Ana səhifə »  Müəlliflər »  Əli Kərimli: savadsız senzor, yoxsa müştəbeh despot?
A+   Yenilə  A-
Əli Kərimli: savadsız senzor, yoxsa müştəbeh despot?
Yazdı: Aqşin Şahinoğlu

AXCP sədrinin və onun rəhbərlik etdiyi “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifələri niyə qarşı fikrə qapadılıb?
Azərbaycanda fikir plüralizminin, söz və ifadə azadlığının təmin olunması dövlət siyasətinin mühüm prioritetlərindəndir. Azərbaycan hökuməti vətəndaşların bu azadlıqlarının müdafiə olunması üçün bütün zəruri addımları atır. Amma bu demokratik ölkədə siyasi, ictimai proseslərdən təcrid olunmuş, ölkənin inkişaf proseslərində yer almayan, yalnız şəxsi korporotiv maraqlarından çıxış edən və özünü tayfa, qəbilə başçısı kimi görən, despot, tiran təfəkkürlü “siyasətçilər” də var.
Biz dəfələrlə AXCP sədri Əli Kərimlinin demokratik dəyərlərdən, azadlıqdan, tolerantlıq və dözümlülükdən, haqq və ədalətdən ağızdolusu danışdığının şahidi olmuşuq. Amma tam qətiyyətlə deyə bilərik ki, bu ali davranış normaları Əli Kərimlinin özünün insanlara münasibətində tamamilə inkar olunur. Onun rəhbərlik etdiyi birliyin üzvlərinə, müxalifət düşərgəsinin digər təmsilçilərinə qarşı hansı səbəbdən və hansı formada “qara piar” kampaniyaları aparması, təzyiqlər göstərməsi ilə bağlı mətbuatda kifayət qədər geniş məlumatlar yer alıb. Hələ bir müddət əvvəl “Azadlıq” qəzetinin internet səhifəsində “şərhlər” bölməsinin bağlanmasının səbəbləri haqqında araşdırma aparmış, bununla bağlı “Yeni Azərbaycan” qəzetində məqalələr dərc etmişdik. Orada da qeyd olunduğu kimi, demokratiya, plüralizm, müxtəliffikirlilik, tolerantlıq kimi dəyərləri dilində əzbərə çevirən Əli Kərimli, əslində, bu müsbət keyfiyyətlərdən tamamilə uzaqdır. O, ən xırda tənqidə, hətta öz mövqeyi ilə üst-üstə düşməyən fikirlərə belə dözümsüz yanaşır. Elə bu səbəbdəndir ki, rəhbərlik etdiyi təşkilatda müəyyən nüfuzu olan bütün üzvlər partiyadan ya istefa verib, ya da birbaşa Kərimlinin özünün iradəsi əsasında partiyadan uzaqlaşdırılıblar. Və bu gün gəlinən nöqtədə AXCP siyasi proseslərdə heç bir rolu olmayan, ictimaiyyət tərəfindən tamamilə inkar olunan, sədrin 3-5 nəfər qohum-əqrəbası və muzdlu işçilərindən ibarət kiçik bir qrupa çevrilib. Amma Əli Kərimli bu baş verənlərdən nəticə çıxarıb, özünün davranış və düşüncələrində korrektələr etmək əvəzinə, kor tutduğunu buraxmayan kimi, bu gün təklənmiş olmasına səbəb olan mərəzinə sadiqdir. Bunu Əli Kərimlinin özünün və rəhbərlik etdiyi “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifələrinə, sadəcə, bir dəfə nəzər salmaqla aydın görmək olur.
Onlarla mesaj və dəyişməyən bir həqiqət
Etiraf edim ki, bir neçə dəfə sadəlövhlük edib Əli Kərimlinin özünün və “Azadlıq” qəzetinin “facebook”dakı səhifələrində qəbul etmədiyim, mənə görə, doğru olmayan fikirlərə münasibət bildirib, şərh yazmaq istəmişəm. Burada da yeganə məqsədim diskussiya aparmaq olub. Amma bu səhifələrdə nəinki diskussiya aparmaq mümkün olmayıb, əksinə, şərhlərim səhifədən dərhal silinib, profilim isə bu səhifələrdə “bloklanıb”. Bununla bağlı şəxsi “facebook” səhifəmdə yazdığım statusa şərhlərdən və “inbox”uma gələn mesajlardan isə bəlli oldu ki, mən bu səhifələrdə “bloklanan” yeganə “facebook” istifadəçisi deyiləm. Mahir Nəsirov, Mübariz Abdullayev, Fuad Ağayev, Aliyar Məmmədov, Nurlan Qələndərli, Eldarxan Quluzadə, Elvin Mənsimov, Sevda Hüseyn, Səbuhi Mübariz Abbasov, Həmid Qiyasov, Faiq Qardaşov, Lalə Suri, Aygün Həsənova, Lalə Mehdiyeva, Fidan Afər, Əfsanə Qıpçaq Ələsgərli, Kamran İsmayılov və digərləri mənə yazdıqları mesajlarda bildirdilər ki, onlar Əli Kərimlinin və “Azadlıq” qəzetinin “qara siyahı”sında yer alan - “bloklanan” yüzlərlə sosial şəbəkə istifadəçilərindən, sadəcə, bir neçəsidir. (şəkil 1) Qeyd olunur ki, birbaşa Əli Kərimlinin və ətrafındakı 3-5 zombinin yazdığı cəfəng, uydurma fikirlərlə dolu statusların altına yazılan şərhlərdən hansıları Kərimlinin xoşuna gəlmirsə, dərhal o şərhlər səhifədən silinir, müəllifləri isə bu səhifələrdə “bloklanır”. Əlbəttə, bu faktın özü belə Əli Kərimli üçün demokratiyanın nə demək olduğunu, adi bir fikrə qarşı bu qədər aqressiv davranışın, linç kampaniyasının, əslində, dözümsüzlüyün, despotizmin onun üçün başlıca keyfiyyət olduğunu ortaya qoyur.
Əli Kərimlini narahat edən şərhlərdə nə deyilir?
Bir məqamı xatırlatmaq istərdik ki, Əli Kərimli “Azadlıq” qəzetinin internet saytının “Şərhlər” bölməsinin ləğv olunması ilə bağlı bizim suallarımıza cavabında bildirmişdi ki, guya həmin bölmədə hansısa qeyri-etik ifadələr işlədildiyi üçün bu addımı atıblar. Əslində isə, həqiqət başqadır. Yazıda təqdim etdiyimiz faktlardan da göründüyü kimi, Əli Kərimlini narahat edən bu şərhlərdə əksini tapan əlahəzrət faktlardır. O faktlar ki, Əli Kərimlinin qanunsuz fəaliyyətini ifşa edir. Məsələn, Təhminə Əliyeva adlı sosial şəbəkə istifadəçisi Əli Kərimliyə yazır ki, siz 23 ildən artıqdır heç bir yerdə işləmədiyinizi qeyd edirsiniz. Bəs əldə etdiyiniz villalar, maşın, mülklər, oğlunuzu ən bahalı şəhərdə ən bahalı universitetdə oxutdurmaq hansı pullar hesabına başa gəlir? Bu dövləti müflis etməkdən danışırsınızsa, siz bu dövləti 92-ci ildə elə müflis etdiniz ki, o pullarla indiyə kimi əla dolanırsınız. (şəkil 2)
Tural Nəcəfov adlı vətəndaş da Əli Kərimlinin korrupsioner olmasını vurğulayır və ötən illər ərzində onun heç bir yerdə işləməməsinə baxmayaraq, özünə zəngin həyat şəraitini necə yaratdığını soruşur. O, faktlarla göstərir ki, Əli Kərimli 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə bankdan (Texnika Bank) 8 milyon 603 min 364 manat pul çıxarıb. Onun oğlu Türkel Kərimli 2011-ci ildə sentyabrın 26-dan oktyabrın 17-dək olan müddət ərzində “Texnikabank”da 75 min funt-sterlinq həcmində bank əməliyyatı aparıb. (şəkil 3)
Əlbəttə, bunlar Əli Kərimlinin əməlləri ilə bağlı konkret faktlarla təsdiqini tapmış ilk belə məlumat deyil. Bundan əvvəl də AXCP-də yüksək postlar tutmuş partiya funksionerləri, “Azadlıq” qəzetinin əməkdaşları, Əli Kərimliyə yaxın olan adamlar, o cümlədən Razi Nurullayev, Mirzə Sakit, Sakit Allahverdiyev, Elman Türkoğlu və digərləri AXCP sədrinin korrupsioner mahiyyətini ifşa etmişdilər. Bu gün bununla bağlı yeni faktların səsləndirilməsi, sosial şəbəkələrdə də dilə gətirilməsi Kərimlini ciddi şəkildə narahat edib ki, o, bu arqumentlərə cavab vermək əvəzinə, işi kökündən “həll etməyə” - həmin fikirləri öz səhifəsindən pozmağa üstünlük verir, “döyüş meydanı”ndan qaçmaqla canını qurtarmağa çalışır.
Başqa bir nümunə - Camal Ağarzayevin Əli Kərimliyə ünvanlanan, lakin hələ də qarşı tərəfdən cavablanmayan sualları bunlardır: “Siz özünüzü ictimai-siyasi fəal sayırsınız? Bir partiya kimi fəaliyyətiniz nədən ibarətdir? Mitinqlərə 1000 nəfər adam yığa bilmirsiniz. O da sizin və ətrafınızdakı adamların səriştəsizliyi, vaxtilə hakimiyyətin yanında olub sonradan hakimiyyətə xəyanət edənlərin ikiüzlülüyü, yalan vədlərin nəticəsidir...”. (şəkil 4) Bəlkə, burada hansısa etik dəyərlər pozulub, bizim xəbərimiz yoxdur? Əlbəttə, xeyr. Burada sadəcə Əli Kərimlinin bir siyasətçi kimi yararsızlığı, bacarıqsızlığı və bunun ucbatından da AXCP-nin indiki miskin duruma düşməsi tənqid olunur. Əli Kərimlinin “mayası” isə tənqidə dözməyə imkan vermir. Elə Ruslan Əliyev, Hüseyn Abdulov, Aliyar Məmmədov, Eldarxan Quluzadə, Fuad Huseynzadə, Elçin Seyidov, Fuad Ağayev, Elşad Haqverdiyev adlı istifadəçilərin də şərhləri bu qəbildən olduğu üçün Kərimlinin “senzura”sını keçə bilməyib. (şəkil 5) Amma Kərimli sovet dövrünün ştatlı qadağaçılarından fərqli olaraq çox savadsız senzor təsiri bağışlayır. Çünki o, hələ də hansı situasiyada hansı addımı atmalı olduğunu dərk etmək qabiliyyətinə malik deyil. (Yazıda yerləşdirilmiş əlavə şəkillərdə adıçəkilən şəxslərin şərhləri yer alıb-A.Ş.)
Gültəkin Hacıbəylinin və Cəmil Həsənlinin “Əli Kərimliliyi”...
“Dostunu göstər, deyim, sən kimsən”. Belə bir məşhur deyim var. Azərbaycanın radikal müxalifət düşərgəsində kök salmış ünsürlərin başlıca xarakterik keyfiyyətlərinə nəzər saldıqda bu, daha aydın təsdiqini tapır. Cəmil Həsənli, Gültəkin Hacıbəyli kimi istifadə müddətini çoxdan doldurmuş “siyasətçilər” də fərqli fikrə dözümsüzlük, tənqidə qarşı aqressiya nümayiş etdirməkdə heç də “xaç ataları” Əli Kərimlidən geri qalmırlar. Onlar da sosial şəbəkələrdəki səhifələrində qarşı fikrin üzünə qapılarını bağlayıblar. Məsələn, Gültəkin Hacıbəylinin “boğazdan yuxarı” fikirlərinə qarşı Camal Ağazadə adlı “facebook” istifadəçisinin yazdığı “Onsuz da hamı bilir ki, sizin bir dərdiniz var, o da deputat mandatınızın əlinizdən alınması. Xalqın problemi sizi nə zaman düşündürüb? Problemimiz hər zaman olub. Bəs niyə Milli Məclisdə oturanda bu haqda bir dəfə də olsa danışmamısınız, ancaq hakimiyyətin apardığı siyasəti tərifləmisiniz? 2003-cü ildə İlham Əliyevin vəkili kimi çıxış edərək xalqı ona səs verməyə çağırırdınız. İndi nə oldu? Deputatlıq mandatınız əlinizdən alındı, deputat olarkən qanunsuz ələ keçirdiyiniz istehsal, xidmət və ticarət obyektləriniz əlinizdən alınandan sonra “vicdanınız” oyandı? 2000-2010-cu illərdə deputat olduğunuz 10 ildə vicdanınız harda idi?” (şəkil 6) şərhində yer alan suallar nəinki keçmiş deputat tərəfindən cavablandırılmayıb, əksinə, bu şərh cəmi bir neçə dəqiqə sonra G.Hacıbəyli tərəfindən silinib. C.Ağazadənin özü isə Hacıbəylinin səhifəsində “bloklananlar” sırasına əbədi qonaq olub. Hər halda C.Ağazadə bizə bu barədə belə yazıb.
Cəmil Həsənlinin səhifəsində isə şəxsən mənim özümün də yazdığım şərhlər bir neçə saniyə sonra pozulub. Bu isə bir daha ətrafındakıların da asanlıqla Əli Kərimlinin “yoluxucu virus”una boyun əydiklərini və bundan sonra heç bir vaksinin bu zərərli ünsürlərin reabilitasiyasına faydası olmadığını sübuta yetirir.
Beləliklə, sadalanan faktlar və yazıda yer verdiyimiz digər əlavələr də açıq şəkildə göstərir ki, özünü radikal müxalifət düşərgəsinin “demokrat lider”i adlandıran Əli Kərimli, əslində isə, savadsız senzor və islaholunmaz despotdan başqa bir şey deyil. O, adi sosial şəbəkədə belə qarşı fikrə tab gətirə bilmir, öz səhifələrində debat imkanlarını tamamilə qapadır. Əvəzində isə özünün muzdlu mirzələri vasitəsilə bu səhifələrdə insanları təhqir etdirir, adi tərbiyə normalarını belə heçə sayır. Bu əxlaq və düşüncədə olan birinin isə bu gün yüksək intellektual Azərbaycan cəmiyyəti tərəfindən inkar olunması, siyasi sistemdən tamamilə reduksiyaya uğraması tam ədalətli deyilmi?
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  25380  |  
  • Tarix:  29-01-2016  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub
19 Fevral 16:21
Bakıda beynəlxalq humanitar hüquq sahəsində seminar işə başlayıb
19 Fevral 16:08
“Onlar heç vaxt böyüməyəcəklər” kitabının Türkiyədə təqdimatı olub
19 Fevral 16:00
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq
19 Fevral 15:54
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində amerikalı ekspertlərlə görüş keçirilib
19 Fevral 15:29
Azərbaycanın turizm potensialı Belarusda təbliğ olunub
19 Fevral 15:24
İsmayıllıda ötən il ümumi məhsul istehsalının həcmi 14 milyon 757 min manat artıb
19 Fevral 15:15
Keçən il ölkədəki bərpaolunan enerji mənbələrinin 7,3 faizindən istifadə edilib
19 Fevral 14:53
Elçin Quliyev: Sərhədçilər Prezident İlham Əliyevin tapşırıqlarını yüksək səviyyədə icra edirlər
19 Fevral 14:47
Qədim Buxara şəhəri bu il İslam mədəniyyətinin paytaxtı seçiləcək
19 Fevral 14:29
Sabah Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir
19 Fevral 14:22
Muğamsevərlər Heydər Əliyev Sarayında yenidən bir araya gəliblər
19 Fevral 14:10
Xocalı soyqırımının ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçiriləcək
19 Fevral 14:03
V İngilis dili olimpiadası keçiriləcək
19 Fevral 14:00
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələr Misir mətbuatında da geniş işıqlandırılıb
19 Fevral 12:45
Elxan Məmmədov: Avro 2020 Bakıya Avropa Liqasının finalından üç dəfə çox turist cəlb edəcək
19 Fevral 12:41
Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
19 Fevral 12:40
ABŞ radiosunda Azərbaycanda mövcud olan dinlərarası harmoniyadan danışılıb
19 Fevral 12:30
İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələrində ödənişlərin nağdsız aparılması üçün bank kartı buraxılıb
19 Fevral 12:21
Prezident Administrasiyasına daxil olan müraciətlər hərtərəfli öyrənilir
19 Fevral 12:17
Ötən il Beyləqanda ümumi məhsul buraxılışının həcmi 528,11 milyon manat olub
19 Fevral 12:14
Prezident İlham Əliyevin yeni islahatları bütün sahələrdə inkişafın sürətləndirilməsinə şərait yaradıb
19 Fevral 11:48
Macarıstanda Azərbaycan Kinosu Günləri keçirilir
19 Fevral 11:38
Nazir müavini: 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılması planlaşdırılır
19 Fevral 11:32
Zaur Əliyev: “İcbari tibbi sığortanın tətbiq olunduğu bəzi regionlarda həkim çatışmazlığı müşahidə olunur” – MÜSAHİBƏ
19 Fevral 11:27
Azərbaycan Avropanın aparıcı dəmir yolu şirkətləri ilə əlaqələri genişləndirir
19 Fevral 11:23
“Qış Məktəbi”nin iştirakçıları Şəkinin tarixi məkanlarında
19 Fevral 11:16
Azərbaycan Prezidentinin dərin islahatları vətəndaş müraciətlərində qaldırılan məsələlərin həllinə böyük inam yaradır
19 Fevral 11:14
Elmar Məmmədyarov Brüsseldə Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varheyli ilə görüşüb
19 Fevral 11:06
Vətəndaşlarımızın ictimai təəssübkeşlik nümunəsi olan bütün təkliflərinə diqqətlə yanaşılır
19 Fevral 10:39
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
19 Fevral 10:34
Azərbaycan və İspaniya arasında ticari-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş potensial mövcuddur
19 Fevral 10:26
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəs rejimini 21 dəfə pozub
19 Fevral 10:24
UEFA Çempionlar Liqası: səkkizdədir final mərhələsinin növbəti oyunları keçiriləcək
19 Fevral 10:22
Prezident İlham Əliyev Paşinyanın bütün yalanlarını faktlarla və məntiqlə ifşa etdi
19 Fevral 10:17
Bahar Muradova: Dalana dirənmiş danışıqları nəticəyə yönəlmiş prosesə çevirmək üçün bu debatı yeni bir başlanğıc hesab etmək olar
19 Fevral 10:13
Azərbaycanlı tədqiqatçı - alim Misirdə beynəlxalq konfransda çıxış edib
19 Fevral 10:06
Heydər Əliyev irsinin tədqiqi işinə daha bir dəyərli töhfə
19 Fevral 10:03
Türkiyə mediası: Prezident İlham Əliyev Paşinyanı çətin vəziyyətə saldı
19 Fevral 10:00
Ermənistan mətbuatı: Paşinyanın Münxen biabırçılığı...
19 Fevral 09:57
“The USA Tribune”: Müzakirələr Paşinyan üçün uğursuz başa çatdı
19 Fevral 09:55
“Vestikavkaza.ru”: Prezident İlham Əliyev Münxendə Paşinyanı darmadağın etdi
19 Fevral 09:54
Yaponiya mətbuatı: Prezident İlham Əliyev Dağlıq Qarabağın tarixi Azərbaycan ərazisi olduğunu faktlarla diqqətə çatdırdı
19 Fevral 09:51
Erməni ekspert: Azərbaycan Prezidenti qalib gəldi
19 Fevral 09:50
Xocalı soyqırımı bəşəriyyətə qarşı edilən cinayətdir...

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6