatırlatmaq yerinə düşər ki, ölkəmizdə keçirilən növbəti parlament seçkilərini hələ bir müddət öncədən, belə demək mümkündürsə, aylar öncədən hədəfə alan, ermənilərin sifarişi ilə işləyən Əli Kərimlinin rəhbərlik etdiyi məhdud dəstə və “Milli şura” adlanan qondarma qurum seçkilərin nəticələrinə münasibətdə məhz anti-azərbaycançı, ermənipərəst dairələrin mövqeyindən çıxış etdilər. Halbuki bu gün seçkilərin nəticələrini şübhə altına almaq üçün min bir oyuna baş vuran Cəmil Həsənovun marionet sədr postunu tutduğu “Milli şura”nın özü qeyri-legitimdir. Ölkəmizin, xalqımızın maraqlarını satmağa hər an müntəzir olan Cəmil Həsənov, eləcə də onun “başbilən”i qismində çıxış edən Əli Kərimli üçün “çardaq” rolunu oynayan buqələmun “Milli şura”, sadəcə, xarici qurumlardan ianələr almaq üçün uydurulub. Eyni zamanda, Azərbaycan xalqı istər ölkəmizdə baş tutan seçkilərdə, istərsə də bu adı olub özü olmayan qondarma “şura”nın adından keçirilən mitinqlərə münasibətdə onları tanımadığını ortaya qoyub. Ona görə də, hətta icazəli mitinqinə belə 100 nəfərdən artıq adam toplaya bilməyən bu “şura”nın, onun marionet sədrinin seçkinin nəticələrini təftiş etməyə mənəvi haqqı yoxdur.
AXCP-dən qovulan Əli Kərimli “çardaq” axtarışına çıxıb...
Keçirdiyi saxta qurultayla hansı siyasi “dəyər”ləri daşıdığını göstərən, partiyasının, eləcə də partiyasının üzvlərinin ondan imtina etməsinin ardından muzdlu dəstə toplayaraq özünü “sədr” elan etdirən Əli Kərimliyə gəldikdə isə, onun düşdüyü vəziyyət daha da acınacaqlıdır. Belə ki, AXCP sədrliyindən qovulmasının ardından əli “xarici ianə biznesi”ndən üzülən Ə.Kərimli qondarma, qeyri-legitim “Milli şura” adından danışmağa başlayıb. Məlum olduğu kimi, aylar öncədən seçkilərin nəticələrinə qara yaxmağa çalışan dəstə başçısı bu marafonda iştirak etməyəcəyini bildirmişdi. Təbii ki, onun bu addımının məhz bir sıra anti-azərbaycançı dairələrin sifarişi əsasında atıldığı, ermənipərəst dairələrin tezisi əsasında reallaşdığı faktdır. Seçkidən öncə xalqın ona və dəstəsinə münasibətini araşdırmağa lüzum görməyən, sadəcə, xarici mərkəzlərin qapısı önündə boynubükük əmr gözləyən Ə.Kərimlinin bu kimi məziyyətləri məhz partiyasının üzvləri tərəfindən açıqlanmışdı. Elə bu səbəbdən də AXCP üzvləri onu sədrlik postundan qovdular. Bu baxımdan, Ə.Kərimlinin seçkiöncəsi ermənilərdən gələn boykot qərarına “riayət etməsi”, seçkidən sonra da onların əmri ilə nəticələrə qara yaxmağa çalışması, yalanlar danışması “təbiidir”.
Arif Hacılı keçirdiyi “mitinqlər”ə bir seçki məntəqəsində qeydiyyatda olan seçicilərin sayından 4-5 dəfə az adam toplayıb
Seçkinin nəticələrinə qara yaxmağa çalışan radikal dəstə başçıları arasında Müsavat Partiyasının qeyri-legitim sədri, partiyanın qurultayının nəticələrini saxtalaşdıraraq başqanlıq postunu mənimsəmiş Arif Hacılı da var. Xüsusi olaraq qeyd etmək gərəkdir ki, A.Hacılı və onun rəhbərlik etdiyi qruplaşma keçirdiyi “mitinq”lərə bir seçki məntəqəsində qeydiyyatda olan seçicilərin sayından 4-5 dəfə az adam toplayıb. Buna baxmayaraq, nə qədər paradoksal görünsə də, saxta yollarla partiyasının sədri postunu mənimsəmiş, xalqın etimadını qazana bilməyən, adi təbliğat kampaniyası çərçivəsində görüşlərinə seçici cəlb etməkdə aciz olan Arif Hacılı ölkəmizdə keçirilən seçkilərin nəticələrini tanımadığını deyir.
Əlbəttə ki, öz ayıbına kor olmaqdansa, yalanlar üzərinə siyasi fəaliyyətini davam etdirən, saxta yolla zəbt etdiyi partiya sədri postunu əlində saxlamaq üçün yenə də anti-azərbaycançı dairələrin ayırdıqları ianələrə sahib durmağa cəhd göstərən Arif Hacılının seçkilərin nəticələrinə qara yaxmaqla bağlı canfəşanlığı heç bir nəticə verməyəcək. Çünki A.Hacılının da Ə.Kərimli və C.Həsənov kimi Azərbaycan xalqının iradəsinə söykənən, azad, şəffaf, ədalətli şəraitdə baş tutmuş seçkilərə qiymət verməyə mənəvi haqqı yoxdur. Radikal düşərgə ünsürlərinin “söykəndikləri”, daha doğrusu, istinad etdikləri “ünvanlar” bəllidir. Keçirilən seçkilərin şəffaflığı, ölkəmizin seçki təcrübəsini daha da təkmilləşdirməsi, insanların azad şəkildə seçimini etmək üçün yaradılan şərait bu cür çirkin cəhdlərin faydasızlığını bir daha ortaya çıxarır. Antimilli ünsürlərin sifarişi ilə ölkəmizə qara yaxmaq cəhdi isə hər zamankı kimi yenə boşa çıxır...

 
  • Oxunub:  18510  |  
  • Tarix:  04-11-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü

20:14
16 Yanvar
Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər davam etdirilir
20:02
16 Yanvar
İrakli Kobaxidze: Gürcüstan Azərbaycan və Türkiyə ilə birlikdə regionda irimiqyaslı layihələr həyata keçirir
19:50
16 Yanvar
İdarəetmədə sistemli islahatlar: struktur yeniliklərində növbəti mərhələ
19:43
16 Yanvar
Azərbaycanla Dubay Əmirliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub
17:49
16 Yanvar
Dövlət Komitəsinin sədri Sabunçuda məcburi köçkünlərlə görüşüb
17:44
16 Yanvar
Fəzail İbrahimli: 2019-cu ilin “Nəsimi ili” ili elan olunması böyük şairin yaradıcılığına verilən yüksək qiymətdir
17:41
16 Yanvar
Vüqar Bayramov: Qeyri-neft sektorunun inkişafı 2019-cu ildə də prioritet olacaq
17:40
16 Yanvar
YAP Ağstafa rayon təşkilatında 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:36
16 Yanvar
İlham Məmmədov: Prezident İlham Əliyevin göstərdiyi diqqətin nəticəsində regionlarımızda səhiyyə sahəsi əhəmiyyətli dərəcədə inkişaf edib
17:24
16 Yanvar
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri “CEO Lunch Baku”nun fəxri qonağı olub
17:23
16 Yanvar
Sergey Lavrov: 2018-ci il Rusiya-Azərbaycan münasibətləri üçün çox müsbət il olub
17:18
16 Yanvar
Ötən il respublikanın su hövzələrinə 380 milyona yaxın müxtəlif növ balıq körpəsi buraxılıb
17:03
16 Yanvar
İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Milli Məclisdə olub
16:55
16 Yanvar
Azərbaycan-İran hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
16:26
16 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Türkiyədə silsilə tədbirlər keçiriləcək
15:26
16 Yanvar
Azərbaycan Prezidenti: Bizim maliyyə resurslarımız, ehtiyatlarımız xarici borcumuzdan 4,5 dəfə çoxdur
15:15
16 Yanvar
Azərbaycan ilə Çexiya arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunub
15:10
16 Yanvar
Prezident İlham Əliyev: Qeyri-neft sektorunun inkişafı bundan sonra da bizim üçün prioritet olacaq
15:07
16 Yanvar
Zimbabve Prezidenti: Ölkəmiz Azərbaycanla əməkdaşlıqda çox maraqlıdır
14:57
16 Yanvar
TAP-ın kompressor stansiyalarının inşasının 70 faizdən çoxu yekunlaşıb
14:54
16 Yanvar
Azərbaycan və Çin Bakının tranzit rolunu artıracaqlar
14:48
16 Yanvar
Güclü külək əsəcək, sulu qar, qar yağacaq
14:31
16 Yanvar
Fransanın sabiq Prezidenti Azərbaycan-Fransız Universitetində olub
14:24
16 Yanvar
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
14:18
16 Yanvar
BDU-da İctimai Nəzarət və Məsləhət Şurasının üzvləri imtahan prosesini izləyiblər
14:12
16 Yanvar
Təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş "Bizim həyət" layihəsi uğurla davam edir
14:08
16 Yanvar
Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
14:02
16 Yanvar
Əl-Mənsuri: Bütün fəaliyyət növlərinin “Azərbaycan Ticarət Evi”ndə birləşdirilməsi əla konsepsiyadır
14:01
16 Yanvar
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə UNICEF arasında Anlaşma Memorandumu imzalanıb
12:49
16 Yanvar
Prezident İlham Əliyev Sumqayıtda “SOCAR karbamid” zavodunun açılışında iştirak edib
12:31
16 Yanvar
