Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Əli Kərimli partiyasını yenidən siyasi alver predmetinə çevirir

Əli Kərimli partiyasını yenidən siyasi alver predmetinə çevirir

21.12.2016 [09:46]

Pərviz Sadayoğlu

Ermənipərəst mərkəzlərdən ianələr almaq istəyən AXCP sədri gülünc iddialar irəli sürür
Şablon yalanları ilə illərdir özünü siyasi palitraya pərçimləməyə çalışan radikal müxalifət düşərgəsinin təmsilçilərinin son dövrlərdəki acınacaqlı aqibəti ortadadır. Hər zaman milli mənafeyə düşmən kəsilən, ermənilərə qucaq açan, xaricdəki ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, ianələr aldıqları erməni lobbisinin xidmətçisinə çevrilən radikal ünsürlər artıq dalana dirəniblər.
Xalqın etimadını qazana bilməyən, seçkilərdə fiasko yaşayan radikal düşərgə partiyalarının rəhbərləri özlərini “əvəzolunmaz” saysalar da, əsl reallıq onların “siyasi nimdaşa” çevrildiklərini açıq şəkildə ortaya qoyub. Nəzarətlərində olan qəzetlər vasitəsilə apardıqları yalançı təbliğatların heç bir işə yaramaması, seçkilərdə xalqın onları birmənalı şəkildə rədd etməsi, ən əsası, gənclərin onların yalanlarına inanmaması radikal partiyaların rəhbərlərini yeni oyunlara baş vurmağa məcbur edib. Lakin düşdükləri durumdan “xilas olmaq” üçün yollar arayan bu partiya sədrləri sadəcə gülünc açıqlamaları ilə yadda qalırlar.
Məsələn, bir müddət öncə dünyada yaşanan iqtisadi böhran, neftin qiymətinin kəskin ucuzlaşması və digər məsələlərlə bağlı sosial şəbəkələrdə öz absurd fikirlərini təbliğ etməyə çalışan AXCP sədri Əli Kərimli bütün cəmiyyətdə gülüş doğuran bir “ideya” ilə çıxış etmişdi. Belə ki, baş verən iqtisadi kataklizmlərdən “çıxış yolu”nu AXCP-yə sosial şəbəkələrdə “virtual üzv” olmaqla “konpensasiya” etməyin mümkünlüyünü “bəyan edən” sosial şəbəkələrdə yazdığı statuslarla özünü yenidən siyasi bazar predmetinə çevirməyə çalışan Əli Kərimlinin belə gülünc fikirlər ixrac etməsi heç də təsadüfi deyil.
Belə ki, vaxtilə “Milli şura”, elə “AXCP” adını özünün tavanına çevirən Ə.Kərimlinin bütün kartları açılıb. Hətta icazəli aksiyalara belə 150 nəfərdən artıq adam çıxara bilməyən Ə.Kərimli ermənipərəst mərkəzlərin etimadını itirib. Partiyasının üzvlərinin sayı ilə bağlı verilən sualları belə cavablandıra bilməyən Ə.Kərimli həqiqəti söyləyə bilmir. Axı necə desin ki, onun ətrafında yalançı trollar dəstəsindən başqa kimsə yoxdur?! İllərdir ki, onu pulla təmin edən erməni lobbisinə necə izah etsin ki, əlində şər, söyüş maşını funksiyasını yerinə yetirən lokal dəstədən başqa elektorat-filan qalmayıb. Bunları dediyi anda hazırda qazandığı pulları da itirmiş olacaq.
Digər tərəfdən artıq uzun müddətdir ki, “partiya biznesi”ndə fiasko yaşayan Ə.Kərimli bu səbəbdən də son dövrlərdə qondarma “siyasi məhbus” məsələsinə, eləcə də “siyasi mühacir biznesi”nə daha çox diqqət yetirməyə başlamışdı. Sadəcə, keçmiş ortaqlarının, ən əsası, Xədicə İsmayılovanın onun açıq rəqibinə çevrilməsi Ə.Kərimlinin “bu sektordakı” işlərini də düyünə salıb. Yəni Ə.Kərimlinin pul qarşılığında cinayətkarları, radikal terrorizmi dəstəkləyənləri “siyasi məhbus” elan etmək arzusu, deyəsən, ürəyində qalıb. Siyasi mühacir biznesinin də faktlarla ifşa edilməsi, oğlu Türkel Kərimlinin bu cinayətlərdə rol alması ilə bağlı sübutların ortaya çıxması Ə.Kərimlini bu yoldan müvəqqəti də olsa üz döndərməyə vadar edib. Məhz bu səbəbdəndir ki, yenidən partiya biznesini diriltməyə çalışan Ə.Kərimli bu cür ağlasığmaz, gülünc bəyanatlar verir, insanları partiyasına “virtual üzvlüyə” dəvət edir.
Bəli, Ə.Kərimli bu gün öz xəyanətlərinin “giriftarına” çevrilib. İllərdir yanaşı yol getdiyi, əl uzadıb salam verdiyi, xitab edib söz dediyi hər kəsi aldadan bu şəxs “donor” tapa bilmədiyi üçün özünü bu yollarla açıq şəkildə “reklam” etməyə niyyətlənir.

Paylaş:
Baxılıb: 968 dəfə

Müəllifin digər məqalələri:

Əzrayılın bala paylaması...

Yaxud, Makronun “bazar...

24.09.2021 [15:29]

Ermənipərəst Sevinc Osmanqızı süni gündəm axtarışında...

Məlum olduğu kimi, bu gün...

02.06.2021 [08:56]

Qənimət Zahidin ictimai rəyi yanıltmaq və xalqı aldatmaq cəhdləri iflasa məhkumdur

İşğaldan azad olunmuş torpaqlarımızın...

28.05.2021 [10:07]

Əli Kərimlinin tükənməz erməni sevgisi

44 günlük Vətən müharibəsi...

25.05.2021 [08:49]

Cıdır düzündə Azərbaycan ruhu...

Şuşada keçirilən...

20.05.2021 [09:28]

Sevinc Osmanqızının antimilli təbliğatı

Yaxud xəyanətkar...

19.05.2021 [08:31]

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30