Ana səhifə »  Müəlliflər »  “Hacı Cavad” məscidini idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməyib, qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər
A+   Yenilə  A-
“Hacı Cavad” məscidini idarə edən şəxslər fəaliyyətlərinin rəsmiləşməsini istəməyib, qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər
Yazdı: Pərviz Sadayoğlu

Məscidlə bağlı gərginlik yaradanlar əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, qondarma “Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir
Dünyaya dini və tolerantlıq, həmçinin dialoq məkanı olaraq nümunə göstərilən Azərbaycanda multikultural dəyərlər yaşamaqda və inkişaf etməkdədir. Bu gün Azərbaycanda bütün dinlərə məxsus tarixi-dini, eləcə də mədəni abidələrə qayğı və diqqətlə yanaşılır.
Təbii ki, əhalisinin böyük bir qismini müsəlmanların təşkil etdiyi Azərbaycanın milli mədəni irsinin formalaşmasında İslam dəyərlərinin xüsusi yeri var. Bu mənada ölkəmizdə İslam mədəniyyətinə məxsus olan dini abidələr, eləcə də maddi mədəniyyət nümunələri qorunur. Ölkəmizdə İslam dininə mənsub bayramların, dini ritualların keçirilməsinə şərait yaradılır, bu istiqamətdə görülən tədbirlər ardıcıl xarakter daşıyır.
Məscidlərin bərpası və yenidən qurulması hər zaman dövlətin diqqətindədir
Xüsusi olaraq vurğulamaq gərəkir ki, müstəqilliyimizin ilk illərində Azərbaycanda cəmi 17 məscid fəaliyyət göstərirdi. Lakin 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə gələn Ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsində Azərbaycanın müqəddəs məkanlarına, İslam dininə inancı və ehtiramı özündə ehtiva edən ocaqlara dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildi. Məhz Ümummilli liderimizin səyi nəticəsində qədim dini-tarixi abidə olan, 1933-cü ildə isə sovet əsgərləri tərəfindən partladılan Bibiheybət məscid kompleksinin bərpa edilməsinə qərar verildi. Eyni zamanda digər mühüm addımlar atıldı. Ölkə Prezidenti İlham Əliyevin bu siyasəti uğurla davam və inkişaf etdirməsi nəticəsində hazırda Azərbaycanda fəaliyyət göstərən məscidlərin sayı 2166-ya çatıb. Hazırda ölkəmizdə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur.
Bundan başqa, Prezident İlham Əliyevin təşəbbüsü ilə və birbaşa nəzarəti altında dini abidələr, ibadət evləri yenidən qurularaq istifadəyə verilib. 2013-cü ildə dünyanın ən qədim məscidlərindən biri hesab olunan, 743-cü ildə tikilmiş Şamaxı məscidi ən yüksək səviyyədə bərpa edilib. Bununla yanaşı, Prezident İlham Əliyev dini bayramların qeyd olunması, müqəddəs məkanlara ziyarət problemlərinin ortadan qaldırılması istiqamətində bir sıra mühüm addımlar atıb. Artıq hər il Azərbaycandan minlərlə zəvvar müqəddəs Kəbəni, Məkkəni, Mədinəni ziyarət edə bilir. Bundan başqa, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə və məscid təmir və bərpa edilərək dindarların istifadəsinə verilib.
“Hacı Cavad” məscidinin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib
Bu məqamda qeyd etmək yerinə düşər ki, ölkəmizdə dinə göstərilən diqqət və qayğıdan sui-istifadə etməyə çalışanlar da tapılır. Yeri gəlmişkən, Bakı şəhərində 1912-ci ildə tikilmiş “Hacı Cavad” məscidi də Sovetlər dövründə təyinatı üzrə fəaliyyət göstərməyib. Yalnız Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu məscid dindarların istifadəsinə verilib. Uzun illər ərzində məsciddə fəaliyyət göstərən şəxslərə dəfələrlə dini icma yaradılması və dövlət qeydiyyatından keçməsi barədə müraciətlər olunub. Lakin bu günə qədər məscidin dini icmasının sənədləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə təqdim edilməyib. Buna səbəb isə məscidi idarə edən şəxslərin fəaliyyətlərinin rəsmiləşməsini istəməməsidir. Onlar qanunsuz fəaliyyət göstərməyə üstünlük veriblər. Lakin məscidin sökülməsi ilə bağlı məsələ yarandıqdan sonra qısa vaxtda dini icma formalaşdırıb dövlət qeydiyyatından keçməyə hazır olduqlarını bildiriblər.
Vurğulamaq lazımdır ki, məsciddə dini ayinləri icra edən Əhliman Rüstəmovun Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyinatı yoxdur. O, qeyri-rəsmi (qanunsuz) fəaliyyət göstərir. Bununla yanaşı, məscid məhəllə məscidi kimi inşa edilib. Hazırda məsciddə məhəllə sakinləri, demək olar ki, ibadət etmir. Eləcə də “Hacı Cavad” məscidi kiçik məhəllə məscidi olduğu üçün hətta onun minarəsi də yoxdur. Ümumiyyətlə, həmin ərazidə aparılacaq inşaat işlərinin miqyası və ətrafın gələcək görünüşü belə kiçik və qəzalı məscidin orada saxlanılmasını qeyri-mümkün edir.
Bəzi məkrli qüvvələr məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar
Onu da vurğulayaq ki, son günlər sözügedən məscidlə bağlı süni gərginlik yaradılır. Gərginliyi yaradanlar isə əsasən kənardan gəlmiş, xarici dini mərkəzlərdə təhsil almış və hazırda həbsdə olan Tale Bağırzadənin tərəfdarları, 2015-ci ildə Bakının Nardaran kəndində hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimət göstərən qondarma “Müsəlman Birliyi Hərəkatı”nın təəssübkeşləridir. Onlar məqsədli şəkildə məsələyə dini-siyasi çalar verərək gərginliyi artırmağa, dindarlar arasında dövlətə münasibətdə narazılıq yaratmağa çalışırlar
“Hacı Cavad” məscidinin ətrafında ibadət üçün kifayət qədər məscidlər fəaliyyət göstərir
Bir məqama da toxunaq ki, “Hacı Cavad” məscidinin ətrafında dindarların ibadət etməsi üçün kifayət qədər məscid var. Ölkənin mərkəzi məscidi sayılan Təzəpir məscidi bu ərazinin lap yaxınlığındadır. Eyni zamanda, həmin əraziyə yaxın olan tarixi və böyük məscidlər olan “İmam Hüseyn”, “Qasım bəy”, “Hacı Sultanəli” və “Xanım Zəhra” məscidləri var, fəaliyyət göstərirlər. Xüsusi olaraq qeyd edək ki, həmin məscidlərdə qılınan namazlarda heç də sıxlıq müşahidə olunmur.

 
  • Oxunub:  11190  |  
  • Tarix:  13-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Bizim bayrağımız qürur mənbəyimizdir

17:53
12 Noyabr
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin fəaliyyətinin təmin edilməsi üçün 3,5 milyon manat ayrılıb
17:44
12 Noyabr
Tahir Rzayev: Konstitusiyanın Azərbaycanın hüquqi, demokratik dövlət kimi formalaşmasındakı rolu olduqca böyükdür
17:21
12 Noyabr
Salyanda dini radikalizmlə mübarizə ilə bağlı seminar-müşavirə keçirilir
17:05
12 Noyabr
Nizami Cəfərov: Dövlət başçısının Fərmanı Azərbaycan dilinin həm qorunmasına, həm də inkişafına əhəmiyyətli təsir göstərəcək
17:00
12 Noyabr
Pedaqoji Universitetdə Beynəlxalq Loqopedlər Günü ilə bağlı tədbir keçirilib
16:55
12 Noyabr
Siyasi Sənədlər Arxivində “Azərbaycan tarixində alman səhifələri” mövzusunda sərgi keçirilib
16:53
12 Noyabr
YAP Pirallahı rayon təşkilatı "Yeni Azərbaycan Partiyası zəfərlərə doğru" başlığı altında tədbir keçirib
16:49
12 Noyabr
Silahlı Qüvvələrin Baş Qərargah rəisi təlimlərin gedişi ilə bağlı məruzələri dinləyib
16:38
12 Noyabr
Milli Məclisin bir sıra deputatı milli ordumuzun 100 illiyi ilə bağlı yubiley medalı ilə təltif olunub
16:26
12 Noyabr
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
16:23
12 Noyabr
Prezident İlham Əliyev Bakıda Elektron Hökumətin İnkişafı Mərkəzinin inzibati binasının açılışında iştirak edib
16:20
12 Noyabr
Bəxtiyar Aslanbəyli: Ötən 21 ildə “Çıraq” platformasından 700 milyon barreldən çox neft hasil edilib
16:17
12 Noyabr
YAP Nəsimi rayon təşkilatının təşəbbüsü ilə Dövlət Bayrağı Günü münasibətilə fləşmob keçirilib
15:58
12 Noyabr
Dövlət Gömrük Komitəsinin Akademiyasında “Konstitusiya günü” qeyd olunub
15:53
12 Noyabr
Zərdabda Konstitusiya Günü qeyd olunub
15:37
12 Noyabr
Bakı Slavyan Universitetində rus dili ilə bağlı beynəlxalq elmi-praktik seminar keçirilir
15:26
12 Noyabr
İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 24 min 510 ipoteka krediti verilib
15:26
12 Noyabr
YAP Yevlax rayon təşkilatı “Bayrağımız qürur mənbəyimizdir” devizi ilə təntənəli tədbir keçirib
15:09
12 Noyabr
ABŞ gələn il Azərbaycanın gündəlik neft və kondensat hasilatının həcmi ilə bağlı proqnozunu açıqlayıb
15:05
12 Noyabr
Azərbaycan və Türkiyə ürək-damar cərrahlarının birgə toplantısı keçirilib
15:04
12 Noyabr
Hikmət Hacıyev: Azərbaycanın müqabil tərəfdaş ölkələrlə qarşılıqlı hörmət və bərabərhüquqlu prinsiplər əsasında ikitərəfli əlaqələri davamlı olaraq inkişaf edir
14:59
12 Noyabr
Zona seçim turunda Balakən və Oğuzun gənc intellektualları finala vəsiqə qazanıblar
14:46
12 Noyabr
Los-Ancelesdə “Əbədi Ezamiyyət” filminin ABŞ premyerası keçirilib
14:34
12 Noyabr
Aleksandr Lukaşenko: Azərbaycan-Belarus əməkdaşlığının daha da inkişafı üçün potensial böyükdür
14:33
12 Noyabr
XİN: Ümid edirik, Paşinyan anlayır ki, Paris Sülh Forumundakı çıxışı Ermənistanın xarici siyasəti ilə tamamilə ziddir
14:24
12 Noyabr
Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları başlayıb
14:14
12 Noyabr
Ceyhun Bayramov: Sağlamlıq imkanları məhdud 10 mindən artıq uşaq xüsusi təhsilə cəlb edilib
13:56
12 Noyabr
Konstitusiya Məhkəməsinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib
12:48
12 Noyabr
Milli Məclisin deputatı Britaniya parlamentində təşkil olunan Ümumdünya Qadınlar Konfransında iştirak edib
12:10
12 Noyabr
BANM ilə Turin Politexnik Universiteti arasında yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirilib
12:01
12 Noyabr
İnformatika fənninin tədrisinin təkmilləşdirilməsini dəstəkləyən layihə təqdim olunub
11:44
12 Noyabr
Gəncə-Qazax bölgəsində tibbi müayinələr çərçivəsində bədxassəli şişlərin diaqnostika və müalicəsinə multidisiplinar yanaşmaya dair konfrans keçirilib
10:58
12 Noyabr
Milli Kitabxanada Konstitusiya Gününə həsr olunmuş kitab sərgisi açılıb
10:55
12 Noyabr
MDR kanalı: Almaniyadakı erməni mafiyası bütün ölkə ərazisinə səpələnib
10:51
12 Noyabr
Prezident İlham Əliyev Ümumdünya Antidopinq Agentliyinin prezidentinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
09:36
12 Noyabr
Müdafiə Nazirliyi: atəşkəs rejimi 28 dəfə pozulub
09:25
12 Noyabr
12 noyabr - Konstitusiya Günüdür
22:58
10 Noyabr
Dünya şöhrətli hindistanlı yoqin Heydər Əliyev Mərkəzində mühazirə ilə çıxış edib
21:29
10 Noyabr
Əli Həsənov: Azərbaycan ərəb-İslam ölkələri ilə əlaqələrin inkişafında maraqlıdır
19:51
10 Noyabr
Azərbaycan İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur
19:08
10 Noyabr
Elçin Mirzəbəyli: Ermənistanın başqa hərbi-siyasi qütbə üz tutması edam kötüyünə könüllü baş qoymağa bərabərdir
18:39
10 Noyabr
Aydın Hüseynov: KTMT-nin Astana sammiti Ermənistan diplomatiyasının məğlubiyyəti kimi qiymətləndirilməlidir
18:17
10 Noyabr
Naxçıvanda "Ailə təsərrüfatı məhsulları" festivalı keçirilib
17:23
10 Noyabr
Dövlət Təhlükəsizliyi Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu Vətənə sədaqət andı içib
16:46
10 Noyabr
Bəhruz Quliyev: “Arif Əliyev kimilər dövlətçilik, xalqçılıq kimi mühüm meyarları dərk etməyən ünsürlərdirlər”
15:04
10 Noyabr
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Dövlət Bayrağı Günü qeyd olunub
14:49
10 Noyabr
Leyla Abdullayeva: Norveçin Azərbaycanda səfirliyini bağlaması qərarı təəssüf doğurur
14:37
10 Noyabr
AOK-un 47-ci Baş Assambleyasında Bakının XV Avropa Olimpiya Gənclər Festivalına hazırlığı barədə məlumat verilib
14:25
10 Noyabr
Bilik Fondu Azərbaycan dilinin qorunmasında dövlət siyasətinə dair bölgələrdə silsilə tədbirlər təşkil edib
12:07
10 Noyabr
Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasındakı debatlarda sülhün və təhlükəsizliyin təmin edilməsi üçün multikulturalizmin əhəmiyyəti barədə danışıb
12:04
10 Noyabr
Türkiyədə Mustafa Kamal Atatürkün xatirəsini anım tədbirləri təşkil olunub
11:38
10 Noyabr
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının növbəti mərhələsinə start verilir
11:20
10 Noyabr
Lənkəranda ikinci Çay, çəltik və sitrus festivalı keçirilir
11:14
10 Noyabr
Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları beynəlxalq təlimdə iştirak ediblər
10:46
10 Noyabr
Ankarada Azərbaycan ilə Türkiyə arasında QHT-lərin birgə fəaliyyətinə dair memorandum imzalanıb
10:44
10 Noyabr
Lionda Azərbaycan-Fransa Dialoq Assosiasiyasının təqdimatı olub
10:42
10 Noyabr
10 noyabr - Dünya Elm Günüdür
10:38
10 Noyabr
Bakı Kitab Mərkəzində dünya şöhrətli yoqin Sadhquru ilə görüş və kitab təqdimatı olub
14:48
09 Noyabr
ABŞ generalı: Azərbaycan sülhməramlıları nümunəvi xidmətləri ilə Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər
14:15
09 Noyabr
Fuad Muradov: Türk Şurasına üzv ölkələr Azərbaycanın işğal altındakı torpaqlarının azad olunmasını istəyir
13:36
09 Noyabr
Dünya Veteranlar Federasiyasının prezidenti Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubu ünvanlayıb
13:28
09 Noyabr
Dövlət Bayrağı Günü münasibətilə hərbi hissələrdə “Açıq qapı günü” və andiçmə mərasimi keçirilir
13:03
09 Noyabr
Ekspert: Dünya erməni lobbisinin əsasən kriminal mafiyadan ibarət olduğuna şübhə qalmadı
10:48
09 Noyabr
Prezident İlham Əliyev ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
10:37
09 Noyabr
Vyanada “Son iclas” bədii-sənədli filmi nümayiş olunub
10:22
09 Noyabr
Avstriyanın yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın xarici işlər nazirinə təqdim edib
10:14
09 Noyabr
Dövlət Bayrağı Günü ərəfəsində DTX-nin Mədəniyyət Mərkəzində yaradılmış yeni kitabxananın açılışı olub
10:08
09 Noyabr
Bostonda Xəzər İnnovasiya Sammiti keçirilib
10:00
09 Noyabr
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
17:43
08 Noyabr
Yaqub Mahmudov: Azərbaycan bayrağı dünya sivilizasiyasının ilk bayraqlarından biridir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+11 +13
gecə+7 +9