Ana səhifə »  Müəlliflər »  AXCP-nin rayon şöbələri Əli Kərimlidən qurultay “tələb edirlər”...
A+   Yenilə  A-
AXCP-nin rayon şöbələri Əli Kərimlidən qurultay “tələb edirlər”...
Yazdı: Pərviz Sadayoğlu

Onlar əks halda bəyanat verərək kütləvi şəkildə AXCP-dən ayrılacaqlarını bildiriblər
Məlum olduğu kimi, Azərbaycanın radikal müxalifət düşərgəsi, sözün əsl mənasında, problemlər içində “çalxalanmaqdadır”. Belə ki, radikal düşərgədə partiyadaxili plüralizmin pozulması, avtoritar idarəçilik, xaricdən gələn ianələrin düzgün “bölüşdürülməməsi”, partiya sədrinin və ona yaxın şəxslərin quruma özünün şəxsi təsərrüfatı kimi yanaşması qarşıdurmaların pik nöqtəyə çatmasına yol açıb. Radikal müxalifət partiyalarında mütəmadi şəkildə izlənilən bu prosesə son dövrlərdə AXCP-də daha tez-tez rast gəlinir. Əli Kərimliyə qarşı etirazlar nəticəsində AXCP-də parçalanmalar, istefalar davamlı şəkil alıb. Bununla yanaşı, Ə.Kərimlinin partiya daxilində şəxsi iradəsinə əsaslanan qərarları zorla qəbul etdirməsi bu narazılıqların miqyasını artırır.
Bununla yanaşı, bir il öncə partiyanın bir sıra rayon təşkilatları Razi Nurullayevin rəhbərliyi altında AXCP-nin Etimad Qurultayını keçirərək Ə.Kərimliyə etimadsızlıq nümayiş etdirmişdi. Partiya daxilində məhdud bir çevrənin hegemonluq etməsi ilə barışa bilməyən AXCP üzvləri Ə.Kərimlinin və ətrafındakıların açıq bizneslə məşğul olduğunu dilə gətirir, xarici ermənipərəst təşkilatlardan aldıqları ianələri belə mənimsədiklərini deyirlər.
Son baş verən hadisələr isə bir daha göstərdi ki, AXCP-də yenidən istefalar dalğası gözlənilməkdədir. Belə ki, partiyanın Ali Məclis sədrliyinə keçmiş ADP-çi Nurəddin Məmmədlinin təyinat alması rayon təşkilatlarında böyük narazılığa yol açıb. Əli Kərimlinin partiyanın seçkili orqanları ilə məsləhətləşməməsi, partiya daxilində demokratik seçki mühitinin boğulması, eləcə də Əli Kərimlinin qərarlarına alternativ fikir nümayiş etdirənlərə qarşı şantaj kampaniyalarının aparılması yenidən aranı qatıb. Partiyanın Şəki rayon şöbəsinin Əli Kərimlinin verdiyi “fərmana” yox deyərək Sahib Kərimlini AXCP üzvlüyündən azad etməməsi artıq sədrlə partiya üzvləri arasında açıq savaşın getməsindən xəbər verir. Qeyd edilməlidir ki, Sahib Kərimlinin Əli Kərimlinin hədəfinə çevrilməsinə də “fərqli fikir” yürütməsi səbəb olub. Belə ki, qondarma “Milli şura”nın mitinqlərinin tamaşa xarakteri daşıdığını bildirən partiya üzvü ötən il keçirilən qurultayda da namizədliyini irəli sürərək Əli Kərimliyə alternativ olmuşdu. Bu isə onun Ə.Kərimlinin qəzəbinə tuş gəlməsinə şərait yaratmışdı.
Amma deyəsən, Ə.Kərimli yenidən çətin situasiya ilə üz-üzə dayanıb. Belə ki, partiya daxilindən eşidilən “səslər” heç də pozitiv deyil. Verilən məlumatlara görə, Əli Kərimlinin son qərarlarını təftiş edən rayon təşkilatları bu kimi faktların qarşısını almaq üçün imza toplamaq qərarına gəliblər. Onlar AXCP-nin qurultayının çağırılması, orada Ali Məclis sədrinin yenidən seçilməsi və rayon təşkilatlarının üzvlərinin fikirlərinin dinlənilməsi tələbi ilə çıxış edirlər. Bundan başqa, narazı üzvlər Ə.Kərimlidən son bir neçə ildə partiyaya daxil olan ianələrlə bağlı da hesabat istəyir, partiyadaxili münasibətlərin şantaj üsulu ilə tənzimlənməsinə qarşı çıxdıqlarını deyiblər. Sosial şəbəkələrdə hətta partiya üzvlərinin Ə.Kərimlinin xüsusi qrupu tərəfindən təhqir edilməsi bir çox AXCP üzvlərinin səbrini daşdırıb. Narazı fraksiya qurultayın keçirilməyəcəyi təqdirdə bəyanat verərək AXCP-dən ayrılacaqlarını, Ə.Kərimlinin etdiyi maliyyə maxinasiyalarının üstünü açacaqlarını bildiriblər. Xüsusi olaraq vurğulamaq gərəkdir ki, narazı qrup son dövrlərdə keçirilən mitinqlərin şou xarakteri daşıdığını və bunun yalnız Ə.Kərimliyə maddi vəsaitlər qazandırmağa istiqamətləndiyini də bəyan ediblər.
Qeyd edilir ki, artıq AXCP rəhbərliyi narazı qruplaşmanın üzvləri ilə görüşmək üçün bir sıra təkliflər irəli sürüb. Ə.Kərimli müəyyən manevrlərlə qurultay məsələsinin gündəmə gəlməsinin qarşısını almaq istəyir. Çünki ötən il keçirilən qurultaya saxta nümayəndələrin “seçilməsi” yaddaşlardan çıxmayıb. Partiya sədri ondan bununla bağlı da hesabat tələb olunacağını dərk edir.
Göründüyü kimi, cılız, antidemokratik yol tutan, özünü və kürsüsünü qorumaq üçün hər cür hiyləyə əl atan Əli Kərimli və onun qismində digər radikal düşərgə təmsilçiləri artıq öz siyasi varlıqlarını qorumaq üçün rəhbərlik etdikləri partiyaların üzvlərini susdurmağın yollarını düşünməkdədirlər. Amma baş verənlər bir daha sübut edir ki, Əli Kərimlinin əli hər şeydən, hətta öz partiyasından belə çıxıb. Partiya üzvlərinin onun avtoritar idarəçiliyi ilə barışmaması, eləcə də ard-arda verilən istefalar bunu deməyə əsas verir. Xarici dayaqları ilə işbirliyinin ifşa olunması, ermənipərəst mərkəzlərin əl oyuncağı olmasının sübuta yetirilməsi Ə.Kərimlini hətta öz partiyası daxilində belə “siyasi meyit” kimi xarakterizə edir. Təbii ki, onun siyasi riyakarlıq və xəyanətlərlə dolu “karyera”sının belə bir aqibətə tuş gələcəyi özünə də öncədən bəlli idi. Necə deyərlər, niyyəti hara idisə, mənzili də ora oldu...

 
  • Oxunub:  14520  |  
  • Tarix:  21-10-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycan bu gün dünya miqyasında çox böyük hörmətə layiq olan ölkə kimi tanınır

16 İyul 21:14
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə Konstitusiya Məhkəməsində görüş keçirilib
16 İyul 21:09
DSX Akademiyası məzunlarının buraxılış mərasimi olub
16 İyul 20:43
Diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş VI müşavirə çərçivəsində seminar müzakirələr keçirilib
16 İyul 20:36
Çingiz Hüseynzadə: Əminik ki, Azərbaycan idmançıları Avropa Gənclər Olimpiya Festivalında uğurla çıxış edəcəklər
16 İyul 20:33
DTX-nin Heydər Əliyev adına Akademiyasında növbəti məzun buraxılışına həsr olunan tədbir keçirilib
16 İyul 20:26
Nazir: İndiyədək neft-qaz sektoruna 100,6 milyard dollar investisiya yatırılıb
16 İyul 20:23
Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Keşikçidağ kompleksi ərazisində törədilmiş insidentlə bağlı AZƏRTAC-ın suallarını cavablandırıb
16 İyul 20:21
Baş Prokurorluqda Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüş keçirilib
16 İyul 20:15
"Azərenerji" ASC-nin Reabilitasiya Proqramı və yeni hədəflər" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb
16 İyul 20:13
Piter Teys: Beynəlxalq Multikulturalizm Yay və Qış məktəbləri mədəniyyətlərarası dialoqu möhkəmləndirən mühüm təşəbbüsdür
16 İyul 20:10
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
16 İyul 20:08
Gədəbəydə Silahlı Qüvvələrin sıralarından ehtiyata buraxılmış gənclərin qarşılanma mərasimi keçirilib
16 İyul 20:06
Mərkəzi Gömrük Hospitalı İtaliyanın tibb müəssisələri ilə əməkdaşlıq edəcək
16 İyul 20:03
Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə nazirinin başçılıq etdiyi nümayəndə heyəti Ali Məhkəmədə olub
16 İyul 19:51
Dini radikalizmin, ekstremizmin qarşısının alınması sahəsində maarifləndirmənin alternativi yoxdur
16 İyul 19:48
İsrailin Vergi Orqanının baş direktoru yeni Bakı Limanının fəaliyyəti ilə maraqlanıb
16 İyul 19:44
Əli Həsənov: Əminik ki, dost Azərbaycan və gürcü xalqları arasında ədavət toxumları səpmək istəyənlərin cəhdləri heç bir nəticə verməyəcək
16 İyul 17:49
Azərbaycan dövlətinin uzun illərə söykənən qadın siyasəti var
16 İyul 17:47
Donald Tuskun Cənubi Qafqaz turnesi: "Şərq tərəfdaşlığı"nda yeni mərhələ kontekstində
16 İyul 17:45
Azərbaycanla Əfqanıstanın nəqliyyat və İKT sahəsində əməkdaşlığına dair müzakirələr aparılıb
16 İyul 17:39
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
16 İyul 17:31
Azərbaycanın Xarici İşlər naziri Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin sədrləri ilə görüşüb
16 İyul 17:20
Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ermənistanın işğalçılıq siyasətinin nəticələri barədə məlumatlandırılıb
16 İyul 17:13
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrində proqram təminatından istifadə qaydaları üzrə təlim keçirir
16 İyul 17:09
Bakıda Azərbaycan-Əfqanıstan iqtisadi əməkdaşlıq üzrə Birgə İşçi Qrupunun ilk iclası keçirilib
16 İyul 17:06
Biləsuvarda məcburi köçkünlər üçün salınmış qəsəbələrin içməli su təchizatı yaxşılaşdırılır
16 İyul 16:57
Azərbaycanda “Qahirə+25” konfransına hazırlıq kampaniyası çərçivəsində regional dinləmələr davam edir
16 İyul 16:54
Nazirlik: Respublikada bu günədək 3 milyon tondan çox taxıl yığılıb
16 İyul 16:48
Lerikdə “Dövlət gənclər siyasətində partiya gənclərinin rolu” mövzusunda müzakirələr aparılıb
16 İyul 16:25
Goranboyun tam qazlaşdırılması yekunlaşır
16 İyul 16:01
Səyyar “ASAN xidmət” davam edir
16 İyul 15:57
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva Argentina Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb
16 İyul 15:53
Muxtar respublikada yerli istehsal və idxal məhsullarının standartlara uyğunluğuna ciddi nəzarət olunur
16 İyul 15:41
Ötən il Azərbaycanla Əfqanıstanın ticarət dövriyyəsi 37 faiz artıb
16 İyul 15:35
Ali Baş Komandanın tapşırığına əsasən hərbi hissələr yoxlanılır
16 İyul 15:17
İsrailin Vergi Orqanının rəhbəri Azərbaycanın vergi sistemindəki islahatlar barədə məlumatlandırılıb
16 İyul 15:11
“İş Qadınlarına Dəstək” İB-nin daha 9 ölkədə nümayəndəliyi fəaliyyət göstərəcək
16 İyul 15:04
Frank Şıkli: Kannda təşkil olunmuş sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir
16 İyul 14:47
Avropa Gənclər Olimpiya Festivalında iştirak edəcək idmançılarla Milli Olimpiya Komitəsində görüş keçirilib
16 İyul 14:13
Maqali Tabui: Kanndakı sərgi bizə Azərbaycanın xalçaçılıq sənəti ilə yaxından tanışlığa imkan yaradır
16 İyul 13:58
“İş Qadınlarına Dəstək” İctimai Birliyi yaradılıb
16 İyul 13:53
Azərbaycanın Baş Naziri Səudiyyə Ərəbistanı Krallığının Ədliyyə naziri ilə görüşüb
16 İyul 13:42
İşdən qeyri-qanuni şəkildə azad edildiyi müəyyən olunan 77 işçi əvvəlki yerlərinə bərpa edilib
16 İyul 13:36
Azərbaycandan Avropa İttifaqı ölkələrinə məhsul ixracının dəyəri 1,1 milyard dollar artıb
16 İyul 13:34
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndələri Milli Məclisdə olublar
16 İyul 12:52
ANAMA-nın kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:39
Əfqanıstan nümayəndə heyəti ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
16 İyul 12:35
İndiyədək Əfqanıstan Azərbaycan iqtisadiyyatına 1,5 milyon dollar investisiyalar yatırıb
16 İyul 12:31
XV Avropa Gənclər Olimpiya Festivalında Azərbaycanı 122 idmançı təmsil edəcək
16 İyul 12:16
Lerikdə “Sosial şəbəkələr: təhlükəsizlik qaydaları” mövzusunda təlim
16 İyul 12:15
Azərbaycandan MDB ölkələrinə məhsul ixracı artıb
16 İyul 11:40
Naxçıvanda icbari tibbi sığortadan yararlanan daha bir nəfər üzərində pulsuz cərrahi əməliyyat aparılıb
16 İyul 11:38
Çində Azərbaycan Dillər Universitetinin tələbələri üçün yay düşərgəsi fəaliyyət göstərir
16 İyul 11:30
Azərbaycan təbii qaz ixracını artırıb
16 İyul 11:26
Bakıda “DokuBaku” Beynəlxalq Sənədli Film Festivalı keçiriləcək
16 İyul 11:23
Gürcüstanın Xarici İşlər Nazirliyi ölkə ictimaiyyətini təxribatlardan çəkinməyə çağırıb
16 İyul 11:20
Amina Mohammed: Dayanıqlı İnkişaf Məqsədlərinin icrası istiqamətində Azərbaycanın atdığı addımlar təqdirəlayiqdir
16 İyul 11:17
Altı ayda dəmir yolu nəqliyyatı ilə 1,5 milyard dollarlıq yük daşınıb
16 İyul 11:16
BMT qadınları daha çox rəhbər vəzifələrə təyin etməyə çağırıb
16 İyul 11:14
Bakıda yeni layihə uğurla həyata keçirilir
16 İyul 11:10
Özü bu dünyadan getsə də, səsi daim yaşayan sənətkar
16 İyul 11:07
DİM dövlət qulluğuna qəbul üzrə namizədlərin nəticələri haqqında növbəti statistik məlumatları açıqlayıb
16 İyul 11:03
Azərbaycan regionda və MDB məkanında ilk ölkə kimi ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib
16 İyul 09:58
MN: Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
16 İyul 09:53
Türkiyə parlamentində 15 İyul - Demokratiya və Milli Birlik Günü ilə əlaqədar xüsusi iclas keçirilib
16 İyul 09:51
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
16 İyul 09:46
“Harda Azərbaycan adı eşitsək, dərhal Heydər Əliyev yada düşür”
16 İyul 09:44
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu başlayıb
16 İyul 09:43
YAP-ın təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri”nin ikinci turu start götürüb
16 İyul 09:42
YAP Gənclər Birliyinin Oğuz rayonunda təşkil etdiyi “Gənc liderlər üçün yay məktəbləri” layihəsinin ikinci turu gənclərdə xoş təəssürat yaradıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+29 +33
gecə+21 +24