Ana səhifə »  Müəlliflər »  Hərənin öz şurası, yaxud “Ziyalılar forumu” da İbrahimbəyova “yox” dedi
A+   Yenilə  A-
Hərənin öz şurası, yaxud “Ziyalılar forumu” da İbrahimbəyova “yox” dedi
Yazdı: Nadir Azəri

Radikal müxalifətin “Milli şura” ideyasının millətin deyil, ayrı-ayrı fərdlərin maraqlarına hesablandığı bir daha öz təsdiqini tapır
Azərbaycanda hər seçki öncəsi radikal müxalifətin cəmləşdiyi amorf birliklərin, ittifaqların yaradılması, seçki başa çatar-çatmaz isə bu qondarma qurumların dağılması artıq kimsəyə təəccüblü görünmür. Çünki bu “birləşmək-ayrılmaq” oyunu bir növ radikal müxalifətin fəaliyyətinin “başlıca prinsipinə” çevrilib. Yəni, xalq tərəfindən heç bir dəstəyə malik olmayan düşərgə təmsilçiləri hər seçki öncəsi öz varlıqlarını xaricdəki bəzi maraqlı dairələrin diqqətinə çatdırmaq, həmçinin, xaricdən ayrılacaq maliyyədən pay almaq üçün “klassik” oyunlarını yeni formatda təkrarlayırlar.
Sadəcə olaraq, bu dəfə cərəyan edən proseslər əvvəlki dövrlərə nisbətən bir qədər fərqlənir. Bu fərq özünü bir tərəfdən həmin amorf birliklərin sayı, digər tərəfdən isə bu tip birliklərin necə deyərlər yaranmamış dağılmasında göstərir. Deyilənlərin təsdiqi üçün reneqat Eldar Namazovla ermənipərəst Rüstəm İbrahimbəyovun uğursuz gedişlərini misal çəkmək olar. Belə ki, istər Namazovun xalqa heç bir dəxli olmayan “El hərəkatı”, istərsə də İbrahimbəyovun milli deyil, antimilli maraqların təmininə hesablanmış “Milli şura” planı qısa bir zamanda iflasa uğradı. Bunun isə köklü səbəbləri var.
Əvvəla, həm reneqat Namazovun, həm də ermənipərəst mövqeyi ilə seçilən İbrahimbəyovun hansı maraqlar naminə bu prosesə qoşulmaları Azərbaycan cəmiyyətində hər kəsə bəllidir. Və bu cütlüyün xalqın deyil, anti-azərbaycançı dairələrin sifarişi əsasında hərəkət etmələri ölkə ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır. Onların, həmçinin, radikal düşərgədə cəm olan digər partiya təmsilçilərinin elan etdikləri birliklərin daxili elektoratın sosial sifarişi ilə deyil, ölkəmizin inkişafını istəməyən bəzi qərəzli xarici dairələrin tapşırığı ilə yaranması həmin qondarma qurumların tez bir zamanda dağılması ilə nəticələnir. Yəni, bu, bir daha sübut edir ki, Azərbaycan cəmiyyətindən dəstək almayan heç bir qurum ayaqda durmağa qadir deyil.
Bu tip qondarma birliklərin tez bir zamanda iflasa uğramasının digər səbəbi isə radikal düşərgədəki nüfuz savaşıdır. Ötən yazımızda da qeyd etdiyimiz kimi, həmin mövsümi birliklərdə cəm olanların bir-birinə nəinki potensial rəqib, hətta barışmaz düşmən kimi yanaşması kimsəyə sirr deyil. Sadəcə, onları idarə edən bəzi xarici dairələrin “birləşin” əmrindən çıxa bilməyən həmin şəxslər candərdi də olsa elan edilən növbəti birlikdə təmsil olunur, düşərgədaxili rəqiblərinin üzünə süni təbəssümlə baxmaq məcburiyyətində qalırlar. Və belələri əlinə düşən ilk fürsətdəcə düşərgədaxili rəqibinə zərbə vurmaqla “müxalifətin öndə gedəni mənəm” görüntüsünü yaratmağa çalışır ki, xaricdən radikallara ayrılan maliyyədən ona daha çox pay düşsün. Elə reneqat Namazovun “El hərəkatı”nın və qoca kinodramaturq İbrahimbəyovun “Milli şurası”nın yaranmadan arxivə gömülməsinin digər səbəbi də məhz bununla, yəni, radikallar daxilindəki “birinci mənəm” savaşı ilə bağlıdır.
Məlum olduğu kimi, “El hərəkatı” ideyası iflasa uğrayandan sonra sözügedən cütlük bütün gücünü “Milli şura”nın formalaşmasına yönəldib. Daha doğrusu, İbrahimbəyov-Namazov cütlüyünün bütün cəhdləri qondarma “Milli şura”da qüvvələr nisbətini o şəkildə nizamlamağa yönəlib ki, lazımi, həlledici məqamlarda AXCP-yə, “Müsavat”a və bu qəbildən olan digərlərinə arxadan sarsıdıcı zərbələr vuraraq, cütlükdən birinin üstün mövqeyə çıxmasını təmin etmək mümkün olsun.
Eyni zamanda, E.Namazovun qondarma “Milli şura”da həmsədrliyin əsla qəbuledilməz olduğunu bildirməsi, həmçinin, “Milli şura”ya R.İbrahimbəyovun rəhbərlik etməsi daha məqbul variantdır” kimi fikirlərin gündəmə gətirilməsi antimilli dairələrin “Milli şura” planının bütün konturlarını üzə çıxarıb. Qısası, anlaşılan odur ki, xaricdəki ermənipərəst, dairələr tərəfindən məkrli niyyətlərlə ortaya atılan “Milli şura” planının ilkin hədəfi ermənilərə böyük sevgisi ilə “şöhrət tapmış” R.İbrahimbəyovu radikal düşərgənin vahid namizədi kimi cəmiyyətə sırımaqdır. Lakin radikal düşərgənin digər təmsilçilərinin bu plana qarşı çıxmaları Namazov-İbrahimbəyov cütlüyünün arzusunu puç edib. Ötən yazımızda Müsavat Partiyasının R.İbrahimbəyovun düşərgədaxili hegemonluğunu qəbul etmək niyyətində olmadığını yazmışdıq. Ancaq deyəsən, bu niyyətdə olan təkcə “Müsavat” deyil. Belə ki, son 3-4 gün ərzində radikal düşərgənin digər bir neçə təmsilçisi də İbrahimbəyovun “Milli şura”sında təmsil olunmayacağını bəyan edib.
Bəli, hələ bir müddət öncə biz bu qondarma qurumu heç də təsadüfən “Rüstəm İbrahimbəyovun “Milli şurası” adlandırmadıq. O zaman da vurğulamışdıq ki, sözügedən “Milli şura”nın bu məfhumun klassik anlamda ehtiva etdiyi məna ilə qətiyyən əlaqəsi yoxdur. Qondarma qurum birmənalı şəkildə Azərbaycan cəmiyyətinə bağlılığı olmayan kosmopolit, daha çox da ermənipərəst ruhlu birisinin şəxsi və qrup maraqlarını təmin edən missionerlik fəaliyyətinin bir həlqəsi kimi qiymətləndirilməlidir. Yəni, bədnam “Milli şura” məsələsində qoca kinodramaturqun korporativ maraqlarının, ambisiyalarının xaricdəki Azərbaycana düşmən qüvvələrin mətbəxində hazırlanan reseptlərlə üst-üstə düşdüyü aydın görünür.
Xülasə, radikal düşərgə daxilində cərəyan edən son proseslər və verilən açıqlamalar R.İbrahimbəyovun “Milli şura”sının ayaq tutub yerimək iqtidarında olmadığına işarə edir. Anlaşılan odur ki, radikal düşərgə qoca kinodramaturqa siyasi ssenarisini səhnələşdirməyə imkan vemək niyyətində deyil. Hər halda, dünənə qədər İbrahimbəyovçu şəbəkə kimi tanınan “Ziyalılar forumu” adlanan qondarma qurumun da Rüstəm İbrahimbəyovun “Milli şura”sına qarşı çıxması, qoca kinodramaturq üçün heç də xoş sonluq vəd etmir. Məlumat üçün bildirək ki, “Ziyalılar forumu”nun üzvü, şair Musa Yaqubun “Yeni Müsavat” qəzetinə verdiyi müsahibədə “Biz “Ziyalılar forumu”nun Koordinasiya Şurasının üzvləri olaraq toplaşırıq, özümüzün məsələlərimizi müzakirə edirik. Biz yeni yaranan “Milli şura”ya daxil olmuruq. Bizim özümüzün Milli Şuramız var. “Ziyalılar forumu” olaraq öz şuramız, öz koordinasiyamız var. Biz hələ Milli Şura haqqında müzakirə aparmamışıq” deməsi, həmçinin, R.İbrahimbəyova “Biz də arzu edirik ki, gəlsin, proseslərə qoşulsun. Düzdür, mesajlar göndərir, müsahibələr verir, amma hələ ki, bir şey görünmür” şəklində ismarıc ünvanlaması maraqlı gəlişmədən xəbər verir. Yəni, anlaşılan odur ki, Musa Yaqubun timsalında “Ziyalılar forumu” da İbrahimbəyova “yox” deyir.
Bu, bir tərəfdən, yuxarıda da qeyd etdiyimiz kimi, İbrahimbəyovun “Milli şura”sının puç olduğunu, digər tərəfdən isə ümumilikdə, radikal müxalifətin “Milli şura” ideyasının millətin deyil, ayrı-ayrı fərdlərin maraqlarına hesablandığını bir daha təsdiqləyir. Nəticə etibarilə, bu proseslər ondan xəbər verir ki, dünən İbrahimbəyovun, bu gün “Ziyalılar forumu”nun “Milli şura”sının elan olunduğu radikal düşərgədə yaxın günlərdə digərlərinin də “Milli şura”ları peyda ola bilər...

 
  • Oxunub:  20280  |  
  • Tarix:  14-05-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir

12:48
19 Yanvar
Azərbaycan və Zimbabve prezidentlərinin görüşü olub
11:00
19 Yanvar
TAP-ın Yunanıstan və Albaniya marşrutunun 89 faizində torpaq örtüyü bərpa olunub
10:53
19 Yanvar
Aureliya Qriqoriu: 1990-cı il 20 yanvar tarixinə keçən gecə Bakıda baş verən cinayətlər cavabsız qalmamalıdır
10:51
19 Yanvar
Strasburq Universitetində 20 Yanvar hadisələrinə həsr edilmiş konfrans keçirilib
10:32
19 Yanvar
Çində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
10:22
19 Yanvar
Azərbaycanda həyata keçirilən struktur islahatları idarəetmənin optimallaşdırılmasına və səmərəliliyinin artırılmasına xidmət edir
10:21
19 Yanvar
Avropa Parlamentində qəbul edilmiş məlum “qətnamə” heç bir hüquqi qüvvəyə malik deyil və Azərbaycana qarşı “qara piar” kampaniyasının tərkib hissəsidir
10:16
19 Yanvar
Azərbaycanın regionda yaratdığı geosiyasi reallıqlar Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli üçün yeni imkanlar açır
10:12
19 Yanvar
20 Yanvar xalqımızın milli oyanış tarixinin şanlı səhifəsidir
10:10
19 Yanvar
YAP Gədəbəy rayon təşkilatının yaranmasının 26 illiyi münasibətilə “dəyirmi masa” keçirilib
10:07
19 Yanvar
Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 2019-cu ildə ilk uğurları
10:03
19 Yanvar
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir
10:01
19 Yanvar
20 Yanvar Azərbaycan xalqının azadlıq uğrunda mübarizə tarixinin qürur doğuran şanlı səhifəsidir
20:20
18 Yanvar
Diasporla İş üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin qurbanları anılıb
20:07
18 Yanvar
Cavanşir Feyziyev: Avropa Parlamentinin bu addımı Azərbaycanla Aİ arasında inkişaf edən əməkdaşlığa qarşı təxribatdır
20:00
18 Yanvar
AŞPA-nın qış sessiyası yanvarın 21-də işə başlayacaq
19:54
18 Yanvar
Azərbaycan ilə Pakistan arasında ali təhsil sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib
19:43
18 Yanvar
“ASAN xidmət” təcrübəsinin Özbəkistanla bölüşülməsi ilə bağlı müzakirələr aparılıb
19:22
18 Yanvar
Azərbaycan ilə Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
19:10
18 Yanvar
Azərbaycan Milli Elmlər Akademiyasının iki bölməsi ötən ilin elmi işlərinə yekun vurub
19:08
18 Yanvar
Azərbaycanın və Türkiyənin Daxili İşlər nazirlikləri arasında əməkdaşlıq sürətlə inkişaf edir
19:00
18 Yanvar
Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
18:36
18 Yanvar
Zimbabvenin Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlib
18:30
18 Yanvar
Qənirə Paşayeva: Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən qüvvələrin bütün cəhdləri uğursuzluğa məhkumdur
18:11
18 Yanvar
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib
18:00
18 Yanvar
Ali Məhkəmə Plenumunun növbəti iclası keçirilib
17:58
18 Yanvar
Ukrayna portalı 20 Yanvar faciəsinə dair məqalə yayıb
17:54
18 Yanvar
Qanlı şənbədən istiqlala
17:42
18 Yanvar
Siyavuş Novruzov: Avropa Parlamentinin bəzi deputatları ermənilərin "konyak diplomatiyası"na qurban gediblər
17:39
18 Yanvar
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva “Üzeyir Hacıbəyli” fəxri medalı ilə təltif edilib
17:38
18 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əlaqələrin dərinləşdirilməsi mühüm istiqamətlərdən birini təşkil edir
17:30
18 Yanvar
20 Yanvar şəhidlərin əziz xatirəsi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində yad edilib
17:28
18 Yanvar
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri İmişlidə vətəndaşları qəbul edib
17:26
18 Yanvar
Əflatun Amaşov: Avropa Parlamenti kimi nüfuzlu qurumlar qərəzli qətnamələr qəbul etməklə öz dəyər və prinsiplərini alətə çevirməməlidirlər
17:21
18 Yanvar
Akademik Gövhər Baxşəliyeva: Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsində yeni səhifə açdılar
17:14
18 Yanvar
Səməd Seyidov: Bu cür ikili standartlar Avropa Parlamenti daxilindəki qüvvələrin növbəti anti-Azərbaycan cəhdidir
17:10
18 Yanvar
Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş anım mərasimi keçirilib
16:55
18 Yanvar
20 Yanvar şəhidlərinin xatirəsi Konstitusiya Məhkəməsində ehtiramla anılıb
16:40
18 Yanvar
Deputat: Avropa Parlamentinin qətnaməsi Aİ ilə Azərbaycan arasında tərəfdaşlıq münasibətlərinə xələl gətirir
16:39
18 Yanvar
BMT-nin baş katibi Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Paris görüşünün nəticələrini alqışladığını bəyan edib
16:28
18 Yanvar
20 Yanvar hadisələri Azərbaycan xalqının Vətənin müstəqilliyi uğrunda canından keçməyə hazır olduğunu sübut etdi
15:58
18 Yanvar
Sevinc Fətəliyeva: Azərbaycan elə qüdrətli dövlətdir ki, onunla qətnamə dili ilə danışmaq, ona təzyiq etmək mümkün deyil
15:52
18 Yanvar
“Son iclas” bədii-sənədli filmi Praqada nümayiş etdirilib
15:47
18 Yanvar
Azərbaycan gəncləri 20 Yanvar faciəsi qurbanlarının xatirəsini anıblar
15:46
18 Yanvar
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi məsələsində Rusiyanın köməyinə ümid bəsləyir
15:44
18 Yanvar
Əhliman Əmiraslanov: Tibbi xidmətin keyfiyyətinin yüksəldilməsinin yeganə yolu icbari tibbi sığortaya keçiddir
15:42
18 Yanvar
"Anti-Azərbaycan qətnaməsinin əsas səbəbi Dağlıq Qarabağla bağlıdır"
15:40
18 Yanvar
Özgür Çakar: Muğam Azərbaycan fenomenidir, ali musiqidir
15:36
18 Yanvar
"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"
14:59
18 Yanvar
Ekspert: Avropa Parlamentinin yalan və böhtanlarla dolu qətnaməsi həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində hazırlanıb
14:31
18 Yanvar
Hikmət Babaoğlu: Avropa Parlamentində təcili “qətnamə”nin qəbulu anti-Azərbaycan mərkəzlərin yazdığı siyasi ssenaridir
14:24
18 Yanvar
Qida Təhlükəsizliyi Agentliyində 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib
14:18
18 Yanvar
OPEC-in Bakıdakı iclaslarının vaxtı dəqiqləşib
14:14
18 Yanvar
Dövlət Statistika Komitəsində 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
14:12
18 Yanvar
Gənclər və idman naziri Abşeron rayonunda vətəndaşları qəbul edib
14:09
18 Yanvar
Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
14:07
18 Yanvar
Azərbaycan Ağsaqqallar Şurasının üzvləri Şəhidlər xiyabanını ziyarət ediblər
14:05
18 Yanvar
Mirzəcan Xəlilov: Struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsinə xidmət edir
12:58
18 Yanvar
Şəxsi heyətlə iş üzrə zabitlərin və psixoloqların təlim-metodiki toplanışı keçirilib
12:54
18 Yanvar
Məhəmməd Barkindo: OPEC-in Bakıdakı iclaslarının martda keçirilməsi planlaşdırılır
12:42
18 Yanvar
Azərbaycan ilə Ukraynanın ticarət dövriyyəsində son 5 ilin maksimum göstəricisi qeydə alınıb
12:13
18 Yanvar
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib
11:52
18 Yanvar
20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar Şəhidlər xiyabanında hazırlıq işləri görülür
11:51
18 Yanvar
2019-cu ilin "Nəsimi ili" elan edilməsi yüksək ideallara, mənəvi həyata və mədəniyyətə olan böyük diqqətin təzahürüdür
11:42
18 Yanvar
SOCAR: Günün ikinci yarısından neftçilərin özüllərə qaytarılmasına başlanacaq
11:03
18 Yanvar
İndoneziya XİN: Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü hər zaman dəstəkləyirik
11:02
18 Yanvar
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Madriddə anım tədbiri təşkil edilib
10:56
18 Yanvar
20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir
10:54
18 Yanvar
Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə qərəzli və qeyri-obyektivdir
10:12
18 Yanvar
İsveçrədə 20 Yanvar faciəsinə həsr olunmuş poçt markası buraxılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+5 +7
gecə-1 +1