Ana səhifə »  Müəlliflər »  “Siyasi məhbus” labirinti: bir irəli, iki geri
A+   Yenilə  A-
“Siyasi məhbus” labirinti: bir irəli, iki geri
Yazdı: Aqşin Şahinoğlu

İki fərqli “siyasi məhbus” siyahısı hazırlayan “5-ci kolon” təmsilçilərinin sosial şəbəkələrdəki söz duelində müxtəlif mətləblərin üstü açılır
Radikal müxalifət düşərgəsində ötən ayın ortalarından başlayan “siyasi məhbus” qovğası prosesə daha çox iştirakçının qoşulması ilə yeni mərhələyə qədəm qoyub. Bəzi siyasilərin və “hüquq müdafiəçiləri”nin aktiv rol aldığı bu yarışda tərəflər bir-birinə üstün gəlmək üçün bütün arsenallarını səfərbər ediblər. Oktyabrın 17-də özlərinin 94 nəfərlik siyahısını təqdim edərək rəqiblərindən bir addım önə keçən Xədicə İsmayıl və dəstəsinin qarşı tərəfin 166 nəfərlik siyahısı ilə bağlı ittihamlarının ana xəttini bu ikitirəliyin Əli Kərimli tərəfindən salınması təşkil edir. X.İsmayıl hesab edir ki, bu işlərin başında “ağılsız ambisioz” adlandırdığı Kərimli dayanır. Radikal müxalifət düşərgəsində də ümumi yanaşma məhz bu yöndədir. 
AXCP və “Milli şura”nın açıq mətnlə 166 nəfərlik siyahını dəstəkləməsi, Ə.Kərimlinin nəzarətində olan “Azadlıq” qəzetində Xədicəgilin 94 nəfərlik siyahısının “iqnor” olunması, eyni zamanda, ötən müddət ərzində hər iki tərəfə yaxın olan adamların dilindən səslənən fikirlər belə qənaətə gəlməyə əsas verir ki, 166 nəfərlik siyahının təbliğatına qollarını çırmalayanlar məhz Ə.Kərimlinin sifarişini yerinə yetirirlər.
Eyni zamanda, 94 nəfərlik siyahı müəllifləri Ə.Kərimli və Leyla Yunus tandeminin siyahısının qeyri-peşəkarcasına, əsaslandırılmamış məlumatlar əsasında hazırlanması yönündə ictimai rəy formalaşdırmağa çalışırlar. Təbii ki, qarşı tərəf də boş dayanmaq niyyətində deyil. Onlar bir gün gec açıqladıqları siyahılarına bəraət qazandırmaq üçün Xədicəgilin dəstəsini hakimiyyətə işləməkdə ittiham edirlər. Qarşılıqlı söz duelinin əsas ünvanı qismində isə sosial şəbəkələr çıxış edir. Odur ki, ötən həftə ərzində tərəflərin bir-birlərinə ünvanladıqları “facebook” mesajlarına diqqət yetirməkdə fayda var. Bu, həm də “siyasi məhbus” davasının alt qatında yatan səbəblərə işıq tutmaqda yardımçı olur.
Əvəz Zeynallının qrant etirafı: siyasi məhbus məsələlərinin arxasında böyük pullar var
“Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə “vicdan dərsi” keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı olur”
Ə.Kərimli - L.Yunus cütlüyünün 166 nəfərlik siyahısının ən fəal təbliğatçılarından biri “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallıdır. O, “Yeni Müsavat” qəzetinə müsahibəsində siyahının hazırlanmasında iştirak etmədiyini, sadəcə, təbliğinə qoşulduğunu dilə gətirib. Öz “facebook” səhifəsində açılmış diskussiyalarda X.İsmayılın dəstəsinin ünvanına kəskin ittihamlar səsləndirməsini və qarşı tərəfdə yer almasını Ə.Zeynallının köhnə düşmənçilikdən doğan hesablaşması kimi qiymətləndirənlər də var. Bununla belə, hesab edirik ki, səbəb hər nə olursa olsun, Ə.Zeynallının toxunduğu məsələlər müəyyən qədər aydınlaşdırıcı rol oynaya bilər. Belə ki, “siyasi məhbus” oyununun arxasında sırf maddi maraqların dayandığını bu gün dünyada bilməyən yoxdur. Siyasi proseslərdən az-çox başı çıxan hər kəs “siyasi məhbus” bazarının yaxşı qazanc vəd etdiyini anlayır. Elə Azərbaycanda da bu biznesin tərəfləri üçün pul qazanmaq istəyi birinci məqsəddir. “94”lüklərlə “166”lıqlar arasında gedən qızğın mübarizəni məhz bu amillə izah etmək heç də əsassız yanaşma deyil. Ə.Zeynallının müsahibəsində səsləndirdiyi fikirləri bu məsələdə etiraf kimi də qəbul etmək olar: “Açığı, bu qrant məsələsi ilə hər yerdə qabaqlaşıram. Bu ölkədə böyük qrant mafiyası var. Özümü bir çox hallarda bu mafiyanın əhatəsində hiss edirəm. Eşidirəm ki, siyasi məhbus məsələlərinin arxasında böyük pullar var. İddia etmirəm ki, pul yoxdur. Və bunu ölkəyə “vicdan dərsi” keçən adamlar edirsə, əxlaqsızlığın rəngi qıpqırmızı olur”...
Zaman tutarsızlığı: kim haqlıdır?
Hər iki tərəfin öz həqiqətlərini müdafiə etmək üçün istinad etdiyi məqamlardan biri də siyahıların elan olunması tarixi ilə bağlıdır. Xədicə İsmayıl, onun dəstə üzvləri Rövşən Hacıbəyli və Xalid Bağırov oktyabrın 17-də öz siyahılarını elan etdiklərini, bir gün sonra isə qarşı tərəfin tələm-tələsik natamam siyahı hazırlamaqla özünü gülünc vəziyyətə qoyduğunu bildiriblər. Əvəz Zeynallı isə adları sadalananların iddialarının doğru olmadığını, əslində, Xədicəgilin siyahısının oktyabrın 20-21-də açıqlanmalı olduğunu bəyan edib: “Əvvəlcədən elan etmişdik ki, oktyabrın 18-də siyasi məhbus siyahısını təqdim edəcəyik. Bizim dostlarımız tələm-tələsik bir gün əvvəl siyahılarını təqdim etdilər. Bu, peşəkarlıq və qaydalara ziddir. Onlar ayın 20-21-də elan etməli idilər”.
94 nəfərlik siyahının müəlliflərindən olan vəkil Əsabəli Mustafayev Ə.Zeynallının zaman məsələsi ilə bağlı söylədiklərinə elə “Xural”ın baş redaktorunun “facebook” səhifəsində gedən müzakirələrdə cavab verib: “Əvəz bəyin guya 166 nəfərlik siyahıdan sonra biz siyahı tutmuşuq məlumatı yalandır. Bizim siyahı çoxdan hazır idi, lakin bəzi mübahisəli məqamlar olduğu üçün yekunlaşdırmaq olmurdu”.
Rəsul Cəfərov da qarşı tərəfin iddialarını bu fikirlərlə yalana çıxarmağa çalışıb: “Siyasi məhbuslarla bağlı sənəd bir gün və ya bir ayın içərisində hazırlanmış sənəd deyildi. Sənəd oktyabrın 17-də elan olundu. Bu sənədin hazırlanmasına faktiki bir neçə ay əvvəldən başlanılmışdı. Bununla bağlı konkret işçi qrupu olub. Bu qrup görüşlər keçirib, araşdırma aparılıb və yekunda bu siyahı ortaya çıxıb”.
Tərəflərin tarix məsələsinin üzərində niyə bu qədər durduqlarının səbəbi bəllidir. Burada auditoriyaya vermək istədikləri mesaj ondan ibarətdir ki, “vahid siyahı kimi bizim siyahımız hazırlanıb, digəri isə onun əsasında meydana çıxıb”. Dava yenə, Ə.Zeynallının etiraf etdiyi kimi, qrant davasıdır ki, ona görə də bu cəftədən bərk yapışıblar. Amma cəftə kimin əlində qalacaq, onu az sonra daha aydın müşahidə edəcəyik.
Oktay Gülalıyev məlumat daşıyıb?
“Yekun siyahının hazırlanmasında Oktay Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir”
“Siyasi məhbus” vurhavurunun baş qaldırdığı ilk günlərdə Xədicə İsmayılın komandasının hədəfindəki isimlər Ə.Kərimli və Cəmil Həsənli idisə, irəliləyən günlərdə bu siyahının hazırlanmasında iştirak etdiyi iddia olunan “Milli şura”nın Koordinasiya Şurasının üzvü Oktay Gülalıyevi də hədəf taxtasına yazdılar. Çünki onlar belə düşünürlər ki, Ə.Kərimli bu dəfə şahmat taxtasında piyada kimi xarakteri tez-tez dəyişkənliyə məruz qalan Gülalıyevi irəli verib ondan faydalanmaq istəyir. Amma qarşılıqlı atışmalardan aydın olur ki, köhnə KXCP-çi, hazırda isə Kərimliçi olan bu siyasi dəllaldan faydalanmaq həvəsinə düşən təkcə AXCP sədri olmayıb. Sən demə, O.Gülalıyev çox uğurla “kamuflyaj” olunaraq hər iki siyahının hazırlanmasında iştirak edib. Vəkil Əsabəli Mustafayev bununla bağlı belə deyib: “Yekun siyahının hazırlanmasında O.Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki, o, bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir. Oktay bəyin və bəzi şəxslərin rəyi bu idi ki, Nardaran işi üzrə tutulanların hamısı dərhal siyasi məhbus elan olunmalıdır. Əsasən də vəkillər bunun qəti əleyhinə idi. Çünki bu şəxslər barədə bizdə heç bir məlumat, sənəd yox idi. Siyahı isə hüquqi sənəddir və onun hazırlanmasında sənədlərə istinad olunmalıdır. Bu şəxslərin çoxunun vəkilləri yox idi, hökmdən apellyasiya şikayəti verilməmişdir. Hələ yazmadığım digər məlumatlar da var idi və bütün bunlar haqqında Oktay bəy məlumatlı idi”.
İndi X.İsmayılın dəstəsində belə bir şübhə hakimdir ki, O.Gülalıyev məqsədli şəkildə Ə.Kərimli tərəfindən bu qrupun içərisinə daxil edilib və o, həm də məlumat daşımaqla məşğul olub. Əsabəli Mustafayev onu da deməyə çalışır ki, 166 nəfərlik siyahı dəqiqləşdirilməmiş və yarımçıq məlumatlara istinad edir.
O.Gülalıyev isə çörəklərinə şərik çıxmaq istəyənlərin qeyri-peşəkarlıqla bağlı iddialarını belə cavablandırıb: “Baş vermiş hadisədən 11 ay ötməsinə baxmayaraq, kimsə Nardaran hadisələri ilə bağlı həbs olunanlar haqqında məlumat toplaya bilməyibsə, bu, həm də onun problemi və qeyri-peşəkarlığı, bu işə məsuliyyətsiz yanaşmasıdır”.
“5-ci kolon” təmsilçilərində indi də Türkiyə düşmənçiliyi zühur edib
“Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır”
Bizim üçün O.Gülalıyevin sosial şəbəkələrdəki diskussiyalar zamanı illərdir birgə addımladığı, bütün fəaliyyətlərinə bələd olduğu keçmiş dost və indiki düşmənləri barədə söylədiyi fikirlər yetərincə maraqlıdır: “Ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər elə zənn edirlər ki, başqaları da onlar kimi sifarişlə iş görürlər. Necə deyərlər, kar elə bilir hamı kardır...” Əlbəttə, bu debütant “hüquq müdafiəçisi”nin sözlərində həqiqət payı var. Çünki “siyasi məhbus” alverçilərinin xaricdən gələn konkret sifarişləri icra etməsi şübhə doğurmur. Bu gün O.Gülalıyevin həmin məqamı qabartması, sadəcə, məlumun elanıdır. Əslində, elə buna qədər də sözügedən insanların “beşinci kolon” təmsilçiləri olması ilə bağlı ciddi fikirlər irəli sürülmüş, onların anti-azərbaycançı mərkəzlərlə əməkdaşlığına dair sübutlar ortaya qoyulmuşdu. 
Bildiyimiz kimi, bir neçə gün öncə Türkiyədə PKK terror təşkilatının təbliğatını aparmaq, onlarla işbirliyində olmaq, terrorçu təşkilat yaratmaq və ya ona üzv olmaq ittihamları ilə Xalqların Demokratik Partiyasından (HDP) olan bir neçə deputat həbs olundu. Uzun illərdir ki, Türkiyə mediası və siyasi dairələr HDP-nin islamofob imperialist mərkəzlər tərəfindən qardaş ölkəyə təzyiq vasitəsi kimi istifadə olunduğu, bu partiyanın həmin mərkəzlərin sifarişlərini yerinə yetirdiyi barədə əsaslı fikirlər səsləndirib. HDP-li millət vəkillərinin həbsindən sonra həmin imperialist mərkəzlərin Ankara hökumətinə qarşı təzyiqləri daha da artıb. Onlar açıq mətnlə PKK terrorunu dəstəkləyən, əksər siyasi ekspertlər tərəfindən onun siyasi qanadı kimi qəbul olunan partiyanın həbs olunmuş üzvlərini dərhal azadlığa buraxmağa çağırır, hətta Türkiyədə davam edən hüquqi prosesə müdaxilə etmək istəyirlər. O mərkəzlər ki, vaxtilə X.İsmayıla, L.Yunusa və digər “5-ci kolon” təmsilçilərinə müxtəlif adlar altında mükafatlar vermiş, onların bu mərkəzlər qarşısındakı öhdəliklərini uğurla yerinə yetirməsini qarşılıqsız qoymamışdılar. Bu gün həmin mərkəzlərin qardaş Türkiyə dövlətinə qarşı apardıqları təzyiq kampaniyalarına X. İsmayılın, Anar Məmmədlinin və digərlərinin açıq dəstək verməsi, özlərinin sosial şəbəkələrdəki səhifələrində bununla bağlı çoxlu sayda statuslar paylaşması isə həm də o reallığı ifadə edir ki, adları sadalanan “fəal”lar türk və müsəlman düşmənçiliyi aparan, dünya erməniliyinə xidmət edən mərkəzlərlə işbirliyini davam etdirir, onların istənilən kampaniyalarında canla-başla iştirak edirlər. Ona görə də Oktay Gülalıyevin Xədicə İsmayıl dəstəsinin ünvanına “ömrü boyu siyasi sifarişlə işləyənlər, kimlərəsə xidmət edənlər” ifadəsi işlədərkən nəyi nəzərdə tutduğunu anlamaq elə də çətin deyil. O, özünün də təmsil olunduğu “5-ci kolon” təmsilçilərinin qardaş Türkiyəyə qarşı kininin məhz maddi maraqlara söykəndiyini və bu qara piar kampaniyasının xarici maraq qruplarından alınmış təlimatlara əsaslandığını izah etməyə çalışır. Amma bu diletantın da unutduğu bir məqam var ki, 3-5 nəfər riyakarın hər hansı fikrinin cəmiyyətə heç bir təsiri yoxdur. Azərbaycan vətəndaşları dünyada baş verən hadisələri, islam və türk düşmənçiliyinin kökündə dayanan səbəbləri çox gözəl dərk edir, bu tip oyunlara qarşı istənilən platformada özlərinin mövqeyini ifadə edirlər. Bunu xədicələrin, anarların, rəsulların sosial şəbəkələrdəki səhifələrində yazılan şərhlərdən də aydın görmək mümkündür. Doğrudur, bu şərhlər çox qısa zaman sonra silinir və fikirlərin müəllifləri bloklanır. Görünür, bu adamlara “tərbiyə verənlər”lə “Azadlıq” radiosunu, “Meydan” TV-ni, “Amerikanın səsi”ni təlimatlandıranlar eyni şəxslər və ya mərkəzlərdir.
Amma fakt faktlığında qalır, bir daha təsdiq olunur ki, “5-ci kolon” üzvləri xaricdən aldıqları sifarişlər üzrə fəaliyyət göstərirlər və bunu bəzən quyruğu qapı arasında qalan öz dostları dilə gətirirlər.
Məgər bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib?
Radikal ünsürlərin ikrah doğuran pis bir mərəzi də var: nə zaman işləri düz getmirsə, ayaqları büdrəyib üzüaşağı yumarlanmağa başlayırlarsa, dərhal “xoxan” axtarışına çıxır, günahı onun-bunun üstünə atırlar. “Siyasi məhbus” qalmaqalı da bu sarıdan əlamətdardır. Ortada eyni məqsədlə hazırlanmış iki fərqli siyahı var və bu siyahıların müəlliflərinin təxminən bir aya yaxındır ki, bir-birlərinin ünvanına mətbuat orqanlarında, sosial şəbəkələrdə demədikləri sözlər qalmayıb. İndi düşüblər ki, sən demə, “günah həm hakimiyyətdə, həm də hakimiyyətin trollarında” imiş. Əvvəlcə X.İsmayıl, sonra O. Gülalıyev, Ə. Zeynallı və digərləri olanların səbəblərini hökumətdə axtarmağa başladılar. Onlar sosial şəbəkələrdə yazdıqları statuslarda məhz bu iddia ilə çıxış etdi. İndi isə cəmiyyət üçün maraqlı olan müəyyən suallar meydana çıxır: görəsən, hakimiyyətin bu prosesdə təqsiri nədən ibarətdir? Məgər bu siyahıları hakimiyyət hazırlayıb, ya da bununla bağlı hakimiyyət sifariş verib? Bəlkə, xəbərimiz yoxdur, bu “siyahıpərəstlər” “siyasi məhbus”larını hökumətə sırıyıb ondan qrant alacaqlar? Yoxsa X. İsmayıla Ə. Kərimlinin ünvanına “ağılsız ambisioz” deməyi, O. Gülalıyevə isə qarşı tərəfi “sifarişlə işləyən satqınlar” adlandırmağı hakimiyyət tapşırıb? Əlbəttə, bütün bunların cavabını hamı yaxşı bilir. Radikallar “siyasi məhbus” labirintində bir irəli, iki geri vurnuxmaqdan başlarını itiriblər. Çirkin mübarizələrini kiminsə ayağına yazmağa cəhd edənlərin özləri də dərk edirlər ki, bu absurd iddiaları sabun köpüyündən başqa bir şey deyil və cəmiyyətdə ciddi qəbul olunmur, elə qondarma “siyasi məhbus” siyahıları kimi.

 
  • Oxunub:  13590  |  
  • Tarix:  11-11-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Yeni müəssisələrin işə düşməsi Azərbaycanda sənayenin inkişafına güclü təkan verib

26 Aprel 09:38
Beynəlxalq Avrasiya Mətbuat Fondu qondarma “Dağlıq Qarabağ respublikası”nın hesabatının BMT-nin rəsmi səhifəsində dərc olunmasına etiraz edib
26 Aprel 09:36
Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi elan olunub
26 Aprel 09:33
Bakcell Formula 1 SOCAR Azərbaycan Qran Prisi 2019 yarışına hazırdır
26 Aprel 09:32
“Nar” “ADA Innovation Awards 2019” mükafatına dəstək verir
26 Aprel 09:30
Azərbaycanın bölgələrində yazlıq bitkilərin əkini uğurla davam edir
25 Aprel 21:26
Azərbaycanın cinayətkarlıqla mübarizə sahəsində həyata keçirdiyi tədbirlər ABŞ tərəfindən müsbət qiymətləndirilir
25 Aprel 21:23
“ASAN xidmət”də beynəlxalq tərəfdaşlarla görüş keçirilib
25 Aprel 21:14
Elçin Əhmədov: ermənilərin Azərbaycana və Türkiyəyə qarşı əsassız iddiaları beynəlxalq hüququn prinsiplərinə ziddir
25 Aprel 20:30
Birinci vitse-prezident Mehriban Əliyeva Buzovnadakı 229 saylı uşaq bağçasında, Mərdəkandakı gimnaziyada və 32 saylı Laçın rayon məktəbində mövcud şəraitlə tanış olub
25 Aprel 20:24
Təhsil Nazirliyində “Cisco” şirkəti ilə əməkdaşlıq məsələləri müzakirə olunub
25 Aprel 20:16
Mahsa Mehdizadə: XX əsrin əvvəllərində erməni quldurları Arazın cənubunda 150 mindən çox müsəlman-türkü qətlə yetirib
25 Aprel 20:06
Akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünü Suraxanıda təntənəli şəkildə qeyd edilib
25 Aprel 20:00
Çingiz Hüseynzadə: Yay aylarında bütün idman növləri üzrə kurslar təşkil etməyi planlaşdırırıq
25 Aprel 19:46
Ədliyyə Nazirliyində CISCO şirkətinin nümayəndə heyəti ilə görüş olub
25 Aprel 19:38
Bakıda “Dinlərarası dialoq və radikalizmlə mübarizə” mövzusunda beynəlxalq konfrans keçirilir
25 Aprel 19:37
Təhsil naziri “Bir kəmər, bir yol” ikinci beynəlxalq əməkdaşlıq forumunda iştirak edib
25 Aprel 19:20
Kənd təsərrüfatı naziri Qəbələdə fermerlərlə görüşüb
25 Aprel 19:15
XİN: Rəsmi Bakı Azərbaycan-Gürcüstan sərhədinin delimitasiyası prosesini ən qısa müddətdə başa çatdırmağa hazırdır
25 Aprel 19:13
Formula 1 SOCAR Azərbaycan Qran-Prisi ərəfəsində avtomobil həvəskarları üçün yeni sayt istifadəyə verilib
25 Aprel 19:04
Məmməd Musayev: Azərbaycanda güclü sahibkarlar sinfi formalaşıb
25 Aprel 17:50
Nəsiminin yubileyi Budapeştdə qeyd olunub
25 Aprel 17:42
Nurlana Əliyeva: Zərifə Əliyeva bütün insani keyfiyyətləri ilə əsl Azərbaycan qadınının ideal obrazını yaradıb
25 Aprel 17:29
Azərbaycan öz qəti və ardıcıl mövqeyini saxlayır – danışıqlar indiki formatda davam etdirilməlidir
25 Aprel 17:21
Üç ayda dəniz limanlarında 2 milyon tonluq yükləmə-boşaltma işləri həyata keçirilib
25 Aprel 17:19
Mədəniyyət naziri Cenevrədə beynəlxalq konfransda iştirak edib
25 Aprel 17:17
Akademik Zərifə Əliyevanın adı Azərbaycanda hər zaman fəxrlə, sonsuz qürur hissi ilə səslənir
25 Aprel 17:11
“Azərpoçt” ötən üç gündə 8 milyon manatdan çox kompensasiya ödəyib
25 Aprel 17:07
İçərişəhər DTMQİ: Sosial şəbəkələrdə İçərişəhərlə bağlı yayılan fotogörüntülər həqiqətə tamamilə ziddir
25 Aprel 17:04
Polad Bülbüloğlu: Bakı əslində Qəhrəman şəhərdir
25 Aprel 16:58
Veteranlar Heydər Əliyev Mərkəzini ziyarət ediblər
25 Aprel 16:48
Malik Həsənov: Azərbaycan dünyada güclü və nüfuzlu dövlət kimi tanınır
25 Aprel 16:45
YAP Laçın rayon təşkilatı akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirib
25 Aprel 16:39
Milli Olimpiya Komitəsində atletika məşqçilərinin təltif edilməsi mərasimi olub
25 Aprel 16:36
YAP Saatlı rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirildi
25 Aprel 16:33
Ankara Ticarət Palatasının nümayəndələrinə türk iş adamları ilə birgə üçüncü ölkələrdə biznes qurmaq təklif edilib
25 Aprel 16:31
Jan-Kristof Posel: Azərbaycan müxtəlif sivilizasiyalara məxsus insanların sülh şəraitində yaşaya biləcəyini göstərən ən gözəl nümunədir
25 Aprel 16:14
Azərbaycanlı paralimpiyaçı dünya kubokunda qızıl medal qazanıb
25 Aprel 16:09
“Jewish Journal” nəşrində minlərlə yəhudini Holokostdan xilas etmiş azərbaycanlı haqqında məqaləsi dərc olunub
25 Aprel 16:07
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının müəllim və tələbə heyəti ilə görüş olub
25 Aprel 16:01
Mübariz Qurbanlı: Azərbaycanda multikultural dəyərlər dövlət səviyyəsində qorunur
25 Aprel 15:58
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
25 Aprel 15:49
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 50 illik yubileyi münasibətilə tədbir keçirilib
25 Aprel 15:44
Dənli və texniki bitkilərin, meşələrin yanğın təhlükəsizliyi diqqət mərkəzində saxlanılır
25 Aprel 15:35
Formula-1 SOCAR Azərbaycan Qran-Prisi öncəsi pit-yolu gəzintisi təşkil olunub
25 Aprel 15:27
YAP Qadınlar Şurasının kollektivi akademik Zərifə Əliyevanın məzarını ziyarət edib
25 Aprel 15:04
Paytaxt məktəbliləri beynəlxalq konfransda
25 Aprel 15:01
Ölkəmiz 83-cü Florensiya Beynəlxalq Əl İşləri Sərgisində təmsil olunur
25 Aprel 14:50
Qadınlar İKT-də Beynəlxalq Gününə həsr edilən respublika elmi-praktik konfransı keçirilib
25 Aprel 14:45
Nizami rayonunda akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
25 Aprel 14:43
“Bakı Ürək Günləri” VI Beynəlxalq Konqresi keçiriləcək
25 Aprel 14:39
Dövlət Gömrük Komitəsi Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin Konfransında təmsil olunur
25 Aprel 14:27
Azərbaycanla Çinin enerji sahəsində əlaqələrinin genişləndirilməsi perspektivləri müzakirə olunub
25 Aprel 14:24
Nazir: TANAP və TAP böyük bir coğrafiyada enerji təhlükəsizliyinin təminatına, qarşılıqlı faydalı əməkdaşlığa töhfə verir
25 Aprel 14:20
Bu gün F1 pilotlarının Bakıda mətbuat konfransı keçiriləcək
25 Aprel 14:16
YAP Nərimanov rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib
25 Aprel 14:12
Azərbaycan Prezidentinin Çin rəsmiləri ilə görüşləri yerli KİV-lər tərəfindən geniş işıqlandırılıb
25 Aprel 14:11
“Digital HUB” proqramı çərçivəsində “AzerTelecom” və “China Telecom” strateji anlaşma memorandumu imzalayıb
25 Aprel 13:22
YAP Gənclər Birliyinin nümayəndəsi Qazaxıstanın Türküstan şəhərində “Türk Şurası Gənclərinin II Forumu”nda iştirak edir
25 Aprel 12:46
Azərbaycan İlahiyyat İnstitutunda “Rusiyada İslam tarixi” kitabının təqdimatı olub
25 Aprel 12:43
Azərbaycanın ABŞ-dakı səfirliyi Kolorado Senatına ölkəmizlə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılmasına çağıran məktublar göndərib
25 Aprel 12:18
Heydər Əliyev Beynəlxalq Aeroportu “Sky Travel Awards” versiyası üzrə ən yaxşı aeroport seçilib
25 Aprel 12:15
Azərbaycan İlahiyyat İnstitutu ilə Moskva İslam İnstitutu arasında əməkdaşlıq əlaqələri qurulur
25 Aprel 12:14
Formula 1 azarkeşləri bu gündən yarış məkanına daxil ola biləcəklər
25 Aprel 11:55
Bu gün Azərbaycanda Sahibkarlar Günüdür
25 Aprel 11:53
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri 7-ci Baltik Aqroforumunda iştirak ediblər
25 Aprel 11:46
Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən IV SOCAR Forumu başa çatdı
25 Aprel 11:39
Azərbaycan Prezidenti İlham Əliyev "China Poly Group" Korporasiyasının sədri ilə görüşüb
25 Aprel 11:28
Prezident İlham Əliyev Pekində “China National Electric Engineering” şirkətinin prezidenti ilə görüşüb
25 Aprel 11:02
Nazir müavini: Ölkədə 990 mindən çox sahibkar fəaliyyət göstərir
25 Aprel 10:58
Kiçik yaşlı yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi start götürüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+16 +21
gecə+9 +12