Ana səhifə »  Müəlliflər »  Əli Kərimli İsa Qəmbəri yenə də təhqir etdi
A+   Yenilə  A-
Əli Kərimli İsa Qəmbəri yenə də təhqir etdi
Yazdı: Nadir Azəri

AXCP sədri, eyni zamanda, Rüstəm İbrahimbəyovu naşı siyasətçi saydıqları üçün “Milli şura” ideyasına dəstək verdiklərini etiraf edib
Prezident seçkiləri yaxınlaşdıqca radikal müxalifət düşərgəsindəki nüfuz savaşı daha da qızışır. Düşərgədə birincilik iddiasında olan partiya rəhbərləri rəqiblərinə “son və sarsıdıcı” zərbəni vurmaq üçün bütün potensiallarını işə salıblar. Qeyd edək ki, hazırda radikallar daxilində nüfuz savaşı iki istiqamətdə özünü daha qabarıq biruzə verir. Birinci istiqamətdə Eldar Namazov-Rüstəm İbrahimbəyov cütlüyü ilə Əli Kərimli-İsa Qəmbər cütlüyü arasında savaş gedir və məqsəd ermənipərəst kinorejissorun “Milli şura”sında hegemonluğa nail olmaqdır. Digər savaş isə əzəli rəqiblər, yəni, AXCP sədri Əli Kərimli ilə Müsavat Partiyasının başqanı İsa Qəmbər arasında gedir.
Əgər birinci istiqamətdəki savaş hələlik tərəflərin “kəşfiyyat əməliyyatları” ilə xarakterizə olunursa, ikinci istiqamətdə rəqiblər artıq “açıq hücuma” üstünlük verirlər. Özü də prezident seçkiləri yaxınlaşdıqca bu hücum daha amansız və sərt xarakter alır. Hər halda, AXCP sədri Əli Kərimlinin bu partiyanın Ali Məclisinin ötən həftə keçirilən sessiyasındakı çıxışı zamanı səsləndirdiyi bəzi ifadələr belə deməyə əsas verir. Yeri gəlmişkən, Ə.Kərimlinin həmin sessiyadakı çıxışını ümumilikdə radikal müxalifətin çaşqınlıq içərisində olmasının növbəti nümunəsi kimi dəyərləndirmək olar. Çünki AXCP sədri bu çıxışı zamanı nəinki düşərgə daxilində iddia edilən birliyin mövcud olmadığını etiraf edib, hətta, məhz R.İbrahimbəyovu naşı siyasətçi saydıqları üçün “Milli şura” ideyasına dəstək verdiklərini açıqlayıb. Bu barədə bir qədər sonra hələlik isə Ə.Kərimlinin məlum çıxışında əzəli rəqibi İ.Qəmbəri necə təhqir etməsinə toxunaq.
Əli Kərimlidən İsa Qəmbərə növbəti zərbə
Beləliklə, öncə onu bildirmək yerinə düşər ki, həmin çıxışında qarşıdan gələn prezident seçkilərinə toxunan AXCP sədri radikal düşərgədə birliyin olmamasını, həmçinin, bu düşərgəyə xalq tərəfindən heç bir dəstəyin verilmədiyini etiraf edib. Belə ki, radikal düşərgədə hələlik birliyin əldə olunmadığını deyən Ə.Kərimli, eyni zamanda, “hətta bu birliyə xalqın dəstəyi olmasa, nəticə əldə edilə bilməz” sözlərini də əlavə edib. Göründüyü kimi, reallıq ortadadır. Və AXCP sədrinin yuxarıdakı sözləri artıq radikalların da bu reallıqla barışdıqlarına işarə edir. Ən azı Ə.Kərimlinin timsalında AXCP xalqın radikallara dəstək vermədiyinin, həmçinin, bu düşərgədə hansı formada olursa olsun yaranacaq birliyin də Azərbaycan xalqı tərəfindən dəstəklənməyəcəyinin fərqindədir.
Elə ona görə də, Ə.Kərimli bütün gücünü düşərgədə birinciliyi ələ almağa yönəldib. Və əlinə düşən növbəti imkandan əzəli rəqibinə qarşı hücum üçün lazımi şəkildə istifadə edib. Belə ki, AXCP sədri partiyadaşlarına müraciətlə “Sizin qarşınızda bəyan edirəm. Biz ayrı-ayrı partiya təmsilçisi olaraq yarışa girməyin mənasını görmürük. Yalnız o halda uğur qazana bilərik ki, vahid güc, vahid komanda, vahid platforma və vahid namizədlə seçkiyə gedək. Sizdən də bu mövqeyə dəstək istəyirəm. Bu prosesi dəstəkləməyə hazır olun” deyib və eyni zamanda, şəxsi ambisiyasını üstün tutan, seçki prosesində şəxsi maraqlarını önə çəkərək qoşulanların hərəkətini vicdansızlıq adlandırıb. Əslində, burada Əli Kərimlinin təbirincə “vicdansızlıq edən”in məhz Müsavat Partiyasının başqanı İsa Qəmbər olduğunu bilmək üçün heç də baş sındırmağa dəyməz. Çünki indiki halda radikal düşərgədən prezidentliyə namizəd olacağını rəsmən bəyan edən “Müsavat” başqanıdır. Və hələ İ.Qəmbər bu barədə qərarını açıqlayan zaman Ə.Kərimli və onun çevrəsi öz narazılıqlarını nümayiş etdirmişdilər. Bundan sonra Əli Kərimliyə yaxın şəxslər, son olaraq isə Xaliq Bahadır radikal düşərgənin bir araya gələ bilməməsində İ.Qəmbəri günahlandırmışdı. Ə.Kərimlinin son açıqlaması isə tərəflər arasında ziddiyyətin pik nöqtəyə çatdığına işarə edir.
Əli Kərimli özü-özünü təkzib edir, yaxud “Şpigel” jurnaldı, yoxsa qəzet?
AXCP sədrinin məlum çıxışı təkcə bu fikirlərlə yadda qalmayıb. Belə ki, çıxışında Azərbaycan iqtidarının xarici siyasət kursunu özünəməxsus şəkildə yorumlamağa çalışan AXCP sədri necə deyərlər əməlli-başlı dolaşıb. Məsələn bir tərəfdən guya “hakimiyyətin beynəlxalq birliklə ciddi problemlərinin olduğunu”, xarici ölkələrdən Azərbaycan hakimiyyətinə dəstək verilmədiyini iddia edən bu kəs digər tərəfdən də həmin beynəlxalq birliyə müraciət edir ki, Azərbaycan hakimiyyətini dəstəkləməsinlər. Bax buna deyərlər əsl Əli Kərimli məntiqi...
Axı, əgər onun iddia etdiyi kimi, hakimiyyətin beynəlxalq birliklə problemi varsa, o zaman AXCP sədrinin beynəlxalq güclərə “Azərbaycan hakimiyyətini dəstəkləməyin” tipli həyəcanlı çağırışına nə hacət var? Əslində, hər şey aydındır. Ə.Kərimli və radikal düşərgənin təmsilçiləri yaxşı bilirlər ki, Azərbaycan hakimiyyəti xarici dövlətlər və beynəlxalq təşkilatlarla münasibətlərin qurulmasında daima ölkəmizin milli maraqlarını əldə rəhbər tutub. Bundan xoşhal olmayan bəzi ölkələr isə zaman-zaman məhz Ə.Kərimlinin təmsil olunduğu radikal düşərgəni hərəkətə gətirərərək, Azərbaycana təzyiq etmək istəyiblər. Ancaq xalq-iqtidar birliyi bütün bu təzyiqlərin qarşısını almağa imkan verib. Və Ə.Kərimlinin böyük ürək yanğısı ilə misal çəkdiyi Almaniyanın bəzi siyasətçilərinin ölkəmizlə bağlı yanaşmalarında milli maraqlarımızı nəzərə almamaları onlara qarşı sərt münasibətin sərgilənməsi ilə nəticələnib.
Görünür, Ə.Kərimli bundan, daha doğrusu, xalqın radikalları deyil, hər zaman milli maraqları üstün tutan iqtidarı dəstəklənməsindən o qədər pərt olub ki, “Şpigel”in jurnal yoxsa qəzet olmasını belə unudub: “Məhz həmin “Şpigel” qəzeti 1989-cu ildə Azərbaycan xalqını ilin xalqı elan edib”.
Əli Kərimli Rüstəm İbrahimbəyovu siyasətçi kimi qəbul etmir
Sonda Əli Kərimlinin məlum çıxışındakı daha bir məqama diqqət yetirmək yerinə düşər. Bu da ermənipərəst Rüstəm İbrahimbəyovun “Milli şura”sına münasibətlə bağlıdır. Belə ki, çıxışında bir daha radikal düşərgə daxilində birliyin qeyri-mümkün olmasına işarə edən AXCP sədri “ölkədə siyasi partiyalar arasında rəqabət o dərəcədə qeyri-sağlam olub ki, partiya liderlərindən birinin irəli sürdüyü ən pozitiv ideya da müxtəlif bəhanələrlə başqaları tərəfindən qəbul edilmir. Təəssüflə qeyd etməliyəm ki, bu cür mənfi tendensiya var” deməklə, əslində, radikal düşərgədəki ab-hava barəsində bizim yazdıqlarımızı təsdiqləyib. Ən əsası isə, o, Rüstəm İbrahimbəyovun “Milli şurası”na məhz hansı məqsədlərə görə qoşulduqlarını etiraf edib: “Rüstəm bəy siyasi partiya lideri, peşəkar siyasətçi olmadığına görə düşündük ki, onun təklifinə heç kim qısqanclıqla yanaşamayacaq. Ona görə də, dərhal təklifi birmənalı qəbul etdik”.
Düzü, bu məqamda “Görünən dağa nə bələdçi” atalar sözü yada düşür. O mənada ki, AXCP sədrinin yuxarıdakı cümləsində Əli Kərimli-İsa Qəmbər cütlüyünün Rüstəm İbrahimbəyovun “Milli şurası”na qoşulmasının əsl səbəbi açıqlanır. Öncəki yazılarımızda da qeyd etdiyimiz kimi, “fürsət ovçuları” bununla “Milli şura”da hegemonluğu ələ almaq istəyiblər. Daha doğrusu, Rüstəm İbrahimbəyovu naşı siyasətçi hesab edən cütlük asanlıqla “Milli şura”nı onun əlindən almağı düşünürmüş...

 
  • Oxunub:  21120  |  
  • Tarix:  29-05-2013  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan iqtisadi və siyasi cəhətdən tam müstəqil ölkədir

22 Aprel 16:51
ADNSU, BP və “British Council” arasında müqavilə imzalanıb
22 Aprel 16:39
Toxuculuq sənayesində 61,4 faiz artım olub
22 Aprel 16:35
ABŞ-ın Azərbaycandakı səfiri Dillər Universitetində olub
22 Aprel 16:22
Bakıda SOCAR-ın “Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya” Forumu keçirilir
22 Aprel 16:09
İsveçrə səfirinin diplomatik fəaliyyəti başa çatıb
22 Aprel 16:07
Prezident İlham Əliyev Qazaxda yol tikintisinə 6,8 milyon manat ayırıb
22 Aprel 15:43
Reza Rəhmani: İranla Azərbaycanın münasibətləri qarşılıqlı etimada əsaslanır
22 Aprel 15:29
Bakıda Formula 1 Azərbaycan Qran-Prisinə hazırlıqlar başa çatır
22 Aprel 15:27
AzMİU ilə İstanbul Texniki Universiteti arasında Niyyət Protokolu imzalanıb
22 Aprel 15:15
“Washington Times” erməni lobbisinin pozucu fəaliyyəti haqqında yazıb
22 Aprel 15:09
Fuad Muradov: Azərbaycan dövləti hər zaman xaricdə yaşayan soydaşlarımızın yanındadır
22 Aprel 14:49
Qubada yaşayan dağ yəhudiləri Pesax bayramını qeyd edirlər
22 Aprel 14:28
Hərbi pilotlarımız “Super Muşşak”, L-39 təyyarələri və “Mi” seriyalı helikopterlərdə uçuşlara başlayıblar
22 Aprel 14:18
Vergilər naziri “AmCham”ın nümayəndələri ilə görüşüb
22 Aprel 14:17
DOST könüllüləri DOST mərkəzlərində fəaliyyətə hazırlaşırlar
22 Aprel 14:11
Hanoyda AZƏRTAC və Yonhap informasiya agentlikləri rəhbərlərinin görüşü olub
22 Aprel 14:10
Kiyevdə GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti iclası keçiriləcək
22 Aprel 13:24
YAP Nəsimi rayon təşkilatı Gənclər Birliyinin V hesabat-seçki konfransı keçirilib - Yenilənəcək
22 Aprel 13:08
Azərbaycan Prezidenti Şri-Lanka Prezidentinə başsağlığı məktubu göndərib
22 Aprel 13:06
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
22 Aprel 12:48
Nazir: AÇG yataqlarından 156 milyard kubmetrdən çox təbii qaz hasil olunub
22 Aprel 12:38
Pərviz Şahbazov: Bu il təbii qaz ixracında 25 faiz artım gözlənilir
22 Aprel 12:34
“Mustafa Kamal Atatürk-2019” Azərbaycan-Türkiyə döyüş atışlı birgə taktiki təlimi keçiriləcək
22 Aprel 12:24
“Azərbaycanda regional inkişafın idarə olunmasında yeni istiqamətlər” mövzusunda respublika elmi konfransı keçirilib
22 Aprel 12:00
Bu vaxtadək “Azəri-Çıraq-Günəşli”dən 482 milyon tonadək neft çıxarılıb
22 Aprel 11:39
Pirallahıda “Beynəlxalq Mədəniyyət Günü”nə həsr olunmuş tədbir keçirildi
22 Aprel 11:38
Vyetnam KİV-ləri OANA İcraiyyə Komitəsinin 44-cü iclasına böyük diqqət ayırıb
22 Aprel 11:36
Elman Nəsirov: Azərbaycanın uğurlarını həzm edə bilməyən xarici və daxili bədxahlarımız unutmsasınlar ki, heç bir qüvvə ölkəmizi öz düzgün yolundan sapdıra bilməz
22 Aprel 11:10
Şirvanda kütləvi tibbi müayinə aksiyası çərçivəsində 92 nəfərin üzərində cərrahiyyə əməliyyatı aparılıb
22 Aprel 11:09
Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib
22 Aprel 11:03
“100 yaşlı tarix fakültəsinin məzunları” layihəsi çərçivəsində növbəti görüş
22 Aprel 11:02
“ASAN Akademiya 2019” layihəsinin açılış mərasimi keçirilib
22 Aprel 10:58
Maliyyə Bazarlarına Nəzarət Palatasında yaradılmış Apelyasiya Komissiyasının fəaliyyəti açıqlanıb
22 Aprel 10:56
Los-Ancelesdə Azərbaycana həsr olunmuş fotosərgi keçirilib
22 Aprel 10:48
Azərbaycan İlahiyyat İnstitutu ilə Lənkəran Dövlət Universiteti arasında əməkdaşlıq protokolu imzalanıb
22 Aprel 10:30
Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvada beynəlxalq konfransda iştirak edəcək
22 Aprel 10:22
Ermənistan ordusu cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini 23 dəfə pozub
22 Aprel 09:30
UEFA Avropa Liqasının Bakıda keçiriləcək final matçının səfirləri Moskvada azarkeşlərlə görüşüblər
22 Aprel 09:21
Azərbaycan mətbəxi Pekində beynəlxalq qida sərgisində nümayiş olunub
22 Aprel 09:19
Gənc gimnastlarımız: Yaxşı nəticələr əldə etdiyimiz üçün çox xoşbəxtik
22 Aprel 09:16
Stokholmda Azərbaycan mədəniyyəti nümayiş olunub
21 Aprel 20:47
Bakıda keçirilən bədii gimnastika üzrə II "AGF Junior Trophy" beynəlxalq turnirinə yekun vurulub
21 Aprel 19:52
“Oş-Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində biznes-forum keçirilib
21 Aprel 19:40
Rafael Ağayev "Karate 1" seriyasından Premyer Liqa turnirində bürünc medal qazanıb
21 Aprel 19:38
Naqif Həmzəyev: Ukraynada səsvermə xirda problemlər çıxmaq şərti ilə yaxşı təşkil olunub
21 Aprel 16:20
Bakı Qarnizonunda nizam-intizamın vəziyyəti təhlil edilib
21 Aprel 15:48
Milli Məclisin deputatı Ukraynada seçki məntəqələrində səsvermə prosesini izləyir
21 Aprel 15:45
Orta ümumtəhsil müəssisələrinin 11-ci sinif şagirdləri üçün keçirilən buraxılış imtahanları başa çatıb
21 Aprel 15:11
Azərbaycan gimnastı lentlə hərəkətlərdə gümüş medal qazanıb
21 Aprel 14:53
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində gürzlərlə hərəkətlərdə mükafatçıların adları məlum olub
21 Aprel 14:25
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında ənənəvi olaraq “Açıq qapı” günü keçirilib
21 Aprel 13:37
Fransanın Nant şəhərində Azərbaycan məktəbi açılıb
21 Aprel 12:48
Bədii gimnastika üzrə II "AGF Junior Trophy" turnirində ayrı-ayrı alətlər üzrə final yarışları keçirilir
21 Aprel 12:12
Azərbaycan nümayəndə heyəti Qırğızıstanda keçirilən mədəni tədbirdə iştirak edib
21 Aprel 10:55
Oş şəhərində türkdilli dövlətlər arasında əlaqələrin daha da dərinləşdirilməsi məsələlərindən danışılıb
21 Aprel 10:52
Bədii gimnastika üzrə Azərbaycan komandası çoxnövçülük yarışlarında gümüş medal qazanıb
21 Aprel 10:49
Masallıda əhalinin su təminatı yaxşılaşdırılır
21 Aprel 10:24
Qırğızıstanda “Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib
21 Aprel 10:04
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
20 Aprel 18:49
Milli Məclisin deputatı Ukraynada bir sıra görüşlərdə iştirak edib
20 Aprel 18:48
Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısı keçirilib
20 Aprel 18:19
Aşıq sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil olmasının 10 illiyi ilə bağlı tədbir keçirilib
20 Aprel 18:15
Balaxanı Tullantıların Zərərsizləşdirilməsi Poliqonunda indiyədək 12 mindən artıq ağac əkilib
20 Aprel 18:00
“Heydər Əliyev siyasi məktəbini öyrənirik” gənc liderlər proqramının icrasına başlanılıb
20 Aprel 17:55
Qobustan qoruğunda “açıq qapı” günü təşkil olunub
20 Aprel 17:53
“Olimpsport” jurnalının fəaliyyətə başlamasının 10 illik yubileyi qeyd olunub
20 Aprel 17:47
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Kitabın işığın olsun” adlı tədbir keçirilib
20 Aprel 17:44
Milli Məclisin deputatı sağlam qidalanma ilə bağlı regional simpoziumda iştirak edəcək
20 Aprel 17:40
Bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın Ədilə Hüseynzadəyə həsr edilən kitabın təqdimatı olub
20 Aprel 17:36
Brüsseldə NATO Parlament Assambleyasının 100-cü Rouz-Rout seminarı keçiriləcək

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +11
gecə+4 +6