
Əli Kərimli, Fuad Qəhrəmanlı kimilərinin məqsədi ölkəmizdə sabitliyi pozmaq, xaos yaratmaq, bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaqdır
Hər zaman xarici anti-azərbaycançı dairələrin tapşırıqlarını icra edən radikal müxalifət düşərgəsinin təmsilçiləri ölkəmizdə mövcud olan sabitliyi pozmaq üçün təxribatçı əməllərə yol verirlər. Hakimiyyət hərisliyi bu cür insanları hətta dövlətçiliyə qarşı təxribatlar yaratmağa belə sövq edir ki, zaman-zaman cəmiyyətimiz bunun şahidinə çevrilir. Radikal düşərgə təmsilçilərinin xarici antimilli qrupların, eləcə də terrorçu şəbəkənin işbirlikçisi qismində çıxış etmələri, ölkədə qarşıdurma, xaos yaratmaq arzusunda olmaları onların əsl simasını növbəti dəfə cəmiyyətə göstərməkdədir.
Yeri gəlmişkən, bir müddət öncə Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində terrorçu dəstənin ölkənin hüquq-mühafizə orqanlarına qarşı silah işlətməsinə haqq qazandırmağa çalışan Əli Kərimli və onun ətrafındakılar növbəti dəfə Azərbaycan dövlətçiliyinə, xalqımıza və inkişafımıza qarşı düşmən kəsildiklərini ortaya qoydular. Ə.Kərimlinin müavini Fuad Qəhrəmanlı isə sosial şəbəkələrdə vətəndaş qarşıdurmasına yönəlik təxribat xarakterli çağırışlar səsləndirdi. Vurğulamaq lazımdır ki, artıq F.Qəhrəmanlı ölkənin hüquq-mühafizə orqanları tərəfindən həbs edilib. Respublikanın Baş Prokurorluğunun bu barədə yaydığı məlumatda da göstərilir ki, 2015-ci il noyabrın 26-da silahlı cinayətkar dəstə tərəfindən Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsi, ictimai qaydanın pozulması, terror aktları və ölümlə nəticələnən digər cinayətlər törədilməsi faktları ilə bağlı Baş Prokurorluqda istintaq edilən cinayət işi üzrə Abşeron rayon sakini, hüquqi qeydiyyatdan keçməyən AXCP-nin sədr müavini Fuad Qəhrəmanlı şahid qismində dindirilməsi üçün dekabrın 8-də telefon vasitəsilə Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə dəvət olunub. Lakin o, rəsmi çağırış vərəqi tələb etdiyindən, idarənin əməkdaşları tərəfindən həmin gün ona yaşadığı ünvanda rəsmi qaydada çağırış vərəqi təqdim olunmaqla idarəyə dəvət edilib və şahid qismində dindirilib. Göstərilir ki, aparılmış istintaqla F.Qəhrəmanlının “Facebook” sosial şəbəkəsinin özünə məxsus səhifəsində 2015-ci ilin sentyabr ayından başlayaraq yaydığı çoxsaylı informasiyalarda vətəndaşları hakimiyyət nümayəndələrinə qarşı itaətsizliyə çağırmasına, İslam dininin müxtəlif təriqətləri arasında dini nifrət və düşmənçilik salınmasına yönələn hərəkətlər etməsinə dair kifayət qədər sübutlar toplanıb. Öz çağırışları ilə F.Qəhrəmanlının insanları Nardaran qəsəbəsində dini ekstremist fəaliyyətin həyata keçirilməsinə sövq etdiyinə, dini ayrı-seçkiliyin salınmasına cəhd göstərdiyinə dair əsaslı şübhələr mövcuddur.
Məlumatda o da vurğulanır ki, F.Qəhrəmanlının Taleh Bağırov və tərəfdaşları tərəfindən silahlı ekstremist dəstə yaratmaqla Nardaran qəsəbəsində din pərdəsi altında törədilən ağır və xüsusilə ağır cinayətlərə bəraət qazandırmağa çalışaraq insanları meydan mübarizəsinə hazırlaşmağa, qorxmadan meydanlara çıxaraq hakimiyyətin zorla ələ keçirilməsinə, davamlı və kütləvi şəkildə etiraz aksiyaları keçirərək Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə açıq çağırışlar etməsinə dair məlumatlar əldə edilib: “F.Qəhrəmanlı Cinayət Məcəlləsinin 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.2.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması zor tətbiq etmə hədəsi ilə törədildikdə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmaqla məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib”.
Göründüyü kimi, radikal müxalifət təmsilçiləri artıq xarici antimilli qüvvələrlə işbirlyi ilə kifayətlənmir, radikal terror qrupları ilə də müttəfiqliyə can atırlar, onların əli ilə ölkədə qarşıdurmalar yaratmağa cəhdlər göstərirlər. Bəli, aldıqları tapşırıqlara uyğun olaraq, Azərbaycanda heç bir əsas olmadan qarşıdurma, xaos yaratmaq istəyən, vətəndaşların təhlükəsizliyini, sabitliyi pozmağa cəhd edən Ə.Kərimli, F.Qəhrəmanlı kimiləri yalnız bir məqsəd güdürlər: ölkəmizdə cəmiyyətin normal ritmini, sabitliyi pozmaq, xaos yaratmaq, bu yolla Azərbaycanın sürətli inkişafına mane olmaq.
Sevindirici haldır ki, xalqımız bu dağıdıcı ünsürlərin təxribatlarına qarşı hər zaman vahid mövqedən çıxış edir, bu qüvvələrin əsl niyyətlərini anlayır və onlardan birmənalı şəkildə imtina edir. Bu isə ölkəmizdə vətəndaş birliyinin mövcudluğunun, xalq-hakimiyyət birliyinin varlığının bir daha sübutudur. Xalqının, dövlətinin maraqlarının əleyhinə gedənlər isə artıq tarixə qovuşduqlarının fərqindədirlər və bu baxımdan etdikləri yalnız xalqdan qisas almaq kimi dəyərləndirilə bilər.
- Oxunub: 52440 |
- Tarix: 18-12-2015 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)
- - Əli Kərimlinin adı yenidən maliyyə maxinasiyasında hallanır(2019-02-01 09:40:28)