Qafqaz Müsəlmanları İdarəsi 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar bəyanat yayıb
12:26
16 Yanvar
Prezident İlham Əliyev İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
12:13
16 Yanvar
Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi NATO-nun toplantısında iştirak edib
11:49
16 Yanvar
Beynəlxalq Əmək Təşkilatı “Əməyin gələcəyi” mövzusunda qlobal hesabatını ilk dəfə Bakıda təqdim edəcək
11:29
16 Yanvar
Hərbi Akademiyada NATO-nun ekspert qrupu ilə işçi görüşü keçirilir
11:23
16 Yanvar
Keçən ilin 11 ayında 1,5 milyard dollardan çox qeyri-neft məhsulları ixrac edilib
11:12
16 Yanvar
Formula 1 Azərbaycan Qran-Prisi sessiyalarının vaxtı açıqlanıb
10:52
16 Yanvar
Avropa Qaz Konfransında Cənub Qaz Dəhlizinə dair müzakirələr aparılacaq
10:40
16 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:20
16 Yanvar
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir
10:19
16 Yanvar
Yeni Bakı Limanı MDB-də “yaşıl liman” statusuna malik ilk liman olacaq
10:18
16 Yanvar
Lionda Azərbaycanda qadınlara səsvermə hüququnun verilməsinin 100 illiyi münasibətilə konsert keçirilib
10:15
16 Yanvar
İsveçrə portalı 20 Yanvar hadisələrinə həsr olunmuş məqalə yayıb
20:35
15 Yanvar
Şahin Mustafayev: Azərbaycan dünya ticarətində öz yerini tutmaq üçün çox fəal mövqedədir
20:33
15 Yanvar
Mədəniyyət Nazirliyinin strukturu və idarə edilməsi təkmilləşdirilir
20:31
15 Yanvar
Balakəndə skautlar arasında intellektual yarış keçirilib
20:29
15 Yanvar
Ümumdünya Gömrük Təşkilatının baş katibi Bakıda logistika və gömrük müəssisələrinin fəaliyyəti barədə məlumatlandırılıb
20:27
15 Yanvar
Dubayda Azərbaycan Ticarət Evi açılıb
20:19
15 Yanvar
Nizami Cəfərov: 2019-cu ilin Azərbaycanda “Nəsimi ili” elan olunması qüdrətli söz ustadlarından olan şairin yaradıcılığına böyük ehtiramdır
20:18
15 Yanvar
İsa Həbibbəyli: 2019-cu ilin "Nəsimi ili"nin elan edilməsi böyük tarixi və ədəbi-elmi əhəmiyyətə malikdir
20:16
15 Yanvar
Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb
17:54
15 Yanvar
Nizami rayonunda 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı tədbir keçirilib
17:45
15 Yanvar
Nazirlər Kabineti Aparatının növbəti iclası keçirilib
17:44
15 Yanvar
Çingiz Qənizadə: Struktur islahatları nəticəsində dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq
17:40
15 Yanvar
Azərbaycan İlahiyyat İnstitutunda “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olunub
17:38
15 Yanvar
Ekspert: İslahatların mühüm xüsusiyyətlərindən biri dövlət idarəçiliyinin indiki vəziyyətini sosial-iqtisadi inkişafın mövcud səviyyəsinə uyğunlaşdırmaqdır
17:04
15 Yanvar
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
17:02
15 Yanvar
Cənubi Koreya qəzetlərində qanlı Yanvardan bəhs edən məqalələr dərc olunub
16:38
15 Yanvar
Vüqar Bayramov: Struktur islahatları biznes mühitinin daha da yaxşılaşmasına müsbət təsir göstərəcək
16:16
15 Yanvar
YAP Nəsimi rayon təşkilatında 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərlə görüş keçirilib
15:47
15 Yanvar
Türkiyə Prezidentinin köməkçisi: Dağlıq Qarabağ münaqişəsinin həlli regionun inkişafını təmin edəcək
15:05
15 Yanvar
Dövlət Komitəsində vətəndaşlarla növbəti görüş keçirilib
14:57
15 Yanvar
Musa Quliyev: 2018-ci ildə də Azərbaycanda sosial sahəyə xüsusi diqqət ayrılıb
14:55
15 Yanvar
Yorqos Statakis: TAP layihəsinin reallaşdırılması Yunanıstan hökumətinin əsas məqsədlərindən biridir
14:19
15 Yanvar
BP: “Çıraq” platforması ötən il 98 faizdən çox səmərəliliklə işləyib
14:03
15 Yanvar
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
13:59
15 Yanvar
Bakıda V Azərbaycan Beynəlxalq Arıçılıq Konfransı keçiriləcək
13:54
15 Yanvar
Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi ötən il də diqqət mərkəzində saxlanılıb
13:49
15 Yanvar
Bakı Slavyan Universitetində qış imtahan sessiyasının gedişini izləmək üçün mediatur təşkil olunub
13:46
15 Yanvar
Azərbaycan Texniki Universitetinin İctimai Nəzarət Şurasının üzvləri imtahan prosesini izləyiblər

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +15
gecə+4 +7