Ana səhifə »  Müəlliflər »  “Şər üçbucağı” və bir flyuger
A+   Yenilə  A-
“Şər üçbucağı” və bir flyuger
Yazdı: Aqşin Şahinoğlu

Yaxud fikir plüralizminə, obyektiv tənqidə və sağlam mövqeyə qapılarını kilidləyən media orqanları hansılardır?
“Dövlət katibi komsomolçu idi - sonradan flyuger kimi əqidəsini dəyişmiş və xalq hərəkatına qoşulmuş birisi. Ondan sonrakı dövrdə də bir neçə dəfə əqidəsini dəyişmişdi. Hətta 1990-cı illərin ortalarında hakimiyyətlə sıx əlaqədə olaraq parlamentdə də təmsil olunurdu. Ancaq silahdaşları, yoldaşları onu yaxşı tanıyırlar. Ağır vaxtda öz liderinə xəyanət etmiş insan, əlbəttə ki, yüksək keyfiyyətlərə malik ola bilməz”.
Prezident İlham Əliyev Azərbaycan Gənclərinin I Forumunun 20 illiyi münasibətilə ölkə gənclərinin bir qrupu ilə görüşündə AXCP sədri Əli Kərimlinin siyasi keçmişini bu fikirlərlə ifadə etdi. Təbii ki, dövlət başçısının söylədikləri Kərimlinin şəxsiyyətini dolğunluqla əks etdirir. 
Xəyanət mücəssəməsi - Əli Kərimli
Sirr deyil ki, Azərbaycanın siyasi həyatında Əli Kərimlinin adı satqınlıqla assosiasiya olunur. Xəyanətkarlıq AXCP sədrinin siyasi portretinin ən mühüm cizgisinə, belə demək mümkündürsə, imicinə çevrilib. Məsələn, bir zamanlar Azərbaycan Dövlət Universitetində komsomol komitəsinin katibi olan Kərimli 80-ci illərin ikinci yarısında vəziyyət dəyişəndə qatı antikommunistə və “əqidəli” “demokrat”a çevrildi, “cəbhə hakimiyyəti” dövründə ən yüksək postlardan birinə sahib çıxdı, hakimiyyətdən getdikdən sonra vaxtilə onu irəli çəkən liderinə xəyanət etdi, hətta özünə yaxın mətbuat orqanlarına kompromatlar ötürərək Ə.Elçibəyi gözdən salmaq üçün davamlı cəhdlər göstərməyə başladı. Elçibəyin ölümündən sonra isə Ə.Kərimli yenidən “siyasi dələduzluq” nümunəsi göstərərək parlamentdə yer almaq naminə hakimiyyətlə sövdələşməyə getdi, AXCP-nin 2 yerə parçalanmasına səbəb oldu. Lakin Ə.Kərimlinin xəyanət dosyesi, sadəcə, bunlarla məhdudlaşmır. O, 2000-ci illərdə bu istiqamətdə fəaliyyətini daha da genişləndirərək ümumi müxalifət cəbhəsində qarşıdurmaların, parçalanmaların katalizatoru rolunu oynamışdır. Əlbəttə, bütün bunlar çox da uzaq olmayan keçmişin inkarolunmaz həqiqətləridir və yaşlı, orta nəslin nümayəndələri bu məsələləri yaxşı xatırlayırlar. Sevindiricisi odur ki, Azərbaycanın sağlam gənc nəsli də artıq bu hadisələrlə bağlı kifayət qədər məlumatlıdır. Bunu sosial şəbəkələrdə gənclər tərəfindən yazılan şərh və rəylərə göz atmaqla da müəyyənləşdirmək mümkündür.
Kərimlinin 3 gün sürən “tövbəsi”...
Əli Kərimlinin siyasi xarakteristikasından qırmızı xətlə keçən əsas məqamlardan biri odur ki, AXCP sədri fərqli fikirlərdən “cin sancaqdan qorxan kimi” qaçır, ən yumşaq tənqidə belə dözmür. Bunun dəqiq təsdiqlərindən biri onun özünün və faktiki olaraq idarə etdiyi “Azadlıq” qəzetinin sosial şəbəkələrdəki səhifələrində əks fikirlərə və real diskussiyaya qoyulan qadağadır.
“Yeni Azərbaycan” qəzetinin ötən saylarından birində dərc olunan “Əli Kərimli: savadsız senzor, yoxsa müştəbeh despot?” başlıqlı yazıda onun sosial şəbəkə istifadəçilərinə qarşı tətbiq etdiyi senzuranın ifşa olunmasından sonra, Əli Kərimli həyatında bəlkə də ilk dəfə olaraq tənqiddən nəticə çıxarıb qadağanı aradan götürdü. Bundan sonra onun və rəhbərlik etdiyi qəzetin “Facebook” səhifələri fəal gənclərin tənqidi fikirləri ilə dolub-daşdı. Amma... Kərimlinin “tövbəsi” cəmi 3 gün davam etdi. Çünki o da fərqindədir ki, keçmişdə yol verdiyi və bu gün də davam etdirdiyi böyük siyasi səhvləri hər şəraitdə qarşısına çıxır, bu həqiqətlər müxtəlif adamlar tərəfindən onun üzünə çırpılır. Kərimlinin həyatında qaranlıq məqamlar o qədər çoxdur ki, yazılan hər bir qarşı fikir onu həyəcanlandırır, qorxudur. Ona görə də AXCP sədri həftəsonunda tövbəsini pozaraq yenidən fərqli fikirlərə qarşı “bloklama” və “silmə” əməliyyatlarına başladı.
Kimdir trollar?
Maraqlıdır ki, Əli Kərimli sözügedən yazıda özü ilə bağlı təkzibolunmaz faktların hər hansı birinə münasibət bildirmək əvəzinə, işi kökündən həll edib onu ifşa edən gənclərə “virtual trollar” yarlığı yapışdırır. Bəri başdan deyək ki, həmin yazıda adları çəkilən gənclərin hər biri Əli Kərimlinin muzdlu “laykçılar”ından (“like” - bəyənmə) fərqli olaraq, real profil sahibləridir. Və bu gənclər, sadəcə olaraq, öz düşüncələrini ifadə etməyə çalışıblar. Deməli, belə çıxır ki, Əli Kərimlinin məntiqincə, fərqli fikir, tənqid yazanlar “trol” adlanır, amma saxta profillərə sığınıb, AXCP sədrinin absurd iddialarının muzdlu “laykçıları” isə “etirazçı elektorat”. Onda başqa bir maraqlı sual yaranır - əgər Kərimlinin səhifəsinin “laykçılar”ı real kütlədirsə, bu kütlə AXCP-nin təşkil etdiyi mitinq və yürüşlərdə harada olur? AXCP sədrinin virtual tərəfdarları mitinq və aksiyalara niyə gəlmir? Əslində, biz bu sualın cavabını bilirik. Onlar mitinqlərə ona görə gəlmirlər ki, sadəcə, yoxdurlar. Kərimli isə “virtual trol” axtarışına əvvəlcə öz ətrafından başlamalıdır.
“Bir sadə vətəndaşın şərhindən qorxursunuz”
Əlbəttə, ola bilər ki, kimlərsə bu sayt və “Facebook” səhifələrində “fake” (saxta) profillər yaradıb öz fikirlərini yazıblar. Amma bunun da səbəbkarı bu “fake profil” sahibi olan gənclər deyil, elə Əli Kərimlinin özüdür. Çünki həmin gənclərin başqa yolu qalmayıb. Onların profilləri bloklandığına görə yeganə çıxış yolu məhz elə “fake” profil yaradıb öz rəylərini bu profil ilə yazmaq olub. İndi təqdim edəcəyimiz rəydə də bunun səbəbləri çox aydın şəkildə göstərilir. Tural Nəcəfov adlı “Facebook” istifadəçisi Əli Kərimlinin “Facebook” səhifəsində “fake profil” məsələsini bu cür izah edir: “Əli bəy, siz heç özünüz nə istədiyinizi bilirsiniz? Özünüzü demokrat adlandırırsınız. Ancaq sizin statuslarınıza yazılan mənfi fikirlərə dözümünüz yoxdur. Sadə vətəndaşların şərhini pozur, onları blok edirsiniz. Şəxsən məni neçənci dəfə blok etdiyiniz, bəlkə də, yadınızdan çıxıb. Sonra da deyirsiniz ki, “fake profil”lərdir. Bəli, mən sizinlə razıyam. Hal-hazırda burada şərh yazdığım profil “fake”dir. Çünki real profilimi blok eləmisiniz. Bu səbəbdən məcburən “fake profil” açaraq fikrimi yazmaq istəyirəm. Ancaq nə faydası? Maksimum şərhim burada 5 dəqiqə qalacaq. Heç olmasa müxalifətdə olduğunuz müddətdə özünüzü bir az demokrat, doğru sözə dözümlü göstərin. Bir sadə vətəndaşın şərhindən qorxursunuz. Görəsən, hakimiyyətdə olsanız nə edərdiniz? Yəqin, Azərbaycanda interneti ləğv edərsiz? Partiya sədri kimi fəaliyyətiniz gecə-gündüz “Facebook”da status yazıb, öz əlaltılarınıza “like” elətdirmək və şərh yazdırmaqdan ibarətdir. Təbii ki, bu fəaliyyətinizə sizə qarşı doğru, düzgün şərh yazan insanları blok eləmək də daxildir. Bizləri “fake” adlandırırsınız. Ancaq statuslarınızı “like” edən, şərh yazan insanların yarıdan çoxu “fake”dir. Əgər belə olmasaydı, necə olur ki, bir yazdığınız statusa 1000-dən çox “like” gəlir, 100-dən çox şərh yazılır, ümumiyyətlə, sizi izləyənlərin sayı “100 min”dən çox olduğu halda, elan etdiyiniz mitinqlərə 500 nəfərdən çox adam gəlmir? Bu, necə olur? Demək ki, ən böyük “FAKE” - SAXTA sizin özünüzsünüz...” (şəkil 1)
Kimi aldadırsan, ay zalım oğlu?
Sosial şəbəkələrdəki “layk ordusu”, Razi Nurullayevin də vurğuladığı kimi, Əli Kərimlinin ətrafındakı 3-5 nəfərdir ki, onların da hər birinin bəzi hallarda yüzə yaxın “fake profil”i olur. Bu “fake profil”lər isə gecə-gündüz insanları təhqir etməklə, müxalifət funksionerlərinin yarıtmaz fəaliyyətini tənqid edənlərin üzərinə hücum çəkməklə məşğuldurlar. Onların digər bir vəzifəsi isə sosial şəbəkələrdə Kərimlinin guya nüfuzlu bir siyasətçi olması görüntüsünü yaratmaq, xarici maraqlı dairələrə onu bu imicdə təqdim etməkdir. Elə Əli Kərimlinin “Facebook” səhifəsinə şərhlər yazan gənclər də bu məqama diqqət yönəldirlər. Məsələn, Hikmət Rzayev adlı şəxs yazır: “Əli Kərimovun statuslarına “komment” yazanlara diqqət edin. Əsasən, AXCP-nin funksionerləridir - Gözəl Bayramlı, Fuad Qəhrəmanlı, İlham Hüseyn, Səadət Cahangir, Natiq Ədilov, Məmməd İbrahim. “Like edənlər” isə bu şəxslərə məxsus “fake profil”lərdir. Bax sizin gücünüz budur. Ona görə mənim profilimi blok edirsiniz ki, düz söz deyirəm?” 
Fuad Ağayev isə belə yazır: “Səhər yatırlar, gecə yazırlar... eyni adamlara tapşırıq verilib ki, qəti surətdə Əlinin statusları “kommentsiz” qalmasın...” (şəkil 2)
Beləliklə, göründüyü kimi, bu gün hər kəs Kərimlinin və onun “virtual trollar”ının mahiyyətinə yaxşı bələddir və AXCP sədrinin kimisə aldatması müşküldür. Şair Məmməd İsmayılın məşhur şeirlərinin birində yazdığı kimi: 
“Ay “üç”ün yerinə “beş” yazan kişi,
Boğazı ucundan baş yozan kişi,
Kimin əllərində əşyasan, kişi,
Kimi aldadırsan, ay zalım oğlu?”
Azad olmayan meydan...
Onu da qeyd edək ki, “Facebook” istifadəçilərinin azad şəkildə öz fikirlərini ifadə etməsinə qadağanın qoyulduğu yeganə səhifələr Əli Kərimlinin nəzarətində olan səhifələr deyil. Özlərinin demokratik, müstəqil və azad media orqanı olduqlarını iddia edən, ABŞ Konqresi tərəfindən maliyyələşdirilən “Azadlıq” və “Amerikanın səsi” radiolarının, Avropadakı anti-azərbaycançı mərkəzlərin layihəsi olan “Meydan TV”-nin internet saytları və sosial şəbəkələrdəki səhifələri də Azərbaycan dövlətinin maraqlarının müdafiəsinə, ölkəmizin reallıqlarının ifadə olunmasına xidmət edən şərh və statuslar üçün, demək olar, qapadılıb. Hər halda, bununla bağlı bizə ünvanlanan, mənim şəxsi “inbox”uma daxil olan mesajlarda yetərincə faktlar var. Əli Kərimli və “Azadlıq” qəzeti ilə bağlı qeyd olunan yazılarımızın dərc olunmasından sonra bizə müraciət edən bəzi dostlar yuxarıda adları çəkilən radioların da eyni prinsiplə işlədiyini, tənqidi fikirlərin müəlliflərinin “blok”landığını yazıblar. Hətta “Meydan TV” ilə bağlı belə bir məlumat var ki, bu saytın idarəçiləri özlərinin mövqeyindən fərqli yanaşma nümayiş etdirən gənclərin “İP”sini “qara siyahı”ya daxil edirlər ki, bir də həmin “İP” üzrə bu sayta qonaq olmaq mümkün olmasın. 
“Blok”lanan şərhlərdə nələr yazılıb?
Əslində, bu saytların fəaliyyətinin məram və məqsədi hamıya bəllidir. Onlar, iddia etdikləri kimi, real jurnalistika fəaliyyəti ilə məşğul olmur, konkret siyasi məqsədlərin icrasına xidmət edən təbliğat ruporu rolunu oynayırlar. Bunu həmin saytlarda və onların sosial şəbəkələrdəki səhifələrində önünə sədd çəkilmiş status və şərhlər də sübut edir. Çünki bu şərhlərdə nə etik prinsiplərin pozulması halları, nə kiminsə işgüzar nüfuzuna xələl gətirilməsinə yönəlmiş hər hansı bir fikir və qeyri-qanuni çağırış yoxdur. Belə olduğu halda, bu qəbildən olan şərhlərə qoyulan qadağa sual doğurmaya bilməz. Məsələn, Bakıdan Abbas adlı vətəndaş “Azadlıq” radiosunun saytında yerləşdirilmiş “Freedom House”un hesabatı ilə bağlı yazıya şərhində bu hesabatın qeyri-obyektiv olduğunu qeyd edir.
Toğrul adlı vətəndaşın yazdığı şərhdə isə Prezident İlham Əliyevin ölkə gənclərinin bir qrupu ilə görüşündə səsləndirdiyi fikirlərə diqqət çəkilir. Şərhdə deyilir: “Ölkə Prezidentinin gənclərlə görüşündə səsləndirdiyi fikirlər, görünür, sizi narahat edir. Narahat etsin, çünki bu gün ölkədə fəal vətəndaş cəmiyyəti formalaşıb. Vətəndaş cəmiyyətinin mühüm bir hissəsini tələbə gənclər təşkil edir. Prezidentin vətəndaş cəmiyyətinin inkişafına verdiyi dəstək nəticəsində tələbə gənclər Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan mədəniyyətinin təbliği, beynəlxalq tələbə hərəkatında təmsilçilik sahələrində artıq öz sözlərini deyiblər. Son illərdə gənclərimizin səsi beynəlxalq forum və tədbirlərdən eşidilməkdədir...”
Nərgiz İsmayılova: “Ən böyük korrupsioner Əli Kərimlinin özüdür. 20 ilə yaxın (1993-cü ildən bəri) heç bir yerdə işləməyən şəxsin - Əli Kərimlinin övladı Avropada, Birləşmiş Krallığın Klifton şəhərində, Bristol Universitetində hüquq təhsili ala bilməz. Ən azı ona görə ki, bunun üçün külli miqdarda pul tələb olunur. İngiltərəyə, Almaniyaya, yaxud Fransaya yalnız uçuş xərcləri 850-900 manatdır. Mən hələ orda qalmağı, təhsil almağı, nəqliyyat, yemək xərclərini demirəm... Təəccüblüdür, heç bir yerdə işləmədiyini bəyan edən, işləməməsinə görə də hər hansı gəlir mənbəyi olmayan, xarici pasportsuz qalmış Əli Kərimlinin oğlu Avropa dövlətlərində necə, hansı vəsaitlərlə təhsilini davam etdirir?” (şəkil 3)
Təbii ki, bu qəbildən olan şərhlər kifayət qədər çoxdur. Bu şərhlərdə ölkəmizdə müxtəlif istiqamətlərdə aparılan siyasətin uğurları, gənclərin ictimai-siyasi fəallığının artırılması yönündə görülən tədbirlər, ölkə gənclərinin baş verən proseslərə münasibəti və digər mövzular əksini tapıb. Amma sözügedən mərkəzləri narahat edən şərhlər yalnız bunlarla məhdudlaşmır. Azərbaycana qarşı “piar” kampaniyasının iştirakçılarını ifşa edən, o cümlədən ölkəmizdəki “beşinci kolon” təmsilçilərinin fəaliyyətinə dair faktların əks olunduğu şərhlər də qeyd etdiyimiz saytlarda bloklanıb. Məsələn, Camal Ağarzayev “Meydan TV”nin sosial şəbəkələrdəki səhifəsində yazır: “1991-92-ci illərdə, habelə 1993-cü ilin birinci yarısında ölkədə yaranan vəziyyət müstəqillikdən çox anarxiyanı xatırladırdı. Bir-birini sürətlə əvəz edən hakimiyyət rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək azacıq fəaliyyətdə və inkişafda olan hər bir şeyi dağıdırdılar. Ölkədə özbaşınalığa şərait yaradan AXC-Müsavat hakimiyyətinin naşı və səriştəsiz fəaliyyəti, demək olar ki, keçmiş SSRİ respublikaları arasında ən böyük yerüstü və yeraltı sərvətə, böyük sənaye komplekslərinə malik Azərbaycanı iflic vəziyyətinə gətirib çıxarmışdı... Hakimiyyət uğrunda gedən çəkişmələr torpaqlarımızın bir hissəsinin, demək olar ki, düşmənlərə müharibəsiz və döyüşsüz verilməsinə gətirib çıxarmışdı. Bəs bunları niyə yazmırsız?” (şəkil 4)
“Meydan TV”də yayımlanan bir məqalənin şərhlər bölməsində Tural Nəcəfov yazır: “Əli Kərimli Heydər Əliyev parlamentə gələndə ayağa qalxmadığını, çıxışlarından sonra Onu alqışlamadığını fəxrlə deyir. Bu, həqiqətdir. Lakin üzdə özünü barışmaz müxalifət kimi göstərən Əli Kərimli, əslində, pərdə arxasında hakimiyyətlə sıx əməkdaşlıq edirdi, sövdələşməyə gedirdi. Məhz bu əməkdaşlıq və üzüyolalığın nəticəsi idi ki, 1995-ci ildə parlamentdə təmsil olunan Kərimli və tərəfdarları 2000-ci ildə Milli Məclisə keçirilən seçkilərdə yenidən 5 mandatla mükafatlandırıldılar. O dövrdə daha güclü olan Müsavat Partiyasının heç bir namizədi deputat seçilmədi. Halal mandat qazanmış “cəbhə”nin digər qanadının rəhbəri Mirmahmud Fəttayev isə öz yerindən imtina etdi. O vaxt bütün müxalifət partiyaları Əli Kərimliyə xəyanətkar kimi yanaşır, əsl “cəbhə” kimi Mirmahmud ağanı və onun lideri olduğu qanadı qəbul edirdilər. İlham Əliyev bütün bunları yaxşı bildiyinə görə Əli Kərimlini flyuger və xəyanətkar adlandırıb”. (şəkil 5)
Aysel Ağayeva isə “Azadlıq” radiosunun saytında belə bir şərh paylaşıb: “11 il ərzində kiçik bir dissertasiyanı müdafiə edə bilməyən insanlara dövlət idarəçiliyinin həvalə olunmasının nəticəsi deyildimi o zamanlar ölkədəki xaos? O günləri unutduqmu? O günlərdən bu günlərə dəyişənləri görmürükmü? Müqayisəsi belə doğru deyil...” (şəkil 6)
Cəmilə Şirinovanın həmin saytda paylaşmaq istədiyi, lakin sayt idarəçiləri tərəfindən bloklanan şərhi bundan ibarətdir: “Prezidentin dediklərinin doğru olmağını həzm edə bilməyənlər hələ utanmaz-utanmaz debata çağırırlar... Elə bil ölkəni 1992-1993-cü illərdə bölünməyə, uçuruma aparan bunlar deyil. Qarabağ müharibəsi üçün preventiv addımlar atmaq əvəzinə, ölkəni bölürdülər. Hakimiyyət davası edirdilər, hələ də edirlər”.
Nurlan: “ABŞ-Qərb-Rusiya arasında gedən siyasi oyunların məntiqi nəticəsi olaraq bu gün bir sıra ölkələrə müxtəlif yollarla təsirlərin edilməsi hamıya məlum olan həqiqət olduğu halda, bizim öz insanımız bunu, doğrudanmı, başa düşmür? Ümumiyyətlə, biz bu qərbmeyilli qüvvələrin “təhlillər”inə çox önəm veririk...”
Aytəkin Bayramova: “İnsan azadlığından deyirlər, problem özlərində, nüvə silahı deyirlər, problem özlərində, dini ayrı-seçkilik deyirlər, problem özlərində, çirkli iqtisadiyyat deyirlər, problem özlərində, bizim üçün hələ də mi bu insanların fikirləri, sifarişli yazıları dəyərlidir?”
Tahir Qadirov isə “Amerikanın səsi” radiosunun “Facebook” səhifəsində şərhləri silinən növbəti gəncdir. Onun həmin səhifədə yazdığı şərhdən bu aydın olur: “Amerikanın səsi” başqa və əks mövqedə olan şərhləri dərhal silir. Neçə dəfədir müşahidə etmişəm. Bunun demokratiyaya, görəsən, aidiyyəti varmı?” (şəkil 7)
Gənclər görürlər, dərk edirlər, yazırlar...
Şərhlərdən də göründüyü kimi, “Azadlıq” və “Amerikanın səsi” radiolarının, “Meydan TV”nin əməkdaşlarını narahat edən yeganə məsələ gənclərin həqiqətləri bilmələri, ölkə reallıqlarını hər platformada ifadə etmələri, kimlərinsə məkrli planlarına qarşı düzgün vətəndaş mövqeyinə sahib olmalarıdır. Ona görə də Azərbaycan gənclərini dağıdıcılığa, qeyri-qanuni fəaliyyətə sövq etmək mümkün deyil. Və bu gənclərin sıraları, sadəcə, yuxarıda şərhlərini bölüşdüklərimiz deyil. Bizə müraciət edən Abbas Pənahov, Mehdi F., Akif Abbasov, Cavad Məmmədov, Kəmalə Məmmədli, Sevda Hüseyn, Rauf və yüzlərlə digər “Facebook” istifadəçilərinin şərhləri də bu saytların “filtr”inə ilişiblər. (şəkil 8)
Beləliklə, sadalananlar bir daha bu reallığı təsdiq edir ki, demokratiya, fikir plüralizmi, tənqidə qarşı dözümlülük kimi yüksək dəyərləri dilində əzbərə çevirənlərin özlərində demokratiyanın bir hərfi belə mövcud deyil. Yəni mahiyyət etibarilə, “Azadlıq”, “Amerikanın səsi” radiolarının və “Meydan TV”nin “Azadlıq” qəzetindən, onların rəhbərlərinin isə Əli Kərimlidən heç bir fərqi yoxdur.
Aqşin ŞAHİNOĞLU

 
  • Oxunub:  26520  |  
  • Tarix:  16-02-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub

23 Aprel 21:19
Üçüncü Respublika İnnovasiya Müsabiqəsi elan olunacaq
23 Aprel 21:15
Formula 1 Azərbaycan Qran-Prisi ilə əlaqədar polis gücləndirilmiş iş rejimində işləyəcək
23 Aprel 21:13
Diplomatik korpusun nümayəndələrinə Azərbaycanda aparılan aqrar islahatlar barədə məlumat verilib
23 Aprel 21:11
Leyla Abdullayeva: Ermənistan insan hüquqlarından bəhs edən hər hansı sənəd yaymağa utanmalıdır
23 Aprel 21:07
AzMİU-da Azərbaycan və Türkiyə ali məktəblərinin rəhbərlərinin iştirakı ilə dəyirmi masa keçirilib
23 Aprel 21:05
Çinin Xinhua agentliyi Formula 1 Azərbaycan Qran-Prisindən yazıb
23 Aprel 21:03
Beşinci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq işlər müzakirə olunub
23 Aprel 20:46
TÜRKSOY-a üzv ölkələrin YUNESKO üzrə Milli komissiya və komitələrinin 7-ci görüşü keçirilib
23 Aprel 20:45
Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsəri Tbilisidə gürcü oxuculara təqdim olunub
23 Aprel 20:42
Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclası keçirilib
23 Aprel 20:40
Kamran İmanov: Azərbaycan innovasiya sahəsində sürətli inkişaf yoluna qədəm qoyub
23 Aprel 20:35
RF Əqli Mülkiyyət Akademiyasının rektoru: Azərbaycan postsovet məkanında öncül mövqedədir
23 Aprel 20:33
Azərbaycanın səfiri etimadnaməsini Portuqaliya Prezidentinə təqdim edib
23 Aprel 20:27
Bakıda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü qeyd olunub
23 Aprel 17:53
Azərbaycan Prezidenti: Biz daxil olan əlavə gəlirləri, ilk növbədə, sosial məsələlərin həllinə yönəldirik
23 Aprel 17:50
Şarl Lekler: Ən sevdiyim traslardan biri Azərbaycandadır
23 Aprel 17:48
İsmayıllı ilə Özbəkistanın Riştan şəhəri arasında əməkdaşlıq haqqında saziş imzalanıb
23 Aprel 17:47
Azərbaycanda ekoloji monitorinq sisteminin təkmilləşdirilməsinə həsr olunan layihə yekunlaşıb
23 Aprel 17:40
FHN-in Akademiyasında “Fövqəladə hallarla mübarizənin aktual məsələləri” mövzusunda konfrans keçirilib
23 Aprel 17:33
Azərbaycan ilə Ukrayna arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub
23 Aprel 17:31
Ankara-Bakı-Ankara istiqamətində birbaşa uçuşların rəsmi açılış mərasimi baş tutub
23 Aprel 17:29
FHN Akademiyasında “Alyans” Xüsusi Xidmət Veteranlar Birliyinin nümayəndələri ilə görüş
23 Aprel 17:20
Prezident İkinci Dünya müharibəsinin iştirakçılarına birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb
23 Aprel 17:19
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vətəndaşları qəbul edib
23 Aprel 17:10
Mixael Kindsqrab: Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən vacib tərəfdaşıdır
23 Aprel 17:08
Azərbaycan Hökuməti ilə YUNESKO arasında Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına dair Saziş təsdiqlənib
23 Aprel 16:57
Sahibə Qafarova: Azərbaycan bundan sonra da öz müstəqil siyasətini və dinamik inkişafını davam etdirəcək
23 Aprel 16:51
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti beynəlxalq təhlükəsizlik konfransında iştirak edir
23 Aprel 16:49
Hikmət Babaoğlu: Hazırda Azərbaycan televiziyalarının efirində yeni keyfiyyət dəyişiklikləri baş verməkdədir
23 Aprel 16:43
Leyla Abdullayeva: Azərbaycan ilə Aİ arasında tərəfdaşlıq münasibətlərinin hüquqi əsasını təşkil edəcək Saziş üzrə danışıqlar davam etdirilir
23 Aprel 16:39
Türkiyə hökuməti: Ermənistan 1915-ci il arxivlərini açmağa qorxur
23 Aprel 16:38
Milli Məclisin plenar iclasında 19 məsələ müzakirə olunub
23 Aprel 16:26
Anar İsgəndərov: Tarixdə olmayan bir hadisəni bu gün dövriyyədə saxlamaq cəhdləri siyasi məqsədlər üçündür
23 Aprel 16:02
Prezident: Azərbaycan indi inkişafın yeni mərhələsindədir və bundan sonra iqtisadi artım çox sürətli olacaq
23 Aprel 15:41
Prezident İlham Əliyev: Mən çalışıram və bundan sonra da çalışacağam ki, doğma xalqıma ləyaqətlə xidmət edim
23 Aprel 15:29
Vüsal Qasımlı: Azərbaycanın növbəti ildə də “ən islahatçı ölkə” statusunu qoruyacağı gözlənilir
23 Aprel 15:11
Xaçmazda görkəmli Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin abidəsi ucaldılıb
23 Aprel 14:56
Birgə təlimdə iştirak edəcək türkiyəli hərbçilər Bakının görməli yerlərində olublar
23 Aprel 14:41
Tom Butçer: Bakı şəhər halqası Formula 1 yarışlarına tam hazırdır
23 Aprel 14:16
Ankara Ticarət Palatasının nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
23 Aprel 14:11
UEFA nümayəndələrinin televiziya yayımı ilə bağlı Bakıya səfəri başlayıb
23 Aprel 14:01
Birinci vitse-prezidentin köməkçisi: Azərbaycan Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır
23 Aprel 13:57
Azay Quliyev: BMT təxribata şərait yaradıb, saytında qondarma rejimin hesabatı yerləşdirilib
23 Aprel 13:49
Siyavuş Novruzov: Anti-Azərbaycan qüvvələr xaricdə və daxildə müxtəlif fikirlərlə xalqı çaşdırmağa çalışırlar
23 Aprel 13:46
Orxan Məmmədov: Turizm klasterləşməsinin təşviqi prioritet hədəflərimizdəndir
23 Aprel 13:43
Prezident İlham Əliyev Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib
23 Aprel 13:13
Birinci rübdə 126,4 min hektar sahədə yazlıq bitki səpini aparılıb
23 Aprel 12:47
Türkiyə Böyük Millət Məclisinin fəaliyyətə başlamasından 99 il ötür
23 Aprel 12:31
SOCAR Formula 1 Azərbaycan Qran-prisinin yeni titul sponsoru olub
23 Aprel 12:16
Uşaq bağçalarına qəbul elektron qaydada olacaq
23 Aprel 12:14
Azərbaycanda sağlamlıq turizmi sahəsinin inkişafı ilə bağlı fəaliyyət planı qəbul olunacaq
23 Aprel 12:07
Milli Məclisin növbəti plenar iclası keçirilir
23 Aprel 12:06
AHİK-də Türkiyə həmkarlar ittifaqlarının nümayəndə heyəti ilə görüş keçirilib
23 Aprel 11:54
Azərbaycanın Formula 1 yüksəkliyi, milli qürur hissi və Əli Kərimli kimilərin mədə təfəkkürü
23 Aprel 11:53
Məmməd Musayev: Azərbaycan artıq səyahət həvəskarlarının seçdiyi məkana çevrilməkdədir
23 Aprel 11:44
Muxtar respublikada 246 milyon manatlıq sənaye məhsulu istehsal olunub
23 Aprel 11:33
Təhsil naziri İstanbul Texniki Universitetinin rektoru ilə görüşüb
23 Aprel 11:21
“Sağlam məktəbli” layihəsi çərçivəsində keçirilən görüşdə Lənkəran və Ağdaş məktəblilərinə qida təhlükəsizliyi ilə əlaqədar məlumat verilib
23 Aprel 11:16
Fərid Şəfiyev: Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi müasir dövrün tələblərinə cavab verən düşüncə mərkəzi olacaq
23 Aprel 11:13
Bakıda 3-cü Qlobal Sağlamlıq Turizm Forumu öz işinə başlayıb
23 Aprel 11:02
Bakı Rusiya elitasının May bayramı günlərində istirahət etdiyi 5 məkandan biridir
23 Aprel 10:48
Daha iki qurumun rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub
23 Aprel 10:38
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
23 Aprel 10:22
Müdafiə Nazirliyi: Düşmən sutka ərzində atəşkəs rejimini 25 dəfə pozub
23 Aprel 10:17
Neftçalada orta məktəbə Milli Qəhrəman Samid İmanovun adı verilib
23 Aprel 10:15
Banklar Assosiasiyasının sədri: Növbəti həftədən kreditlərin restrukturizasiyası həyata keçiriləcək
23 Aprel 10:14
Azərbaycana Çin və Yaponiyadan da turist axını artıb
23 Aprel 09:31
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar büdcə gəlirlərinin və ölkənin maliyyə imkanlarının artmasına səbəb olub
23 Aprel 09:29
“Uğurlu sosial siyasətin yeni hədəfləri”
23 Aprel 09:27
“Qarayaxma kampaniyası aparanlar eyni mərkəzdən idarə olunurlar”

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA