Ana səhifə »  Müəlliflər »  Əli Kərimli və dəstəsi ənənəvi xəyanətkar ampluada...
A+   Yenilə  A-
Əli Kərimli və dəstəsi ənənəvi xəyanətkar ampluada...
Yazdı: Pərviz Sadayoğlu

Əli Kərimli və onun “böhtan makinəsi” ölkəmizə qarşı yalanın həmçinin qərəzin təbliğatçısı olmaq mərəzindən qurtula bilmir
Xarici ermənipərəst mərkəzlərin “yedəyi” funksiyasını yerinə yetirən Azərbaycanın radikal müxalifət təşkilatları hər zaman ölkəmizə, xalqımıza qarşı aparılan şər-böhtan kampaniyalarının ön sıralarında yer alıblar. Daha doğrusu, ölkəmizin əldə etdiyi uğurlara, son 12 ildə Cənubi Qafqazın aparıcı iqtisadi-siyasi aktoruna çevrilməsinə qarşı qısqanc münasibət bəsləyən ermənipərəst xarici dairələr öz çirkin oyunlarında məhz bu, xəyanətdən və satqınlıqdan başqa heç bir işə yaramayan uğursuzlar dəstəsindən istifadə ediblər. İstər “Eurovision” mahnı müsabiqəsinin ölkəmizdə keçirildiyi dövrdə, istərsə də birinci Avropa Oyunları kimi möhtəşəm yarış zamanı radikal düşərgə, ən əsası isə AXCP və onun mətbu ruporu böyük həvəslə həmin ermənipərəst təşkilatların danışan “dili” funksiyasında çıxış ediblər.
Xatırlatmaq yerinə düşər ki, dünyada gedən qlobal maliyyə böhranı bir sıra ölkələrin, hətta Avropanın aparıcı dövlətlərinin iqtisadiyyatına belə mənfi təsirsiz ötüşməyib. Təbii ki, neftin dünya bazarında bir neçə dəfə qiymətini itirməsi iqtisadiyyatı neftlə bağlı olan ölkələrə də təsir göstərir. 
Məhz bunların fonunda Qərbin inkişaf etmiş dövlətlərinin də “kəmərsıxma əməliyyatı” adı verdiyi “islahatlarla” bağlı xəbərlər informasiya məkanının “bəzəy”inə, iqtisadi böhranın ortaya çıxardığı qarşıdurmalar, vətəndaş-hakimiyyət ziddiyyətləri isə Qərb paytaxtlarında bir növ ənənəyə çevrilib. Amma nədəndirsə, Əli Kərimlinin və onun nəzarətindəki qəzetin “gözü” bunları görmür. Onlar ancaq birmənalı şəkildə yaranan situasiyadan bəhrələnməyə çalışan və yalan informasiyalarla rəy yaratmağa niyyətlənən ermənipərəst maraqların yaydıqları dezinformasiyaları axtarmaqdadır. Çünki Azərbaycan dövlətinə atılan hər bir böhtanı tirajlamaq, ölkəmizə qarşı hazırlanmış çirkin oyunlarda rol almaq Əli Kərimlinin və onun ətrafındakıların əsas “vəzifə borclarıdır”. Bu baxımdan, növbəti dəfə də Əli Kərimli və onun “böhtan makinəsi” ölkəmizə qarşı yalanın və qərəzin təbliğatçısı olmaq ənənəsindən əl çəkməyib...
Ermənipərəstlərə xidmət göstərən Ə.Kərimli çirkin oyunların alətinə çevrilib
Qeyd edildiyi kimi, Azərbaycanın sərhədlərindən kənarda baş verən siyasi və hərbi proseslərin nəticəsi olaraq neftin qiymətinin kəskin şəkildə ucuzlaşması qlobal xarakter daşıyır. Yəni Azərbaycan valyutasının uzun illərdən sonra devalvasiyaya məruz qalması məcburi xarakter daşıyırdı. O baxımdan ki, iqtisadiyyatı enerji ixracı ilə bağlı olan Rusiya, Qazaxıstan və başqa dövlətlərdə, eləcə də iqtisadiyyatı neftdən asılı olmayan Türkiyə, Çin və digər ölkələrdə devalvasiya prosesi daha əvvəldən başlamış, proses böyük fəsadlara yol açmışdı. Azərbaycanda isə əhalinin devalvasiyanın fəsadlarından qorunması yönündə mühüm addımlar atıldı, qərarlar verildi. Ölkəmizdə aztəminatlı ailələrin müavinətləri, pensiyalar, eləcə də maaşlar artırıldı, süni qiymət artımının qarşısının alınması yönündə dövlət tərəfindən qətiyyətli addımlar atıldı. 
Amma ermənilərin səsinə “səs verməyə” öyrəşmiş Əli Kərimli və dəstəsi öz ənənəvi xəyanətkar amplualarından əl çəkmirlər. Görəsən, xarici ermənipərəstlərə xidmət göstərən Ə.Kərimli niyə demir ki, ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində əsaslı addımlar atılır? Niyə demir ki, son 10 ildə ölkəmizdə böyük quruculuq işləri görülüb? 
Təbii ki, Əli Kərimlinin xisləti ölkəmizdə gedən inkişafı etiraf etməyə imkan vermir. Bununla belə, Azərbaycanda illərdir ki, sosial rifahın yüksəldilməsi istiqamətində atılan addımlar, turizm sektorunun inkişaf etdirilməsi yönündəki tədbirlər, xaricilərin, ən əsası, Qərbin inkişaf etmiş dövlətlərinin təmsilçilərinin Azərbaycanın sıçrayışlı yüksəlişindən danışması kimi faktlar Ə.Kərimli və onun ermənipərəst “dayı”ları üçün əsl cavabdır. 
Əli Kərimlinin şər-böhtan yaymağa öyrənmiş mətbu ruporu gülünc reytinq agentliyinin yalan proqnozlarının təbliğatçısı rolunda çıxış edir
Bir sözlə, Əli Kərimli və onun hər zaman şər-böhtan yaymağa öyrənmiş mətbu ruporu ölkəmizdə süni qiymət artımının qarşısının alınması istiqamətində atılan addımları, ərzaq, əsas idxal mallarının qiymətinin endirilməsi yönündə alınan qərarları bir dəfə də olsun qeyd etməyiblər. Amma hansısa gülünc reytinq agentliyinin yaydığı yalan proqnozun təbliğatçısına çevriliblər. Bu məqamda xatırladaq ki, dünyanın inkişaf etmiş ölkələrində belə ÜDM-in azaldığı 2015-ci ildə ölkəmizdə bu göstəricidə 1 faizdən çox artım müşahidə olunub. Bunun qarşılığında isə Ə.Kərimli hələ də erməni yalanlarının xülyası ilə 2016-cı ildə ÜDM-də azalma olacağını “proqnozlaşdırır”. 
Əslində, bu cür yanaşma bir daha Ə.Kərimli və yandaşlarının antimilli mahiyyətindən xəbər verir. Görünən odur ki, 1992-ci ildə Azərbaycanın maraqlarını xarici fondlara satan, sonradan isə öz partiyadaşlarına xəyanət edən Əli Kərimli bu gün də ölkəmizin, xalqımızın mənafeyinə qarşı cəbhə alır. Ermənipərəst qurumların çirkin oyunlarının aləti qismində çıxış edən Ə.Kərimli və dəstəsi bir daha öz kimliklərini Azərbaycan cəmiyyətinə nümayiş etdirirlər. 
Ə.Kərimlinin yalanlarının və xəyanətlərinin ömrü sabun köpüyü qədərdir
Bəli, Azərbaycan özünün iqtisadi inkişafının yeni mərhələsinə qədəm qoyub. Heç şübhəsiz, hər zaman bütün çətinliklərin öhdəsindən gəlməyi bacaran xalq-iqtidar birliyi sayəsində ölkəmiz bu mərhələni də uğurla başa vuracaq. Bu gün Azərbaycanda sahibkarlığın inkişafı üçün münbit zəmin, təkmil qanunvericilik formalaşdırılıb. Xalqımızın sosial təminatının yaxşılaşdırılması yönündə bütün lazımi addımlar atılır. Dövlətimiz korrupsiyaya qarşı effektiv mübarizə aparır. İdarəçilikdə çeviklik və operativlik təmin edilib. Ölkə Prezidenti də vurğulayıb ki, vacib sosial layihələrin icrası davam etdirilir. Regionların inkişafı istiqamətində mühüm addımlar atılır, Dövlət Proqramı icra olunur. Strateji məhsul olan unun idxalında ƏDV-nin götürülməsi, biznesin inkişafı yönündə mühüm qərarların alınması vətəndaşların rifahının yüksəlməsini təmin edir.
Bunun qarşılığında isə Əli Kərimli və dəstəsi öz yalanlarının içində əriyib itirlər. Necə deyərlər, xəyanətin ömrü uzağı 40 gün çəkər. Ə.Kərimlinin yalanlarının və xəyanətlərinin ömrü isə sabun köpüyü qədərdir...

 
  • Oxunub:  24570  |  
  • Tarix:  10-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır

17 Noyabr 13:00
Əli Kərimli və radikal ətrafı bəraət axtarışında
17 Noyabr 09:53
Birinci vitse-prezident Mehriban Əliyeva 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə xalqımızı təbrik edib
17 Noyabr 09:40
Heydər Əliyev Sarayında Şövkət Ələkbərovanın xatirə gecəsi keçirilib
17 Noyabr 09:22
Azərbaycanda Milli Dirçəliş Günü qeyd olunur
17 Noyabr 09:20
Ankarada Xocalı soyqırımına həsr olunan mərasim keçirilib
17 Noyabr 09:13
Üçrəngli bayrağımız Naxçıvanda əbədi yüksəkliyə qaldırılıb
16 Noyabr 19:34
Fransalı jurnalistlər Azərbaycanda qadın hüquqları sahəsində görülən işlər barədə məlumatlandırılıblar
16 Noyabr 19:09
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 19:08
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Odessada Azərbaycan məktəbi ilə tanış olub
16 Noyabr 18:53
Əmək normalarına dair seminarda işçiyə ödənilən əməkhaqqı sistemindəki qaydalardan bəhs olunub
16 Noyabr 18:45
Mirsad Kalayciç: Azərbaycanda nümunəvi tolerant mühit hökm sürür
16 Noyabr 18:42
Odessada Azərbaycan icması ilə görüş keçirilib
16 Noyabr 16:58
Bakıda bədii gimnastika üzrə beynəlxalq turnirin açılış mərasimi olub
16 Noyabr 16:51
Daxili İşlər naziri Azərbaycan Respublikasında İnterpolun Milli Mərkəzi Bürosunun rəisini şəxsi heyətə təqdim edib
16 Noyabr 16:24
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
16 Noyabr 15:44
UNESKO Baş Konfransında Azərbaycan Milli Komissiyasının fəaliyyətindən danışılıb
16 Noyabr 15:41
Multikulturalizm Mərkəzində ABŞ senatorları ilə görüş olub
16 Noyabr 15:37
Sevinc Fətəliyeva: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi mühüm hadisədir
16 Noyabr 15:34
Gövhər Baxşəliyeva: 2020-ci ildə elm xərcləri bütövlükdə 193,7 milyon manat təşkil edəcək
16 Noyabr 15:30
Tahir Mirkişili: Dövlət investisiya xərclərinin dövlət büdcəsində payı 5 milyard manata yaxındır
16 Noyabr 15:28
Kərimlivari “sədaqət” və “cəsarət”
16 Noyabr 13:14
Müdafiə naziri əməliyyat təliminin yekunlarına dair xidməti müşavirə keçirib
16 Noyabr 12:38
AMEA-nın prezidenti: İran və Azərbaycan alimləri tarixi həqiqətlərin ortaya çıxarılması üçün birgə fəaliyyət göstərməlidirlər
16 Noyabr 12:29
Litvanın ölkəmizdəki səfiri Naxçıvanın istehsal, mədəniyyət və təhsil müəssisələri ilə tanış olub
16 Noyabr 12:17
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
16 Noyabr 12:12
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
16 Noyabr 12:07
Mikayıl Müşfiqin xatirəsinə ithaf olunan tamaşa növbəti dəfə səhnədə
16 Noyabr 12:02
Bakıda III Beynəlxalq uroonkologiya simpoziumu keçirilib
16 Noyabr 10:03
Dünya dini liderlərinin ikinci Zirvə görüşünün Bakıda keçirilməsi göstərir ki, Azərbaycan dinlərarası dialoqun inkişafında önəmli rol oynayır
16 Noyabr 09:56
“Əbədiyyət günəşi” məqalə müsabiqəsinin qalibləri mükafatlandırılıb
16 Noyabr 09:54
Məzahir Bayramov: Yeni Azərbaycan Partiyası öz sıralarında 740 min nəfərdən artıq üzvü birləşdirən nəhəng siyasi qüvvədir
16 Noyabr 09:50
2020-ci il ölkə üzrə icbari tibbi sığortanın tətbiqi ili olacaq
16 Noyabr 09:48
Radikal müxalifət ermənipərəst xarici mərkəzlərin xəyanətkar planlarının icraçısı rolunda çıxış edir
16 Noyabr 09:47
“Ədibin Evi” Mir Cəlal adına ikinci hekayə müsabiqəsi elan edib
16 Noyabr 09:45
Seçki mübahisələrinin həllinə dair növbəti seminar-müşavirə Şirvanda keçirilib
16 Noyabr 09:42
Masallı məktəblisi: Ölkəmizin dilbər guşələrini görmək hər bir gəncin arzusudur
16 Noyabr 09:41
Regionlarda meyvə istehsalı artıb
15 Noyabr 22:03
Fələstin Prezidentinin müşaviri: Azərbaycan xalqının multikulturalizm təcrübəsi beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15 Noyabr 21:47
Pakistanın Təhsil naziri UNESKO-nun Təhsil Komissiyasının sədri seçilib
15 Noyabr 21:39
Rusiyanın Patriarxı Kirill İçərişəhəri ziyarət edib
15 Noyabr 21:36
Azərbaycan və ABŞ ştatlarının qanunverici orqanları arasında əlaqələrin inkişafı məsələləri müzakirə olunub
15 Noyabr 21:32
Lerikin 3 kəndinə təbii qaz verilib
15 Noyabr 21:29
Azərbaycan Ordusunun genişmiqyaslı əməliyyat təliminin sonuncu mərhələsi keçirilib
15 Noyabr 21:23
Bakıda “İslam sivilizasiyalarının mədəniyyət və irsi” adlı sərgi açılıb
15 Noyabr 21:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində kadr məsələləri üzrə təlimi davam etdirir
15 Noyabr 21:17
Azərbaycan İlahiyyat İnstitutunda cenevrəli alimlə görüş
15 Noyabr 21:14
Azərbaycan mədəni irsin qorunması, bərpası və təbliği sahəsində UNESKO ilə sıx əməkdaşlıq edir
15 Noyabr 21:10
İqtisadçı ekspertlər vergi qanunvericiliyindəki dəyişikliklər barədə məlumatlandırılıblar
15 Noyabr 21:06
“MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılıblar
15 Noyabr 20:53
“Bir əsrin xəzinəsi – Bakı Dövlət Universiteti 100 il” kitabının təqdimatı olub
15 Noyabr 20:50
Beynəlxalq İnkişafa Yardım İdarəsi xarici diplomatlar üçün ixtisasartırma kursu təşkil edir
15 Noyabr 20:47
Bakı 2021-ci və 2022-ci illərdə savat üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək
15 Noyabr 20:45
Qızıl Ordanın 750 illiyinə həsr olunmuş konfrans keçirilib
15 Noyabr 20:39
Şəkərli diabet xəstəliyinə tutulmuş insanlara dövlət qayğısı artırılır
15 Noyabr 20:36
Vəkilliyə namizədlərlə icbari təlimə başlanılıb
15 Noyabr 20:34
ADNSU: Aberdin Universitetinin Mühəndislik Məktəbi ilə əməkdaşlıqla bağlı müzakirələr aparılıb
15 Noyabr 20:33
Təhsil nazirinin müavini Mingəçevirdə vətəndaşları qəbul edib
15 Noyabr 19:35
Prezident İlham Əliyev Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavinini və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib
15 Noyabr 18:03
Nəsib Məhəməliyev: 2020-ci ilin dövlət büdcəsi müstəqillik illərinin ən iri həcmli büdcəsidir
15 Noyabr 18:01
Malik Həsənov: İqtisadiyyatımız qeyri-neft sektorunun inkişafı hesabına daha da güclənir
15 Noyabr 18:00
Mahir Abbaszadə: Dövlət büdcəsində baş verən artım ölkəmizdə həyata keçirilən uğurlu iqtisadi siyasətin məntiqi nəticəsidir
15 Noyabr 17:59
Tahir Rzayev: Bakıda Dünya dini liderlərinin II Sammitinin keçirilməsi ölkəmizin beynəlxalq müstəvidə artan nüfuzundan xəbər verir
15 Noyabr 17:57
Milli Oftalmologiya Mərkəzinin Gözdən Əlillər Cəmiyyətində keçirdiyi tibbi aksiya zamanı 71 nəfər müayinə olunub
15 Noyabr 17:55
Siyavuş Novruzov: Azərbaycan dini konfessiyalar arasında əlaqələrin qurulması ilə sülhə nail olmağın nümunəsini təqdim edir
15 Noyabr 17:54
Tarixi mirasın tolerantlıq dərsləri
15 Noyabr 17:29
“euro2020.affa.az” saytı istifadəyə verilib
15 Noyabr 17:27
Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun şərəfinə ucaldılan heykəlin açılışı olub
15 Noyabr 17:23
“Ağ Şəhər”də növbəti yaşıllıq zonası yaradılır
15 Noyabr 17:14
Prezident İlham Əliyev Şamaxıda zəlzələnin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsinə 3 milyon manat ayırıb
15 Noyabr 17:08
Azərbaycan nümayəndə heyəti VIII Beynəlxalq Sankt-Peterburq Mədəniyyət Forumunda iştirak edir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA