
Qondarma “şura”nın marionet sədri ermənipərəstlərin ianələrindən pay almaq üçün vaxtilə onu partiyasından qovan Ə.Kərimliyə yarınır
Yarandığı gündən xarici anti-azərbaycançı mərkəzlərin sifarişlərinin icraçısına çevrilən qondarma “Milli şura”nın tükənmiş bir durumda olduğu hər halından bəlli olur. Belə ki, şəxsi maraqların meydanına çevrilən qodarma “şura”nın yalnız korporativ mənafelərə xidmət göstərməsi ortadadır.
Məhz bunun nəticəsidir ki, qondarma “şura”nın barmaqla sayılacaq “üzvləri” belə bu qurumun iclaslarını ciddi qəbul etmirlər. İldə bir və ya iki dəfə keçirilən “iclaslarda” belə qurum üzvlərinin qeyri-ciddi işlərlə məşğul olmaları, hətta “rəsm fantaziyalarına” güc vermələri, şəkil çəkməklə məşğul olmaları bunu deməyə əsas verir. Yəni, “Milli şura” adlandırılan xəyanətkarlar klubunun toplantıları da formal xarakter daşıyır.
Qurumun fəaliyyəti formal xarakter daşıdığı kimi, qondarma “şura”nın sədri vəzifəsini icra edən Cəmil Həsənli də hər addımda “marionet” bir “sədr” olduğunu bir daha təsdiqləyir. Xatırlatmaq yerinə düşər ki, radikal düşərgənin bir sıra partiyaları qondarma “şura”dan çıxdıqdan sonra AXCP sədri Əli Kərimli “Milli şura”dan yalnız öz şəxsi mənfəəti üçün istifadə etmək məqsədi güddüyünə görə orada lövbər salıb oturdu. Elə bu məqsədi xatirinə də vaxtilə AXCP sıralarını tərk edən, daha doğrusu, bu partiyadan qovulan Cəmil Həsənlini “şura” sədri postuna “əyləşdirdi”. Belə demək mümkündürsə, bu gün Ə.Kərimli həmin qondarma “şura”nı partiyasının yedəyinə çevirməklə öz maddi maraqlarını təmin etməkdədir. Bir sözlə, yalnız Əli Kərimlinin “dayaq dəstəsi” funksiyasını yerinə yetirən “Milli şura”da AXCP üzvlərindən başqa bir kimsə yoxdur.
Ən maraqlısı isə qondarma qurumun marionet sədrinin, yəni Cəmil Həsənlinin Əli Kərimlinin “dəftərxana müdiri”, “mətbuat katibi” vəzifəsini icra etməsidir. Məsələn, Ə.Kərimlinin xəyanətkar fəaliyyətini ifşa edən hər kəsə ən birinci onun “dəftərxana müdiri” olan Cəmil Həsənli cavab verməyə tələsir. Yeri gəldi-gəlmədi AXCP sədrini “dəstəkləməsi” ilə bağlı “bəyanatları” onun asılılıq dərəcəsini tam şəkildə ortaya çıxarır.
Bəzən C.Həsənli tək öz adından deyil, olmayan bir qurumun adından danışır. Yəni bu insan kənardan hansı vəziyyətdə göründüyünü belə dərk etmir. Qeyd etdiyimiz kimi, bu gün “Milli şura”da olan üç-beş nəfərin hamısı AXCP-nin üzvləridir. Və bu mənada AXCP üzvlərinin yenidən öz sədrlərini “dəstəkləmələri” ilə bağlı hansısa bir bəyanat vermələri gülməli deyilmi? Nəinki C.Həsənli, elə Ə.Kərimlinin özü üçün də bu cür “dəstək” kampaniyası tam siyasi fiaskodur.
Amma burada da təəccüblü bir hal yoxdur. C.Həsənli Əli Kərimlinin ermənipərəst dairələrdən aldığı ianələrdən pay almaq üçün onun hər kəlməsini təsdiqləməyə borcludur. Onların arasındakı bu “dəstəkləmə”nin nə qədər səmimi olduğu isə ortadadır. Birincisi, nəzərə almalıyıq ki, C.Həsənli vaxtilə məhz AXCP-nin qərarlarına zidd hərəkətinə görə partiyadan qovulmuşdu. Yəni əgər C.Həsənli Ə.Kərimlinin hansısa addımına belə “ürəyiyananlıq” edirsə, nə üçün vaxtilə onun qərarlarının ziddinə dayanırdı? Və ya Ə.Kərimli bu gün C.Həsənlinin dəstəyinə ehtiyac duyursa, nə üçün onu şəxsi kooperativinə çevirdiyi partiyasından qovurdu?...
Göründüyü kimi, radikal düşərgə üzvləri ermənipərəst dairələrdən alınan ianələrdən pay qoparmaq üçün bu cür gülünc oyunlara əl atırlar. Çünki nəinki xalq tərəfindən, heç mənsub olduğu düşərgəsi tərəfindən belə dəstəklənməyənlər özləri özlərinə dəstək verməklə təsəlli tapır, xarici ermənipərəst dairələrin gözünə kül üfürməyə çalışırlar.
- Oxunub: 11820 |
- Tarix: 03-12-2016 |
-
Çap et |
Müəllifin digər məqalələri:
- - Antimilli ünsürlərin əməlləri xalqımıza qarşı mənəvi terrora cəhddir(2019-02-16 10:08:49)
- - Radikal müxalifət təmsilçiləri Azərbaycana qarşı aparılan çirkin kampaniyaların fəal iştirakçılarıdır(2019-02-15 09:29:37)
- - Radikal müxalifət və xaricdəki antimilli ünsürlər Azərbaycan xalqının mənəvi dəyərlərini hədəfə alırlar(2019-02-13 09:44:12)
- - Radikal ünsürlər Azərbaycanın mövcud reallıqlarını təhrif edirlər(2019-02-12 09:28:05)
- - “Freedom House”un qərəzli “hesabat”ı reallıqları əks etdirmir(2019-02-08 09:52:58)
- - “Milli şura” növbəti dəfə biabır oldu(2019-02-02 09:54:33)