Ana səhifə »  Müəlliflər »  Tom Lantos məzhəkəsi: okeanın o tayı bizi niyə “dinləsin”?
A+   Yenilə  A-
Tom Lantos məzhəkəsi: okeanın o tayı bizi niyə “dinləsin”?
Yazdı: Aqşin Şahinoğlu

Konqresdəki qərəzli dinləmələr sosial şəbəkələrdə Azərbaycan ictimaiyyətinin nümayəndələri tərəfindən kəskin etirazla qarşılanıb
Sentyabrın 15-də Amerika Birləşmiş Ştatları Konqresinin Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının vəziyyətinə dair dinləmə keçirilib. Əlbəttə, dünyanın çox ciddi problemlərlə üz-üzə qaldığı, qlobal iqtisadi və siyasi böhranın ağır fəsadlarının yaşandığı indiki şəraitdə Azərbaycanla bağlı bu formatda dinləmənin keçirilməsi anlaşılan deyil. Beynəlxalq ictimaiyyət ABŞ kimi superdövlətdən hazırda Yaxın və Orta Şərqdə yaşanan qətliamların, siyasi xaos və anarxiyanın, hətta Qərbin inkişaf etmiş dövlətlərinin iqtisadiyyatını da iflic edən dərin kataklizmlərin aradan qaldırılması ilə bağlı təşəbbüslərə dəstək gözləyir. Yoxsa cılız maraqlar naminə Azərbaycanı hədəf olaraq göstərib, ölkə reallıqlarının ciddi şəkildə təhrif olunduğu, ölkəmizin ünvanına həqiqətdən uzaq, uydurma ittihamların səsləndirildiyi belə bir məzhəkənin təşkili Azərbaycan ictimaiyyəti tərəfindən heç də müsbət qarşılanmır. İctimaiyyət “Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı referendumun keçirilməsinə sayılı günlər qalmış ABŞ Konqresində bu qəbildən dinləmənin təşkil olunması hansı məqsədə xidmət edir?” sualına məntiqli bir cavab gözləyir.
Əslində, tədbirin iştirakçıları və orada Azərbaycanla bağlı şər və hədyan yağdıranların sırasına baxdıqda bu dinləmənin nə üçün təşkil olunduğu açıq şəkildə görünür. Burada yeganə məqsəd Azərbaycan dövlətinə bu və ya başqa şəkildə təzyiq göstərmək istəyən maraqlı mərkəzlərin əlinə oynamaqdır. Azərbaycan cəmiyyəti isə haqlı olaraq bütün platformalarda, o cümlədən sosial şəbəkələrdə neoimperializmin buyruq qullarının ölkəmizə qarşı apardıqları kampaniyanın növbəti halqasını təşkil edən bu dinləməni pisləyib, mövzu ilə əlaqədar tutarlı fikir və şərhlərini diqqətə çatdırıb. Elə “Azadlıq” radiosunun Bakı redaksiyasının “Facebook” səhifəsində müzakirənin canlı yayımının şərhlər bölməsində yazılan fikir və rəylərdə də bu etiraz açıq şəkildə ifadə olunub. Həmin bölmədə dinləməni tənqid edən sosial şəbəkə istifadəçilərinin sayı digərləri ilə müqayisədə qat-qat çoxdur ki, bu da ictimaiyyətin sözügedən tədbirə münasibətini göstərir.
“Azadlıq” agent və satqınların sığınacağıdır
Yeri gəlmişkən, “Azadlıq” radiosunun Azərbaycan dövlətinə və onun hakimiyyətinə qarşı aparılan kampaniyanın əsas ruporu kimi çıxış etməsi artıq yenilik deyil. Harada ölkəmizə qarşı kampaniya varsa, orada mütləq bu redaksiyanın “qulaqları görünür”. “Azadlıq” Azərbaycanda fəaliyyət göstərən agent və satqınların bir növ sığınacaq düşərgəsidir. Amma eyni mərkəzdən təlimat alaraq bəlli ideoloji tezislər üzrə çalışan şər üçbucağının - bu tədbirin təşkilatçılarının da, iştirakçılarının da, onu canlı yayımla təqdim edən KİV-lərin də hədəflədikləri nəticə onsuz da hasil olan deyil. Çünki kifayət qədər intellektual əsaslarla formalaşmış Azərbaycan ictimai rəyini bu kimi zəif ssenarilərlə oynanılan tamaşalara, onun aktyorlarının monoloqlarına inandırmaq mümkün deyil. Qeyd olunan bölmədə yazılan şərhlər də bir daha bu əminliyi diktə edir. Fərid Murad adlı sosial şəbəkə istifadəçisi “Azadlıq” radiosunun Bakı redaksiyasının “Facebook” səhifəsində yazıb: “Bu gün ölkəmizdə həyata keçirilən hüquqi dövlət quruculuğu siyasəti, eləcə də vətəndaşların hüquq və azadlıqlarının qorunması istiqamətində həyata keçirilən tədbirlər bəzi ölkələri narahat edir. Müstəqil xarici siyasət yürüdən Azərbaycana bununla təzyiq etmək istəyirlər. Bununla ölkəmiz üzərində hakim mövqeyə sahib olmaq istəyirlər. Biz müstəqil və azadıq!!!”.
Dilbər adlı istifadəçi isə belə yazır: “Bunlar yalnız öz maraqlarını güdürlər. Gördük də Türkiyədə nə etdilər. Demokratik yolla gələn dövlət başçısını qeyri-demokratik yolla devirməyə çalışdılar. 300-dən çox şəhid verdi. Bunların məqsədi nə insan hüquqları, nə də demokratiya idi. Sadəcə, öz Troya atları ilə Azərbaycanı da Yaxın Şərqin gününə qoymaq istəyirdilər”.
Tural Bayramlı: “ABŞ-da dini, irqi ayrı-seçkilik və bu kimi insan haqlarının pozulmağından niyə danışmırlar?! Viran qoyduqları ölkələrdən və hər gün ölən onlarla, yüzlərlə məsum insanlardan niyə danışmırlar?! Həmin ölkələr ABŞ və Qərbin acgözlüyü ucbatından dağıldı. Bu problemləri müzakirəyə çıxarsınlar. Əgər bu qədər ədalətlidilərsə?!”.
Xan Bəkirli: “İclasın sədri deyir ki, Azərbaycan vətəndaşları bizdən dəstək - kömək gözləyir. Ona deyin ki, biz sizdən heç nə gözləmirik. 25 ildir ki, torpaqlarımız işğal altındadır və 1 milyon insanın hüquqları pozulub. ABŞ isə xristian Ermənistanına hələ də yardımlar edir və dəstək göstərir. 1 milyon insanın hüquqlarına məhəl qoymayan ölkə 3-4 insanın qeydinə qalır. Həmin 3-4 insan isə ABŞ-ın öz adamlarıdır. Budur reallıq”.
Keçmiş diplomat peşəkar böhtançıdır
İndi isə bir qədər bu üzdəniraq müzakirənin çıxışçıları, onların səsləndirdikləri sərsəm fikirlər və sosial şəbəkə istifadəçilərinin onlara münasibətindən danışaq. İlk olaraq keçmiş səfir Riçard Kozlariç haqqında...
1994-97-ci illərdə Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri işləmiş Riçard Kozlariç diplomat kimi heç də müsbət keyfiyyətləri ilə xarakterizə olunmur. Yaşını-başını aşırıb, artıq diplomat kimi heç öz ölkəsinin də işinə yaramadıqda bir sıra ictimai təşkilatlarda çalışmağa başlayıb və hazırda ABŞ-ın Sülh İnstitutunun Müsəlman Dünyası üzrə Xüsusi Təşəbbüslər bölməsinin direktorudur. Bu vəzifədə o, imperialist mərkəzlərin, islamofob dairələrin müsəlman Şərqinə qarşı planlarının reallaşması üzrə ideoloji qanadın “zabitlərindən” biridir. Peşəkar böhtançı, şantajçı olan Kozlariçin Azərbaycana qarşı hikkəsinin səbəblərindən biri də məhz bu qeyri-rəsmi titulu ilə bağlıdır. Kozlariç dinləmədə çıxışı zamanı Bakıdakı ABŞ səfirinin geri çağırılmasını, rəsmilərə viza qadağasının qoyulmasını, ABŞ hökumətinin Beynəlxalq Özəl İnvestisiya Korporasiyası (Overseas Private Investment Corporation) və ya Export Import Bankı vasitəsilə Azərbaycan şirkətlərinin mənfəətləndirilməsinin dayandırılmasını təklif edib. Onun bu çıxışı və Azərbaycana sanksiya çağırışları bizim üçün təəccüblü deyil. Bu, nə ilkdir, nə də, böyük ehtimalla, sonuncu olmayacaq. Elə ölkə vətəndaşlarının da bu “boşboğaz qoca”dan fərqli bir gözləntisi yoxdur. Baba Əliyev adlı gəncin yazdığı status bu mənada diqqət çəkir: “Kozlariçin ənənəvi olaraq anti-Azərbaycan mövqeyində dayanmasının səbəbləri kimi, əlbəttə ki, onun şəxsi maraqları göstərilməlidir. Belə ki, hələ xeyli müddət əvvəl KİV-də gedən məlumatlara görə, keçmiş səfir diplomatik fəaliyyəti dövründə ölkəmizdə qeyri-qanuni biznes qurmaq istəsə də, buna nail ola bilməyib. Məhz bu da Kozlariçdə Azərbaycan dövlətinə, iqtidarına qarşı düşmənçilik hisslərini formalaşdırıb”.
Xaqani Bəkirov isə yazır: “Kozlariç Azərbaycana həmişə düşmən mövqeyində olub. Maraqlısı odur ki, dünyada insan hüquqlarının tapdalandığı onlarla dövlət var. Uzağa getməyək, Suriyanın başına açılan oyunlar, 400 mindən çox insanın qətli Komitəni danışdırmır. Amma Azərbaycanda öz agentlərinin həbsinə isə ayrıca həssaslıqla yanaşırlar. Görünür, Kozlariç və Kramer də ermənilərlə işbirliyi edirlər...”.
Selcan Əliyeva: “Son vaxtlar insan hüquqlarından danışanlara bircə sual vermək istəyirəm: insan hüquqlarının pozulmasından danışırsız, bəs neçə ildir, öz doğma yurduna (erməni işğalında olan) getdiyinə görə girov saxlanılan Dilqəm və Şahbazın pozulan hüquqları insan hüquqlarına aid deyilmi, cənab Kozlariç? Yoxsa Ermənistanın işğalçılıq siyasəti ilə hüquqları pozulan 1 milyon vətəndaşımızın taleyi sizə vacib deyil?!”.
Xədicə İsmayılın “siyasi məhbus” siyahısı: ya saymağı bilmir, ya da...
İmperialist mərkəzlərin agentura şəbəkəsinin üzvü olan jurnalist Xədicə İsmayıl canlı yayımla qoşulduğu dinləmələrdə çıxışı zamanı deyib ki, Azərbaycanda 138 nəfər “siyasi məhbus” var. Əvvəla, dünyada “siyasi məhbus” kateqoriyasının sərhədlərinin aydınlaşmadığı, bu anlayışın doğru-düzgün qavranılmadığı və hüquqda belə müzakirələrə səbəb olduğu bir vaxtda bəzilərinin hər dəfə ölkəmizdə “siyasi məhbus” ovuna çıxması qəbuledilməzdir. Çünki hələ kimə “siyasi məhbus” deyiləcəyinin özü mücərrəd və qeyri-müəyyəndir. İkincisi, Azərbaycanda bir nəfər belə siyasi məhbus yoxdur. Kiminsə nə vaxtsa siyasətlə məşğul olması, amma törətdiyi konkret qanunsuzluğa görə cinayət məsuliyyətinə cəlb olunması həmin adamın “siyasi məhbus” adlandırılmasına əsas vermir. Nəhayət, X.İsmayılın da aralarında olduğu Azərbaycanda “siyasi məhbus” “ovçuları” hələ ötən il ölkəmizdə bu kateqoriyadan təxminən 100 nəfərə yaxın məhbus olduğunu iddia edirdilər. Onların “siyahıya aldıqları” məhbusların çoxu artıq Prezident İlham Əliyev tərəfindən imzalanan əfv Sərəncamı və qəbul olunmuş amnistiya aktı nəticəsində azadlığa çıxıb. İndi necə oldu ki, bu siyahı azalmaq yerinə artdı? Belə çıxır ki, ya Xədicə saymağı bilmir, ya da o, həbsdə olarkən türmədə sözügedən kateqoriyadan olan yeni məhbuslar icad edib ki, cəmiyyətin bu adamlardan xəbəri yoxdur. X.İsmayılın çıxışında “gül vurduğu” başqa bir detal isə “Azadlıq” radiosu ilə bağlı fikirləridir. Xədicənin bu radionu Birləşmiş Ştatların Azərbaycanda ən yaxşı işi adlandırması, hesab edirik ki, ABŞ dövlətinin özünə də təhqirdir. Bu həm də illərdir radionun müstəqil olduğunu iddia edən X.İsmayılın özünü inkarıdır. Bu məqam sosial şəbəkələrdə rəy yazan gənclərin də diqqətindən yayınmayıb. Sevda Əlizadə adlı xanım yazır: “X.İsmayılova özü də etiraf edir ki, “Azadlıq” radiosu ABŞ-ın Azərbaycanda etdiyi ən yaxşı işdir. Bundan açıq etiraf olmaz. Elə buna görə də “Azadlıq” radiosunda çalışanları ABŞ-ın agentləri adlandırırlar”.
Aynur Babayeva isə yazır: “Yəni bu qədər həngamə cəmi 3-4 nəfərin tutulmasına görə keçirilir? Xədicə 138 nəfər siyasi məhbus deyir. Bunun heç olmazsa, bir otuzunu sadalasın”.
Zeynəb Nağıyeva: “Xədicə deyib ki, biz heç bir qanunu pozmamışıq. Çox gülməlidir. Bəs külli miqdarda qeyri-qanuni saxta sənəd və imzalarla qrant mənimsəməyinizi “qanuni” hesab edirsiniz?”.
Kərimlinin “Türkel gedişi” nəyə hesablanıb?
Dinləmənin başqa bir diqqət çəkən məqamı isə qonaq statusunda Əli Kərimlinin oğlu Türkel Kərimlinin iştirakı və orada çıxışıdır. Xeyr, söhbət heç də bu çiçəyi burnunda “siyasətçi”nin çıxışının dərin intellektual bazaya və maraqlı tezislərə söykənməsindən getmir. Əksinə, onun çıxışı şablon və Ə.Kərimli ritorikasının, absurd iddiaların içini doldurduğu çərəndən başqa bir şey deyildi. Söhbət ondan gedir ki, bu, AXCP sədrinin yeni “layihə”sidir. Görünür, Ə.Kərimli xaricdəki tədbirlərə öz oğlunu göndərməklə antimilli mərkəzlərlə Türkeli tanış edib ona gələcəkdə “parlaq” karyera hazırlamağı, həmçinin birbaşa oğlu vasitəsilə maliyyə mənbələri ilə əlaqələri yaratmağı düşünür. Hətta ola bilər ki, Ə.Kərimli Türkeli özünün yerinə hazırlayır və yaxın gələcəkdə oğlunu öz siyasi biznesinin başına keçirəcək. Onun bu planları nə qədər reallaşacaq, bunu zaman göstərəcək, bu gün isə dəqiq bilinən odur ki, Kərimlinin “Turkel gedişi” radikal düşərgədə ciddi narazılığa rəvac verməkdədir. Elə “Azadlığ”ın “Facebook” səhifəsinə yazılan şərhlərdə də bu narazılığın ilkin işartıları görünür. Ə.Kərimlinin öz oğlunu mitinqə gətirməməsi, əvəzində onu ABŞ-da rahat divarlar arasında təşkil olunan hansısa tədbirə göndərməsi sosial şəbəkə istifadəçiləri olan gənclərin narazılığı ilə qarşılanıb. Məsələn, Elnur Seyid adlı gənc yazır: “Əli Kərimlinin oğlu orada nə edir? Demək, buradakı mitinqlərdə Kərimli oğlunun iştirakını təmin etmir. Amma ABŞ-a komitənin iclasına göndərir ki, oğlunu tanısınlar. Bəlkə, ona 1-2 dollar pul verərlər. Hanı AXCP-nin fəalları? Məgər sizin siyasi savadınız Türkeldən aşağıdır? Niyə Kərimli sizi yox, məhz oğlunu göndərdi?”.
Yaxud Aynur Əsgərova-Mamedova adlı sosial şəbəkə istifadəçisi şərhində belə qeyd edir: “Türkel Kərimlinin də mətnini, çox güman Əli Kərimli yazıb, azərbaycanca variantda ona göndərib. O isə tərcümə edib üzündən oxuyub. Mətndən atasının stili aydın görünür. Bundan əlavə, görəsən, Türkel Kərimli 20 ildən çoxdur heç bir yerdə işləməyən atasının hansı pulları ilə xaricdə ən bahalı universitetdə təhsil alıb və hal-hazırda hansı pullarla xaricdə qalır?”.
Alyar Məmmədov: “Ə.Kərimli artıq 16 ildir partiya sədridir. Başqa namizədin olmasına imkan vermir. Sahib Kərimli buna misaldır. Mitinq keçirir, Türkeli gətirmir, mitinqə gələn başqalardır. Kərimli oğlunu komitənin iclası kimi mədəni iclaslara göndərir. Artıq atadan oğula varislik prinsipinin də beləcə kökünü qoyur”.
Baba Əliyev: “AXCP-də xeyli fəallar olduğu halda nəyə görə ABŞ-da dinləmələrdə Ə.Kərimlinin oğlu Türkel iştirak edib? Görünür, varis planı işə düşüb. Artıq qocaldığını hiss edən Ə.Kərimli tədricən öz oğlunu hazırlayır”.
Bako Saakyanın oğlu ilə Əli Kərimlinin oğlu eyni səfdə 
Bədnam dinləmənin canlı yayımlanan videogörüntüsündə orada erməni diasporunun fəallarının olduğu, həmçinin Azərbaycanın işğal edilmiş torpaqlarında yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın oğlu Armen Saakyanın da tədbirə qatıldığı görünür. A.Saakyan ABŞ-dakı erməni diasprunun ən nüfuzlu qurumlarından sayılan Amerika Erməni Milli Konqresinin (ANCA) fəal funksionerlərindən biridir. Özünü Azərbaycan müxalifətinin liderlərindən (?) sayan Əli Kərimlinin övladının ermənilərlə eyni səfdə dayanması, onlarla birgə ölkəmizin əleyhinə təbliğat aparması, əlbəttə ki, insanların ciddi narazılığı ilə qarşılanıb. Sosial şəbəkədəki gənclər haqlı bir sual ünvanlayırlar ki, nə üçün Əli Kərimli və onun oğlu ermənilərin anti-Azərbaycan kampaniyasında belə canfəşanlıqla iştirak edir? Cavabı çox sadədir: çünki Əli Kərimli öz ambisiyaları naminə şeytanla da əməkdaşlığa getməyə hazırdır. AXCP sədrinin siyasi keçmişi, tərcümeyi-halı da bunu deyir.
Vüqar Mirzəyev adlı sosial şəbəkə istifadəçisi də bu məqama toxunub. O yazır ki, iştirakçılarının əksəriyyəti ermənilərdən ibarət olan o dinləmələrə yalnız şəxsi ambisiyaları naminə şeytanla da işbirliyinə getməyə hazır olan Ə.Kərimli (oğlu vasitəsilə) və X.İsmayıl kimi antimilli ünsürlər qatıla bilərdi: “Təsadüfi deyil ki, Amerika Erməni Milli Komitəsinin (ANCA) təmsilçiləri də bu şəxslərin tədbirdə iştirakına etiraz etməmişlər. Yalnız ümummilli məsələlərdə prinsipial mövqe tutan Erkin Qədirlinin məruzəçilər siyahısına daxil edilməsi ermənilərin ciddi etirazı ilə qarşılanmış və nəticədə o, ABŞ-a dəvət edilməmişdir”.
Həmçinin Rza Ağayev də eyni fakta toxunaraq T.Kərimlinin Bako Saakyanın oğlu ilə eyni tədbirdə ola-ola bir dəfə də olsun onlara etiraz etmədiyini qınayır: “Dinləmələrdə erməni təşkilat ANCA da vardı. Nə Xədicə (Xədicəni azdan - çoxdan bilirik ki, ermənilərlə işbirliyinə gedir), nə də ki Türkel bu barədə etiraz bildirmədi. Bunlarda milli maraqlara xidmət deyil, xarici qüvvələrə xidmətdir”.
Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil 
Deyilənlər və deyiləcək sözlər çoxdur. Amma bunların heç biri mövcud gerçəkliyi dəyişdirməyəcək. Dünya nizamını pozan ikili standart bu gün də işini görür. Bu, sadəcə, insan hüquq və azadlıqlarına, demokratik norma və dəyərlərə münasibətdə özünü göstərməklə kifayətlənmir, təəssüf ki, müasir beynəlxalq münasibətlər sistemində artıq özünə yer etmiş davranış normasına çevrilməkdədir. Amma hər kəs bir həqiqəti dərk etməlidir ki, demokratik inkişaf yolunda irəliləyən Azərbaycanda ölkə Konstitusiyası, qanunları və beynəlxalq səviyyədə tərəfdar çıxdığı öhdəlikləri əsasında qanunun aliliyi, fundamental hüquq və azadlıqlar tam şəkildə təmin olunub, vətəndaş cəmiyyəti institutlarının, kütləvi informasiya vasitələrinin inkişafı üçün əsaslı tədbirlər həyata keçirilib. Azərbaycan istənilən təşkilat və dövlətlə əməkdaşlıq etməyə hazır olduğunu həmişə bəyan edir. Amma harada ki, ölkəmizin ünvanına tənqidlər qərəzli xarakter daşıyır və Azərbaycanın maraqlarına zərbə vurmaq məqsədi güdür, həmin tənqidlərin qəbulolunmazlığı açıq şəkildə ifadə edilir, istər ölkə hakimiyyəti, istərsə də cəmiyyətimiz bu cəhdlərə layiqli şəkildə cavab verir. Azərbaycan heç bir halda özünün dövlət və milli maraqlarını ayrı-ayrı beynəlxalq təşkilatların və ya ölkələrin istək və arzularına qurban vermək niyyətində deyil. 

 
  • Oxunub:  15810  |  
  • Tarix:  20-09-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir

17 Oktyabr 12:53
Bakı Şəhər İcra Hakimiyyəti obyekt rəhbərlərini paytaxtın yaşıllaşdırılmasına biganə qalmamağa çağırır
17 Oktyabr 12:49
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
17 Oktyabr 12:45
Son 5 ildə 20 min gənc müəllim işə qəbul olunub
17 Oktyabr 12:38
Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun illik toplantısında Azərbaycana dair xüsusi təqdimat keçirilib
17 Oktyabr 12:36
NASA Ayın cənub qütbündə buz təbəqəsini axtaracaq yeni lunoxod hazırlayacaq
17 Oktyabr 12:29
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Sumqayıtda vətəndaşları qəbul edib
17 Oktyabr 12:24
Cəlilabadda minlərlə gəncin iştirakı ilə yürüş keçirilib
17 Oktyabr 12:19
Politoloq: Türk Şurasına üzvlük Özbəkistana Transxəzər marşrutuna inteqrasiya imkanı yaradır
17 Oktyabr 12:13
Ceyhun Bayramov: 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir
17 Oktyabr 12:07
Bakıdan Avropaya ilk dəfə dəmir yolu ilə birbaşa konteyner qatarı yola salınır
17 Oktyabr 12:02
Naxçıvanda “Müstəqillik işığında” adlı sərgi açılıb
17 Oktyabr 11:53
Növbəti ildən STEAM layihəsində iştirak edən şagirdlərin sayı 20 minə çatdırılacaq
17 Oktyabr 11:43
Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib
17 Oktyabr 11:40
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib
17 Oktyabr 11:36
Ölkəmizdə ilk dəfə olaraq peşə təmayüllü siniflər yaradılıb
17 Oktyabr 11:26
Çində Asiya-Afrika Gənc Sahibkarlar Forumu işə başlayıb
17 Oktyabr 10:52
Bakı Slavyan Universitetinin kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib
17 Oktyabr 10:45
Bakıda Neonatologiya üzrə Beynəlxalq Konqres keçirilir
17 Oktyabr 10:36
Azərbaycan ilə Belarus 146 milyon dollarlıq ticarət əməliyyatları aparıb
17 Oktyabr 10:34
Uğurlu Azərbaycanımız uğrunda
17 Oktyabr 10:18
UNESKO-nun baş qərargahında Nəsiminin anadan olmasının 650 illiyi təntənə ilə qeyd edilib
17 Oktyabr 10:08
Kamran Bayramov: “Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur”
17 Oktyabr 10:02
YAP Abşeron rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda “dəyirmi masa” keçirilib
17 Oktyabr 10:00
YAP Binəqədi rayon təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
17 Oktyabr 09:58
STEAM layihəsinin tətbiq olunduğu məktəbə mediatur təşkil edilib
17 Oktyabr 09:56
YAP Gədəbəy rayon təşkilatının İdarə Heyətinin növbəti iclası keçirilib
17 Oktyabr 09:54
YAP Tərtər rayon təşkilatının geniş tərkibli Şura iclası keçirilib
17 Oktyabr 09:52
YAP Qaradağ rayon təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır və nida işarəsi” adı altında yürüş-aksiya keçirilib
17 Oktyabr 09:51
EKOLOJİ PROBLEMLƏR ARADAN QALDIRILIR, ƏTRAF MÜHİT SAĞLAMLAŞDIRILIR
17 Oktyabr 09:49
Sabirabadda 50 min ədəd müxtəlif növ ağac əkiləcək
17 Oktyabr 09:47
“Uşaq Qaynar Xətt” xidməti artıq qısa nömrədə
17 Oktyabr 09:45
Regionlarda taxılçılıq təsərrüfatlarında payızlıq əkin prosesinə başlanılıb
16 Oktyabr 22:34
Prezident İlham Əliyev: Azərbaycanda aparılan islahatlar ardıcıl xarakter daşıyır
16 Oktyabr 22:29
Vergidən yayınmaq çox ciddi nəticələrə gətirib çıxarmalıdır
16 Oktyabr 22:18
Prezident İlham Əliyev: Hökumət qarşısında vəzifə qoymuşam ki, xarici dövlət borcumuzu ildən-ilə azaldaq
16 Oktyabr 22:13
Prezident İlham Əliyev: Qeyri-neft sənayemizin 15 faizdən çox artması dünya miqyasında rekord göstərici hesab oluna bilər
16 Oktyabr 22:09
Azərbaycan Prezidenti İlham Əliyevin yanında iqtisadi müşavirə keçirilib
16 Oktyabr 21:37
Lerik rayonunda Müstəqillik Günü münasibətilə yürüş keçirilib
16 Oktyabr 21:31
“Azərbaycan Dəmir Yolları” MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının iclasında iştirak edir
16 Oktyabr 21:24
Astarada Dövlət Müstəqilliyi Günü bir sıra tədbirlərlə qeyd olunub
16 Oktyabr 21:18
Növbəti diplomatik uğur: Azərbaycan Prezidentinin tutarlı arqumentləri
16 Oktyabr 21:17
Dövlət İdarəçilik Akademiyasında Əhməd bəy Ağaoğlunun anadan olmasının 150 illiyi qeyd edilib
16 Oktyabr 21:14
Rektor Gülçöhrə Məmmədova İnşaat fakültəsinin birinci kurs tələbələri ilə görüşüb
16 Oktyabr 21:10
İsveçrədə keçirilən tədbirdə ölkəmizdə texniki tənzimləyicilərin beynəlxalq tələblərə uyğunlaşdırılmasından danışılıb
16 Oktyabr 20:59
Hərbi hissədə hazırlıq kursuna cəlb olunan heyətlə kütləvi tərbiyəvi tədbir keçirilib
16 Oktyabr 20:56
Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüş
16 Oktyabr 20:50
Sofiyada Nəsiminin həyat və yaradıcılığına həsr olunmuş ədəbi-bədii gecə keçirilib
16 Oktyabr 20:49
Təhsil Nazirliyi ilə Türkiyə Maarif Fondu arasında əməkdaşlıq istiqamətləri müzakirə edilib
16 Oktyabr 20:41
Rüstəm Cabbarov: Türk Şurasının tamhüquqlu üzvü olmaq Özbəkistanın xarici siyasətində tarixi bir addımdır
16 Oktyabr 20:34
Avropa İttifaqı: xarici siyasətin prioritetlərinə yeni baxış
16 Oktyabr 20:30
Mun Hi-sanq: Azərbaycan Koreya Respublikası üçün mühüm əhəmiyyət kəsb edir
16 Oktyabr 17:43
Azərbaycan və Türkiyə hüquqi sahədə səmərəli əməkdaşlıq edir
16 Oktyabr 17:42
2020-ci il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb
16 Oktyabr 17:39
İsmayıllı gənclərindən möhtəşəm yürüş
16 Oktyabr 17:34
Eldar İbrahimov: Ötən 10 il ərzində türkdilli dövlətlər arasında münasibətlər daha da güclənib
16 Oktyabr 17:31
Azərbaycan XİN Minsk qrupu həmsədrlərinin bölgəyə səfər marşrutuna münasibət bildirib
16 Oktyabr 17:21
Mirhəsən Seyidov: Türk Şurasının Bakıdakı Zirvə görüşü türk dünyası üçün yeni strateji inkişaf xəritəsi müəyyənləşdirdi
16 Oktyabr 17:18
Sevinc Fətəliyeva: Türkdilli dövlətlər arasında əlaqələrin daha da güclənəcəyi şübhəsizdir
16 Oktyabr 17:11
Politoloq: Azərbaycanın da yaxından iştirakı ilə türkdilli dövlətlərin əməkdaşlığının yeni platforması yaradılıb
16 Oktyabr 16:58
Azərbaycanda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi yaradılıb
16 Oktyabr 16:54
Göyçay çayında selə qarşı mübarizə tədbirlərinə 7 milyon manat ayrılıb
16 Oktyabr 16:51
Koreya Respublikası Milli Assambleyasının sədri İçərişəhərlə tanış olub
16 Oktyabr 16:33
AMEA-da İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzi yaradılır
16 Oktyabr 16:30
Bütün Türkdilli dövlətlər birlik və bərabərliklərini qorumalıdır
16 Oktyabr 16:14
Bakı Beynəlxalq Media Konfransının iştirakçıları Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib
16 Oktyabr 16:09
Azərbaycan Avropa Şurasının daha bir müqaviləsinə imza atıb
16 Oktyabr 16:03
Naqif Həmzəyev: İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək əzmində olduğuna daha bir mesaj verdi
16 Oktyabr 16:00
Rəcəb Tayyib Ərdoğan: Soyqırımı görmək istəyən varsa, Dağlıq Qarabağda baş verənlərə baxsın
16 Oktyabr 15:57
Vüqar Rəhimzadə: Bakı görüşü türkdilli xalqların birliyinin daha da möhkəmlənməsinə yol açan tarixi hadisədir
16 Oktyabr 15:56
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+22 +26
gecə+16 +18