Ana səhifə »  Müəlliflər »  Üç qitə arasında körpü, yaxud İslam dünyasının mənəvi mərkəzi Səudiyyə Ərəbistanı
A+   Yenilə  A-
Üç qitə arasında körpü, yaxud İslam dünyasının mənəvi mərkəzi Səudiyyə Ərəbistanı
Yazdı: Hikmət BABAOĞLU

Hər bir ölkəyə səfər özlüyündə xüsusi bir hadisədir. Çünki yeni ölkə yeni tanışlıq, yeni mədəniyyətlə təmas, yeni münasibətlər deməkdir. Ancaq Səudiyyə Ərəbistanına səfər hər bir müsəlman üçün bütün bunlarla yanaşı, xüsusi bir fərqlə daha mühüm hadisədir. Çünki İslam dininin yarandığı, İslam mədəniyyətinin formalaşdığı iki müqəddəs şəhər - Məkkə və Mədinə bu ölkədə yerləşir. Müsəlman kimliyimizi dərk etiyimiz gündən bu şəhərlər sanki bir cazibə mərkəzi kimi ruhumuzu özünə doğru çəkir. İslam dininin və İslam tarixinin başlanğıc məkanı olan bu şəhərlərdə olmaq, müqəddəs Məkkəni ziyarət etmək qarşısıalınmaz bir arzuya çevrilir. Ancaq bu coğrafiyanın cazibəsi təkcə İslamla məhdudlaşmır. Hələ bizim eradan əvvəl iki mininci illərdə baş verdiyi təxmin edilən İbrahim peyğəmbər və onun övladı İsmayılla bağlı hadisələr nəticəsində zəm-zəm suyunun peyda olması, eyni zamanda, bütün səmavi dinlərdə ortaq şəkildə qəbul edilən insan nəslinin ilk nümayəndəsi Adəm peyğəmbər və onun cənnətdən gətirdiyi müqəddəs həcər daşının Məkkədə qorunub saxlanılması hadisəsi də bu əraziləri cazibədar edən səbəblərdəndir.

 

Səudiyyə Ərəbistanı Azərbaycan üçün önəmli tərəfdaşdır. Bu ölkə Ermənistanla diplomatik əlaqə qurmayıb

Bizim Səudiyyə Ərəbistanı səfərimiz də bu qarışıq və xoş duyğularla, amma çox konkret və dəqiq məqsədlə həyata keçirilirdi. Beləliklə, yanvar ayının 31-də bir qrup media nümayəndəsi ilə birlikdə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi cənab Əli Həsənovun səfərini müşayiət etmək üçün qardaş və dost ölkə olan Səudiyyəyə yola düşdük. Əvvəlcədən müəyyənləşdirilən proqrama görə, səfərimizdə çoxsaylı görüşlər nəzərdə tutulmuşdu. Buraya həm rəsmi görüşlər, həm də müxtəlif mədəniyyət mərkəzləri ilə tanışlıq daxil idi. Əvvəla mütləq onu qeyd etmək lazımdır ki, hazırkı tarixi mərhələdə müsəlman ölkələri arasında həmrəyliyin olması hər bir müsəlman ölkəsi üçün olduqca vacibdir. Əks təqdirdə beynəlxalq münasibətlər sistemində artıq tendensiyaya çevrilmiş İslam dünyasına hücum siyasətinə qarşı effektiv mübarizə aparmaq mümkün deyil. İkincisi, Qərbdə hər gün bir az daha da güclənən islamofob mərkəzlərin İslamı terrorla eyniləşdirməsi cəhdlərinə və bu istiqamətdə transmilli medianın gücündən maksimum bəhrələnməsi səylərinə qarşı ortaq mədəniyyətimizin həqiqi fəlsəfəsinin tanıdılması üçün İƏT-ə üzv olan ölkələrin mediasının koordinasiya edilmiş fəaliyyəti olmadan qlobal informasiya təxribatına qarşı səmərəli mübarizə aparmaqdan danışmaq olmaz. Üçüncüsü isə, dünyada baş verən süni iqtisadi proseslər, neftin qiymətinin spekulyativ şəkildə aşağı salınması fonunda yeni maliyyə və iqtisadi şərtlərin yaradılması mümkün olmadan milli iqtisadiyyatın inkişafını təmin etmək mümkün olmaz. Ona görə də təsadüfi deyil ki, Azərbaycan Respublikası Prezidenti 2017-ci ili məhz İslam Həmrəyliyi ili elan edibdir. Nəzərə alsaq ki, müsəlman ölkələri içərisində ən böyük investisiya ehtiyatlarına, eyni zamanda, ən böyük neft ehtiyatlarına sahib olan ölkələrdən biri Səudiyyə Ərəbistanıdır, o zaman bu ölkənin həm İslam dünyası, həm də Azərbaycan üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu aydın görə bilərik. Əgər bununla yanaşı, Səudiyyə Ərəbistanının Ermənistanla diplomatik əlaqə qurmayan dörd müsəlman (digər üç ölkə Türkiyə, Pakistan və Özbəkistandır) ölkəsindən biri olduğunu da nəzərə alsaq, o zaman bu ölkənin bizimlə nə qədər yaxın olduğunu təsəvvür etmək çətin olmaz.

 

Böyük investisiya imkanları və geostrateji mövqeyi ilə gələcəyin ölkəsi - Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Ərəbistan yarımadasının ən inkişaf etmiş və ən güclü ölkələrindən biridir. Bu ölkənin coğrafi mövqeyi strateji baxımdan üç qitənin - Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşdiyi üçün çox böyük əhəmiyyət daşıyır. Eyni zamanda, nüfuzlu regional dövlət kimi onun siyasəti, demək olar ki, bütün ətraf qonşuların və körfəz ölkələrinin siyasətinə xeyli dərəcədə təsir göstərir. Azərbaycanla münasibətlərə Səudiyyədə xüsusi əhəmiyyət verilir. Biz Səudiyyədə 10 günlük səfər çərçivəsində istər dövlət və hökumət nümayəndələrindən, istərsə də sürücüdən tutmuş bələdçiyə qədər hər bir kəsdən Azərbaycana qarşı böyük sevgi və məhəbbət gördük. Özümüzü dostlarımızın, qardaşlarımızın əhatəsində hiss etdik. Bu mehriban və səmimi münasibətlərin əsası Ulu öndər Heydər Əliyevin 1994-cü ildə bu ölkəyə rəsmi səfəri ilə qoyulub və hazırda Azərbaycan Prezidentinin Səudiyyə Ərəbistanının Kral ailəsi ilə dostluğunun timsalında davam edir. Bu münasibətlər iki ölkə arasında mədəniyyət, iqtisadiyyat, turizm sahəsində olan potensialın realizə olunması üçün olduqca əlverişli zəmin yaradır. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti kənd təsərrüfatı məhsullarının yeni ixrac bazalarını göstərərkən körfəz ölkələrini xüsusi olaraq vurğuladı. Həqiqətən də, torpaqları kənd təsərrüfatı məhsulları istehsalı üçün, demək olar ki, yararsız olan bu ölkələr gələcəkdə Azərbaycan məhsullarının ən böyük idxalçısına çevrilə bilər. Amma təkcə kənd təsərrüfatında deyil, iqtisadiyyatın digər bütün sahələrində olduqca böyük perspektivlər mövcuddur. Ona görə də bu ölkə ilə münasibətlərimiz təkcə dini turizm, yaxud həcc ziyarətləri ilə məhdudlaşmamalıdır. Səudiyyənin Azərbaycanın kənd təsərrüfatı sektoruna, hərbi sənaye sektoruna, inşaat materialları sektoruna çox böyük yatırımlar qoymaq imkanları var və bunların reallaşması hər iki ölkənin maraqlarına cavab verir.

 

İnformasiya resurslarının inkişafı diqqət mərkəzindədir

Səudiyyə Ərəbistanında informasiya resurslarının inkişafına xüsusi əhəmiyyət verilir. Qlobal dünyada informasiyanın əhəmiyyətinin artması bu ölkənin də yumşaq güc adlandırılan vasitədən öz dövlət maraqları üçün istifadə etməsi zərurətini yaradıb. İlk ziyarət etdiyimiz ünvan Səudiyyə Xəbər Agentliyi (“Saudi Press Agenci”) və onun televiziya studiyaları oldu. Ölkənin ən böyük xəbər istehsal mərkəzi olan bu agentliyin möhtəşəm binası, hər cür yüksək səviyyəli texniki təchizatı var. Üstəlik burada geniş televiziya studiyaları da fəaliyyət göstərir. Jurnalistlərin fəaliyyəti üçün olduqca rahat və hər cür texniki avadanlıqla təmin olunmuş otaqlar mövcuddur. Qısaca olaraq SPA kimi tanınan bu agentlikdə bir çox dillərdə xəbər istehsal edilir. Agentliyin çoxsaylı ölkələrlə informasiya mübadiləsi imkanları var. Onların sırasında Azərbaycanla da kifayət qədər geniş əlaqələrin də olması xüsusi qeyd olunası məsələlərdən biridir. Həmkarlarımızın Azərbaycanla bağlı məlumatları kifayət qədərdir. Onlar ölkəmizə olan rəğbətlərini açıq şəkildə büruzə verməkdən çəkinmirlər.

 

“Əl-Cəzirə” qəzeti İƏT üzvü olan ölkələrin Media Assosiasiyasının yaradılmasını təqdir edir

Media ilə görüşlərimiz sırasında “Əl-Cəzirə” qəzetinin redaksiyasında olmağımızı xüsusi qeyd etmək lazımdır. Bu qəzet ölkənin ən aparıcı qəzetlərindən biridir. Baş redaktor cənab Xalid əl-Malik Bakıda keçirilən İƏT üzvü olan ölkələrin media nümayəndələrinin Niyyət konfransında iştirak edib. Azərbaycana xüsusi sevgisi olan çox təcrübəli bir jurnalistdir. Çox uzun müddətdir ki, bu qəzetə rəhbərlik edir. Tirajı 100 min olan bu qəzet Azərbaycan Prezidentinin köməkçisi, cənab Əli Həsənovla geniş müsahibə də dərc etdi. Ümumiyyətlə, Səudiyyə Ərəbistanı mediası bu səfərə çox geniş yer ayırmaqla xüsusi diqqət göstərdi. Azərbaycan Prezidentinin köməkçisinin Kral Salman tərəfindən qəbul edilməsi, Azərbaycan Prezidentinin iki dost və qardaş ölkə arasında olan münasibətlərin inkişafına xüsusi əhəmiyyət verməsi ölkənin bütün media qurumlarının əsas xəbərlərinə çevrildi. Biz “Əl-Cəzirə” qəzetinin redaksiyasında olarkən baş redaktor həmin gün cənab Əli Həsənovla müsahibənin dərc edildiyi nömrədən nüsxələri bizə təqdim etdi. Ümumiyyətlə, qəzetin hər cür texniki vasitələrlə təchiz edilmiş çox böyük ofisi var. Bu böyük binada həm də qəzetə aid mətbəə yerləşir. Yəni qəzet öz mülkiyyəti olan mətbəədə çap edilir. Baş redaktor qeyd etdi ki, gündəlik çıxan qəzetin vaxtilə tirajı 150 min olub. Ancaq hazırda alternativ medianın və sosial şəbəkələrin sürətlə informasiya məkanına daxil olması nəticəsində qəzetin tirajı hələlik 100 min səviyyəsində sabitləşib. Ümumiyyətlə, bu qəzet özü-özünü maliyyələşdirmə əsasında fəaliyyət göstərir. Ancaq buna baxmayaraq, ölkənin bir neçə məşhur şirkəti qəzeti himayə edir. Əks təqdirdə özünümaliyyələşdirmə ilə bu böyük media təşkilatının fəaliyyətini səmərəli təşkil etməkdə müəyyən çətinliklər yarana bilər. Biz “Əl-Cəzirə” qəzetinin redaksiyasında olarkən həmkarlarımızın çoxsaylı suallarını da cavablandırdıq. İki ölkənin media qurumları arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərinin vacibliyinə toxunduq. Eyni zamanda, onları 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarını işıqlandırmaq üçün ölkəmizə dəvət etdik. “Əl-Cəzirə” qəzetinin rəhbərliyi ilə İƏT üzvü olan ölkələrin Media Assosiasiyasının yaradılmasının vacibliyini birlikdə qeyd edərək bu dost və qardaş media qurumundan ayrıldıq.

 

Cənadiriyyə mədəniyyət sərgisi

Cənadiriyyə mədəniyyət sərgisi ərəb mədəniyyətinin və ərəb tarixinin nümayiş etdirildiyi xüsusi məkandır. Müasir Səudiyyə Ərəbistanının tarixi, mədəniyyəti, nailiyyətləri ilə bərabər, burada Kral ailəsinə məxsus çoxsaylı fotoşəkillərlə ölkənin siyasi həyatını, əhəmiyyətli hadisələri vizual şəkildə əks etdirən xüsusi qalereyalar fəaliyyət göstərir. Cənadiriyyə festivalında ən maraqlı hadisələrdən biri də müxtəlif folklor nümunələrinin nümayiş etdirilməsi, həmçinin dəvə yarışlarının keçirilməsidir. Dəvə yarışları ərəblər tərəfindən çox sevilən və yüksək qiymətləndirilən bir yarışdır. Türkün dövlətçilik, mədəniyyət, inkişaf tarixində atın rolu nə qədər böyükdürsə, ərəblərin də inkişaf tarixində dəvənin rolu o qədər böyükdür. Bu dözümlü və faydalı heyvan ərəb məişət həyatının, mədəni həyatının, idman həyatının əsas vasitələrindən biridir. Dəvə həm nəqliyyat vasitəsi, həm qida vasitəsi, həm öz qiymətli yunu və dərisi ilə geyim vasitəsi olub. Ərəbin zənginliyi onun dəvələrinin sayı ilə ölçülüb. Bu xeyirli heyvanın missiyası, bəlkə, bu gün əvvəlki qədər çoxşaxəli və əhəmiyyətli deyil. Amma yenə də dəvənin xidmətləri qədirbilən ərəb xalqı tərəfindən yüksək qiymətləndirilir və dəvələr çox sevilir.

 

Kral Əbdüləziz adına tarix muzeyi və Masmək qalası

Tarix muzeyi elə Masmək qalası ətrafında yaradılıb. Muzeyin ayrı-ayrı guşələrində Səudiyyə Ərəbistanının tarixinin ya da ümumiyyətlə, ərəb xalqının tarixinin qədimdən bəri ən müxtəlif dövrlərini ardıcıllıqla izləmək mümkündür. Çoxsaylı hücrələrdə müxtəlif dövrləri əks etdirən eksponatlar tarixlə canlı ünsiyyət qurmağa kömək edir. Bir növ qədim dövrlərə ekskursiya etmiş olursunuz. Bu muzeydə Səudiyyənin tarixi haqqında ətraflı məlumat almaq mümkündür. Masmək qalası isə müasir Səudiyyə dövlətinin qurulması prosesində siyasi və idarəetmə mərkəzi rolunu oynamış bir məkandır. Kral ailəsi məhz bu qalanı fəth etdikdən sonra ölkə üzərində siyasi idarəetməni təşkil edə bilib.

 

Milli Dialoq Mərkəzi, yaxud tolerantlıq platforması

Səudiyyə Ərəbistanının 30 milyona yaxın əhalisi var. Mütləq əksəriyyəti müsəlmanlardan ibarətdir. Ancaq bəzi məzhəb fərqlilikləri də mövcuddur. Bizə verilən məlumata görə əhalisinin 5 faizi şiələrdən, qalanı sinnilərdən ibarətdir. Şiələr əsas etibarilə ölkənin şimali-şərqində yaşayırlar. Bu ölkə məzhəb, din, irq və etnik fərqə məhəl qoymadan bütün vətəndaşlarına bərabər hüquq tanıyıb. Milli Dialoq Mərkəzinin əsas vəzifəsi də ölkədə olan müxtəlif zümrələrə bunu izah etmək və onlar arasında dialoqu təmin etməkdir. Görünür əhali arasında bu zənginliyi fərqlilik kimi görən müəyyən qruplar mövcuddur. Dövlət isə haqlı olaraq bu istiqamətdə maarifləndirmə işlərinin aparılmasını, daxili dialoqların yaradılmasını vacib hesab edir. Açıq qeyd etmək lazımdır ki, Milli Dialoq Mərkəzində Azərbaycan təcrübəsini bilən, təqdir edən, bu təcrübənin model olaraq mənimsənilməsinin lazım olduğunu söyləyən intellektual ekspertlər və mütəxəssislər var. Milli Dialoq Mərkəzində hətta Azərbaycanın etnik tərkibi, onun zənginliyi haqqında kifayət qədər məlumatlıdırlar. Bizdən nümayəndə heyətinin tərkibində nə qədər sünni və şiə olduğunu soruşduqda biz hamımız bir-birimizə baxdıq, hansı məzhəbə aid olduğumuzu bilmədiyimizi söylədik və gülümsədik. Bu səmimi etirafı heyranlıqla izlədilər və olduqca xoşhal oldular. Ümid etdiklərini bildirdilər ki, nə vaxtsa bütün müsəlmanlar məzhəb məsələsinə belə soyuqqanlı və əhəmiyyətsiz şey kimi baxacaq və dini kimlik məsələsində məzhəbi deyil, müsəlmanlığı ön plana çıxaracaqlar.

 

Kral Salman adına Yardım Mərkəzi dünya müsəlmanlarına yardım mərkəzidir

Kral Salman Fondu cəmisi bir neçə ildir təsis olunmasına baxmayaraq, Albaniyadan başlamış Əfqanıstana qədər geniş bir coğrafiyada ağır vəziyyətdə olan müsəlmanlara yardım etmək üçün yaradılıb. Ancaq hazırkı vəziyyətdə daha çox Yaxın Şərq müharibəsində əziyyət çəkən yurdsuz-yuvasız insanlara yardım edir. Yəməndə, Suriyada, İraqda məzhəbi kimliyindən asılı olmayaraq ehtiyacı olanlara yardım göstərir. Hətta Yəməndə Husilərin müalicəsi üçün xüsusi hospital tikməklə onlara tibbi yardım da göstərir. Fondun rəhbəri digər ərəb ölkələrindən zərər çəkmişlərə göndərilən yardımları da kordinə edilmiş halda ehtiyacı olanlara çatdırır.

 

Şəhzadə Məhəmməd bin Nayif adına reabilitasiya mərkəzi Yaxın Şərqdə yeganə belə təsisatdır

Bu reabilitasiya mərkəzində əsas etibarilə terror cinayəti törədərək həbsxanalara düşmüş şəxslərin cəzaçəkmə müddəti başa çatmağa yaxın onların həbsxanalardan alınaraq cəmiyyətə yenidən qazandırılması fəaliyyəti həyata keçirilir. Çünki həbs müddəti başa çatan keçmiş müttəhimlərin yenidən terror törətmək, yaxud mənsub olduqları terror təşkilatına yenidən qayıtmaq ehtimalı olduqca böyükdür. Ona görə də Səudiyyə hökuməti olduqca effektiv reabilitasiya mərkəzi yaradaraq buraya ən yaxşı psixoloqlar, sosioloqlar cəlb edib. Həbsxanadan bu mərkəzə gətirilən məhbuslarla psixoloji və tibbi vasitələrlə xüsusi müalicə kursu keçirilir. Daha sonra onlar kursu başa vurduqdan sonra cəmiyyətdəki davranışları da xüsusi nəzarətə götürülür, müşahidə edilir. Bu prosesə məhbusların ailələri də cəlb edilir. Beləliklə uzun sürən ardıcıl müalicə yaxşı nəticələr əldə etməyə imkan verir. Bizə verilən məlumat belə oldu ki, effektivlilik əmsalı 80 faizdir. Yəni hər 100 məhbusdan 80-ni tam müalicə olaraq cəmiyyətə yenidən qazandırılır. Bu fakt Səudiyyə Ərəbistanında vətəndaşa verilən yüksək qiymətin bir göstəricisidir.

 

Zabitlər evində generallarla görüş, yaxud terrorizmə qarşı mübarizə Səudiyyə Ərəbistanında əsas məsələlərdən biri kimi

Terror və radikalizmə qarşı mübarizə bütün dünyada olduğu kimi dost və qardaş ölkədə də çox aktual problemlərdən biridir. Çox təəssüf ki, bəzi hallarda transmilli media bütün müsəlman ölkələrini potensial terrorist ixrac edən mənbə kimi göstərməyə çalışır. Ancaq əslində terrordan ən çox əziyyət çəkən elə müsəlman ölkələridir. Bəs bu proses necə baş verir? Əldə etdiyimiz məlumatlardan aydın oldu ki, müsəlman ölkələrində yetişdirilən terroristlərdən əksəriyyətinin “imamları” vaxtilə Avropa ölkələrində yaşayan, amma mənşəcə müsəlman ölkələrindən olan “dindarlar”dır. Onlar Qərb imperializminin yaratdığı beynəlxalq terror şəbəkəsinin üzvləri kimi yetişdirilir və sonra öz ölkələrinə, yəni əvvəlcə vətəndaşı olduğu ölkəyə “ixrac” edilir. Burada isə yenə Qərbin himayəsi altında dini sekta, yaxud dini azlıq kimi himayə edilərək terroristlər yetişdirmək üçün fəaliyyət imkanları yaradılır. Nisbətən az savadlı, az təminatlı və radikalizmə meyilli gənclər asanlıqla bir şəbəkənin toruna düşür, dolayısıyla Yaxın Şərqdən dünyaya “ixrac” edilən kamikadze və terroristlər Qərb kəşfiyyat orqanlarının əli ilə 3-cü ölkələrdə “becəriləcək” terrorizmin bazarına çıxarılır. Azərbaycanda fəaliyyət göstərən və özlərini həqiqi mömin hesab edən, özlərinə bənzəməyənləri müsəlman hesab etməyən bəzi radikal məzhəblər də məhz bu şəkildə yetişdirilərək ixrac edilirlər. Doğrusu, Səudiyyədə bizdə olan həmin radikallara, demək olar ki, rast gəlmədik. Səudiyyəli dostlarımız bildirdilər ki, bu ölkədən Azərbaycana gedənlərə bəzən həmin təriqətin üzvü kimi baxırlar. Əslində isə özlərini Səudiyyəyə yaxın kimi təqdim edən İslam radikallarının bu ölkə ilə heç bir əlaqəsi yoxdur. Onlar Qərbin “Səudiyyə üzərindən ixrac” etdiyi radikallardır. Doğrusu, bu arqumentlər mənə bir qədər inandırıcı gəldi. Çünki bu ölkənini 4 mühüm şəhərində olsaq da, bizdə olan radikalların qiyafətində cəmi-cümlətanı 4 nəfərə belə rast gəlmədik. Bu, bizim üçün yenilik oldu.

 

Diplomatik İnstitutda “dəyirmi masa”, yaxud həmfikirlərin maraqlı diskussiyası

Bu İnstitut Səudiyyə Ərəbistanının başlıca intellektual mərkəzlərindən biridir. Yaxın Şərqin ayrı-ayrı dövlətləri və dünya ölkələri üzrə ixtisaslaşdırılmış ekspertlər konkret istiqamətlər üzrə araşdırmalar aparır, öz ölkələri ilə bu dövlətlər arasında münasibətləri və onların persperktivlərini öyrənirlər. Dünya siyasətini və müasir beynəlxalq münasibətləri yetərincə obyektiv təhlil etməyi bacarırlar. Bu beyin mərkəzində Azərbaycan və onun baxışlarını da yaxşı tanıyan mütəxəssislər var. Doğrusu bu cür mütəxəssislərlə müsəlman dünyasının problemlərini və əməkdaşlıq perspektivlərini müzakirə etmək olduqca məmnuniyyətverici oldu.

 

Mədəniyyət və İnformasiya Nazirliyində səmimi qəbul
Maraqlı görüşlərimizin biri də Mədəniyyət və İnformasiya Nazirliyində oldu. Qeyd etmək lazımdır ki, səfər proqramımızın zəngin və maraqlı təşkil edildiyinə görə bu quruma borcluyuq. Olduqca hazırlıqlı və işgüzar əməkdaşları olan nazirlikdə bizdən Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında daha geniş əlaqələrin qurulması üçün nə kimi təkliflər irəli sürə biləcəyimizi soruşdular. Biz isə müşahidə etdiyimiz və ehtiyac ola biləcəyini düşündüyümüz məsələlərlə bağlı fikirlərimizi çatdırdıq. Buraya turizmdən başlamış, kənd təsərrüfatına, mediadan başlamış teatr qastrollarına qədər geniş spektrli təkliflər daxil idi. Məsələn, “Leyli və Məcnun” operasının ərəb tamaşaçısında necə ovqat yarada biləcəyinin bizim üçün maraqlı olduğunu, eyni zamanda, ərəb əfsanəsinin Azərbaycan musiqisi və fəlsəfəsinin interperatasiyasında yenidən Ərəbistana qaytarılmasının da bu ölkənin mədəni həyatında hadisə ola biləcəyini söylədik. Təkliflərimiz maraq və diqqətlə qarşılandı.

 

Məkkə və Mədinə şəhərləri İslam tarixinin, mədəniyyətinin və mənəviyyatının beşiyidir

Yeddi günlük zəngin proqram və çoxsaylı görüşlərdən sonra, nəhayət, Ciddə şəhərinə və oradan müqəddəs Məkkə və Mədinə şəhərlərinə yola düşməli olduq. Əslində bu yerlərə getmək vaxtı yaxınlaşdıqda insanda qəribə bir həyəcan başlayır. Sanki çoxdandır görmədiyin sevdiyin biri ilə görüşə gedəcəksən, sanki illərdir görmədiyin, ruhunun dünyaya göz açdığı doğma kəndinə gedəcəksən. Belə səmimi hiss və həyəcanla da Ciddə şəhərinə yola düşdük. Bütün qrup üzvləri ümrə ziyarəti etdi. Səfərimizin bu hissəsi haqqında ayrıca bir yazı yazmaq daha yaxşı olar düşüncəsiylə burada nöqtə qoymaq istəyirəm və bu hissləri yaşamağı hər bir müsəlmana arzu edirəm.
Hikmət Babaoğlu
Bakı-Ər-Riyad-Ciddə

 
  • Oxunub:  15960  |  
  • Tarix:  14-02-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
“Dünya dini liderlərinin II Bakı sammiti” ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin ilk iclası keçirilib

19 Aprel 18:08
Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası fiziki şəxslərin problemli kreditləri ilə bağlı açıqlama yayıb
19 Aprel 18:05
Azərbaycan Ordusunun nümayəndələri NATO-nun çoxmillətli tibb təlimində iştirak edib
19 Aprel 17:57
Paşinyan hökumətində böyük korrupsiya qalmaqalı
19 Aprel 17:48
Azərbaycan və Rusiyanın təhsil müəssisələri arasında təcrübə mübadiləsinə dair müzakirələr aparılıb
19 Aprel 17:46
Seymur Orucov: Bakı şəhərində keçirilən “Formula 1” yarışına dünyada maraq ildən ilə artır
19 Aprel 17:45
Hadi Rəcəbli: Azərbaycanın iqtisadi uğurları nəticəsində əhalinin sosial müdafiəsi daha da gücləndirilib
19 Aprel 17:43
YAP Gənclər Birliyi “YAP GB K-2019” adlı kartinq yarışı keçirib
19 Aprel 17:36
YAP Qaradağ rayon təşkilatının Gənclər Birliyinin V konfransı keçirilib
19 Aprel 17:27
Ermənistanda saxta hökumət fəaliyyət göstərir
19 Aprel 17:27
İlyas Umaxanov: Azərbaycanlı həmkarımızın çıxışında qaldırılan məsələlərin əksəriyyəti konfransın yekun sənədində öz əksini tapacaq
19 Aprel 17:24
Maliyyə Nazirliyi birinci rübdə dövlət büdcəsinin icrasına dair məlumat yayıb
19 Aprel 17:21
Səudiyyə Ərəbistanı mətbuatı AZAL-ın bu ölkənin bir neçə şəhərinə yeni aviareyslərinin təqdimatından yazır
19 Aprel 17:18
Birinci rübdə əhalinin gəlirləri 5,5 faiz artıb
19 Aprel 17:09
Sankt-Peterburqda MDB Parlament Assambleyasının 49-cu plenar iclası keçirilib
19 Aprel 17:08
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin Nizamnaməsi təsdiq edilib
19 Aprel 16:52
Qubada dövlət-din münasibətləri ilə bağlı ikigünlük seminar-müşavirə davam edib
19 Aprel 16:45
Azərbaycanın iki güləşçisi dünya reytinqində liderliyə yüksəlib
19 Aprel 16:39
Sədaqət Vəliyeva: Tibbi sığorta insanların sağlamlığının “qızıl zəmanəti”dir
19 Aprel 16:32
Pirallahı rayonunda avtomobil yollarının yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
19 Aprel 16:29
Daxili işlər naziri polis orqanlarında xidmət etmək arzusunda olan gənclərin sıra baxışını keçirib
19 Aprel 16:25
Yaxın Şərqdə iki təhlükəli proses: dağıdıcı trendlərin güclənməsi
19 Aprel 16:06
Məleykə Abbaszadə Qəbələdə vətəndaşları qəbul edib
19 Aprel 16:03
İran nümayəndə heyəti Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
19 Aprel 15:57
İsrailli jurnalistlər işğalçı ermənilərin vandalizminin və qəddarlığının nəticələrini öz gözləri ilə görüblər
19 Aprel 15:37
Səyyar “ASAN xidmət” Qazaxda
19 Aprel 15:35
Rusiya-Azərbaycan: ölkələri və qitələr birləşəndə
19 Aprel 15:24
Binəqədi rayonunda yeni salınmış abad məhəllədə sakinlərlə görüş olub
19 Aprel 15:01
Respublika ərazisində keçirilən “Təmiz hava” aylığı davam edir
19 Aprel 14:44
Baş prokuror Ucar rayonunda vətəndaşları qəbul edib
19 Aprel 14:41
Azərbaycanda uşaqlara yönələn dayanıqlı inkişaf məqsədlərinin milliləşdirilməsi üzrə seminar keçirilib
19 Aprel 14:38
Yekaterinburqda “Azərbaycan nemətləri” mağazalar şəbəkəsi” təqdimatı olunub
19 Aprel 14:34
Prezident İlham Əliyev hər addımı ilə vətəndaşın yanında olduğunu sübut edir
19 Aprel 14:26
PA rəsmisi: Erməni saxtakarlığı nasizmin bir qoludur, Ermənistanda nasizm qalib gəlib
19 Aprel 14:26
Zaqatalada fermerlər üçün təlim keçirilib
19 Aprel 14:19
“Mənəvi dəyərlər sistemində Nəsimi fenomeni” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 14:18
UNEC alimlərinin dünya elminə töhfəsi
19 Aprel 14:14
“Azərmaş” ASC İranın “Maral” şirkəti ilə distribüterlik müqaviləsi imzalayıb
19 Aprel 14:11
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Cocuq Mərcanlıda vətəndaşları qəbul edib
19 Aprel 14:07
Azərbaycanla İran gömrük xidmətlərinin nümayəndələri qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər
19 Aprel 14:01
Birinci rübdə Gürcüstan Azərbaycandan 22,2 milyon dollarlıq elektrik enerjisi alıb
19 Aprel 13:55
Milli Kitabxanada “İsmayıl Şıxlı. Biblioqrafiya” kitabının təqdimatı olub
19 Aprel 13:50
Leyla Abdullayeva: Ermənistan XİN-i “3+2” formatında qəbul edilmiş bəyanatlara qoşulmağa dəvət edirik
19 Aprel 13:46
Rusiyalı tarixçi: Ermənilər qədim keçmişə sahib olmadıqları üçün hansısa yolla öz mövcudluqlarını saxlamaq məcburiyyətindədirlər
19 Aprel 12:54
Millət vəkili: Prezident İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan uğurla inkişaf edəcək
19 Aprel 12:44
Ekologiya və təbii sərvətlər naziri Ağcabədi rayonunda vətəndaşların müraciətlərini dinləyib
19 Aprel 12:41
“Xəmsə” milli intellektual oyunu üzrə “Heydər Əliyev kuboku”nun ilk seçim mərhələsi başa çatıb
19 Aprel 12:40
AMEA-nın Şərqşünaslıq İnstitutunda akademik Həmid Araslının xatirəsi anılıb
19 Aprel 12:38
Diplomatik korpus nümayəndəliklərinin rəhbərləri Şamaxı rayonuna səfər edib
19 Aprel 12:35
ADU-da “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 12:34
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək
19 Aprel 12:31
Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi ABŞ-Azərbaycan Ticarət Palatasının üzvləri ilə görüşüb
19 Aprel 12:29
Nqiem Vu Kay: Coğrafi baxımdan uzaqda yerləşən Azərbaycanın Vyetnama çox isti münasibəti var
19 Aprel 11:56
“Azərbaycan Respublikasının innovasiya strategiyası”nın layihəsinin hazırlanması ilə bağlı müzakirələr aparılıb
19 Aprel 11:53
YAP Səbail rayon təşkilatında könüllülər birliyinin təqdimatı keçirilir - YENİLƏNƏCƏK
19 Aprel 11:51
“İçərişəhər” və “Qala” qoruqlarında “Açıq qapı” günü keçirilib
19 Aprel 11:36
Nazir: İlin ilk iki ayında Azərbaycanla İranın ticarət dövriyyəsi 4,5 dəfə artıb
19 Aprel 11:16
Siyavuş Novruzov: Ermənistan kimi müqavilə əsasında yaranan dövlətlər qonşu ölkələrin mədəniyyətindən, tarixindən oğurluq edirlər
19 Aprel 11:13
Paytaxt məktəblərində “Oxu günü” çərçivəsində tədbirlər keçirilir
19 Aprel 11:11
Şamil Ayrım: Ulu öndər Heydər Əliyev ilə bağlı əsərlər Türkiyə kitabsevərləri üçün böyük sərvətdir
19 Aprel 11:00
Moldova Prezidenti Azərbaycan diasporunun fəalını mükafatlandırıb
19 Aprel 10:53
Hacıqabul Sənaye Məhəlləsində avtobus və yük avtomobillərinin istehsalı zavodunun təməli qoyulub
19 Aprel 10:51
Bakıda "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfrans keçirilir
19 Aprel 10:48
Hanoyda AZƏRTAC-ın sədrliyi ilə OANA İcraiyyə Komitəsinin 44-cü iclası işə başlayıb
19 Aprel 10:46
Azərbaycan-İran iqtisadi əməkdaşlığı müzakirə edilib
19 Aprel 10:42
“Piylənmənin idarə olunmasında ən yeni tendensiyalar” mövzusunda elmi-praktik konfrans keçirilir
19 Aprel 10:30
Müdafiə naziri Hərbi Hava Qüvvələrinin təlim-məşq mərkəzinin açılışında iştirak edib
19 Aprel 10:23
Fəlsəfə İnstitutunda “Azərbaycan tarixinin fəlsəfi dərki və müasir dövr” mövzusunda dəyirmi masa keçirilib
19 Aprel 10:21
Valentina Matviyenko: Mehriban xanım çox maraqlı həmsöhbətdir
19 Aprel 10:19
“Beynəlxalq konfransın yüksək şəkildə keçirilməsinə nail olacağıq”
19 Aprel 10:17
İstanbulda Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30
HAVA HAQQINDA