Ana səhifə »  Müəlliflər »  Qorxunun əcələ faydası yoxdur, yaxud radikal müxalifət təmsilçilərinin acı məğlubiyyəti
A+   Yenilə  A-
Qorxunun əcələ faydası yoxdur, yaxud radikal müxalifət təmsilçilərinin acı məğlubiyyəti
Yazdı: Aqşin Şahinoğlu

Əli Kərimli və onun nəzarətində olan “Milli şura”nın üzvləri sosial şəbəkələrdə Azərbaycanın milli maraqlarımızı qoruyan, sağlam gəncləri qarşısında məğlubiyyətə düçar olurlar
Azərbaycanın siyasi palitrasının qarınaltı yükünə çevrilən, ölkəmizin ictimai-siyasi həyatında heç bir rola malik olmayan radikal müxalifət partiyaları ömürlərinin qürub çağını yaşayırlar. İndiyə qədər qatıldıqları bütün seçki marafonlarından boynubükük ayrılan, siyasi sistemin təkmilləşdirilməsi, islahatlar həyata keçirilməsi və ölkənin inkişafı ilə bağlı hər hansı təşəbbüs irəli sürməyən, yalnız xarici maraq qruplarından aldıqları maddi dəstək və qeyri-real vədlər qarşılığında partiyaçılıq oynayan radikal ünsürlərin Azərbaycan xalqının iradəsi ilə heç bir əlaqəsi yoxdur. Bu azsaylı qrupun təmsilçiləri isə çarəni fəaliyyətlərini real müstəvidən virtual aləmə transfer etməkdə tapıblar. Əlbəttə, dünyanın qabaqcıl cəmiyyətlərində mühüm informasiya resursu kimi çıxış edən sosial şəbəkələr müasir şəraitdə istənilən təşkilat və ya siyasi qurum üçün həm kifayət qədər imkanlar vəd edən təşviqat, həm də geniş kütlələrə müraciət platformasıdır. Amma Azərbaycanın “facebook müxalifəti” bu imkanlardan doğru, təyinatı üzrə istifadə etmir, onlar özlərinin mövcudluğunu yalnız sosial şəbəkələrdə fəaliyyət göstərməklə qorumağa çalışırlar. Bu zaman da AXCP, onun yedək təşkilatı olan qondarma “Milli şura”, “beşinci kolon” funksiyasını icra edən konkret QHT-lər və xarici maraq qruplarının tapşırıqlarını icra edən konkret şəxslər virtual məkanda da normal davranış forması sərgiləyə bilmirlər.
Radikal ünsürlərin növbəti yalanı
Biz dəfələrlə radikal müxalifət təmsilçilərinin demokratik dəyərlərdən, azadlıqdan, tolerantlıq və dözümlülükdən, haqq və ədalətdən ağızdolusu danışdıqlarının şahidi olmuşuq. Amma tam qətiyyətlə deyə bilərik ki, bu ali davranış normaları sözügedən şəxslərin özlərinin insanlara münasibətində tamamilə inkar olunur. Onların əks fikir söyləyən, radikal müxalifət “lider”lərinin fəaliyyətlərindəki yarıtmazlıqları tənqid edən şəxslərə, Azərbaycanın sağlam, dövlətinin mənafeyini düşünən vətəndaşlarımıza, gənclərimizə, o cümlədən müxalifət düşərgəsinin digər təmsilçilərinə qarşı “qara piar” kampaniyaları aparmaları, təzyiqlər göstərmələri ilə bağlı kifayət qədər məlumatlar var. Bununla yanaşı, siyasi opponentlərinə qarşı virtual məkanda “qara piar” kampaniyası aparmaq, onların ünvanına şər və böhtan yağdırmaq, hətta bəzən təhqirlərə yol vermək Əli Kərimli və onun rəhbərlik etdiyi marginal qrupun əsas mübarizə üsuludur. Vaxtilə AXCP sədrinə yaxın olmuş adamlar da bu faktı dəfələrlə təsdiq ediblər. Məsələn, AXCP-nin keçmiş sədr müavini Razi Nurullayev AXCP-nin və onun sədrinin bütün siyasi fəaliyyətinin yalnız sosial şəbəkələrlə məhdudlaşdığını, hətta partiya rəhbərliyində təmsil olunan adamların da bu işdə xüsusi canfəşanlıq göstərdiyini vurğulamışdı: “Facebook”da partiya üzvlərinə yüzlərlə saxta profil yaratmaq tapşırılıb. Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var”. 
“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da rəhbərlik etdiyi qəzetə qarşı AXCP və Əli Kərimli tərəfindən sosial şəbəkələrdə “qara piar” kampaniyası aparıldığını söyləmişdi. O, Əli Kərimlinin konkret bu tapşırığın icrası üçün kompakt bir qrup yaratdığını, həmin qrupun da “internet hücumları” həyata keçirdiyini açıqlamışdı. Müsavat Partiyasının başqanı Arif Hacılı, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Ümid Partiyasının sədri İqbal Ağazadə, qondarma “Milli şura”nın keçmiş üzvləri və digərləri də müxtəlif vaxtlarda bununla bağlı şikayətləri dilə gətirmişdilər. 
Beləliklə, sadalanan bu faktlar bir daha sübut edir ki, Əli Kərimli və onun ətrafı üçün heç bir etik və mənəvi baryer olmadığı kimi, bu qaragüruh təhqir və şantajdan savayı da mübarizə metodologiyası tanımır. Sosial şəbəkələrdə “qara piar” kampaniyası təşkil etmək, insanları təhqir etmək, alternativ fikrə qarşı düşmən münasibəti radikal antimilli ünsürlərin xislətinə çevrilib. Çox təəssüf ki, Əli Kərimli və digərləri bu günə qədər ictimaiyyətin müxtəlif nümayəndələri tərəfindən bununla bağlı səsləndirilən haqlı qınaq və tənqidlərdən nəticə çıxarmaq əvəzinə, müxtəlif bəhanələrlə özlərinin bu qeyri-etik davranışlarına bəraət qazandırmağa çalışırlar. Son zamanlar isə dağıdıcıların hədəfində gənclər var. Onlar guya gənclərin “fake profillər” vasitəsilə şərhlər, hətta təhqirlər yazdıqlarını iddia edir, gənclərin şərhlərini silir, radikalların nəzarətində olan səhifələrə girişlərinə “blok” (qadağa) qoyurlar. Amma apardığımız müşahidələr və gəldiyimiz qənaət və bu yazıda təqdim edəcəyimiz faktlar Əli Kərimlinin ətrafının bu məsələdə də riyakarlıq etdiklərini sübuta yetirir. Çünki gənclərin yazdıqları şərhlərdə hər hansı bir təhqir elementindən söhbət belə gedə bilməz.
Gənclərin fəallığı radikalları niyə narahat edir?
Sosial şəbəkələrdə apardığımız müşahidələr göstərir ki, gənclər tərəfindən ifadə olunan faktlar qarşısında aciz qalan Kərimli və ətrafındakı dağıdıcı ünsürlər çarəni həmin gənclərə qarşı virtual məkanda təzyiqlər, hətta təhqirlər etməkdə tapırlar. Bəs görəsən, radikal müxalifət təmsilçilərinin yuxusunu ərşə çəkən, onları gənclərimizin yazdıqları “status” və şərhləri silmək məcburiyyətində qoyan bu fikirlərində hansı gerçəkliklər ifadə olunur? Ölkənin sağlam gəncləri sosial şəbəkələrdə hansı həqiqətləri ifadə edirlər?
Məsələn, Əli Pənahov “facebook”da belə bir status yazıb: “Son günlər müxalifət düşərgəsi, xüsusi ilə AXCP rəhbərliyi hər yazılarına “YAP”la başlayırlar. Artıq dərk etməyə başlayıblar ki, YAP onlara bu sosial meydanlarda yalan məlumatlar paylaşmağa imkan verməyəcək. Bəzən yazırlar ki, YAP-ın gəncləri saxta profillərlə yazırlar. Bəs siz real profilləri “block” edəndə elə bildiniz ki, bizim düşüncəmizi də “block” etmisiniz? Təbii ki, hansı şəkildə olur olsun, sizin böhtanlarınıza verəcək cavabımız var. Bəzən yazırlar ki, YAP gəncləri inzibati yazırlar. Burdan o yazana sual verirəm: “Necə olur ki, sizdən yazanlar könüllü olurlar, bizdən yazanlar məcburi? Necə olur ki, heç 300 gənci olmayan bir təşkilatdan hər biri könüllü olur, lakin 300.000 gənci olan bir təşkilatdan 300 gənc könüllü sizin qarşınıza çıxa bilmir? Bu forma absurd fikirlərlə özünüzü bir daha ifşa edirsiniz. Ki, sizin partiyanız bütövlükdə rəhbəriniz də daxil olmaqla YAP gənclərinin, sadəcə, kiçik bir hissəsindən qorxursunuz. Zamanında Milli Məclisdə əyləşəndə pislədiyiniz, təhqir etdiyiniz müxalifət partiyası rəhbərinin yanında yer alıb, əqidə transferi etmisiniz. İndi nə dəyişdi ki? Heç həmin partiyanın rəhbəri də dəyişməyib. 20 ildən çoxdur söylədiyi yalanlar da dəyişməyib. Sizin kimi insanların əqidəsi bir vəzifənin kreslosu dəyərindədir!”
Elmar Məmmədov adlı gənc özünün “facebook” profilində müxalifət səhifələrində gənclərin “bloklanması” ilə bağlı belə bir status paylaşıb: “Bu “Azadlıq” qəzetinin facebook səhifəsinin admini kimdir? Biri həmin şəxsin bura adını qeyd eləsin, yazırsan, 1 dəqiqə keçmədən blok edirlər. Budurmu hər gün bar-bar bağırdığınız söz azadlığı? Bu təlimatı sizə “demokrat” Əli Kərimli verib? Onu da bura tag edin! Gənclərinin sədrlərini də bura tag edin! Hesabat versinlər bizə! Debatlardan qorxursunuz, sosial şəbəkələrdə də qorxursunuz? Bəs siz necə müxalifətdəsiniz? Söyüşlərləmi? Təhqirlərləmi? Hər bir ölkənin normal düşüncəyə malik müxalifəti və onun lideri olur, amma bizdəkilər heç bir kolxozu idarə edə bilməzlər. Müxalifətdə də biz olaq? Özümüz özümüzə? Bacarmırsınızsa, təhvil verin, gedin. Birdəfəlik bilək ki, çirkin oyunlarınız bitmiş hesab olunur!”
Mehman Ramazanovun qondarma “Milli şura” sədri Cəmil Həsənliyə yazdığı şərh də maraqlıdır: “Cəmil Həsənli, sizin kimilər xalqınızın milli maraqlarını qrantlara satan dünya ilə əqidə birliyi yaradan, daim Azərbaycanın əleyhinə olanların yanında duranlarsınız”. 
Bunlardan başqa, sözügedən səhifələrdə sağlam gənclik tərəfindən yazılan digər şərhlərdə də həm milli maraqlarımız, dövlətimizin mənafeyi qorunur, həm də gənclərimiz ölkə reallıqlarını ardıcıl şəkildə müdafiə edirlər. Bununla yanaşı, radikal antimilli ünsürlərin fəaliyyətinin ciddi tənqid olunduğu şərhlərə də rast gəlirik. Elşən Əzizov adlı gənc Əli Kərimlinin “facebook” səhifəsində yazdığı statusa şərhində belə qeyd edib: “Belə nağılları danışmaqla düz 25 ildir ki sayıqlayırsız. Azərbaycan xalqının belə sayıqlamalarınıza görə sizə və sizin kimilərə heç bir inam və etibarı yoxdur”.
Aytac Əliyeva isə yazır: “Hakimiyyəti təhqirlə ələ keçirmək mümkün deyil. Belə təcrübə də yoxdur. Bu gün islahatlar aparılır və dəyişiklik paketi də zamana uyğun yenilənir. Cənab Prezident də islahatlar blokunu zamana uyğun reallaşdırır”.
Nizami İsgəndərov AXCP sədri Əli Kərimlinin statusu altında bu şərhi paylaşıb: “Sən və sənin kimilərin də hakimiyyətdə olduğu dövrləri keçib gəlib bu millət aclıq, səfalət içində. Heç kim yemək, çörək tapmırdı. İndi nə çıxmısan 150 milyard belə getdi, 50 milyard belə getdi? Sənin istədiyin xalqı yenə öz dövrünə aparıb çıxarmaqdır, amma bunu bacarmayacaqsan”.
Anar Şahmuradın yazdığı şərh təxminən eyni məzmunu ifadə edir: “Siz siyasət aparmırsınız, siz müxalifət mövqeyində deyil, düşmənçilik mövqeyində dayanırsınız”.
Elşən Rəcəbov: “Əli bəy, hal-hazırda korrupsiyaya qarşı mübarizə davam edir, mühüm addımlar atılır, uğurlu nəticələr əldə edilib, “ASAN xidmət” də bu mübarizənin bariz nümunəsidir”.
Aliyə Ağrılı: “Ölkəmizin beynəlxalq tədbirlərdə fəal iştirak etməklə yanaşı, mühüm beynəlxalq tədbirləri də təşkil etməsi bunun əyani göstəricisidir. Onların sırasında bir neçə faktı vurğulamaq olar”.
Cəbrail Fərzəliyev: “Əli Kərimli ilə Xədicə İsmayılın bu gün ölkədə “siyasi məhbus” alveri ilə məşğul olduğu hər kəsə bəllidir”.
Ramil Vəlibəyov isə AXCP sədrinə bu sualları ünvanlayıb: “Əli Kərimlinin yem bazası olan “Azadlıq”da yazılıb ki, guya dünən yalançı AXCP sədrinin çağırışından sonra elektron qaydada 300 nəfərə qədər kimsə(?) qeydiyyatdan keçib. İndi ortaya bəzi məsələlər çıxır ki, inanmıram nə Əli Kərimli, nə də onun trolları onları cavablandıra bilər.
1. Həqiqətənmi, elektron qeydiyyatdan 300 adam keçib? Yoxsa elə Əli Kərimlinin statuslarına rəy yazan 5-10 nəfər saxta profillərlə ordan qeydiyyatdan keçib və siz yalnız statistika söyləyirsiniz?
2. Necə əminlik yarada bilərsiniz ki, bu sayda kimsə sizi dəstəkləyir? Bütün hallarda siz cəmiyyət tərəfindən qəbul edilməyən “ekspertlərin” ümidinə qalmısınız axı. Heç mitinqlərinizə o sayda adam yığa bilmirsiniz...
3. Axı bütün sayıqlamalarınızdan görürük ki, ancaq eyni profillərdir sözün düzünü deyəni təhqir və blok edir...
4. Hər kəs başa düşür ki, Əli Kərimli yalnız stavkanı qaldırmaq üçün bu cür manipulyasiya vasitələrinə əl atır. Nə qədər ajiotaj, o qədər də pul fəlsəfəsi...
Nə isə, hər halda bu şəkildən də görə bilərsiniz ki, cəmiyyət Əli Kərimli, onun trolları və facebook fəaliyyəti haqqında nələr düşünür...”
Aynur Babayeva da radikal müxalifət liderlərinin səhifələrində “bloklanan” gənclərdən biridir. O, “senzuraya məruz qalmasını” isə özünün “facebook” səhifəsində belə izah edib: “AXCP-nin Gənclər Komitəsinin sədri İlham Hüseyn bu fikrimə görə məni blok edir. Sadəcə, cavab verə bilmir - Ən pisi Əli Kərimlini müdafiə etməkdir, İlham bəy! O insan ki, öz liderini satıb, onun nəzarətində olan qəzetə şər-böhtan xarakterli yazılar dərc etdiribsə, necə həmin “lideri” müdafiə etmək olar? Bəli, söhbət Əli Kərimlidən gedir və onun Elçibəyi satmağından... “Azadlıq” qəzeti 1-2 aprel 2000-ci ildə yazılan məlumata nəzər yetir: “Hamıya bəllidir ki, Əbülfəz bəy az-çox obyektiv sayılan sorğuların nəticələrinə görə, ən yüksək reytinqi ilə fərqlənmir. Əksər hallarda nəinki başqa partiya sədrlərindən, hətta öz birinci müavinindən də geri qalır. Onun öz reytinqinə fəlsəfi baxımdan yanaşması da, yəni “reytinq nisbi şeydir, bir neçə aya dəyişmək olar”, eks-prezidentin irrasional düşüncəli tərəfdarlarından və fanatlarından müəyyən qədər fərqli mövqedə olduğunun göstəricisidir. Bundan başqa, 4 il dağ kəndində yaşayıb siyasi proseslərin sürətindən də geri qalmamaq mümkün deyil. Buna görə də Əbülfəz Elçibəyin səfərinə münasibət də daha çox onun sədr olduğu partiyaya münasibətin davamı və nəticəsi kimi qiymətləndirilə bilər...” Siz bunları bilə-bilə AXCP fəaliyyət göstərirsə, demək, siz də eləsiz”.
Beləliklə, təqdim olunan nümunələrdən də açıq şəkildə göründüyü kimi, ölkəmizin sağlam gəncləri virtual platformada da Azərbaycanın inkişafı ilə bağlı əsl həqiqətləri təbliğ etməklə yanaşı, antimilli, dağıdıcı qüvvələrə arqumentli, faktlara söykənən cavablar verir, onların ölkəmizə qarşı çirkin təbliğatının qarşısını alırlar. 
YAP-ın gənclərinin sosial şəbəkələrdə də fəallığı təqdirəlayiqdir
Yeri gəlmişkən qeyd edək ki, sosial şəbəkələrdə xüsusi fəallıq göstərən gənclərin sırasında ölkəmizin və regionun ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri də seçilirlər. Hər zaman gənclərin inkişafına, onların intellektual potensiallarının daha da artırılmasına, ölkə həyatında fəal təmsilçiliyinin dəstəklənməsinə önəm verən, bununla bağlı müxtəlif layihələr həyata keçirən YAP-ın gənc fəallarının bu işdə yüksək səviyyədə iştirak etməsi təqdirəlayiqdir. YAP həm də Azərbaycan cəmiyyətinin ən qabaqcıl nümayəndələrini, ziyalıları, tanınmış elm xadimlərini, siyasətçiləri öz ətrafında birləşdirərək bu keyfiyyəti ilə digərlərindən əsaslı şəkildə fərqlənir. Gənclər də üzv olduqları partiyanın aşıladığı yüksək dəyərləri əxz edərək, bu gün dövlətimizin və xalqımızın maraqlarının qorunmasında belə həvəslə iştirak edirlər. YAP gəncləri AXCP və “Millu şura” başbilənlərinin müxtəlif şirnikləndirici vədlərlə ələ aldıqları gənclərdən həm də vətənpərvərliyi, bütün məsələlərdə dövlət mənafeyindən çıxış etmələri ilə seçilirlər. YAP-ın ətrafındakı gənclər ordusu müasir bilikləri mənimsəmələri, informasiya kommunikasiya vasitələrinin geniş imkanlarından uğurla faydalanmaqla yanaşı, həm də vətənpərvərliyi ilə örnək təşkil edir. Bunu radikal ünsürlərin “facebook” səhifələrinə YAP gəncləri tərəfindən yazılan şərhlərdən də görmək mümkündür. Yazıda təqdim etdiyimiz “skreen şot”lardan da bəlli olduğu kimi, gənclər müxtəlif səhifələrdə yazılan statuslara şərhlərində həqiqətləri diqqətə çatdırmaqla yanaşı, həm də radikal müxalifət düşərgəsinin yalanlarını ifşa edirlər. Ona görə də Əli Kərimli və onun ətrafında cəm olmuş xaricdən təlimat alan azsaylı qrup bu gənclərin fikir və rəylərinə dözümsüz yanaşır, onlar gənclərin şərhlərini silir, “bloklayırlar”. Bizə müraciət edən gənclər də bildiriblər ki, birbaşa Əli Kərimlinin və ətrafındakı 3-5 zombinin yazdığı cəfəng, uydurma fikirlərlə dolu statusların altına yazılan şərhlərdən hansıları Kərimlinin və dəstə üzvlərinin xoşuna gəlmirsə, dərhal o şərhlər səhifədən silinir. Əlbəttə, bu faktın özü belə haqqında bəhs olunan radikal, antimilli ünsürlər üçün demokratiyanın, fikir plüralizminin nə anlam ifadə etdiyini, adi bir fikrə qarşı bu qədər aqressiv davranışın, linç kampaniyasının, əslində, dözümsüzlüyün, despotizmin radikallar üçün başlıca keyfiyyət olduğunu ortaya qoyur. Amma qorxunun əcələ faydası yoxdur, deyiblər. Əli Kərimli və onun dəstə üzvləri üçün yolun sonu artıq çoxdan çatıb. Əgər onlar belə qeyri-etik, antidemokratik üsullarla öz siyasi ömürlərini uzatmaq haqqında düşünürlərsə, hədər yerə başlarını yormasınlar. Çünki radikalların miladı çoxdan tamamlanıb...

 
  • Oxunub:  15240  |  
  • Tarix:  09-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir

25 İyun 17:41
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın yekunlarına dair protokol imzalanıb
25 İyun 17:37
Azərbaycan qadınları ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilirlər
25 İyun 17:34
Terri Miller: Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə ən böyük irəliləyiş edən ölkədir
25 İyun 17:30
Naxçıvanda taxıl biçini mütəşəkkil aparılır
25 İyun 17:23
Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq üçün həssas qrupların sosial müdafiəsi ilə bağlı yeniliklər
25 İyun 17:20
Birinci vitse-prezident Mehriban Əliyeva görkəmli alim Şirməmməd Hüseynovun hüzr mərasimində iştirak edib
25 İyun 17:13
Səmərəli və məsuliyyətli dövlət qurumlarının inkişafı
25 İyun 17:09
Gövhər Baxşəliyeva: Sosialyönümlü sənədlərin hər biri Azərbaycan vətəndaşının rifahının yüksəldilməsinə xidmət edir
25 İyun 17:06
Qarabağ qazisi Kamil Musəvi İlahiyyat İnstitutunun tələbələrinə döyüş yolundan danışıb
25 İyun 17:02
Cavanşir Paşazadə: Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər uğurla davam etdirilir
25 İyun 17:00
Adil Əliyev: Azərbaycan Silahlı Qüvvələri NATO standartlarına cavab verən səviyyədə formalaşıb
25 İyun 16:51
Avropa Şurası kürsüsündən yalan və saxtakarlığın Ermənistanın real sifəti olması bəyan edildi
25 İyun 16:46
Çinin vitse-prezidenti: Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumu çox əhəmiyyətlidir
25 İyun 16:36
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Oğuzda, nazirin birinci müavini Qəbələdə vətəndaşları qəbul edib
25 İyun 16:34
Gədəbəy rayonunun daha üç yaşayış məntəqəsinə təbii qaz verilib
25 İyun 16:21
Səməd Seyidov: Etnik təmizləmə aparan, monoetnik ölkə demokratiyadan danışa bilməz
25 İyun 16:12
İşçilərin məzuniyyət hüquqları barədə işəgötürənlərə ətraflı məlumatlar verilib
25 İyun 16:00
Çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsinə dair Fərmanın icrası davam etdirilir
25 İyun 15:55
Nazir: Azərbaycan və Monteneqro arasında mövcud olan ticarət əlaqələrinə yeni seqmentlər əlavə edilməlidir
25 İyun 15:51
UNEC-də vahid tələbə kartı tətbiq olunacaq
25 İyun 15:45
Prezident İlham Əliyev Ramil Usubovu Təhlükəsizik Şurasının katibi vəzifəsinə təyin olunması münasibətilə qəbul edib
25 İyun 15:41
“Moskva 24” telekanalı Rusiya Azərbaycanlı Gənclər Birliyinin 10 illiyinə həsr olunmuş tədbirdən reportaj hazırlayıb
25 İyun 15:22
Azərbaycan və Monteneqro arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədrlərinin görüşü olub
25 İyun 15:15
Milli Ordu: dövlətin güc, millətin qürur mənbəyi
25 İyun 15:13
Tanınmış alim və pedaqoq Şirməmməd Hüseynov son mənzilə yola salınıb
25 İyun 15:07
2030-cu il Gündəliyi kontekstində hökumətin fəaliyyətinin qabaqcıl texnologiyaların gücü ilə əlaqələndirilməsi
25 İyun 15:04
Azərbaycan Monteneqronun əsas xarici investorlarından biridir
25 İyun 14:52
Müdafiə naziri Silahlı Qüvvələr Günü ərəfəsində xidməti müşavirə keçirib
25 İyun 14:49
Muxtar Babayev: "Abşeron ərazisində yaşıllıq azdır və yeni ağacların əkilməsinə ehtiyac var"
25 İyun 14:44
Yerli səviyyədə xidmətlərin səmərəli göstərilməsinin təkmilləşdirilməsi: çağırışlar və innovativ yanaşmalar
25 İyun 14:43
Azərbaycan Ordusu – qürur mənbəyimiz, şərəf tariximiz!
25 İyun 14:35
Azərbaycan Müdafiə Sənayesi Nazirliyi “ARMY-2019” sərgisində təmsil olunur
25 İyun 14:33
Şirməmməd Ağaməmməd oğlu Hüseynov
25 İyun 14:31
Gənclər üçün festivalın növbəti ünvanı Quba şəhəri olub
25 İyun 14:19
Azərbaycan və Monteneqro arasında beş yeni müqavilənin imzalanması üzrə iş aparılır
25 İyun 14:17
Berlində keçirilən beynəlxalq tədbirdə ölkəmiz də təmsil olunub
25 İyun 14:03
Alia El Yassir: BMT-nin Bakı Forumu dövlət xidmətlərinin daha səmərəli çatdırılmasına töhfə verəcək
25 İyun 14:01
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb
25 İyun 13:55
Dövlət qulluqçularının düşüncə tərzinin dəyişdirilməsinə kömək edən strategiya, bilik və amillər
25 İyun 13:53
UNESKO-ya üzv ölkələrin Milli Komissiyalarının fəaliyyəti barədə illik hesabat dərc olunub
25 İyun 13:46
Azərbaycan Hökuməti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə sıx əlaqələrə malikdir
25 İyun 12:19
Bakıda Azərbaycan-Monteneqro biznes forumu keçirilib
25 İyun 12:16
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Çeçenistanın başçısı Ramzan Kadırovla görüşündən danışıb
25 İyun 12:11
Azərbaycanlı şagirdlərin daha bir uğuru
25 İyun 12:07
Azərbaycan atletləri “Minsk 2019”un beşinci günündə idmanın 8 növü üzrə mübarizə aparacaqlar
25 İyun 12:05
Müdafiə Nazirliyinin rəhbərliyi ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
25 İyun 12:02
Hikmət Şikarov: Azərbaycan Ordusu xalqın güvənc yeri və qürur mənbəyidir
25 İyun 11:29
BMT-nin Dövlət Xidmətləri Forumu işini davam etdirir
25 İyun 11:25
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Moskvada Azərbaycan Mədəniyyəti Günündə iştirak edib
25 İyun 11:07
Liseylərin V və VII siniflərinə qəbul üzrə müsabiqə keçirilib
25 İyun 10:57
“Könüllü gömrükçü”lər Gömrük Komitəsinin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar
25 İyun 10:41
İsveçrəli deputat: məcburi köçkünlərin həyatı çətindir, onlar daha çox əziyyət çəkirlər
25 İyun 10:31
Killion Munyama: Məruzənin əsas məqsədi məcburi köçkünlərlə bağlı vəziyyəti öyrənməkdir
25 İyun 10:25
Respublika Günü, Silahlı Qüvvələr Günü və diplomatik xidmət orqanlarımızın 100 illiyi Vyanada qeyd edilib
25 İyun 10:22
Salim Al Busaidi: "ASAN xidmət" mürəkkəb və mükəmməl modeldir
25 İyun 10:07
Azərbaycan ilə Monteneqro arasındakı münasibətlər yüksək səviyyədədir
25 İyun 10:01
UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində “Dünya irsi. Gənc Peşəkarlar Forumu” işə başlayıb
25 İyun 09:59
Azərbaycanın “ASAN xidmət” modeli sayəsində Əfqanıstanda vətəndaşlara yüksək səviyyədə xidmət göstərilir
25 İyun 09:56
Xalqımızın mədəni irsinin dünyaya tanıdılması istiqamətində daha bir önəmli addım
25 İyun 09:55
YAP Sumqayıt şəhər təşkilatında “Nəsimi şeirlərinin ən yaxşı qiraətçisi” müsabiqəsinin ikinci turu keçirilib
25 İyun 09:54
Azərbaycanlılar “Gələcəyə baxış” Avrasiya Patent Universiadasının qalibi olublar
25 İyun 09:53
“Bəbirləri mühafizə edək!” düşərgəsi çərçivəsində futbol çempionatı təşkil edilib
25 İyun 09:51
Ağdaşda su və kanalizasiya şəbəkələrinin tikintisi yekunlaşıb
25 İyun 09:50
Regionlarda taxıl biçini uğurla davam edir
25 İyun 09:46
Azərbaycan Avrasiyada strateji nəqliyyat mərkəzinə çevrilir
24 İyun 22:52
Şirməmməd müəllimi itirdik...
24 İyun 22:12
Rafael Hüseynov: Avropa Şurasındakı böhranların əsas səbəblərindən biri intizamsız və işğalçı Ermənistanın cəzasız qalmasıdır
24 İyun 22:05
YAP Nizami rayon təşkilatında 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib
24 İyun 21:55
Xarici İşlər naziri Elmar Məmmədyarovun Vaşınqtonda ermənistanlı həmkarı ilə keçirdiyi görüşün nəticələrinə dair AZƏRTAC-a müsahibəsi
24 İyun 21:52
BMT-nin Dövlət Xidmətləri Forumunda DOST layihəsi böyük maraqla qarşılanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+31 +36
gecə+22 +25