
Məhkəməsi gedən, hətta azadlıqda olan şəxslərin adlarının “siyasi məhbus” kimi erməni lobbisinə təqdim edilməsi dağıdıcı düşərgənin iç üzünü növbəti dəfə açdı
Radikal müxalifət düşərgəsi yenidən qalmaqal meydanına çevrilib. Azərbaycanın dövlət maraqlarına xəyanət edən dağıdıcılar arasında başlayan düşərgədaxili savaşa səbəb isə bu ünsürlərin xarici ermənipərəst dairələrdən daha çox maliyyə əldə etmək istəyidir. Daha dəqiq desək xaricdən gələn maliyyəyə təkbaşına sahib olmaq istəyi vaxtilə “müttəfiq” olan bu ünsürləri hazırda qarşı-qarşıya gətirib. Belə ki, AXCP sədri Əli Kərimlinin, “beşinci kolon”un “ən parlaq” nümayəndələrindən sayılan Xədicə İsmayılovanın və digər radikalların əsas qazanc mənbələrindən biri olan qondarma “siyasi məhbus” məsələsində düşərgə daxilində fikirlər haçalanıb. Yəni, erməni lobbisinin əsas “dayaq”larından sayılan radikalların bu dəfə maddi mənafeləri uzlaşmayıb. Artıq eyni tərəfdə yer almayan X.İsmayılova ilə Əli Kərimli öz şəxsi mənafeləri ucbatından toqquşublar.
Xatırladaq ki, oktyabrın 17-də Xədicə İsmayılovanın başçılığı ilə hazırlanan 94 nəfərlik qondarma “siyasi məhbus siyahısı” Əli Kərimlinin dəstəsi tərəfindən “bəyənilməyib”. Əli Kərimli və əlaltıları bunun qarşılığında 166 nəfərin adının qeyd edildiyi başqa bir qondarma “siyahı” təqdim ediblər. Eyni zamanda, marionet Cəmil Həsənlinin də məhz 166 nəfərlik siyahını “dəstəkləməsi”, internet saytı kimi fəaliyyət göstərən “Azadlıq” qəzetində Xədicə İsmayılovanın və onun siyahısının “topa tutulması” keçmiş “şəriklər” arasında qovğaya start verib.
Vaxtilə “Əli Kərimlinin adamı” kimi xarakterizə olunan, onun əmrlərini yerinə yetirən Xədicə İsmayılova isə “köhnə boss”unu “ambisioz”, “ağılsız” kimi “təriflərə” qonaq edib. Əli Kərimli ilə Cəmil Həsənlini araqarışdıran adlandıran X.İsmayılova onun işinə mane olanlara qarşı əməlli-başlı müharibə açıb. Onun tərəfdaşları Əli Kərimli-Leyla Yunusova işbirliyinin “bəhrəsi” kimi meydana çıxan 166 nəfərlik qondarma “siyasi məhbus siyahısı”nda bir adamın adının iki dəfə yazılması, artıq azadlıqda olan şəxslərin adlarının bu siyahıya salınması kimi halların olduğunu bildiriblər. Göründüyü kimi, olduqca gülünc bir vəziyyətdə özünü ifşa edən “beşinci kolon” nümayəndələri hansı fəaliyyətlə məşğul olduqlarını bariz şəkildə ortaya qoymuş olurlar.
Mövzu ilə bağlı KİV-ə açıqlamasında hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı isə yaranan qalmaqala müəyyən dərəcədə aydınlıq gətirib. O bildirib ki, adıçəkilən “siyahı qalmaqalı”nın kökündə maddi maraq dayanır. M.Qəhrəmanlının sözlərinə görə, məhkəməsi davam edən şəxsi “siyasi məhbus” kimi qələmə vermək hər şeyi ortaya qoyur. Başqa bir hüquq müdafiəçisi Novella Cəfəroğlu da hər iki “siyahı”nı qəbul etmədiyini dilə gətirib.
Məlumat üçün bildirək ki, radikal düşərgənin “dindarlar” deyə təqdim etdiyi və konkret olaraq cinayətdə ittiham olunan, məhkəməsi davam edən bir sıra şəxslərin adları artıq qondarma “siyahı”nın başında yer alır. Beləliklə, “siyasi məhbus” siyahısını hazırlayanlar qazanacaqları pulun eyforiyasına qapılıblar və anlamırlar ki, məhkəməsi bitməyən şəxsi nəinki “siyasi məhbus”, heç adi məhbus belə adlandırmaq olmaz. Həmin şəxslər konkret olaraq baş vermiş cinayətdə ittiham olunurlar. Məhkəmənin nəticəsini indidən “müəyyənləşdirən” radikal ünsürlərin “astronomik öncəgörümlüyü” isə insanı heyran edir. Digər tərəfdən xarici ermənipərəst dairələrə bu “adlar”ı satmaqla pul qazanan radikallar heç də siyahıda olanların “hüquqlarını müdafiə etmək” niyyətində deyillər. Sadəcə olaraq, bu “siyahılar”da qeyd edilən adların sayı dağıdıcıların xarici ermənipərəst dairələrdən alacaqları pulun miqdarının göstəricisinə çevrilir.
Bir sözlə, radikal düşərgənin pul üçün bütün yollara əl atan simaları artıq bütün çərçivələri aşıblar. Görəsən, Xədicə İsmayılova nə üçün hansısa siyahı tərtib etməlidir? Əvvəllər özünü “jurnalist”, indi isə “hüquq müdafiəçisi” kimi cəmiyyətə təqdim edən X.İsmayılovanın gələcəkdə hansı donda, hansı biçimdə zühur edəcəyini proqnozlaşdırmaq çox çətindir. Yəqin ki, ermənipərəst donorlar gələcəkdə başqa tələb irəli sürsələr, X.İsmayılova da həmin sahənin bilicisi kimi yenidən ortaya atılacaq.
Sonda qeyd etmək yerinə düşər ki, həyatları bütünlüklə xəyanət və satqınlığa həsr edilmişlər üçün növbəti pul qazanmaq metodu sayılan bu addım onların iç üzünü bir daha Azərbaycan cəmiyyətinə nümayiş etdirdi. Bir daha təsdiqləndi ki, belələri pul üçün hər şeyə hazırdırlar.
- Oxunub: 13200 |
- Tarix: 03-11-2016 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Radikal ünsürlər icazəli mitinqlərdən sonra nəqliyyatın normal fəaliyyətini, sakinlərin dincliyini pozan, ictimai təhlükəsizlik əleyhinə olan əməllər törədirlər(2019-02-22 09:38:39)
- - Azərbaycan iqtidarının əldə etdiyi hər bir uğur Əli Kərimli və ətrafının siyasi iflasını dərinləşdirir(2019-02-21 09:47:50)
- - “Milli şura” iqtidarın həyata keçirdiyi uğurlu siyasətə özünü “həmmüəllif” kimi göstərməklə siyasi plagiatizmlə məşğul olur(2019-02-20 09:59:08)
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)