Ana səhifə »  Müəlliflər »  Cahangir Hacıyev dilemması: “siyasi məhbus” oyununda yeni pərdə
A+   Yenilə  A-
Cahangir Hacıyev dilemması: “siyasi məhbus” oyununda yeni pərdə
Yazdı: Aqşin Şahinoğlu

Yaxud Beynəlxalq Bankın keçmiş rəhbərinin adı “Qaranquş dəstəsi” ilə bir sırada dayanır?
“Siyasi məhbus” məsələsi Azərbaycanın radikal müxalifət düşərgəsində qarşıdurmanı daha da dərinləşdirməkdədir. Xədicə İsmayıl və dəstəsi ilə Əli Kərimli - Leyla Yunus tandeminin açıq savaşı səngiməmiş ortaya atılan yeni “adlar” tərəflər arasında onsuz da gərgin olan münasibətləri daha da kəskinləşdirib.
Cahangir Hacıyev də “siyasi məhbus” kimi “tanına” bilər?
Bəs vaxtilə “yedikləri, içdikləri ayrı olmayan” şəxslərin bu gün amansız rəqibə çevrilmələri nə ilə bağlıdır? Xatırlatmaq yerinə düşər ki, cari ilin oktyabr ayının 17-də Xədicə İsmayılın başçılıq etdiyi qrupun hazırladığı 94 nəfərlik “siyasi məhbus” siyahısı təqdim olundu və bu, “vahid işçi qrupunun siyahısı” adlandırıldı. Cəmi bir gün sonra isə Leyla Yunus və Oktay Gülalıyev tərəfindən hazırlanan, Əli Kərimli və Cəmil Həsənlinin dəstək verdiyi 166 nəfərlik növbəti siyahı ortaya çıxdı. Bununla da qarşı cəbhələrdə dayanan tərəflər öz siyahılarının “bazarda” qiymətini artırmaq, digərinin yoluna daş yuvarlamaq üçün bütün arsenallarını səfərbər etdilər. Söz güləşinə yeni simaların da qoşulması ilə “siyasi məhbus” davası budaqlanaraq bu gün tərəflərin açıq düşmənçiliyinə rəvac verir. Beynəlxalq Bankın keçmiş rəhbəri, hazırda həbsdə olan Cahangir Hacıyevin məsələsi isə tərəfləri növbəti dəfə və daha sərt dolanbacda üz-üzə gətirib.
Əslində, bu gün radikalları sovuran fırtına qondarma “Milli şura”nın Koordinasiya Mərkəzinin üzvü Oqtay Gülalıyevin 3 dekabr tarixində özünün “facebook” səhifəsində yazdığı statusdan sonra başladı. Sözügedən statusda C.Hacıyevin “siyasi məhbus” kimi tanına biləcəyinə eyham vuran O.Gülalıyev onun işinin nəzarətə götürüldüyünü də diqqətə çatdırıb: “Onun işi tərəfimizdən araşdırma altındadır. Bütün sənədlərimizdə də bunu qeyd edirik... Əsas götürdüyümüz meyar siyasi məhbuslarla bağlı AŞPA-nın 03 oktyabr 2012- ci il tarixli 1900 saylı Qətnaməsində qeyd edilən kriteriyalardır. Əgər Cahangir Hacıyevin həbsi həmin kriteriyalara uyğun gəlirsə, o da digərləri kimi siyasi məhbus kimi tanına bilər”.
“Siyasi məhbus” biznesində Əli Kərimlinin sağ əli olan Gülalıyevin bu ismarıcına reaksiya özünü çox gözlətmədi. C.Hacıyevə “siyasi məhbus” yarlığı yapışdırmaq niyyəti çox keçmədən digər “siyasi məhbus” siyahıçılarının ciddi müqaviməti ilə qarşılandı. 94 nəfərlik siyahının əsas müəlliflərindən olan Xədicə İsmayıl dərhal özünün “facebook” səhifəsində opponentlərinin cavabını verdi. Onun sözügedən məsələ ilə bağlı 3 dekabr tarixində saat 14:52-də yazdığı statusda bu fikirlər yer alıb: “Cahangir Hacıyev siyasi maddələrlə tutulmayıb, korrupsiyada günahlandırılıb. Onun günahlandırıldığı əməllər arasında bank kreditlərinin qohumları, cangüdənləri, tanışlarının adına rəsmiləşdirilməsi olub... Məhkəmə istintaqı zamanı qohumların, tanışların zəmanətsiz kredit götürməsi faktları təsdiqini tapdı və Cahangir Hacıyev o faktları təkzib edən heç bir arqument gətirmədi... Cahangir Hacıyev tipli adamlar mediadan, vətəndaş cəmiyyəti nümayəndələrindən dəstək gözləyə bilər. Bunun üçün cəhdlər də var. Hətta deyərdim ki, bəzi hallarda bu cəhdlərin özü də cinayət xarakteri daşıyır. Çox təəssüf edirəm ki, dürüst adam hesab etdiklərimiz də bu sövdələşmələrdən uzaq qaçmırlar”.
Xədicə İsmayılın bu statusunun ardından Əli Kərimlinin yaxın ətrafı, o cümlədən Natiq Ədilov, Elnur Sadıqov, İlham Hüseyn və digərləri O. Gülalıyevi təkzib edərək Cahangir Hacıyev məsələsinin doğru olmadığını, Kərimlinin belə bir niyyətə düşmədiyini yazdılar. Amma bu yöndə müdafiə cümlələrinin mürəkkəbi qurumamış müxalifyönlü jurnalist Natiq Cavadlı “etibarlı mənbəyə” istinad edərək belə bir iddia irəli sürdü ki, C.Hacıyev Əli Kərimlinin dəstəklədiyi qrupun “siyasi məhbus” siyahısına daxil ediləcək. Onun sosial şəbəkələrdə “Bu, necə ola bilər? “Milli şura” rəhbəri Cəmil Həsənliylə AXCP sədri Əli Kərimli bu məsələyə necə qol qoya bilər?” ritorik sualı altında paylaşdığı statusunun şərhlər bölməsində yazılan fikirlərdə kifayət qədər maraqlı nüanslar əksini tapıb.
Xədicə İsmayıl: Leyla Yunus və Oqtay Gülalıyev terrorçuları da “siyasi məhbus” siyahısına salıblar
Əli Kərimlinin yaxın ətrafının Xədicə İsmayılın yuxarıda qeyd olunan “statusu” ilə bağlı yazdığı şərhlərdə qarşı tərəfi ciddi şəkildə ittiham etməsindən sonra X. İsmayıl bu dəfə daha sərt və opponentlərini ifşa edən maraqlı bir açıqlama ilə çıxış edib. Onun fikrincə, Əli Kərimli və Leyla Yunus cəbhəsi hətta terrorçuları belə “siyasi məhbus” hesab edir. O, bununla bağlı yazıb: “Terrorda, qətldə, ekstremizmdə günahlandırılan və bu əməlləri törətmiş şəxsləri də (məsələn, Qaranquş dəstəsi) müdafiə etsək, onda müdafiə etdiyimiz günahsızların günahsız olduğunu deyəndə bizə niyə inanmalıdırlar?.. Qatilin də müdafiə hüququ var, amma qatilin müdafiəsi naminə günahsız adamların müdafiəsini kor qoymaq olmaz”.
Xədicə İsmayılın açıq mətnlə Kərimli və dəstəsinin üzvlərinin ünvanına səsləndirdiyi bu ittiham kifayət qədər ciddidir və mütləq şəkildə cavab tələb edir. Amma aradan keçən 1 həftə ərzində hələ ki, ortada bununla bağlı nə cavab, nə də özünümüdafiə cəhdi var.
Keçmiş “cəbhəçi”nin pul etirafı...
Əlbəttə, “siyasi məhbus” biznesinin arxasında böyük maliyyə gözləntilərinin olması heç kəsdə şübhə doğurmur. Radikal düşərgəyə yaxın olan bir sıra siyasətçilərin açıqlamalarında bildirilir ki, Qəbdəki konkret maraq qrupları, anti-Azərbaycançı donorlar bu siyahılara yaxşı pul verirlər. Sosial şəbəkələrdə sözügedən müzakirələrdə iştirak edən şəxslər də Cahangir Hacıyev gedişinin arxasında konkret maddi məqsəd dayandığnı qeyd edirlər. Məsələn, AXCP-nin keçmiş üzvü Rəşad Babalı yazır: “Çovdarovu da salın getsin. Bir az da cəhd eləsə, “Milli şura”nın üzvü edərlər. Cahangir siyasi məqsədlərlə həbs edilə bilər. Amma bu, MŞ-nin kövrək qəlbinə niyə təsir etməlidir? Əgər Cahangir o siyahıya salınsa, 100% orada pul söhbəti var. Əli İnsanov və Hüseyn Abdullayev məsələsində olduğu kimi”.
Rəşad Babalı daha sonra “Azadlıq” qəzetinin köşə yazarı Natiq Ədilovun iradlarına cavab olaraq yazıb: “Az-çox mətbəxi bilirəm. Nələrin döndüyündən xəbərim var. Sadəcə, abrıma qısılıb çox şey yaza bilmirəm. Hüseynə (Hüseyn Abdullayev-redaktor) nəyin müqabilində dəstək verildiyini bilirəm axı. Bunun yüksək səviyyədə etirafını eşitmişəm”.
Yeri gəlmişkən, O. Gülalıyevin səhifəsindəki müzakirələrə qatılan “Müsavat” başqanı Arif Hacılı da ortada pul söhbətinin olduğuna işarə vurub. Onun “İndi baş verənləri diqqətlə izləyirəm. Amma bu məsələni alver predmetinə çevirmək cəhdləri məlum olsa, yalnız müşahidəçi olmayacam” şərhi Rəşad Babalının toxunduğu məsələdə həqiqət payının kifayət qədər yüksək olduğunu göstərir. Hər halda, Arif Hacılı illərdir bu günün “siyahıçılar”ı ilə çiyin-çiyinə fəaliyyət göstərib və belə desək, onların “cikinə” də bələddir, “bikinə” də...
“Leyla Yunus siyasi məhbus alverçisidir”
Müxalifyönlü jurnalist Aynur Elgünəş də Leyla Yunusun təmsil olunduğu qrupun “siyasi məhbus” biznesi ilə məşğul olduğunu yazıb. Onun O.Gülalıyevə ünvanlanmış şərhi belədir: “Jurnalist kimi azı 12 il hüquq müdafiə sahəsindən yazmışam və hətta hüquq müdafiəçilərindən birinin mətbuat katibi olmuşam. O zamanlar da, həbsdə olduğu müddətdə də, hətta indi də Leyla Yunusa qarşı mövqeyim dəyişməz olub. Həmişə hesab etmişəm ki, Leyla Yunus siyasi məhbus alverçisidir. O, həmişə gördüyü işlərdən çox reklamla məşğul olub. İndi də bu sahəyə ayrılan “diqqəti” özünə çəkmək üçün eyni işi davam etdirir, yəni ayrımcılıqla məşğuldur... Əminəm ki, ictimai qınaq olmasa, Leyla Yunus Cahangiri siyasi məhbus hesab edər”.
Beləliklə, ortada Cahangir Hacıyev örnəyində konkret bir nümunə və ona iki fərqli münasibət var. Eyni işi gördüyünü və eyni kriteriyalara söykəndiyini iddia edən iki ayrı-ayrı qrupun hazırda davam edən bəlli hüquqi prosesə tamam fərqli rakurslardan qiymət verməsi “siyasi məhbus”çuların və onların hazırladıqları qondarma siyahıların nə qədər qeyri-ciddi olduğunu ortaya çıxarır. Elə təkcə bu faktın özü bu tragikomediyanın oyunçularının üzlərinin qızarması üçün yetərli olmalıdır. Amma... Nəzərə alsaq ki, radikalların tamahının sərhədi yoxdur və onlar pul və maddi maraq qarşılığında hətta öz ətrafındakılara da arxa çevirmək “istedadına” malikdirlər, onda bu ünsürlərdən utanmalarını gözləmək sadəlövhlükdən başqa bir şey deyil.
Aqşin ŞAHINOĞLU

 
  • Oxunub:  20730  |  
  • Tarix:  13-12-2016  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir

20 İyun 14:17
Prezidentin imzaladığı sərəncamlar ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir
20 İyun 14:12
Azərbaycanda dövlət qulluğunun ən müasir tələblər səviyyəsinə qaldırılması üçün məqsədyönlü iş aparılır
20 İyun 13:53
Gürcüstan parlamentinin Sədri Azərbaycana rəsmi səfərə gəlib
20 İyun 13:44
Davamlı islahatlar dövlət qulluğunun təkmilləşdirilməsində mühüm vasitədir
20 İyun 13:38
Asəf Hacıyev yenidən QDİƏT Parlament Məclisinin Baş katibi seçilib
20 İyun 12:52
Nazirlik rəsmisi: Elektron qaimə-fakturalarla rəsmiləşdirilən dövriyyələr 10 faiz artıb
20 İyun 12:45
Bakıda Azərbaycan-Rusiya Birgə Demarkasiya Komissiyasının iclası keçirilib
20 İyun 12:26
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsal 0,4 faiz artıb
20 İyun 12:12
Cari ildə neft sektoruna 2 milyard manatadək vəsait yönəldilib
20 İyun 12:01
Əgər milli mənəvi-dəyərlərimizə ziddirsə, belə ədəbiyyatların idxalına icazə verilmir - Komitə sədri
20 İyun 11:53
Oqtay Əsədov: Silahlı münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır
20 İyun 11:49
QDİƏT Parlament Məclisinin 53-cü Baş Assambleyasının iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
20 İyun 11:11
Mavritaniya mətbuatı: Azərbaycanın yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır
20 İyun 10:52
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı davam edir
20 İyun 10:47
Müdafiə Nazirliyi: Ermənistan ordusu iriçaplı pulemyotlardan istifadə etməklə ordumuzun mövqelərini atəşə tutub
20 İyun 10:43
Tural Gəncəliyev: Münaqişədən daha çox ziyan görən erməni icmasıdır
20 İyun 10:31
YAP Saatlı rayon təşkilatında İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
20 İyun 10:20
Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi ilə görüşüb
20 İyun 10:17
BAMF-in Yüksək Səviyyəli Siyasi Forum üzrə bəyanatı BMT-də təqdim olunacaq
20 İyun 10:15
Tsveta Karayançeva: Bakıda Bolqarıstan ilə Azərbaycan arasında əməkdaşlıq əlaqələrini müzakirə edəcəyik
20 İyun 10:13
Yaponiya ilə Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi istiqamətində iş aparılır
20 İyun 10:11
Azərbaycanın Əfqanıstandakı əməliyyatlara dəstəyi ABŞ tərəfindən yüksək qiymətləndirilib
20 İyun 10:00
Azərbaycanda yeni yanaşmaların və müasir texnologiyaların tətbiqi aqrar sektorun dinamik inkişafını təmin edir
20 İyun 09:59
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva paytaxtın 4 və 3 nömrəli internat məktəblərində olub
20 İyun 09:59
ADA Universitetində 4-cü Beynəlxalq Təhsil Konfransı öz işinə başlayıb
20 İyun 09:58
Vyanada “Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə” mövzusunda beynəlxalq konfrans keçirilib
20 İyun 09:56
Azərbaycanda sosial sahədə inqilabi addımların növbəti mərhələsi başlayıb
20 İyun 09:53
Ölkəmizdə təhsilin inkişafına böyük diqqət və qayğı göstərilir
20 İyun 09:52
İsrailin TPS xəbər agentliyi AZƏRTAC ilə əməkdaşlıq əlaqələri qurmaqda maraqlıdır
20 İyun 09:50
Dövlət Neft Fondu Azərbaycanın bugünkü və gələcək nəsilləri arasında etibarlı körpü yaradır
20 İyun 09:49
Tərtərdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçirilib
19 İyun 22:48
Yaponiya İmperatorunun taxta çıxması münasibətilə Bakıda ziyafət təşkil olunub
19 İyun 22:46
Təhsil naziri Ceyhun Bayramov: Prezidentin sərəncamları təhsilə göstərilən qayğının daha bir təzahürüdür
19 İyun 22:38
Vaşinqtonda Azərbaycan ilə ABŞ arasındakı ikitərəfli əlaqələr müzakirə edilib
19 İyun 21:49
Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Azərbaycana səfərə gəlib
19 İyun 21:11
Belqradda İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş elmi simpozium keçirilib
19 İyun 21:03
Vyanada "Dinlərarası və sivilizasiyalararası əməkdaşlıqdan bəşəri həmrəyliyə" mövzusunda beynəlxalq konfrans keçirilib
19 İyun 19:45
Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş “Gənclərin inteqrasiya və fəallığa təşviqi” adlı festival keçirilib
19 İyun 19:42
Avropa Oyunları qitədə ən mühüm idman hadisələrindən birinə çevriləcək
19 İyun 19:35
Beynəlxalq Qəzetçilər Cəmiyyətinin baş direktoru Mətbuat Şurasında olub
19 İyun 19:32
Mədəniyyət Nazirliyinin kollegiya iclası keçirilib
19 İyun 19:27
Baş prokuror Türkiyənin Baş Ombudsmanı ilə görüşüb
19 İyun 19:23
Ölkə əhalisinin sayı 0,3 faiz artaraq 10006149 nəfərə çatıb
19 İyun 19:21
Yaxın Şərq: dörd istiqamətdə geosiyasi gərginlik
19 İyun 17:42
Ümumqoşun poliqonunda təlim keçirilib
19 İyun 17:41
Vüqar Rəhimzadə: Möhtərəm Prezidentimizin təqdim etdiyi yeni sosial paket inqilabi addımların növbəti mərhələsidir
19 İyun 17:39
Sona Əliyeva: Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində əhalinin sosial rifahı davamlı olaraq yüksəlir
19 İyun 17:18
Sevinc Fətəliyeva: Prezident İlham Əliyevin siyasətində əhalinin sosial müdafiəsinin davamlı olaraq gücləndirilməsi daim diqqət mərkəzindədir
19 İyun 17:17
Madrid şəhərində keçirilən beynəlxalq xeyriyyə tədbirində ölkəmiz də təmsil olunub
19 İyun 17:05
Ümumdünya Turizm Təşkilatının sessiya iştirakçılarına ölkəmizin turizm potensialı tanıdılır
19 İyun 17:02
ADU son iki ildə qazandığı uğurlara görə fəxri diploma layiq görülüb
19 İyun 16:58
Azərbaycan məhsullarının ixrac coğrafiyası genişlənir
19 İyun 16:43
Elman Nəsirov: Son sərəncamlar bir daha göstərdi ki, Prezidentin siyasətinin mərkəzində Azərbaycan vətəndaşının rifahı dayanır
19 İyun 16:23
Artilleriyaçılarla komandir toplanışı keçirilib
19 İyun 16:14
Sahibə Qafarova: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 İyun 16:07
“Bakı 2019” Avropa Gənclər Yay Olimpiya Festivalı diplomatik brifinqə ev sahibliyi edib
19 İyun 15:45
Cenevrədə “CANSO 2020: BAKU” tədbirinin rəsmi təqdimatı keçirilib
19 İyun 15:36
Elçin Quliyev: Böyük sosial layihələrin reallaşdırılması Prezident İlham Əliyevin güclü siyasi iradəsinə əsaslanır
19 İyun 15:28
Ekspert: Minimum əməkhaqqının artırılması iqtisadi və sosial islahatlarla bağlı siyasətin davamlılığını təsdiqləyir
19 İyun 15:22
Xanlar Fətiyev: İkinci sosial paketin müsbət nəticələri bütün ailələrdə hiss olunacaq
19 İyun 15:02
Energetika Nazirliyi Yaponiya şirkəti ilə anlaşma memorandumu imzalayıb
19 İyun 14:44
Əli Əhmədov: Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir
19 İyun 14:42
Azərbaycan səfiri etimadnaməsini Bəhreynin Kralına təqdim edib
19 İyun 14:32
Anar Əliyev: Həyata keçirilən sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşı durur
19 İyun 14:20
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib
19 İyun 14:13
Ceyhun Bayramov: Azərbaycanda təhsil sahəsində aparılan islahatlar öz müsbət nəticələrini verir
19 İyun 14:10
Müdafiə naziri: Tabeliyinizdə olan şəxsi heyəti Vətənə sevgi və düşmənə nifrət ruhunda tərbiyə etməlisiniz
19 İyun 14:06
Parisdə Azərbaycan-UNESKO əməkdaşlığı müzakirə olunub
19 İyun 14:04
Elsevər Ağayev: Son 15 ildə Azərbaycanda ana və uşaq ölümü azalıb
19 İyun 14:00
Dağlıq Qarabağda münaqişənin gedişində itkin düşmüş Azərbaycan vətəndaşlarının taleyi BMT-nin diqqət mərkəzində qalır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA
Bakı
gündüz+30 +34
gecə+20 +24