Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli üçün sonun başlanğıcı

Əli Kərimli üçün sonun başlanğıcı

13.01.2016 [09:31]

Nurlan Qələndərli

Siyasi iflası gerçəkləşmiş keçmiş AXCP sədri “siyasi fəaliyyətini” sosial şəbəkələrdə davam etdirir
Azərbaycan siyasi palitrasının autsayderlərindən ibarət olan radikal müxalifət qrupları daim bir-birləri ilə qarşıdurma şəraitində olublar. Başqa sözlə, əsasən seçkilər dönəmində “fəallıq” görüntüsü yaradan, ictimai-siyasi proseslərdə “aktiv” təmsil olunmağa çalışan radikallar anti-Azərbaycan dairələrin tapşırıq və direktivlərini icra etməklə yanaşı, hər zaman öz aralarında korporativ mənafe savaşı aparıblar. Bu isə “müttəfiq” olduqlarını və ortaq məxrəcdə “birləşdikləri”ni iddia edən dağıdıcı düşərgə təmsilçilərinin, əslində, “mehriban düşmən” mövqeyində olduqlarını göstərib. Ümumiyyətlə, dağıdıcı düşərgədəki bütün tərəflər hər zaman yaratdıqları qondarma birliklər daxilində öz dominantlıqlarını nümayiş etdirməyə çalışıblar və ümumi nəticə hər zaman iflas olub.
Bununla yanaşı, dağıdıcı düşərgənin ayrı-ayrı qrupları, xüsusilə də siyasi partiyalar daxilində də ən müxtəlif ziddiyyətlər müşahidə edilib. Xüsusilə də AXCP daxilindəki gərgin situasiya sözügedən qurumun nümayəndələri tərəfindən mənəvi terror və dözülməz hal kimi səciyyələndirilib. Məhz bunun qanunauyğun nəticəsidir ki, bəhs olunan partiyadan istefalar silsilə xarakter alıb.
Təsadüfi deyil ki, yola saldığımız 2015-ci il də AXCP üçün ənənəvi xarakter daşıyıb. Belə ki, Əli Kərimlinin AXCP daxilində yaratdığı avtoritar idarəetməyə etirazını bildirən və bu səbəbdən də partiyadan qovulan üzvlər AXCP-nin Etimad Qurultayını keçirərək onu sədrlikdən kənarlaşdırıblar. Göründüyü kimi, daxili durumun mürəkkəbliyindən, silsilə uğursuzluqlardan və mənəvi terrordan əziyyət çəkən, həmçinin bu partiyanın antimilli əməllərinə etiraz edən AXCP üzvləri çarəni bu radikal qurumdan uzaqlaşmaqda görüblər. Qeyd etdiyimiz kimi, qısa zaman kəsiyində AXCP-nin bir neçə rayon şöbəsi, eləcə də bu partiyanın funksionerləri Ə.Kərimliyə etiraz əlaməti olaraq partiyadan çıxdıqlarını elan ediblər. Həmin hadisələr ərəfəsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının Etimad Qurultayının Təşkilat Komitəsinin sədri Razi Nurullayev bildirib ki, “biz Əli Kərimliyə qarşı daha mədəni və sivil yolla mübarizə aparmaq, onu, sadəcə, ictimai qınağa məruz qoymaq istəyirik. Biz başqa yollar da düşünmüşük. Bütün bunlardan sonra isə məhkəməyə müraciət edəcəyik. Çünki orada ciddi təhqir və şəxsiyyətin alçaldılması motivləri var”.
Göründüyü kimi, radikal və ekstremist təfəkkürlü Əli Kərimlinin partiyaya rəhbərlik etməsindən sonra yaranmış diktatura mühiti AXCP-nin ciddi itkilərə məruz qalmasını şərtləndirib, situasiya onun özünü isə siyasi “tupik”ə dirəyib. Dolayısıyla, Əli Kərimlinin partiya daxilindəki repressiv siyasəti, üzvlərin rəylərinin heç bir halda nəzərə alınmaması, həmçinin dövlətçilik əleyhinə davranışlar sərgiləməsi AXCP daxilindəki antaqonist ziddiyyətlər və qarşıdurma meyillərini daha da şiddətləndirib.
Bundan sonra radikal düşərgədə Əli Kərimlinin fəaliyyəti və mövqeyinə dair etiraz səsləri ucalmağa başlayıb. Başlıca qənaət budur ki, bu şəxsin xarakteristikası onun hansı məqsəd və prinsiplər əsasında fəaliyyət göstərməsini, rəhbərlik etdiyi təşkilatın acınacaqlı durumunu aşkar etməyə imkan verir. Məhz partiya sıralarından ayrılanlar bu məqamı xüsusilə vurğulayıblar. Ümumilikdə, Əli Kərimlinin fəaliyyətini xarakterizə etsək, söyləyə bilərik ki, bu şəxsin korporativ maraqlar və antimilli mövqeyinin fonunda bu günədək etdiyi “təşəbbüslər”in əksəriyyəti xəyanətlərlə səciyyələnib. Bir zamanlar Əbülfəz Elçibəyin yanında “sədaqət nəğmələri” söyləyən Əli Kərimli sonradan ona qarşı pərdəarxası oyunların əsas fiquru və təşkilatçısı olub. AXC-nin parçalanmasında özünəməxsus cəhdlərlə çıxış edən Əli Kərimli xarici fondlardan aldığı qrantları, maliyyə vəsaitlərini öz ətrafına xəyanət etmək yolunda “məharətlə” xərcləyib. Qısa zaman kəsiyində müxtəlif qərəzli, dağıdıcı xarici qüvvələrlə təmasları sıxlaşdıran bu şəxs aldığı qrantlar və vədlər müqabilində Azərbaycana qarşı qərəzli mövqedən çıxış edən spontan qüvvələrlə sıx əməkdaşlıq münasibətləri qurub. Hətta iş o yerə çatıb ki, sözügedən şəxs erməni lobbisini belə başlıca tərəfdaş kimi qəbul edib.
Məhz bütün bunların nəticəsidir ki, onun rəhbərlik etdiyi partiya daxilində mövcud olan qütbləşmə və qruplaşma tendensiyası bu şəxsin sonunun başlanğıcını hazırladı. Nəticə birmənalıdır: siyasi iflas! Zatən, görünən odur ki, “Milli şura” adlı qondarma qurum digər radikal ünsürlər kimi, AXCP-nin də son dayanacağı idi. Və hazırda isterika vəziyyətində olan Ə.Kərimlinin rəhbərlik etdiyi bu antimilli partiya “bumeranq” effekti ilə qarşılaşaraq siyasi sistemdən silinmiş oldu. Digər reallıq isə budur ki, partiya üzvlərinin, həmçinin vaxtilə rəhbərlik etdiyi “Yurd” qruplaşmasının təmsilçilərinin ondan üz döndərməsi Ə.Kərimlinin sosial şəbəkələrdə məskunlaşmasını şərtləndirib. Başqa sözlə, siyasi iflası gerçəkləşmiş keçmiş AXCP sədri “siyasi fəaliyyətini” sosial şəbəkələrdə davam etdirir. Narazıların yaratdığı AXCP-nin aktiv fəaliyyətə qədəm qoyması isə onu hələ də formal olaraq daşıdığı AXCP möhüründən də məhrum edə bilər. Belə ki, artıq Apellyasiya Məhkəməsində görüşəcək tərəflərdən Razi Nurullayevin başçılıq etdiyi AXCP daha inamlı danışır. Onlar birmənalı şəkildə AXCP adını da Ə.Kərimlinin “əsirliyi”ndən azad edəcəklərini bildirirlər...

Paylaş:
Baxılıb: 1578 dəfə

Müəllifin digər məqalələri:

Yalanlar seriyası, yaxud Əli Kərimlinin növbəti manipulyasiya cəhdi

Vaxtilə özünü “siyasi...

20.03.2021 [08:57]

Xaossevərin “siyasət” anlayışı

Siyasətin tərifi çoxdur. Bəziləri...

13.03.2021 [10:00]

“Virtual müxalifət”in “onlayn siyasi teatr tamaşası”

Azərbaycan Dağlıq Qarabağ...

19.02.2021 [09:30]

Qalib Azərbaycanın yaratdığı geostrateji reallıqlar...

Yaxud qələbənin əhəmiyyətini...

13.01.2021 [09:44]

Terror dövlətində orduya könüllülərin cəlb olunması nəyin ifadəsidir?

Adı işğalçı siyasət və...

01.09.2020 [08:50]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30