Ana səhifə »  Müəlliflər »  Konstitusiyaya dəyişikliklər sahibkarlıqdan tutmuş insan hüquqlarınadək, təhlükəsizlikdən tutmuş idarəetməyədək bir çox sahələrdə yeni keyfiyyət mərhələsi yaradacaq
A+   Yenilə  A-
Konstitusiyaya dəyişikliklər sahibkarlıqdan tutmuş insan hüquqlarınadək, təhlükəsizlikdən tutmuş idarəetməyədək bir çox sahələrdə yeni keyfiyyət mərhələsi yaradacaq
Yazdı: Hikmət BABAOĞLU

Qlobal iqtisadiyyatda və maliyyə bazarında cərəyan edən hadisələrdən sonra Azərbaycan iqtisadiyyatında da yeni keyfiyyət dəyişiklikləri baş verdi və bütövlükdə, milli maraqlarımızı müdafiə edəcək yeni iqtisadi əsasların formalaşması üçün müvafiq şərtlər yarandı. Buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafına nail olunması və ölkə iqtisadiyyatına yeni dinamizm qazandırılması üçün silsilə tədbirlər həyata keçirildi. Prezident İlham Əliyev bəyan etdi ki, 2016-cı il dərin islahatlar ili olacaq. İyulun 18-də isə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi rəy verilməsi üçün Konstitusiya Məhkəməsinə təqdim edildi. Bu layihədə əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
Milli təhlükəsizliyimizi təhdid edə biləcək birliklərin yaranmasına konstitusion qadağa gələcək
İlk növbədə qeyd edək ki, layihədə təhlükəsizlik məsələlərindən bəhs edilib. Qeyd edilib ki, 58-ci maddənin IV hissəsinin birinci cümləsi aşağıdakı redaksiyada verilsin: “Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi, cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır”. 
Milli dövlətin təhlükəsizliyinin təmin edilməsi üçün hazırkı mərhələdə müvafiq tədbirlərin həyata keçirilməsi zəruri və prioritetdir. Nəzərə alsaq ki, hazırda regionda və dünyada olduqca mürəkkəb proseslər baş verir və bunlar milli dövlətlərin mövcudluğuna ciddi təhdidlər yaradır, o zaman qeyd edə bilərik ki, Referendum Aktının layihəsində təhlükəsizlik məsələlərinin yer alması milli dövlətimizin təhlükəsizliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır. 
Hüquqdan sui-istifadələrin qarşısı alınacaq
Məlumdur ki, Azərbaycan hüquqi dövlətdir və ölkə Konstitusiyasının üçdə biri insan və vətəndaş hüquq və azadlıqlarına həsr olunub. Amma o da məlumdur ki, hazırkı mərhələdə bir sıra hallarda hüquqdan sui-istifadə edilməsi halları müşahidə edilir. Bu, təkcə vətəndaşlar səviyyəsində baş vermir, bu cür hallara milli dövlətlərin iradəsinə hüquqdan sui-istifadə edərək təzyiq göstərən ayrı-ayrı mərkəzlər tərəfindən də yol verilir. Məhz belə bir maddənin Azərbaycan Respublikasının Konstitusiyasında öz əksini tapması hüquqi cəmiyyətin inkişafına töhfə verəcək, həm də dövlətin hüquq sistemini yeni keyfiyyət mərhələsinə daşıyacaq. 
Sahibkarlar sosial öhdəçiliyin subyektinə çevrilməklə sosial dövlət fəlsəfəsinə xidmət edəcəklər
Referendum Aktının layihəsində yer alan vacib məsələlərdən biri də mülkiyyətlə bağlıdır. Məlumdur ki, bəzi hallarda mülkiyyət sahiblərinin davranışları və fəaliyyəti Azərbaycanın sosial dövlət fəlsəfəsinə uyğun gəlmir. Bir çox hallarda mülkiyyətçilər və ya sahibkarlar sahib olduqları mülkiyyətdən səmərəli istifadə olunmasında maraqlı olmur, ya da inhisarçı və istismarçı mövqedə dururlar. Bu isə Azərbaycanın ümumi iqtisadi maraqlarına cavab vermir. Belə olan halda, bu cür məsələlərin tənzimlənməsi zərurəti ortaya çıxır. Bununla yanaşı, sahibkarlıq subyektlərinin müxtəlif sosial layihələrdə iştirak etməsi məsələsi də vacibdir. Yəni sahibkarlar, xüsusi mülkiyyətçilər öz sosial öhdəliklərini dərk etməlidirlər.
Layihədə Konstitusiyanın 29-cu maddəsində V və VI hissələrə müvafiq olaraq “Xüsusi mülkiyyət sosial öhdəliklərə səbəb olur”, “Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər” məzmunlu cümlələrin əlavə edilməsi qeyd edilib. Ümummilli sərvət olan torpaqlardan səmərəli istifadə çox aktualdır. Hazırkı mərhələdə ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına dair Dövlət proqramları həyata keçirilir və bu sahədə təhlükəsizliyin təmin edilməsi üçün torpaq ehtiyatları əsas baza rolunu oynayır. Bu səbəbdən torpaqlardan səmərəli istifadə edilməsi məsələsi müstəsna əhəmiyyət kəsb edir. Sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququnun qanunla məhdudlaşdırılması da məhz bu çağırışlardan irəli gəlir.
Yeni maddələr məhkəmə süründürməçiliyinə son qoyacaq, ədalətli mühakiməni təmin edəcək
Referendum Aktının layihəsində əksini tapan digər məsələ məhkəmələrlə bağlıdır. Biz bilirik ki, hakimiyyətin üç müstəqil qolundan biri nəzarətedici hakimiyyət, yəni məhkəmə institutudur və məhkəmələrin ədalətli olması bu institutun həm ictimai nüfuzunu artırır, həm də cəmiyyətdəki münasibətlərin məhz ədalət prinsipi əsasında tənzimlənməsini təmin edir. Referendum Aktının layihəsində qeyd edilib ki, hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşsınlar və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Bu, məhkəmə hakimiyyətinin daha operativ, effektiv və ədalətli olmasını təmin edəcək maddələrdən biridir və bu cür yanaşma məhkəmə-hüquq sistemində yeni keyfiyyət dəyişikliyi yaradacaq. 
Vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetməni yeni və olduqca vacib keyfiyyət mərhələsinə daşıyacaq
Azərbaycan prezidentli respublikadır, bəzi hallarda bir-birini təkrar edən müəyyən idarəetmə strukturları var. Prezident üsul-idarə sisteminin mövcud olduğu bir sıra ölkələrdə ölkə prezidenti 7 il müddətinə seçilir və ali icraedici hakimiyyətin başçısı kimi özünə birinci vitse-prezident və vitse-prezidentlər təyin etmək hüququ var. Bu sistem idarəetmədə yeni çevik, effektiv keyfiyyət yaradır. Ona görə də vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda idarəetmə sahəsində yeni və olduqca vacib hadisədir. Layihədə əks olunmuş təklifə əsasən, Azərbaycan Respublikasının birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər. Eyni zamanda, layihədə Konstitusiyaya “Azərbaycan Respublikasının vitse-prezidenti vəzifəsinə seçkilərdə iştirak etmək hüququna malik olan, ali təhsilli, başqa dövlətlər qarşısında öhdəliyi olmayan Azərbaycan Respublikasının vətəndaşı təyin edilir” məzmunlu cümlənin əlavə edilməsi də qeyd edilib. Beləliklə, Azərbaycanda yeni effektiv, optimal idarəetmə institutu yaradılacaq. Prezidentlik institutu daha da güclənəcək və idarəetmədə yeni operativ və effektiv mərhələ başlayacaq.
Milli Məclisin bəzi səlahiyyətlərinə məhdudiyyətlər gətirməklə hakimiyyət bölgüsü dəqiqləşəcək və idarəetmədə çeviklik yaranacaq
Referendum Aktının layihəsində əksini tapan məsələlərdən biri də Azərbaycan Respublikasının Milli Məclisi ilə bağlıdır. Layihədə qeyd edilib ki, Azərbaycan Respublikası Milli Məclisinin eyni çağırışı bir il ərzində iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimadsızlıq göstərdikdə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin və Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin kollegial fəaliyyəti üçün zəruri olan sayda onlara üzvlüyə namizədləri iki dəfə təqdim edildikdən sonra, qanunla müəyyən edilmiş müddətdə təyin etmədikdə, habelə bu Konstitusiyanın 94-cü və 95-ci maddələrində, 96-cı maddəsinin II, III, IV və V hissələrində, 97-ci maddəsində göstərilən vəzifələrini aradan qaldırıla bilməyən səbəblər üzündən icra etmədikdə Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikasının Milli Məclisini buraxır. 
Müharibə şəraitində olan, ərazisinin 20 faizinin işğal altında olduğu bir ölkə üçün hakimiyyətin vahid bir mərkəzdə formalaşması olduqca vacib məsələlərdən biridir. Prezidentə bu səlahiyyətin verilməsi prezidentlik institutunu daha da möhkəmləndirməklə ölkənin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək. 
18 yaşına çatmış hər bir vətəndaş vətəndaşlıq hüququndan tam istifadə edəcək
Yeni müddəalarda seçkili orqanlarda və idarəetmədə təmsil olunmaq üçün yaş məhdudiyyəti ümumiyyətlə aradan qaldırılır. Bu zərurət ondan irəli gəlir ki, hazırda uzun illərin dövlət qayğısı sayəsində ölkəmizdə yeni intellektual gənc nəsil yetişib. Onların potensialından milli və dövlət maraqları üçün istifadə olunması dövrün aktual tələblərindən biridir. Ona görə də bu milli potensialdan səmərəli istifadə üçün hüquqi bazanın yenilənməsinə ehtiyac var idi. 
Bütövlükdə, Referendum Aktının layihəsində vətəndaşları maraqlandıran çoxsaylı məsələlər (insan ləyaqətinin qorunması, özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, bələdiyyələrin məsuliyyəti, fiziki və əqli qüsurlu şəxslərin hüquqlarının Konstitusiyada təsbit olunması, tanınması, bank-maliyyə sisteminin idarə olunması və sair) əks olunub. Bu layihə geniş spektri əhatə etməklə özündə ən aktual məsələləri cəmləşdirir, dərin islahatlar ili kimi xarakterizə edilən 2016-cı ildə bəhs olunan sahələrdə yeni keyfiyyət dəyişiklikləri yaratmaqla daha çevik və effektiv idarəetməni təmin edəcək ki, bu da ölkəmizin inkişafında yeni mərhələnin başlanğıcı olacaq.
Hikmət BABAOĞLU
Milli Məclisin deputatı,
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru

 
  • Oxunub:  26100  |  
  • Tarix:  25-07-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Müasir infrastrukturun yaradılması Azərbaycan hökumətinin əsas məqsədlərindən biridir

15:16
24 Yanvar
Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda yeni doğulan üçəmlərin ailəsinə maddi yardım verilməsi barədə göstəriş verib
15:14
24 Yanvar
Azərbaycan iqtisadi göstəricilərinə görə “US News and World Report” jurnalının reytinqində 70-cidir
15:06
24 Yanvar
“İlin peşəkar gənci” müsabiqəsinin qalibləri mükafatlandırılıb
14:41
24 Yanvar
V.Sadovniçi: MDU-nun filialları böyük nüfuza malikdir
14:29
24 Yanvar
Azərbaycan-Qırğızıstan əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
14:05
24 Yanvar
Elçin Əhmədov: Prezident İlham Əliyevin Davosdakı görüşləri Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiq etdi
14:01
24 Yanvar
Ölkə ərazisində havanın hərarəti 13 dərəcəyə yüksələcək
14:00
24 Yanvar
İTV “Eurovision-2019” üçün mahnı qəbulunu elan edir
13:58
24 Yanvar
Azərbaycanın 18 cüdoçusu Tel-Əviv Qran-Prisində mübarizə aparır
13:56
24 Yanvar
“Holokost və Xocalı - müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib
12:50
24 Yanvar
Milli Məclisin əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
12:41
24 Yanvar
“The Jerusalem Post”: İsrail-Azərbaycan strateji tərəfdaşlığı möhkəmlənir və genişlənir
12:09
24 Yanvar
Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının regional koordinasiya şurası yaradılacaq
12:04
24 Yanvar
Bakı Ali Neft Məktəbində təlim: “Yeni nəsil və yeni təhsil dünyası”
11:46
24 Yanvar
AŞPA-nın sessiyasında Ermənistanın hərbi təcavüzü nəticəsində əlil olmuş azərbaycanlılardan danışılıb
11:45
24 Yanvar
Prezident İlham Əliyev Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun açılışında iştirak edib
11:16
24 Yanvar
Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatının təsis olunmasının ildönümü qeyd edilib
11:13
24 Yanvar
Azərbaycan məhsulları Berlində nümayiş edilir
10:57
24 Yanvar
Yeni “Tufan” sərhəd gözətçi gəmisi Xəzər dənizində xidməti-döyüş fəaliyyətinə başlayıb
10:53
24 Yanvar
Xaçmazda özünüməşğulluq proqramı çərçivəsində 126 ailə təsərrüfatı yaradılıb
10:23
24 Yanvar
“SOCAR karbamid” zavodu bu ilin mart ayından tam gücü ilə işləyəcək
10:18
24 Yanvar
24 yanvar – Beynəlxalq Təhsil Günüdür
10:12
24 Yanvar
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 26 dəfə pozub
10:08
24 Yanvar
Sahibə Qafarova: Azərbaycanda sağlamlıq imkanları məhdud insanların sosial problemlərinin həllinə ciddi diqqət göstərilir
21:23
23 Yanvar
AŞPA-nın qış sessiyasında süni intellektin yaratdığı risk və təhdidlərdən danışılıb
21:22
23 Yanvar
Azərbaycanlı deputat AŞPA-nın sessiyasında internet idarəçiliyinin əhəmiyyətindən danışıb
20:51
23 Yanvar
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 76-cı kitabı çapdan çıxıb
20:43
23 Yanvar
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
20:40
23 Yanvar
Dini radikalizmlə mübarizədə maarifləndirmə böyük rol oynayır
19:16
23 Yanvar
Bakı Nəqliyyat Agentliyinin əməkdaşları treninqlərə cəlb edilib
19:08
23 Yanvar
Azərbaycan Dillər Universiteti və İstanbul Okan Universiteti arasında əməkdaşlığa dair müzakirələr aparılıb
18:58
23 Yanvar
Hikmət Hacıyev: Azərbaycan Prezidenti ilə Ermənistan baş nazirinin Davosdakı görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
17:59
23 Yanvar
“Məxməri inqilab”ın birinci mərhələsi: Ermənistan dalanda!
17:49
23 Yanvar
Təl-Əviv Qran-Prisində 18 cüdoçumuz mübarizə aparacaq
17:44
23 Yanvar
UNEC 24/7 kitabxanasını gündəlik 500-ə qədər tələbə ziyarət edir
17:36
23 Yanvar
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
17:26
23 Yanvar
Azərbaycan Prezidenti İlham Əliyevin və İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
17:22
23 Yanvar
Nejdet Erkan: Bütün köhnə reaktorlar kimi, “Metsamor” AES-dəki reaktorun da fəaliyyəti dayandırılmalıdır
17:20
23 Yanvar
Sahibə Qafarova: Azərbaycan öz parlaq mədəniyyəti, mənəvi dəyərləri ilə bəşəriyyətin mədəni irsinə böyük töfhələr verib
17:16
23 Yanvar
Sədaqət Vəliyeva: Böyük enerji şirkətlərinin Azərbaycana sərmayə yatırması ölkəmizdəki siyasi sabitlik və təhlükəsizlik amili ilə bağlıdır
17:14
23 Yanvar
Eldəniz Səlimov: Ölkəmizdə sənayeləşmə siyasəti uğurla həyata keçirilir
17:12
23 Yanvar
Qoşqar Təhməzli: Ölkəmizdə həyata keçirilən islahatlar ərzaq və qida təhlükəsizliyi sektorundan da yan keçməyib
17:09
23 Yanvar
Sona Əliyeva: 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi milli-mənəvi sərvətimizə verilən dəyərin, hörmət və ehtiramın yüksək göstəricisidir
17:07
23 Yanvar
Məmməd Musayev: ASK ölkəyə xarici investorların cəlbi üçün danışıqlar aparır
16:57
23 Yanvar
Ölkəmizin mədəniyyəti və turizm imkanları Küveytdə təqdim olunub
16:50
23 Yanvar
Ukrayna və Belarus mətbuatı Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakına geniş yer ayırıb
16:43
23 Yanvar
Milli Məclisin deputatı Avropada Azərbaycan əleyhinə dezinformasiya yayan siyasətçiləri və KİV-ləri tənqid edib
16:38
23 Yanvar
Politoloq: Ermənistan imitasiyadan əl çəkməli, danışıqları sürətləndirməli və bunlar nəticəyə yönəlik olmalıdır
16:32
23 Yanvar
Vüqar Rəhimzadə: Azərbaycana beynəlxalq səviyyədə verilən dəyər uğurlu daxili və xarici siyasətin nəticəsidir
16:02
23 Yanvar
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yaz sessiyasında ilk iclası keçirilib
16:01
23 Yanvar
Rafael Hüseynov: Azərbaycana qarşı sosial şəbəkələr vasitəsilə informasiya təcavüzü aparılır
15:54
23 Yanvar
Bakı Ali Neft Məktəbi “Huawei” şirkətilə əməkdaşlığa başladı
15:52
23 Yanvar
Məlahət İbrahimqızı: Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınır
15:13
23 Yanvar
Səməd Seyidov: Ölkələrlə qarşıdurma deyil, dialoq yaratmaq lazımdır
15:11
23 Yanvar
Bakıda “Mediada gender bərabərliyi” mövzusunda təlimlər başlayıb
15:09
23 Yanvar
Qabil Mehdiyev: Azərbaycan KİV-ləri II Avropa Oyunlarına hazırlığı diqqətlə izləyirlər
14:44
23 Yanvar
Səhiyyə naziri İmişlidə vətəndaşları qəbul edib
14:38
23 Yanvar
Georgi Logvinski: AŞPA-nın bir çox üzvləri Azərbaycanın sürətli inkişafını düzgün qiymətləndirə bilmirlər
14:36
23 Yanvar
Vergilər Nazirliyi ilə Qida Təhlükəsizliyi Agentliyi anlaşma memorandumu imzalayıb
14:28
23 Yanvar
Prezident İlham Əliyev “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb
14:15
23 Yanvar
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb
14:13
23 Yanvar
İdris İsayev: Ötən il peşə sahəsində 20 yeni ixtisas peşə təsnifatına daxil edilib
13:00
23 Yanvar
Prezident İlham Əliyevin “Suez Group”un beynəlxalq inkişaf üzrə icraçı vitse-prezidenti ilə görüşü
12:57
23 Yanvar
Prezident İlham Əliyevin “VTB-Bank”ın prezidenti ilə görüşü olub
12:56
23 Yanvar
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
12:54
23 Yanvar
Prezident İlham Əliyev “Lazard Freres” şirkətinin baş icraçı direktoru ilə görüşüb
12:51
23 Yanvar
Uşaq ədəbiyyatının müxtəlif problemləri və onların həlli yolları müzakirə edilib
12:48
23 Yanvar
Akademik: Tədqiqatçıların elmi mühitdə sosiallaşması vacib məsələdir
12:35
23 Yanvar
Deputat: Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunda iştirakı xarici investorların Azərbaycana marağını daha da artırır
12:31
23 Yanvar
Azərbaycanın sərbəst konvertasiya olunan valyuta ehtiyatları xarici borcdan 4-5 dəfə çoxdur

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+7 +10
gecə+3 +6