Ana səhifə »  Müəlliflər »  Rüstəm İbrahimbəyov sosio-mədəni baxımdan antimilli, daxili mənəviyyat baxımından eqoist, siyasi təfəkkür baxımından despotdur
A+   Yenilə  A-
Rüstəm İbrahimbəyov sosio-mədəni baxımdan antimilli, daxili mənəviyyat baxımından eqoist, siyasi təfəkkür baxımından despotdur
Yazdı: Hikmət BABAOĞLU

R.İbrahimbəyov nə uğurlu kinorejissor, nə də uğurlu piarçıdır
Hər bir cəmiyyətdə həmin cəmiyyəti təşkil edən ayrı-ayrı fərdlər müstəqil həyata atılarkən müxtəlif peşə seçimi edirlər. Bu peşə seçimi Azərbaycan ictimai mühitində əsas etibarilə valideynlərin tövsiyəsi ilə, bir çox hallarda isə ətraf mühitin təsiri vasitəsilə müəyyənləşir. Bəzi hallarda isə bu, fərdi dünyagörüşə və qənaətə söykənir. O peşə sahibləri əldə etdikləri peşə vasitəsilə böyük nailiyyətlər qazana bilirlər ki, onlar bu peşəni məhz öz fərdi qənaətlərinə, istəklərinə, dünyagörüşlərinə, fərdi daxili tələbatlarına görə müəyyənləşdirirlər. Çox təəssüf ki, Azərbaycan mühitində bir çox hallarda bu fərdi yanaşmaya, seçimə təzyiq və müdaxilələr olur. Nəticə etibarilə, Azərbaycan cəmiyyətinin ayrı-ayrı sektorlarını irəliyə aparacaq müəyyən potensial məhdudlaşdırılır.
Vaxtilə Rüstəm İbrahimbəyov da özünəməxsus bir peşə seçib, təhsil alıb. Onun bu peşəni hansı şərtlər, hansı təsirlər altında seçdiyi haqqında heç bir fikrimiz yoxdur. Amma onu bilirik ki, R.İbrahimbəyov özünə o qədər də uğurlu peşə seçməyib. Lakin buna baxmayaraq, öz peşəsinin piarını peşəkarlığı ilə müqayisədə nisbətən uğurlu apara, özünü cəmiyyətə tanıda bilib. Peşəkar kimi onun uğurlarının arxasında hər nə qədər başqa mühitin, başqa peşəkarların əməyi durursa, piar məsələsində isə onun şəxsi cəhdləri, daha doğrusu ən müxtəlif, hətta məhəlli səviyyədə tipik cəhdləri dayanır. Bütün bunlara baxmayaraq, hər halda R.İbrahimbəyov bir kinorejissor kimi tanınıb. Bədbəxtçilik ondadır ki, müəyyən bir yaş həddindən sonra insan öz peşəsini dəyişmək fikrinə düşür, faciə buradan başlayır. Çox təəssüf ki, gözümüzün qabağında qocaman bir rejissor birdən-birə nədənsə öz peşəsini dəyişmək fikrinə düşdü, siyasəti özünə peşə etməyə çalışdı. Lakin Azərbaycan siyasətində ciddi peşəkarlar olduğuna görə R.İbrahimbəyov siyasəti özünə peşə seçməklə siyasəti dəyişə bilmədi, əksinə, siyasət onu dəyişdi. O dərəcədə dəyişdi ki, köhnə peşəsini və bu peşənin az-çox ona gətirdiyi hörməti belə əlindən almış oldu.
Kinorejissoru siyasətçi edən səbəblər nədir?!
Bir növ aforizmə çevrilmiş belə bir fikir var ki, 20 yaşında inqilabçı olmayanın ürəyi, 40 yaşında inqilabçı olanın isə ağlı yoxdur. R.İbrahimbəyov birdən-birə 74 yaşında inqilabçı olmağa qərar verdi. Beləliklə, uzun əsrlərin sınağından çıxmış, aforizmə çevrilmiş bu ifadənin bütün məzmununu sözün həqiqi mənasında öz fəaliyyətində əks etdirməyə başladı. Bəs görəsən, R.İbrahimbəyov niyə birdən-birə siyasətçi olmaq fikrinə düşüb? Bu barədə dəfələrlə yazmışıq və bildirmişik ki, şəxsi iqtisadi və maliyyə maraqları, irrasional ictimai-əxlaqi dünyagörüşü və şəxsi emosional ambisiyaları onu öz peşəsini dəyişməyə sövq edib. Bu üç faktorun hər biri ayrılıqda təhlükəli sindromlardır və insanın daxili mənəvi-psixoloji strukturunun əsasını təşkil edirlər. Üstəlik, əgər bu faktorların heç biri keyfiyyətcə milli deyilsə, dövlətçiliyə meyilli deyilsə, yaşadığı cəmiyyətin mental keyfiyyətləri ilə hesablaşmırsa, insanın daxilində ciddi fəsadlar törədir və həm də antimilli ünsür kimi çıxış edir.
