Ana səhifə »  Müəlliflər »  Azərbaycan xalqının üz döndərdiyi radikal müxalifət düşərgəsi seçkilərin nəticələrinə kölgə salmağa çalışır
A+   Yenilə  A-
Azərbaycan xalqının üz döndərdiyi radikal müxalifət düşərgəsi seçkilərin nəticələrinə kölgə salmağa çalışır
Yazdı: Pərviz Sadayoğlu

Əli Kərimli, Arif Hacılı və Cəmil Həsənov kimilərinin demokratiyadan danışmağa, azad və şəffaf şəkildə keçirilən seçkilərin nəticələrini şübhə altına almağa mənəvi haqları çatmır
Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərin şəffaf, ədalətli və azad şəkildə baş tutması, parlamentin xalqın iradəsi əsasında formalaşması hər zaman xarici dairələrin sifarişi ilə işləyən, ermənipərəst mərkəzlərin diktəsini həyata keçirən bir sıra radikal müxalifət düşərgəsi mənsublarının yuxusuna haram qatıb. Bunun nəticəsidir ki, öz gücsüzlüyünü, zəifliyini pərdələmək, gizlətmək üçün seçki prosesində iştirak etməkdən boyun qaçıran radikal düşərgə təmsilçiləri yalanla “silahlanaraq” yenidən böhtan kampaniyasına start verib, ənənəvi amplualarında çıxış etməyə başlayıblar. Görünən budur ki, ermənipərəst dairələrin əlaltısı qismində çıxış etməyə öyrəncəli olan radikal dəstə başçıları yenidən üzlərini “Sem dayı”larına çevirərək onun “ianə”lərinə ehtiyac duyduqlarına işarə edirlər.
Sirr deyil ki, qeyri-legitim, xarici mərkəzlərin layihəsi olaraq xarakterizə edilən, üzvü olmayan, hətta radikal düşərgə partiyalarının belə üz döndərdiyi “Milli şura” adlanan qondarma qurum Əli Kərimlinin yedəyi funksiyasını daşıyır. Əli AXCP-dən üzülən Ə.Kərimli bu gün məhz bu qondarma “şura” vasitəsilə xaricdəki “dayı”larından pul qopara bilir. Buna qarşı, görəsən “Milli şura” adına keçirdiyi mitinqə cəmisi 100 nəfər adam yığa bilən C.Həsənov-Ə.Kərimli cütlüyü niyə ayıbına kor olmur? “Beynəlxalq aləmin seçkiləri boykot etdiyi” barədə yalanları bu insanları utandırmırmı? Axı, istər beynəlxalq təşkilatların, istərsə də aparıcı dövlətlərin seçkiləri müşahidə missiyasının nümayəndələrinin verdikləri açıqlamalar noyabrın 1-də baş tutmuş seçkinin azad və şəffaf şəraitdə keçirildiyini deməyə əsas verir. Bu fakt bir daha təsdiqləyir ki, Ə.Kərimli, C.Həsənov kimi ermənipərəst dairələrin diktəsi ilə işləyənlərin seçkiyə münasibəti ermənilərin mövqeyi ilə üst-üstə düşür.
Digər tərəfdən, Cəmil Həsənovun, eləcə də Əli Kərimlinin bu gün seçkinin nəticələrini təftiş etməyə mənəvi haqları çatmır. Heç uzağa getməyək - keçirdiyi partiya qurultayına muzdlu nümayəndələr gətirərək, o cümlədən AXCP üzvlərinin iradəsinin ziddinə gedərək sədr postunu mənimsəyən Əli Kərimli son nəticədə partiyadan qovuldu. Öz məhdud çevrəsinin “sədrinə” çevrilmiş bu şəxs hansı haqla demokratiyadan danışır?
Əslində, dövlət və millət maraqlarını nəzərə almayan, sadəcə, ölkəmizə əsassız təzyiqlər etmək istəyən, öz maraqlarını təmin etməyə çalışan bir sıra xarici güclərin əlaltısı olmağa adət etmiş Əli Kərimli bu addımı ilə yenidən satılmağa, həmin maraqlı güclərin təzyiq kampaniyasında vasitə rolunu yerinə yetirməyə hazır olduğunu nümayiş etdirir. Amma Ə.Kərimli və xalqın maraqlarını nəzərə almayan digər radikal müxalifət təmsilçiləri də unudurlar ki, seçkinin nəticəsini nə beynəlxalq güclər, nə də ki hədə-qorxu müəyyənləşdirir. Seçkinin nəticəsini yalnız xalq müəyyənləşdirir. Xalq isə Əli Kərimli və onun ətrafındakı azsaylı qrupdan çoxdan üz döndərib.
Bu baxımdan Müsavat Partiyasının saxta yolla başqanı olmuş Arif Hacılının da vəziyyəti elə öz “dostlar”ından fərqli deyil. Belə ki, əvvəlcə “ümumrespublika” adı verdiyi, sonra isə “seçki mitinqi” adlandırdığı toplantıya cəmi 100 nəfərin toplaşması bu radikal qrupun gücünü ortaya qoyur. Kiçik bir məhəllədə keçirilən görüşə qatılan insanların sayı qədər belə meydana adam yığa bilməyən Arif Hacılı hansı haqla seçkinin nəticələrinə qara yaxmağa çalışır? O da Əli Kərimli kimi saxta yollarla öz partiyasının sədrlik postunu mənimsəmiş biri olaraq demokratik ənənələrdən uzaq düşüb. Bu mənada A.Hacılının dedikləri də növbəti yalanlar seriyasından başqa bir şey deyil.
Bəli, noyabrın 1-də keçirilən seçkilər zamanı xalqımız növbəti dəfə radikal müxalifətə birmənalı şəkildə “yox” dedi. Ə.Kərimli və onun kimi siyasi fəaliyyətini Azərbaycan dövlətçiliyinə qarşı kökləmiş düşərgə təmsilçiləri isə bu “yox”dan nəticə çıxarmaq əvəzinə xarici anti-azərbaycançı dairələrdən ianələr dilənirlər. Onların seçkilərə hansı şəkildəsə qiymət verməsi isə ictimai rəyi maraqlandırmır. Çünki qeyri-legitimlərin legitimliyi şübhə doğurmayan seçkilərə qiymət verməyə cəhd etməsi belə absurddur.

 
  • Oxunub:  22950  |  
  • Tarix:  06-11-2015  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA