Ana səhifə »  Müəlliflər »  Əli Kərimli yenidən ermənilərin müdafiəçisi rolunda
A+   Yenilə  A-
Əli Kərimli yenidən ermənilərin müdafiəçisi rolunda
Yazdı: Pərviz Sadayoğlu

Almaniya Bundestaqını və ermənipərəst dairələri ictimai qınaqdan qorumağa çalışan Əli Kərimli Azərbaycan və Türkiyə hökumətlərini “hədəf” seçir
Almaniya Bundestaqının (federal məclis) qondarma “erməni soyqırımı” layihəsini qəbul etməsi birmənalı şəkildə tarixin saxtalaşdırılması faktıdır. Daim Azərbaycana, eləcə də Türkiyəyə qarşı təzyiq kampaniyaları təşkil edən, ölkələrimizin uğurlarını, mühüm iqtisadi əlaqələrini, eləcə də regional layihələrdən əldə olunan müsbət nəticələri həzm edə bilməyən imperialist qüvvələr, o cümlədən dünya erməniliyi növbəti dəfə özünün iç üzünü göstərdi.
Vurğulamaq lazımdır ki, Almaniya parlamentinin belə bir qərar layihəsini qəbul etməsi istər Azərbaycan, istərsə də Türkiyə ictimaiyyəti tərəfindən birmənalı olaraq qınanır. Lakin təəssüflə qeyd etməliyik ki, ermənipərəst dairələri dəstəkləyənlər də tapılır. Məsələn, hər zaman erməni lobbisinə xidmət göstərən, açıq şəkildə erməniləri dəstəkləyən, eləcə də onların “danışan dili” rolunda çıxış edən Əli Kərimli yenə də öz ampluasındadır. Belə ki, aylardır sosial şəbəkələrdə ara qeybətləri ilə baş qarışdıran Ə.Kərimli nədənsə birdən-birə bu məsələyə münasibət bildirib və qəbul edilən qərarda Almaniya parlamentini deyil, Azərbaycan və Türkiyə hökumətlərini hədəfə alıb. Təbii olaraq, ermənipərəst Ə.Kərimlidən fərqli bir davranış gözləmək olmazdı. Amma onun son addımının arxasında bir sıra məqamların da yatdığı gizli deyil...
Əli Kərimli Türkiyəyə və Azərbaycana niyə nifrət edir?
Qeyd etdiyimiz kimi, bu saxta, təhrif olunmuş, eləcə də türk millətinin hüquqlarını pozan qərar Almaniya Bundestaqı tərəfindən qəbul olunsa da, Ə.Kərimlinin hədəfi yenə də Azərbaycan və Türkiyə hakimiyyətləridir. Günahkarı bir kənara qoyaraq (əslində, müdafiə edərək) fərqli hədəflərə “hücum etmək” Ə.Kərimlinin köhnə taktikasıdır. Bir zamanlar Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də Azərbaycanın əldə etdiyi üstünlükdən narahatlıq keçirən Əli Kərimli torpaqlarımızı işğal edənləri deyil, Azərbaycan dövlətini hədəfə almışdı. Bu mənada, Ə.Kərimlinin növbəti dəfə nümayiş etdirdiyi ermənipərəst mövqenin arxasında yatan məqsəd də bəlli olur. Erməni lobbisinin xidmətçisi olan Ə.Kərimli Azərbaycan və Türkiyəni hədəfə almaqla ictimai rəyi çaşdırmağa niyyətlənib. Yaxud da qeyd etdiyimiz kimi, istər Azərbaycan, istərsə də Türkiyə ictimai rəyi Almaniyanın bu qərarını pisləyir, onları tarixi faktları saxtalaşdırmaqda ittiham edir, bununla bağlı təbliğat kampaniyası qururlar. İstər sosial şəbəkələrdə, istərsə də digər vasitələrlə ermənilərin bu qondarma iddialarının yalan olduğu faktlarla diqqətə çatdırılır və özünü “demokratik dünyanın mühüm bir parçası” kimi təqdim edən Almaniyanın verdiyi qərarın yanlış olduğu sübuta yetirilir.
Əli Kərimli isə məhz Almaniyanı bu ictimai qınaqdan kənarlaşdırmaq üçün bu yollara baş vurur, Azərbaycan və Türkiyə hakimiyyətlərinə qarşı yenidən şər-böhtan kampaniyası aparmağa niyyətlənir. Bunun da səbəblərindən biri odur ki, Əli Kərimli də bu qərarın verilməsində rol oynayan imperialist qüvvələrə, ermənipərəstlərə xidmət edir. Həmin dairələrdən aldığı sifarişlərlə hərəkət edən Ə.Kərimli məhz həmin ermənilərin göstərişi ilə Almaniya Bundestaqını və onların yanlış qərarını “sığortalamağa” cəhd göstərir.
Əli Kərimli Sarkisyanın sifarişi ilə hərəkət edir...
Bir nüansa xüsusi olaraq toxunmaq gərəkdir ki, bir müddət öncə Ermənistanın prezidenti Serj Sarkisyanın Almaniyaya səfəri sonradan bu dövlətlər arasında müəyyən yaxınlaşmaya yol açmışdı. Belə ki, məhz bu səfər əsnasında Avropada yaşayan erməni lobbisinin aktivləşməsi, onların alman parlamentarilərinə “yol” taparaq onları “yola gətirməsi” nəticə etibarı ilə qondarma “soyqırımı” məsələsinin ortaya atılmasına və qəbul edilməsinə gətirib çıxardı. Bu, faktdır ki, istər Almaniya Bundestaqında əyləşən parlamentarilər, istərsə də Alman ictimaiyyəti türklərin ermənilərə qarşı hər hansı bir soyqırımı törətmədiklərini bilirlər. Sadəcə olaraq, ermənipərəstlərin təhriki ilə verilən bu qərarın yarada biləcəyi qınağı fərqli məcraya yönəltmək üçün Əli Kərimlidən maşa kimi istifadə olunur. Yəni, ermənilərin maşası olan Əli Kərimli Sarkisyanın və digər ermənilərin verdikləri sifariş əsasında həm Almaniyanı qınaqdan “xilas etməyə” cəhd göstərir, həm də Azərbaycan hakimiyyətini “hədəfə alır”. Necə deyərlər, həm pulunu qazanır, həm də öz ağalarına qulluq edir...
Əli Kərimlinin hesablamadığı nüanslar...
O ki qaldı bu qərarın ortaya çıxma “zərurəti”nə, birdən-birə Almaniyanın “erməni soyqırımı” məsələsinə “həssas” yanaşmasının səbəbləri bəllidir. Bu gün həmin səbəblər istər Azərbaycan xalqına, istər Türkiyə cəmiyyətinə, dünya birliyinə, istərsə də ermənilərə qulluq edən Əli Kərimli üçün də sirr deyil. Ermənilər zaman-zaman bu cür yalanları dövriyyəyə buraxaraq, bəzi xalqlardan və dövlətlərdən istifadə edərək yalanlarını pərdələməyə çalışırlar. Bununla da tarixin 200 illik bir dönəmində xalqımıza qarşı apardıqları soyqırımı siyasətini gizlətməyə çalışırlar. 1905-1907, 1918 və 1920-ci illərdə Azərbaycanın müxtəlif regionlarında həyata keçirilən kütləvi qətllər, zorakılıq halları çirkin və məkrli niyyətləri reallaşdırmaq üçün ermənilərin apardıqları soyqırımı siyasətinin tərkib hissəsidir. 1948-1953-cü illərdə ermənilərin həyata keçirdiyi siyasət nəticəsində xalqımız növbəti soyqırımına məruz qaldı, bu dəfə Qərbi Azərbaycanda yaşayan azərbaycanlılar kütləvi şəkildə öz ata yurdlarından deportasiya edildilər.
1990-1994-cü illərdə Azərbaycanın 20 faizə qədər torpaqlarını işğal edən, bir milyona yaxın vətəndaşımızı öz yurd-yuvalarından didərgin salan, onların hüquqlarını pozan, o cümlədən beynəlxalq təşkilatların münaqişənin həlli ilə bağlı tələblərini yerinə yetirməyən Ermənistan bölgədə terror fəaliyyətini bu gün də davam etdirir. Ermənistanın siyasi rəhbərliyində təmsil olunan Serj Sarkisyanın, Seyran Ohanyanın, keçmiş prezident Robert Koçaryanın rəhbərliyi və bilavasitə iştirakı ilə həyata keçirilən Xocalı soyqırımı XX əsrin ən böyük terror və soyqırımı hadisələrindəndir.
Qeyd edildiyi kimi, ermənilər Almaniya və digər ölkələrin vasitəsilə öz törətdikləri soyqırımlarını, terroru gizlətməyə, özlərini sığortalamağa çalışırlar. Bu səbəblə də Azərbaycana və Türkiyəyə qarşı bir təzyiq mexanizmi kimi qondarma “soyqırımı” iddiasını ortaya atır, bunun ətrafında şou düzəldirlər. Bəs görəsən, hər zaman ermənilərin əsas dəstəkçisi, maşası qismində çıxış edən Əli Kərimli niyə Azərbaycan xalqına qarşı bu cinayətləri törədənləri qoruyur? Azərbaycan və Türkiyə hakimiyyətlərini qınayan Ə.Kərimli nə üçün demir ki, bu qərarın alınması üçün Sarkisyan kimlərə yalvarmayıb, boyun əyməyib? Cavab bəllidir. Əli Kərimli bir daha Ermənistan hakimiyyəti ilə eyni məqsədə xidmət etdiyini sübuta yetirdi. Necə deyərlər, görünən dağa bələdçi lazım deyil...

 
  • Oxunub:  21600  |  
  • Tarix:  04-06-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 21:03
Ali hərbi rütbələrin təqdimetmə mərasimi keçirilib
25 İyun 20:52
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
25 İyun 20:47
Azərbaycan nümayəndə heyəti İsveçrəyə səfər edəcək
25 İyun 20:44
Elmira Süleymanova: BMT-nin Dövlət Xidmətləri Forumu Dayanıqlı İnkişaf Məqsədlərinin müxtəlif aspektlərinə yönəlib
25 İyun 20:41
İyunun 26-da “ASAN xidmət” və "ASAN Kommunal" mərkəzlərində qeyri-iş günüdür
25 İyun 20:35
Monteneqronun Baş Nazirinin Azərbaycana rəsmi səfəri başa çatıb
25 İyun 20:31
Mübariz Qurbanlı: Azərbaycanın dövlət-din modeli dünya ölkələri üçün örnəkdir
25 İyun 20:17
Gədəbəy rayonunda ilk dəfə Milli Yaylaq Festivalı keçiriləcək
25 İyun 19:54
AŞPA-nın komitə iclasında azərbaycanlı deputatın məruzəsi qəbul olunub
25 İyun 19:38
AŞPA-da azərbaycanlı deputat İstanbul Konvensiyasından danışıb
25 İyun 19:35
AŞPA-da azərbaycanlı mülki girovların məsələsi müzakirə olunub
25 İyun 19:20
İsrail qəzeti: Azərbaycanda yəhudilər cəmiyyətin ayrılmaz bir hissəsi kimi qəbul edilir
25 İyun 19:15
Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Belarusun yerli kanalına xüsusi müsahibə verib
25 İyun 19:10
Bakı Şəhər İcra Hakimiyyəti: Çimərlik ərazilərinə giriş pulsuzdur
25 İyun 19:00
Polşanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
25 İyun 18:37
Monteneqronun Baş Naziri Heydər Əliyev Mərkəzi ilə tanış olub
25 İyun 18:29
Qazaxıstan Respublikasının Birinci Prezidentinin – Elbası Kitabxanasının direktoru Prezident Kitabxanasında olub
25 İyun 18:23
Baş Nazir Duşko Markoviç Monteneqronun Azərbaycandakı fəxri konsulluğunda olub
25 İyun 18:21
Heç kim kənarda qalmadan inklüziv və bərabər xidmətlərin göstərilməsi
25 İyun 18:15
Rauf Əliyev: Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etməyə tam hazırdır
25 İyun 18:05
Şəkidə “Müasir çağırışlar: dini durum və vəzifələr” mövzusunda regional konfrans keçirilib
25 İyun 18:00
Hüseynbala Mirələmov: Prezidentimizin uğurlu kadr islahatları dövlət idarəçiliyinin təkmilləşdirilməsinə xidmət edir
25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA