Ana səhifə »  Müəlliflər »  İsa Qəmbərin tərcümeyi-halı satqınlıq və xəyanətlərlə doludur
A+   Yenilə  A-
İsa Qəmbərin tərcümeyi-halı satqınlıq və xəyanətlərlə doludur
Yazdı: Pərviz Sadayoğlu

Azərbaycan dövlətinə və xalqına xəyanət etməyə vərdişkar olan İsa Qəmbərin özünübərpa çırpınışları heç bir nəticə verməyəcək
Azərbaycanın son illərdə əldə etdiyi inkişaf, yerləşdiyi regionun liderinə çevrilməsi, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasət kursu, eləcə də daxili sabitliyin qorunub saxlanması və ordu quruculuğunun yüksək səviyyədə həyata keçirilməsi dünya erməniliyini, həmçinin onların himayəsinə sığınmış anti-azərbaycançı mərkəzlərin açıq narahatlıqlarına səbəb olur. Məhz bu narahatlıqlar səbəbindəndir ki, həmin ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, onlardan aldıqları əmrləri icra edən, milli maraqlarımıza, xalqın və dövlətin mənafeyinə düşmən kəsilən “sapı özümüzdən olan baltalar” mövsümi olaraq “fəallaşdırılır”. Daha doğrusu “hakimiyyətə gəlmək” xülyası baş tutmayan, Azərbaycanın siyasi arenasından silinərək tarixin arxivinə gömülmüş antimilli maraq qruplarının tapşırıqlarını icra edən “beşinci kolon” nümayəndələri hər fürsətdən istifadə edərək özlərini gündəmə gətirməyə çalışır, bunun üçün Azərbaycan dövlətini və xalqını hədəfə almaqdan belə çəkinmirlər. Əli Kərimli, İsa Qəmbər, Arif Hacılı kimi arxaik təfəkkürlü siyasi avantüristlər müasir dövrün reallıqları və tələbləri, uğursuzluqları, cəmiyyət tərəfindən birmənalı şəkildə inkar olunmaları ilə barışmaq istəmir, hər vəchlə ölkənin siyasi həyatına qayıtmağa çalışırlar.
Bir sıra insanların barəsində ölüm qərarını icra etdirməsi İ.Qəmbərin qəddar bir kimliyə malik olduğunun əsas sübutudur
Həm elmdə, həm də siyasətdə “alayarımçıqlıq” sindromu yaşayan İsa Qəmbərin mütəmadi olaraq küçə leksikonu, primitiv mülahizələr və istehza doğuran çıxışları ilə gündəmə gəlməsi, məhz belə bir vəziyyətdə mətbuata çıxmaq cəhdləri hətta onun yaxınları və azsaylı tərəfdaşlarının məyusluğuna səbəb olur.
Vurğulamaq lazımdır ki, ötən əsrin sonlarında Azərbaycan xalqını çörəklə sınağa çəkən, cəmiyyətimizin üzləşdiyi kataklizmlərə səbəbkar olan, torpaqlarımızın işğalına şərait yaradan siyasi dəllallar qrupunun başçılarından biri olan İsa Qəmbər 1990-cı illərin əvvəlində siyasi qarışıqlıqlardan, həmin dövrün hakimiyyət boşluğundan istifadə edərək silahlı dəstələrin gücü hesabına hakimiyyəti zəbt edənlərdəndir. Bu gün “demokrat” cildinə girməyə çalışan, amma hər dəfə oxu daşa dəyən İ.Qəmbər həmin dövrdə Dağlıq Qarabağda döyüşən silahlı dəstələri Bakıya gətirərək torpaqlarımızın ermənilər tərəfindən işğal edilməsinin əsas günahkarlarındandır.
Hakimiyyəti zəbt etdikdən sonra isə Azərbaycanın strateji maraqlarını heçə sayan, beynəlxalq münasibətlər sistemi ilə bağlı heç primitiv səviyyədə savada malik olmayan, siyasi korafəhmliyindən əl çəkməyən İ.Qəmbərin əsl siması bir daha Azərbaycan cəmiyyətinə təqdim olundu. Səbəbləri araşdırılmadan bir sıra insanların barəsində ölüm qərarını təsdiq etməsi və əmri icra etdirməsi İ.Qəmbərin qeyri-insani, qeyri-humanist bir kimliyə malik olduğunun əsas sübutudur. Həmin dövrdə öz qəddarlığı ilə “ad qazanmış” İsa Qəmbər kimiləri, görəsən, bu gün hansı üzlə Azərbaycan cəmiyyətinin qarşısına çıxır, özlərində nəsə demək cürətini tapırlar?
İsa Qəmbərin Aram Manukyanla “əməkdaşlığı” onun satqın keçmişinin bariz sübutudur
Maraqlıdır ki, 1993-cü ildən sonrakı dövrdə özünü “müxalifət” elan edən bu xəyanətkar zümrə və onun başçılarından sayılan İ.Qəmbər kimi ünsürlərin bütün fəaliyyəti erməni lobbisindən, xarici fondlardan gələn sifarişləri icra etməyə, ictimaiyyəti çaşdırmağa, ölkə daxilində sabitliyi pozmağa, cəmiyyəti daim gərgin vəziyyətdə saxlamağa yönəldi. Məhz erməni lobbisinin və bu lobbinin himayəsində olan təşkilatların maddi dəstəyi ilə Azərbaycanın milli mənafeyinə qarşı çıxışlar edən, ölkəmizin xarici imicinə ləkə yaxmaq üçün donoslar yazan İ.Qəmbər və digərlərinin xəyanət arealı günü-gündən genişləndi. Bir faktı xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın torpaqlarını işğal edən, Xocalı faciəsini törədən, bir milyona yaxın azərbaycanlını öz ev-eşiyindən didərgin salan ermənilərin hər bir əmrini, sifarişini yerinə yetirən İ.Qəmbər son nəticədə onlarla “qardaşlaşmaqdan” belə çəkinmədi. 2010-cu ildə Almaniyanın Potsdam şəhərində Ermənistan Ümummilli Hərəkatı adlı təşkilatın idarə heyətinin sədri Aram Manukyanla qarşılıqlı əməkdaşlıq haqqında bəyannamə imzalayan İsa Qəmbər bununla Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinə də aydınlıq gətirmiş oldu. Bəli, işğalçı ölkənin maraqlarını qoruyan, erməni işğalına haqq qazandıran, fürsət düşdükcə Dağlıq Qarabağa “müstəqillik” tələb etməkdən belə çəkinməyən Ermənistan Ümummilli Hərəkatı ilə əməkdaşlığın satqınlıqdan, xəyanətdan başqa adı ola bilməz...
İsa Qəmbər şəxsi maraqlarının təmini üçün gündə bir cildə girir
Hələ 1990-cı illərin əvvəlində öz lideri Əbülfəz Elçibəyə xəyanət edən və Şimali Azərbaycan Demokrat Partiyası yaradan İsa Qəmbər az müddətdə hakimiyyəti öz əlində cəmləməyə çalışsa da, buna nail ola bilməmişdi. Oxu daşa dəyən İ.Qəmbər vəd verib aldatdığı insanların onu tərk etməsindən qorxduğu üçün başqa bir yola əl ataraq “Müsavat” adını mənimsədi. Əlbəttə ki, İ.Qəmbərin özünün maraqlarına xidmət etməsi üçün yaratdığı “Müsavat”ın ötən əsrin əvvəlində Azərbaycanın müstəqilliyində rolu olmuş Müsavat Partiyası ilə heç bir əlaqəsi yox idi və İ.Qəmbərin uğursuz şəkildə “kopyalamağa” çalışdığı “Müsavat”ın sonrakı illərdə ciddi ideologiya formalaşdıra bilməməsi faktı da bunu deməyə əsas verdi. Sadəcə olaraq, İ.Qəmbər bu adın altında gizlənməklə gah Türkiyədə MHP-yə yaxın çevrələrə xoş gəlmək üçün türkçülüyü qabartdı, gah da Əbülfəz Elçibəyin irsinə iddia etmək üçün “milli demokratiya”ya üz tutdu. Bütün yollardan əliboş qayıdan İ.Qəmbər bəzən islamçı elektoratın səsini almaq üçün “hacı”lığından istifadə etməkdən, bəzən isə Avropadan qrant almaq üçün “liberalizm” pərdəsinə bürünməkdən çəkinmədi. Bir sözlə, siyasi buqələmunluğu yüksək səviyyədə olan İ.Qəmbər öz marağına uyğun olanda “türkçü”, “islamçı”, əks halda isə “liberal” donunda peyda olur...
İsa Qəmbər və digərləri öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz Ümummilli lider Heydər Əliyevə borcludurlar
Bir məqamı xüsusi vurğulamaq gərəkdir ki, dağıdıcı müxalifət başçıları öz mövcudluqlarına, bu gün yaşadıqlarına və fəaliyyət göstərdiklərinə görə məhz Ümummilli lider Heydər Əliyevə borcludurlar. Bunun səbəbi isə 1993-cü ildə Ulu öndərin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişinin məhz bu şəxsləri ölümdən xilas etməsidir. Yəqin ki, bu fakt da İ.Qəmbərin korşalmış yaddaşından silinməyib. Həmin dövrdə qiyam edən İ.Qəmbərin təmsil olunduğu komandanın üzvləri onu da “dar ağacından asacaqlarını” deyirdilər. Təəssüf ki, İ.Qəmbər və onun kimiləri bundan da düzgün nəticə çıxarmaq iqtidarında deyillər.
Bəli, İsa Qəmbər, Əli Kərimli və digər bu kimi ünsürlər artıq cəmiyyət tərəfindən qəbul olunmur və Azərbaycanın siyasi həyatından siliniblər. Onların dağıdıcı fəaliyyətlərini bərpa etmək cəhdləri isə hüquq-mühafizə orqanlarının səlahiyyət çərçivəsinə daxil olan məsələdir...

 
  • Oxunub:  11490  |  
  • Tarix:  03-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Şərqdə ilk demokratik respublikanın parlamentinin 100 illiyi təntənə ilə qeyd olunub

15:07
22 Sentyabr
Milli Məclisdə Azərbaycan-Oman əlaqələrinin inkişafı məsələləri müzakirə edilib
14:43
22 Sentyabr
Azərbaycan Prezidenti parlamentin 100 illiyi münasibətilə keçirilən iclasda ciddi mesajlar verdi
14:37
22 Sentyabr
GUAM-a üzv dövlətlərin hökumət başçılarının iclasına hazırlıq məsələləri müzakirə olunub
14:30
22 Sentyabr
Avropalı diplomatlar Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyini ziyarət ediblər
14:26
22 Sentyabr
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
14:23
22 Sentyabr
XİN: KTMT baş katibinin Ermənistan-Azərbaycan münaqişəsinə dair açıqlama verməsi təşkilatın mandatından kənardır
14:18
22 Sentyabr
Nyu-Yorkda keçiriləcək ABŞ-Xəzər Biznes Forumuna 100-dən çox şirkət qatılacaq
14:17
22 Sentyabr
Tahir Rzayev: Azərbaycan Parlamenti 100 il ərzində şərəfli bir yol keçib
12:50
22 Sentyabr
Favzi Daoud: Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
12:41
22 Sentyabr
Aydın Hüseynov: Azərbaycan parlamenti tarixdə şərəfli iz qoyub
12:35
22 Sentyabr
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
12:18
22 Sentyabr
İndoneziya Regional Nümayəndələr Şurasının sədri Azərbaycana səfərə gəlib
11:24
22 Sentyabr
Dövlət Komitəsinin sədri Mingəçevirdə vətəndaşları qəbul edəcək
10:30
22 Sentyabr
Kristina Marti Lanq: İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
10:27
22 Sentyabr
Cüdo üzrə dünya çempionatı: Azərbaycanın 3 idmançısı mübarizəyə qoşulub
10:24
22 Sentyabr
Bolqarıstanın Varna şəhərində Azərbaycan mədəniyyətinə dair fotosərgilər nümayiş etdirilib
10:22
22 Sentyabr
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 112 dəfə pozub
20:45
21 Sentyabr
BMT və qlobal çağırışlar: "intertarixi" zərurət kontekstində
20:43
21 Sentyabr
Bilgəhdə Beynəlxalq Ahıllar Günü münasibətilə tədbir keçirilib
20:40
21 Sentyabr
Slovakiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Müdafiə Sənayesi Nazirliyində olub
20:39
21 Sentyabr
Soçi və İdlib: Rusiya-Türkiyə əməkdaşlığı qlobal geosiyasi proseslər kontekstində
20:23
21 Sentyabr
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidenti ilə görüşüb
20:13
21 Sentyabr
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının ikinci gününə yekun vurulub
20:05
21 Sentyabr
Mərzuq Əli əl-Ğanim: Küveyt və Azərbaycan hər zaman bir-birinin yanındadır
19:56
21 Sentyabr
Bakıda NATO-nun Əməliyyat İmkanları Konsepsiyası çərçivəsində özünüqiymətləndirmə təlimi keçirilib
19:52
21 Sentyabr
Ədliyyə naziri Ağstafada vətəndaşları qəbul edib
19:29
21 Sentyabr
Azərbaycan ilə Britaniya Şurası arasında təhsil sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
19:24
21 Sentyabr
“Azİz” Beynəlxalq Assosiasiyasının nümayəndə heyəti Bakı Kitab Mərkəzinin qonağı olub
19:23
21 Sentyabr
AQTA ilə Asiya İnkişaf Bankı arasında strateji əməkdaşlıq imkanları öyrənilir
19:09
21 Sentyabr
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib
18:37
21 Sentyabr
“ASAN xidmət” təcrübəsi Uqandada tətbiq olunacaq
18:29
21 Sentyabr
Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasın iştirakçıları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
18:26
21 Sentyabr
Prezident İlham Əliyev: Azərbaycanın dünyada təhlükəsizliyə töhfəsi getdikcə artır
18:13
21 Sentyabr
Prezident İlham Əliyev: Bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsidir
18:08
21 Sentyabr
Konstitusiya Məhkəməsi Plenumunun növbəti iclası keçirilib
18:06
21 Sentyabr
Azərbaycan Dillər Universiteti Çinin müxtəlif universitetləri ilə əlaqələr qurub
18:01
21 Sentyabr
Prezident İlham Əliyev: Dağlıq Qarabağ heç vaxt Azərbaycanın suverenliyindən kənarda heç bir status almayacaq
17:49
21 Sentyabr
Prezident: Bu gün Ermənistandan səslənən çox ziddiyyətli və bəzən cəfəng fikirlər münaqişənin həllinə yox, onun dərinləşməsinə xidmət göstərir
17:46
21 Sentyabr
Hikmət Babaoğlu: "Prezidentin nitqi Ermənistan rəhbərliyinin savadsız çıxışlarına tutarlı cavab idi"
17:41
21 Sentyabr
Prezident: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ən böyük ədalətsizlikdir
17:38
21 Sentyabr
Prezident İlham Əliyev: Demokratik inkişafla bağlı siyasətimizin aparılmasında Azərbaycan parlamentinin çox böyük rolu var
17:37
21 Sentyabr
Azərbaycan UNESCO-nun sülh konfransında təmsil olunub
17:28
21 Sentyabr
Adil Əliyev: Azərbaycan parlamentinin bir əsrlik keçdiyi şərəfli yol müasir dövlətimizin inkişafında özünəməxsus yer tutur
17:15
21 Sentyabr
Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib
16:43
21 Sentyabr
İbrahim Əhməd Ömər: Sudan Azərbaycan ilə əməkdaşlığı inkişaf etdirmək əzmindədir
16:29
21 Sentyabr
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
16:25
21 Sentyabr
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
16:23
21 Sentyabr
BDU ilə Darüssəlam Qontor Universiteti arasında əməkdaşlığa dair memorandum imzalanıb
16:13
21 Sentyabr
Bəstəkarlar İttifaqı Anarı “Üzeyir Hacıbəyli” medalı ilə təltif edib
16:12
21 Sentyabr
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
15:52
21 Sentyabr
Dövlət Aqrar Ticarət Şirkəti ilə Rusiya Kənd Təsərrüfatı Nazirliyinin Analitik Mərkəzi arasında əməkdaşlıq memorandumu imzalanacaq
15:36
21 Sentyabr
Jan-Fransua Mansel: Fransa-Azərbaycan əlaqələrinin inkişafında parlamentlərarası münasibətlər xüsusi rol oynayır
15:34
21 Sentyabr
Dünya şöhrətli Sadhquru Heydər Əliyev Mərkəzində mühazirə deyəcək
15:27
21 Sentyabr
Bob Bləkmən: Demokratik inkişaf nəticəsində Azərbaycan dünyaya açılan bir ölkəyə çevrilib
15:25
21 Sentyabr
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşüb
14:35
21 Sentyabr
Kənd Təsərrüfatı Nazirliyində Asiya İnkişaf Bankının nümayəndələri ilə görüş keçirilib
14:32
21 Sentyabr
Bakıda cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib
14:29
21 Sentyabr
Dövlət Gömrük Komitəsinin sədri Lənkəran şəhərində vətəndaşları qəbul edib
14:27
21 Sentyabr
Polad Bülbüloğlu Mixail Şvıdkoya Azərbaycan Prezidentinin fəxri diplomun təqdim edib
14:23
21 Sentyabr
Dastanbek Cumabekov: Azərbaycan parlamentinin qəbul etdiyi qanunlar ölkənin demokratik inkişafı üçün əsaslı zəmin yaradıb
14:20
21 Sentyabr
Əmək və əhalinin sosial müdafiəsi naziri dörd rayon və şəhərin sakinləri ilə görüşüb
14:18
21 Sentyabr
Mərzuq əl Ğanim: Küveyt Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
14:15
21 Sentyabr
ATƏT PA-nın sədri: Azərbaycanın regionda vacib ölkəyə çevrilməsinə parlament də öz töhfəsini verib
14:14
21 Sentyabr
Piter Kropş Avropa Xəbər Agentlikləri Alyansının prezidenti seçilib
14:11
21 Sentyabr
Arif Məlikovun yubileyinə həsr edilmiş elmi sessiya
14:09
21 Sentyabr
Tsveta Karayançeva: Sevindiricidir ki, 100 il sonra müstəqil Azərbaycan müasir dövlət kimi inkişaf edir
13:32
21 Sentyabr
Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüş keçirilib
13:29
21 Sentyabr
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Böyük Millət Məclisinin sədri ilə görüşüb
12:57
21 Sentyabr
Məleykə Abbaszadə: Gələn tədris ili üzrə ali məktəblərə qəbul üçün maksimal bal 700 olacaq
12:37
21 Sentyabr
Zakir Həsənov NATO baş katibinin müavini ilə görüşüb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30
HAVA HAQQINDA