“Milli Şura”, yoxsa antimilli dəstə?!
Ən təhlükəlisi isə odur ki, belə antimilli sosiopsixoloji keyfiyyətlərə sahib olan insan birdən-birə özünün “Milli Şura”sını yaratmağa çalışır. Əslində burada yaradılan nəsnə yuxarıda qeyd etdiyimiz üç neqativ psixoloji təzahürlərin daşıyıcısı olan əqlin məhsulu olduğu üçün tamamilə yararsızdır. Əsla milli deyildir. Heç Şura da deyildir. Burada “Milli” sözü antimilli məzmunu gizlətmək üçün, “Şura” sözü isə “dəstə” sözünü maskalamaq üçün işlədilib. Beləliklə də, bu iki kəlmə xalqımızın leksik fonduna daxil olduğu gündən bəri heç vaxt üzləşmədiyi təhrifə, hətta təcavüzə məruz qalıb. Ona görə də, R.İbrahimbəyov bu sözlərin həqiqi məzmunundan üzr istəməli və öz “Milli Şurasını” “antimilli dəstə” adlandırmalıdır. Bu həm kinorejissorun dəstəsinin əsl məzmununu və məqsədini ifadə etmək baxımından olduqca məqbuldur, həm də “Milli” və “Şura” sözlərinin ifadə etdiyi mənaya hörmətin qaytarılması baxımından ədalətlidir.
R.İbrahimbəyovdakı daxili keyfiyyətlər sosio-mədəni baxımdan azərbaycanlı mentalitetinə yad, sosio-psixoloji baxımdan eqoist və dağıdıcı, siyasi-mədəni baxımdan isə avtoritar və despotikdir
İndi isə ardıcıllıqla R.İbrahimbəyovun siyasətə atılmaqla qarşıya qoyduğu məqsəd və maraqlarının nə olduğunu açıqlayaq.
Birincisi, dedik ki, bu, iqtisadi maraqlardır. R.İbrahimbəyov haqqında mətbuatda gedən çoxsaylı yazılardan öyrənirik ki, harada olsa, bütün hallarda rəhbərlik etdiyi təşkilatda bir despotizm yaradıb, onu avtoritar qaydalarla idarə edib və mövcud maliyyə imkanlarının hamısına nəzarət etməklə onları mənimsəyib. Elə buna görə də, hazırda vergi borclarını ödəmədən ölkədən qaçıb.
Daxili psixo-emosional strukturu təşkil edən ikinci faktor isə qeyd etdiyimiz kimi, mədəni-psixoloji əhval-ruhiyyədir. R.İbrahimbəyovun fəaliyyətini izləyərkən şahidi oluruq ki, hələ Sovet dövründən bəri yazdığı əsərlərdə o, özünü Azərbaycan mədəni, ictimai mühitinin bir parçası hesab etmir, özünü yad bir mədəniyyətin nümayəndəsi kimi başa düşür, qavrayır və daim özünü bu şəkildə aparıb. Son dövrlərdə də bunun şahidi oluruq.
Üçüncü bir məsələ isə bu insanın daxili ambisioz eqosudur. Diqqət etsək, görürük ki, bu məsələ də R.İbrahimbəyovda olduqca qabarıqdır. Bu üç psixoloji faktoru analiz etdikdən sonra artıq cəsarətlə deyə bilərik ki, R.İbrahimbəyovdakı daxili keyfiyyətlər sosio-mədəni baxımdan azərbaycanlı mentalitetinə yad, sosio-psixoloji baxımdan eqoist və dağıdıcı, siyasi-mədəni baxımdan isə avtoritar və despotikdir.
Kinorejissor ictimai rəylə manipulyasiya etməyə çalışır
Çox təəssüf ki, birdən-birə siyasəti özünə yenidən peşə etmək istəyən bu şəxs Azərbaycanda “Milli Şura” yaratmaq fikrinə düşüb. Daxili məzmun və mahiyyət etibarilə şəxsiyyət olaraq heç də milli olmayan bir insanın “Milli Şura” yaratmağa, birincisi, mənəvi haqqı yoxdur, ikincisi, bu şura ilə millətin siyasi dünyagörüşünü və siyasi şüurunu manipulyasiya etməyə mənəvi haqqı yoxdur. Üçüncüsü, hər bir Azərbaycan vətəndaşının şəxsi prinsipial məsələsi kimi qəbul olunan Dağlıq Qarabağ problemi ilə bağlı loyal, ermənipərəst mövqe nümayiş etdirməyə haqqı yoxdur. Bu gün Azərbaycan cəmiyyətində R.İbrahimbəyovun bu mövqeyinə münasibət passiv, bir o qədər də loyaldır. Çünki Azərbaycan cəmiyyəti R.İbrahimbəyovu ciddiyə almır. Əgər onu ciddi siyasətçi kimi qəbul etsələr, onda vay R.İbrahimbəyovun halına.
Daxili ambisiya və aqressivlik maniya və fobiya yaradır
Bəs Azərbaycan cəmiyyəti niyə R.İbrahimbəyovu ciddiyə almır? Bunun bir sıra səbəblərini yuxarıda sadaladıq. Onun fəaliyyəti ilə bağlı son dövrlərdə ifadə etdiyi fikirlərdə şahidi olduğumuz daxili psixo-emosional vəziyyət isə R.İbrahimbəyovun ruhunda və mənəviyyatında ciddi fəsadların və deqradasiyaların olduğunu deməyə imkan verir. Bu nədir? Bir sosial psixoloq kimi hesab edirik ki, R.İbrahimbəyovun daxilində ambisiyadan, nəfsdən və yad mühitə adaptiv olan mənəvi keyfiyyətlərindən doğan bir aqressiya mövcuddur. Bu aqressiya onda qüsurlu psixo-emosional vəziyyət yaradır. Bu isə nəticə etibarilə, R.İbrahimbəyovda maniya və fobiya yaradıb. Maniya və fobiyanın hər ikisi olduqca qorxulu xəstəliklərdir. Üstəlik, əgər bu, ictimai xadim olmağa qollarını çırmamış bir adamın daxilində baş verən prosesdirsə, deməli, bu, qorxulu xəstəlik təkcə həmin adamın özü üçün deyil, ətrafdakılar üçün də təhlükəlidir. Əgər biz siyasət meydanına atıldığı gündən bu vaxta qədər R.İbrahimbəyovun fəaliyyətini izləsək, dediklərimizin nə qədər doğru olduğunu görəcəyik. İlkin mərhələdə R.İbrahimbəyov Azərbaycanda ermənipərəst, imperiyapərəst mühit formalaşdırmağa çalışdı və birinci peşəsində əldə etdiyi nüfuz sayəsində müəyyən addımlar ata bildi. Yəni, erməni kinorejissorlarını Azərbaycana dəvət etdi, Azərbaycanda yad mühitə aid olan mədəniyyəti imperativ mədəniyyət kimi təbliğ etmək istiqamətində müəyyən addımlar atdı. Lakin bu addımların altındakı məqsəd aydın olanda Azərbaycan cəmiyyəti bunun qarşısını aldı. Bundan sonra R.İbrahimbəyov ifşa olunmağa başladı, çünki bu, cəmiyyətin arzusu idi. Beləliklə, artıq növbəti mərhələdə siyasətə atıldığı gündən ard-arda uğursuzluqlara düçar olan R.İbrahimbəyovda maniya əlamətləri daha da gücləndi. O hesab edirdi ki, siyasət meydanına atılan kimi dərhal böyük uğurlar qazanacaq və Azərbaycanda çox güclü siyasi mövqeyə gəlib çatacaq. Bu mövqedənsə öz şəxsi maraqlarını həyata keçirmək üçün istifadə edərək Azərbaycanı yad mədəni keyfiyyətlərin daşıyıcısına çevirəcək, milli mədəniyyəti və ziyalıları küncə sıxışdıracaq, Bakıda özünəməxsus rusdilli mədəni mühit formalaşdıracaq, milli mədəniyyətimiz və dəyərlərimizi imperativ hesab etdiyi dəyərlərin hegemoniyası altına salacaq, Azərbaycanda ermənilərin əsas zümrə təşkil etdiyi yeni “mədəni mühit” formalaşdıracaq, ən nəhayət Dağlıq Qarabağın erməni separatçılarına verilməsi üçün müvafiq ictimai rəy formalaşdıracaq və nəticədə buna nail olacaq. Beləliklə də, Azərbaycanda İbrahimbəyovun şikəst eqosuna xidmət edəcək bir çarlıq qurulacaq. Lakin elə ilk addımındaca uçuruma yuvarlandıqdan sonra bu maniya fobiyaya çevrildi. Daxili mənəvi strukturunda xaos və deqradasiya prosesi başladı.
Kinorejissor daxilən mənəvi depressiya və deqradasiya ilə üz-üzə qalıb
Beləliklə, R.İbrahimbəyov vaxtaşırı mətbuatda əksini tapan fikirlərində öz daxili vəziyyətini ifadə etdiyi fikirlərin sətiraltı məzmununda Azərbaycan ictimaiyyətinə də bəlli etdi. İlkin mərhələdə qeyd etdi ki, guya onu həbs edə bilərlər, ona görə də, Azərbaycana gələ bilməz. Bu artıq fobiyanın ilkin əlamətləri idi. Bu günlərdə isə mətbuata bildirib ki, “bu hökumət... hər şey eləyə bilər. Öldürə bilər”. Bu, fobiyanın yüksək dərəcəsidir. Ən qorxulusu odur ki, R.İbrahimbəyov öz daxili psixo-emosional vəziyyətini xalqa transfer etməyə çalışır, hesab edir ki, onun daxilində yaşadıqlarını bütün Azərbaycan xalqı yaşayır. Axı Azərbaycan xalqı onun kimi səhvə yol verməyib ki, onun yaşadıqlarını yaşasın. Onun fikrincə, Azərbaycanda xaos baş qaldıracaq, inqilab olacaq, ölkə dağılacaq. Bu, R.İbrahimbəyovun özünün daxili əhval-ruhiyyəsinin ifadəsidir, belə fikirlərin Azərbaycan xalqına heç bir aidiyyəti yoxdur.
“Siyasətçi” rejissorun xəyal qırıqlığı və çarəsiz etirafları
Məsələ ondadır ki, siyasətin çoxsaylı qapılarına yaxınlaşdıqca, o hər dəfə yeni qapıdan keçmək istəyəndə başqa bir xəyal qırıqlığına uğrayır. R.İbrahimbəyov bu günlərdə mətbuata müsahibəsində Azərbaycan hakimiyyəti ilə Rusiya rəhbərliyi arasındakı münasibətlərlə bağlı deyib ki, “Yalandan deyirlər ki, guya Rusiyadan narazıdırlar. Elə deyil, araları çox sazdır”. Bu, ən çox dəstək umacağını düşündüyü ölkədən, həmin ölkənin siyasi dairələrindən R.İbrahimbəyovun artıq əlini üzməsidir. R.İbrahimbəyov bu cür ucuz siyasi şoulara getməzdən öncə siyasətin nə qədər dərin olduğunu başa düşsəydi, yaxşı olardı. O isə hər şeyi gec başa düşür. R.İbrahimbəyov bilmirdi ki, onu siyasət meydanına soyunduran mərkəzlər Rusiyada olan anti-azərbaycançı və ermənipərəst mərkəzlərdir. Onun bu oyunu Rusiya Federasiyasının strateji məqsədlərinə xidmət etmir, edə bilməz. Ona görə də, R.İbrahimbəyov bu gün çox böyük xəyal qırıqlığına uğrayıb və bunu açıq şəkildə mətbuatda ifadə edir. Əminəm ki, bir qədər sonra bəzi Qərb dairələrinin də ona vəd verdiyi dəstəyin məhz ermənipərəst dairələrdən gəldiyini anlayacaq, biləcək. Ermənipərəst dairələrin onun düşündüyü qədər güclü olmadığını anlayaraq anti-azərbaycançı mərkəzlərin aləti olmaqdan əl çəkəcək. Bu gerçəkliyi anladıqdan sonra artıq indidən həsrətini çəkdiyi Azərbaycan hakimiyyətinin himayəsinə sığınmaq üçün yollar axtaracaq.

 
  • Oxunub:  25410  |  
  • Tarix:  02-05-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrinin təxribatçı hərəkətlərinin layiqli cavabını verir və bundan sonra da verəcək

20:22
20 Sentyabr
Səccad Kərim: Azərbaycanda mövcud olan birgəyaşayış modeli bir çox ölkələr üçün nümunədir
20:04
20 Sentyabr
Nikol Paşinyanın Paris yalvarışları və növbəti böhtanları: erməni baş nazir öz ampluasında
20:00
20 Sentyabr
Azərbaycan-Vyetnam münasibətləri zəngin ənənələrə malikdir
19:51
20 Sentyabr
Gəncədə qanvermə aksiyasında 540 nəfər könüllü qan verib
19:48
20 Sentyabr
“ASAN xidmət”in fəaliyyəti Fransa mətbuatında
19:46
20 Sentyabr
Azərbaycan ilə Qətər arasında mədəniyyət sahəsində əlaqələrin inkişafı müzakirə olunub
19:43
20 Sentyabr
İndiyədək TANAP-la Türkiyəyə 200 milyon kubmetrədək “Şahdəniz” qazı nəql olunub
19:41
20 Sentyabr
İordaniyanın “Ər-Ray” dövlət qəzeti Qarabağ məsələsində Türkiyənin Azərbaycana dəstəyindən yazır
19:07
20 Sentyabr
Azərbaycan Milli Məclisi ilə NATO Parlament Assambleyası arasında sıx əlaqələr mövcuddur
19:06
20 Sentyabr
Azərbaycan-Pakistan təhsil əlaqələrinin geniş perspektivləri var
18:29
20 Sentyabr
Belarus parlamenti Nümayəndələr Palatasının sədri Azərbaycanda səfərdədir
18:26
20 Sentyabr
“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
18:14
20 Sentyabr
Özbəkistan Bakı-Tbilisi-Qars vasitəsilə öz xarici ticarət yüklərinin daşınma həcminin artırılmasında maraqlıdır
18:01
20 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb
18:00
20 Sentyabr
Milli Məclisdə Hindistan parlamentinin nümayəndə heyəti ilə görüş keçirilib
17:55
20 Sentyabr
Rektor: Dövlət Pedaqoji Universiteti bu günədək 150 mindən çox pedaqoji kadr hazırlayıb
17:54
20 Sentyabr
Xələf Xələfov: Azərbaycan Ermənistan rəhbərliyini sələflərinin səhvini təkrarlamamağa çağırır
17:50
20 Sentyabr
XİN: Cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür
17:49
20 Sentyabr
Genişmiqyaslı təlimlərdə gündüz vaxtı döyüş atışları keçirilib
17:47
20 Sentyabr
ABŞ Dövlət Departamenti: Azərbaycan 2017-ci ildə terrorçuluqla mübarizədə Birləşmiş Ştatların güclü tərəfdaşı olub
17:46
20 Sentyabr
Bu gün Azərbaycan gəncliyində vətənpərvərlik ruhu çox yüksəkdir
17:43
20 Sentyabr
Birinci vitse-prezident Mehriban Əliyeva NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb
17:40
20 Sentyabr
Azərbaycan-Pakistan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub
17:36
20 Sentyabr
Naxçıvanda Aşura mərasimləri keçirilib
17:24
20 Sentyabr
Prezident İlham Əliyev NATO baş katibinin müavininin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
17:22
20 Sentyabr
Prezident İlham Əliyev bir sıra ölkələrin parlament rəhbərlərini qəbul edib
17:09
20 Sentyabr
Pakistan Senatının sədri Milli Məclisdə olub
17:05
20 Sentyabr
Ağcabədidə Aşura günündə hemofiliyalı və talassemiyalı xəstələr üçün qan verilib
16:57
20 Sentyabr
Van Çunqan: Azərbaycanın iqtisadiyyatı qarşılıqlı investisiya qoyuluşları üçün əlverişlidir
16:53
20 Sentyabr
AMEA-nın prezidenti Akif Əlizadə Belarusda medalla təltif edilib
16:49
20 Sentyabr
Azərbaycanın Milli Olimpiya Komitəsinin nümayəndəsi Madriddə beynəlxalq marketinq seminarında iştirak edib
16:44
20 Sentyabr
Dövlət İdarəçilik Akademiyasında ilk mühazirə “Heydər Əliyev Dövlət İdarəçiliyi Məktəbi”ndə dinlənilib
16:39
20 Sentyabr
Aşura günü Qubada keçirilən humanitar aksiyada 100-dən çox könüllü qan verib
16:29
20 Sentyabr
Fəxri xiyabanda görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
16:27
20 Sentyabr
Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
16:22
20 Sentyabr
Qırğızıstan Joqorku Keneşinin sədri TÜRKPA Katibliyində olub
16:18
20 Sentyabr
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib
16:07
20 Sentyabr
Qurban Qurbanov: “Futbolçular meydanda əlindən gələni edəcək”
15:49
20 Sentyabr
Bu gün “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində ilk oyununa çıxacaq
15:44
20 Sentyabr
Ağsuda keçirilən qanvermə aksiyasında 70 litrədək qan toplanıb
15:38
20 Sentyabr
Aşura günündə Bərdə və Beyləqanda 150 nəfər könüllü qan verib
15:26
20 Sentyabr
Varşavada Avropa Xəbər Agentlikləri Alyansının növbəti konfransı keçirilir
15:22
20 Sentyabr
Suveren Fondların Beynəlxalq Forumunun XII illik yığıncağı Bakıda keçiriləcək
15:07
20 Sentyabr
ATƏT-in İnsan Ölçüsü üzrə illik görüşündə Ermənistanın təcavüzkar siyasətindən danışılıb
15:05
20 Sentyabr
Azərbaycanda Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub
14:45
20 Sentyabr
Kiyevdəki Azərbaycan Ticarət Evi məhsullarımızın Ukrayna bazarında satışı üçün sertifikat və lisenziya alıb
14:42
20 Sentyabr
Bolqarıstan Azərbaycanın həyata keçirdiyi qlobal layihələrə böyük maraq göstərir
14:41
20 Sentyabr
Azərbaycanda kiçik və orta biznes evləri yaradılacaq
14:32
20 Sentyabr
Qida Təhlükəsizliyi Agentliyi uşaq qidaları ilə bağlı maarifləndirici məlumat yayıb
14:30
20 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti Cocuq Mərcanlıda fermerlərin yetişdirdiyi məhsulu satın alıb
14:25
20 Sentyabr
Tsveta Karayançeva: Bolqarıstan-Azərbaycan əlaqələri inkişaf edir
14:22
20 Sentyabr
İsmayıllıda Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi keçirilib
14:20
20 Sentyabr
Cüdoçumuz Aişə Qurbanlı dünya çempionatında mübarizəni dayandırıb
14:18
20 Sentyabr
Sudan Milli Assambleyası sədrinin Azərbaycana səfəri başlayıb
14:16
20 Sentyabr
Milli Məclisdə Azərbaycan-Qırğızıstan ikitərəfli münasibətləri müzakirə olunub
14:15
20 Sentyabr
Bakı Dövlət Universitetində görkəmli alim Rəfiqə Əliyevanın xatirəsi anılıb
14:12
20 Sentyabr
Kamran Nəbizadə: Ulu öndər Heydər Əliyevin şah əsəri olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına böyük yol açdı
12:59
20 Sentyabr
Dövlət Gömrük Komitəsinin 3 500 əməkdaşı attestasiyadan keçiriləcək
12:45
20 Sentyabr
Pambığın alış qiymətinin artırılması fermerlər üçün 12-13 milyon manat əlavə qazanc deməkdir
12:43
20 Sentyabr
Kəramət Hüseynov rusiyalı Olimpiya çempionuna ipponla qalib gəlib
12:35
20 Sentyabr
Naxçıvanda “Avropa günləri” keçiriləcək
12:32
20 Sentyabr
Bakıda Əfqanıstan üzrə NATO proqramının məzunlarına sertifikatlar təqdim edilib
12:31
20 Sentyabr
Heydər Əliyev Fondu və BP birgə layihələrin icrasına dair əməkdaşlıq memorandumu imzalayıb
12:13
20 Sentyabr
"Bakı-2018": Orxan Səfərov uğurlu çıxışını davam etdirir
12:12
20 Sentyabr
Rouz Gotemoller: Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir
12:01
20 Sentyabr
Azərbaycan beynəlxalq eID Forumunda “Asan İmza” və Rəqəmsal Ticarət Qovşağı ilə təmsil olunub
11:57
20 Sentyabr
Mübariz Qurbanlı: “Hər il xeyli sayda vətəndaşımız qanvermə aksiyasına qoşulur”
11:56
20 Sentyabr
İrəvan xanlığının tarixinə dair əsərlərin erməni və fars dillərinə çevrilmiş nəşrlərinin təqdimatı keçirilib
11:52
20 Sentyabr
Siyavuş Novruzov: “Paşinyanın ordudan xəbəri yoxdur”
11:45
20 Sentyabr
Bakıda “Qadınlar, sülh və təhlükəsizlik” mövzusunda konfrans keçirilir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA