Ana səhifə »  Müəlliflər »  Əli Kərimlinin “mühacir biznesi” haqqında yeni faktlar açıqlanıb
A+   Yenilə  A-
Əli Kərimlinin “mühacir biznesi” haqqında yeni faktlar açıqlanıb
Yazdı: Pərviz Sadayoğlu

Razi Nurullayev keçmiş sədrinin xaricdəki əlaltıları ilə əlaqələrini təsdiqləyən səs yazısı yayıb
Fəaliyyətləri yalnız xəyanətə və satqınlığa köklənmiş radikal müxalifət düşərgəsi partiyalarında vəziyyət yenidən gərginləşməkdədir. Sentyabr ayında keçirdikləri mitinq-şoularının iflası onların xalq tərəfindən dəstəklənməməsi gerçəkliyini növbəti dəfə üzə çıxarmış oldu. Fərqli xarici dairələrin əlaltısı olan bu partiyalar artıq şəxsi kooperativlərə çevrildiklərini əməlləri ilə də təsdiqləyirlər. Yalnız şəxsi maraqlara xidmət göstərən bu partiyalar üçün ən əsası əldə etdikləri maddiyyatdır və bu madiyyatı hansı yolla əldə edəcəkləri onlar üçün əhəmiyyət kəsb etmir.
Məsələn, AXCP və onun sədri Əli Kərimlinin xəyanət benefisi olduqca “parlaqdır”. Öz siyasi karyerasını xəyanətlər üzərində quran Ə.Kərimli vaxtilə ələ keçirdiyi partiyanı - AXCP-ni də özünün biznes vasitəsinə çevirdi. İllərdir ki, xaricə siyasi mühacir “yollamaqla” məşğul olan Ə.Kərimlinin bu əməli dəfələrlə ifşa edilib, hətta pulla arayış alaraq xaricdə məskunlaşan yalançı AXCP-çilər özləri də təsdiq ediblər ki, Əli Kərimli bir sıra xarici ölkələrdə olan yardımçılarının köməyi ilə geniş siyasi mühacir biznesinə malikdir.
Bununla bağlı faktlar radikal müxalifət düşərgəsindən olan şəxslər tərəfindən də zaman-zaman etiraf edilib. Məsələn, vaxtilə AXCP-də Əli Kərimlinin müşaviri olmuş Şakir Abbasov KİV-ə açıqlamasında keçmiş sədrinin siyasi mühacir biznesi ilə məşğul olduğunu, AXCP-dən də bu məqsədlə istifadə etdiyini bildirmişdi. Ş.Abbasov demişdi ki, Ə.Kərimli hətta AXCP-də heç kimin tanımadığı şəxslərə belə saxta vəsiqələr düzəldərək onların Avropaya “mühacirət” etməsinə yardım göstərib. Bunun müqabilində isə həmin “AXCP-çi”lərdən minlərlə avro “bəxşiş” alıb.
Vaxtilə AXCP üzvü olan, Etimad Qurultayından sonra isə Əli Kərimlinin əməllərini ifşa edən Ehtiram Mehdiyev də bildirmişdi ki, Əli Kərimli partiya vəsiqələrini pulla satmaqla və bu kimi bir çox biznes əməllərilə məşğul olur. O qeyd etmişdi ki, Əli Kərimli çirkin əməlləri ilə xalqı yalançı vədlərlə aldadaraq öz mənafeyinə xidmət edir. Çirkli əllərlə təmiz işlər görmək mümkün deyil. Ona görə də partiyadan qopmalar sürətlənir və qruplaşmalar yaranır.
Vurğulayaq ki, ötən il AXCP-də yaşanan parçalanmadan sonra hər iki tərəf bu arqumenti əks tərəfi susdurmaq üçün istifadə etməyə başladı. Bir müddət öncə Əli Kərimli özünə yaxın mətbu ruporda Razi Nurullayevin AXCP adından arayış verdiyini bildirmişdi. R.Nurullayevin rəhbərlik etdiyi Xalq Cəbhəsi Partiyası bununla bağlı bəyanat yayıb. Bəyanatda bildirilir ki, “mühacir arayışı”nın üzərindəki möhür Əli Kərimlidədir və imza da onun imzasıdır. R.Nurullayevin rəhbərlik etdiyi AXCP bəyan edib ki, bununla da Əli Kərimli bir daha özünü ifşa edib: “Hər kəsə məlumdur ki, partiyanın möhürü hər zaman ya Əli Kərimlinin özündə, ya da həbsdə olan köməkçisi Faiq Əmirlidə olub. Və Əli Kərimli, əslində, bu fotonu paylaşaraq birbaşa öz köməkçisini zərbə altında qoyur, məsuliyyəti istənilən zaman onun üzərinə atmaq üçün öncədən tədbirlər görür. Biz bundan sonra yalançı ittihamlara, böhtanlara qarşı susmayacaq, Əli Kərimilinin adamlarının ölkədə və Avropada miqrant biznesi ilə məşğul olmalarını təsdiq edən bütün faktları ictimaiyyətə göstərəcəyik”.
Bəyanata Əli Kərimlinin yaxın adamı Fikrət Hüseynovun Avropadakı insan, miqrant alverini təsdiqləyən səs yazısı da əlavə edilib.
Göründüyü kimi, özlərini partiya adlandıran və faktiki cinayətlə məşğul olan belə “şəbəkə”lər siyasət adı altında qeyri-qanuni əməllərlə məşğuldurlar. Özlərini “aydan arı” kimi qələmə verməyə çalışanların maskası isə yenidən yırtılır. Əli Kərimlinin çirkin əməlləri növbəti dəfə cəmiyyətə təqdim olunur. Necə deyərlər, “cidanı çuvalda gizlətmək olmur”...

 
  • Oxunub:  17820  |  
  • Tarix:  06-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Kürdəxanı qəsəbəsindəki 113 nömrəli məktəbdə yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

14 Sentyabr 22:45
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14 Sentyabr 22:44
“Meydan TV”ni Parisdə erməni lobbisi maliyyələşdirir - Sübut olundu
14 Sentyabr 22:32
İsmayıllıda ulu öndər Heydər Əliyevin abidəsini ziyarət
14 Sentyabr 22:16
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14 Sentyabr 22:00
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllının Diyallı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə olub
14 Sentyabr 21:24
Şamaxının Muğanlı kəndində zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində yeni ev inşa olunub
14 Sentyabr 21:18
Şamaxıda Ulu Öndərin abidəsini ziyarət
14 Sentyabr 21:10
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq
14 Sentyabr 20:53
Birinci vitse-prezident Mehriban Əliyeva Şamaxı Cümə məscidini ziyarət edib
14 Sentyabr 20:31
Dənizkənarı Milli Parkda açıq karate seminarı təşkil olunub
14 Sentyabr 20:28
Şamaxıda Məlikçobanlı kənd tam orta məktəbinin açılışı olub
14 Sentyabr 19:05
İmişlidə yeni məktəb binalarının açılışı olub
14 Sentyabr 18:42
Təhsil naziri Biləsuvarda məktəb açılışında iştirak edib
14 Sentyabr 18:29
Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrində andiçmə mərasimləri keçirilib
14 Sentyabr 17:48
Türkiyəli qazilərdən və ehtiyatda olan zabitlərdən ibarət nümayəndə heyəti ilə görüş keçirilib
14 Sentyabr 17:28
Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrin inkişafı məsələləri müzakirə edilib
14 Sentyabr 17:20
Azərbaycanla Türkiyə gömrük orqanları əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb
14 Sentyabr 17:10
Səbail rayonunda abadlıq-quruculuq işləri davam etdirilir
14 Sentyabr 17:06
Polis Akademiyasına qəbul edilmiş və ilkin hərbi hazırlığı başa vurmuş kursantların andiçmə mərasimi olub
14 Sentyabr 16:13
Akkan Suver: 1918-ci ildə Bakının işğaldan azad edilməsi bütün türk dünyası üçün böyük hadisədir
14 Sentyabr 15:52
Bədii gimnastika üzrə 37-ci dünya çempionatına halqa və topla hərəkətlərdə təsnifat yarışları ilə start veriləcək
14 Sentyabr 15:08
Azərbaycan Prezidenti meksikalı həmkarını milli bayram münasibətilə təbrik edib
14 Sentyabr 14:56
Prezident İlham Əliyev Böyük Britaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 14:36
Nizami Cəfərov: Yeni nəsillərin milli ruhda, dilinə, dininə, mədəniyyətinə sədaqət ruhunda tərbiyə olunması daim diqqət mərkəzində olmalıdır
14 Sentyabr 14:19
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 14:08
YAP nümayəndə heyəti "Bir kəmər - bir yol təşəbbüsü"nün inkişafı mövzusunda Çin Mili Komitəsi yanında Makroiqtisadiyyat İnstitutunun ekəpertləri ilə müzakirələr aparıb
14 Sentyabr 14:05
Yaqub Mahmudov: Ölkəmizdə hər bir sahədə müşahidə olunan inkişaf elm və təhsil sektorunda da nəzərə çarpır
14 Sentyabr 13:52
Prezident İlham Əliyev Latviyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
14 Sentyabr 12:50
İdris İsayev: Bu il 84 məktəb binasının tikintisi başa çatdırılacaq
14 Sentyabr 12:39
Azərbaycan Ordusunun hərbi qulluqçuları “Saber Junction - 19” təlimində iştirak edir
14 Sentyabr 12:34
Türkiyənin ehtiyatda olan zabitləri və müharibə veteranlarından ibarət nümayəndə heyəti DOST Agentliyində olub
14 Sentyabr 12:32
“Yeni Əsrin müqaviləsi”nin imzalanmasından 2 il keçir
14 Sentyabr 12:29
Sverdlovsk vilayətinin sahibkarları Azərbaycanda şəhərsalma fəaliyyəti və əməkdaşlıq imkanları barədə məlumatlandırılıb
14 Sentyabr 10:59
Türkiyədəki soydaşlarımızın hüquqi statuslarının müəyyən edilməsi istiqamətində işlər görülür
14 Sentyabr 10:57
Sentyabrın 14-ü Ümumdünya İlk Tibbi Yardım Günüdür
14 Sentyabr 10:55
Muriel Peneveyre: Naxçıvan çoxşaxəli iqtisadiyyata malikdir
14 Sentyabr 10:49
Milli Məclisin deputatı Pərvin Kərimzadə Aprel şəhidinin ailəsini ziyarət edib
14 Sentyabr 10:29
Bakıda kölgə iqtisadiyyatına qarşı mübarizə məsələləri müzakirə olunub
14 Sentyabr 10:25
Ərəstü Həbibbəyli: Azərbaycan və Türkiyə arasında genişlənən əməkdaşlıq və strateji tərəfdaşlıq regionda sabitliyin göstəricisinə çevrilib
14 Sentyabr 10:24
UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib
14 Sentyabr 10:21
Universitetə yüksək balla daxil olan internat məzunu: Yüksək bal toplayacağıma əmin idim
14 Sentyabr 10:20
Mərkəzi Bank uçot dərəcəsini endirib
14 Sentyabr 10:19
Ermənistan 2 milyard dollar təzminat ödəmək məcburiyyətində qala bilər
14 Sentyabr 10:18
Radikal müxalifət Azərbaycanın dövlət maraqlarına qarşı çıxış edir
14 Sentyabr 10:14
Maksim Qalkin Heydər Əliyev Mərkəzində çıxış edəcək
13 Sentyabr 21:21
İçərişəhərdə “Kiyev-Peçora böyük monastırı. Tarix və müasirlik” adlı sərgi açılıb
13 Sentyabr 21:17
Hesablama Palatasında bir sıra nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
13 Sentyabr 21:15
Türkmənistan-Azərbaycan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
13 Sentyabr 21:11
MDB ekspertləri ərazilərin sanitariya mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş layihəsi üzərində işləri davam etdirəcəklər
13 Sentyabr 21:09
Gənclər və İdman nazirinin müavini Sumqayıtda vətəndaşların qəbulunu keçirib
13 Sentyabr 21:05
Bakıda NATO qiymətləndirilməsi təlimi keçirilib
13 Sentyabr 21:03
Nikol Paşinyanın avantürist bəyanatları: Ermənistan yeni fəlakətli yolda
13 Sentyabr 21:01
Rövşən Rzayev: ATƏT-in Minsk qrupu qətiyyətli mövqe nümayiş etdirməlidir
13 Sentyabr 20:58
Azərbaycan ilə Rusiyanın Sverdlovsk vilayəti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
13 Sentyabr 20:54
İtaliyanın Bolzano şəhərində Azərbaycan xalçalarının sərgisi keçirilir
13 Sentyabr 20:51
YAP Qaradağ rayon təşkilatının ərazi ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
13 Sentyabr 20:42
Hikmət Babaoğlu: Rəşid Hacılı azərbaycanlıya yaraşmayan bir hərəkət edib
13 Sentyabr 17:45
Ukrayna və Azərbaycan arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Sentyabr 17:41
Əli Əhmədov: Ölkəmizin inkişafı fonunda Azərbaycana qarşı bir sıra dairələr kampaniyalar aparır
13 Sentyabr 17:33
Azərbaycan təmsilçiləri 7-ci arena polo üzrə dünya kubokuna qələbə ilə başlayıblar
13 Sentyabr 17:32
Akademik Kamal Abdulla Macarıstanın “Zabit Xaçı” ali ordeni ilə təltif olunub
13 Sentyabr 17:24
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
13 Sentyabr 17:22
YAP-ın nümayəndə heyəti Çin səddinə ekskurs ediblər
13 Sentyabr 17:12
Dağlıq Qarabağdan olan gənclərimizlə görüş keçirilib
13 Sentyabr 17:05
Avropa Şurasına üzv ölkələrlə məhkəmə-hüquq sahəsində əməkdaşlıq genişlənir
13 Sentyabr 16:56
Dövlət satınalmaları sahəsində aparılan islahatlar müzakirələr edilib
13 Sentyabr 16:42
Azərbaycan-Rusiya İşgüzar Şurasının qarşıdakı dövrdə fəaliyyət istiqamətlərinə dair müzakirələr aparılıb
13 Sentyabr 16:34
Baş prokuror Qəbələ rayonunda vətəndaşları qəbul edib
13 Sentyabr 16:28
Qax rayonunun kəndlərində iki məktəb binası istifadəyə verilib
13 Sentyabr 16:27
ADPU: elmi şuranın iclasında yeni tədris ilinə hazırlığın vəziyyəti müzakirə olunub

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA