Ana səhifə »  Müəlliflər »  Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir
A+   Yenilə  A-
Keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılan yenidənqurma işləri paytaxtımızda həyata keçirilən quruculuq-abadlıq işlərinin tərkib hissəsidir
Yazdı: Pərviz Sadayoğlu

Həmin ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil
Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Yasamal rayonunda, Abdulla Şaiq küçəsi 79 ünvanında yerləşən Hacı Cavad məscidinin sökülməsi ilə bağlı yaranmış vəziyyətdən narahat olub və sözügedən məscidin söküntüsünün dayandırılması, məsələnin hərtərəfli araşdırılması, binanın texniki vəziyyətinin tam obyektiv qiymətləndirilməsi, o cümlədən müvafiq təkliflərin təqdim olunması məqsədilə xüsusi komissiyanın yaradılması barədə tapşırıq verib.
Əlbəttə, ölkə Prezidentinin bu addımı hər zaman olduğu kimi, dövlət başçısının bütün məsələləri diqqət mərkəzində saxlamasından xəbər verir. Bununla belə, son günlər keçmiş “Sovetski” adlanan ərazidə baş verənlərin əsl səbəbləri ictimaiyyətə daha dolğun şəkildə izah olunmalıdır. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov də bu barədə fikirlərini ifadə edərək deyib ki, yaradılmış komissiyanın qərarından asılı olmayaraq, yaranan vəziyyətlə bağlı, “Sovetski” adlanan ərazidəki son yöndəmsiz və qəzalı vəziyyətdə olan binanın söküntüsünə müqavimət göstərən və bu müqaviməti az qala “evindəki halalını qorumaq qədər” özünün müqəddəs dini fərzi kimi qələmə verən bəzi “təəssübkeşlər”in aksiyasına münasibət bildirilməlidir. O deyib ki, həmin ərazinin abadlaşdırılmasına etiraz etmək dini təəssübkeşliyin heç də ən yaxşı nümunəsi deyil.
Bakı dünyanın ən gözəl şəhərlərindən və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilib
Vurğulamaq yerinə düşər ki, Cənubi Qafqaz regionunun aparıcı siyasi aktoru olan, eləcə də iqtisadi inkişafına görə yerləşdiyi bölgənin əsas dövləti sayılan Azərbaycanda uğurlu tədbirlər həyata keçirilir. Son bir neçə ildə paytaxtımızda reallaşan yeniliklər, tikilən möhtəşəm binalar Bakının simasının dəyişməsinə, daha da gözəlləşməsinə yol açıb. Ölkə Prezidentinin Bakı şəhəri ilə bağlı çox böyük təşəbbüsləri uğurla həyata keçirilib. Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılması, Bakı bulvarının dünyanın ən gözəl dənizkənarı bulvarları sırasına daxil olması, nəqliyyat sistemin yenilənməsi, onlarla yolötürücülərin, körpülərin, keçidlərin tikintisi, şəhərin mərkəzinin gecəqondulardan təmizlənib “qış bulvarı” kompleksinin salınması, dünyanın aparıcı hotel brendlərinin paytaxtımıza cəlb edilməsi və digər işlər bu gün paytaxtımızın dünyanın ən gözəl şəhərlərindən biri kimi tanınmasına yol açıb. Bu gün Bakı XX əsrin əvvəllərindəki şöhrətini yenidən özünə qaytarır, dünyanın ən gözəl şəhərlərindən və beynəlxalq humanitar mərkəzlərindən birinə çevrilib.
“Sovetski” tipli gecəqondu massivlərinin şəhərin mərkəzindən yığışdırılması Bakının daha da gözəlləşməsinə yol açır
Xüsusi olaraq qeyd edilməlidir ki, aparılan yenidənqurma-abadlıq işlərinin bir mərhələsi də keçmişdə “Sovetski” adlandırılan ərazidə aparılmaqdadır. Bu gün müasirləşən, dünyanın diqqət mərkəzinə düşən, mühüm qlobal tədbirlərə ev sahibliyi edən Bakının daha da gözəlləşməsi üçün “Sovetski” tipli gecəqondu massivlərinin şəhərin mərkəzindən yığışdırılması ilə bağlı tədbirlər təbii hal kimi qəbul olunmalıdır. Bu, günün tələbidir. Azərbaycan dövləti əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, paytaxtda ucqar əyalətçi məişəti, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür və əvəzində təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq incilərini, böyük təhsil və ibadət komplekslərini təklif edir.
Prezident İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda tarixi-dini abidələr, məscidlər yenidən qurulur, bərpa edilir
Hər il Bakıda yüzlərlə məktəb, uşaq bağçası, mədəniyyət evləri yenidən qurulur, tikilir və təmir olunur. O cümlədən ölkə Prezidenti İlham Əliyevin tapşırığı və şəxsi nəzarəti ilə Azərbaycanda tarixi-dini abidələr, məscidlər yenidən qurulur, bərpa edilir. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, Heydər məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək dindarların istifadəsinə verilib. Müstəqilliyimizin ilk illərində ölkəmizdə fəaliyyət göstərən məscidlərin sayı 17 idisə, bu gün Azərbaycanda məscidlərin sayı 2166-ya çatıb. Onlardan 306 məscid isə dövlət tərəfindən tarixi abidə kimi qorunur. Eləcə də ölkə Prezidenti müsəlman bayramlarını dindarlarla, müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Ölkə başçısı və ailə üzvləri İslam dininin müqəddəs ziyarətgahlarını - Məkkəni, müqəddəs Kəbəni, Mədinəni ziyarət ediblər. Bununla yanaşı, ölkədə dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində mühüm ciddi addımlar atılır, İslam Universiteti və Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsi fəaliyyət göstərməkdədir.
Bəli, bütün bu vurğulananlar, əməli fəaliyyət, görülən işlərdir. Amma ölkəmizdə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin, qəzalı vəziyyətdə olanların bərpası xüsusi reklam edilmədən həyata keçirilir. Çünki bu işlər dövlət başçısının Öz ölkəsinin dini çoxluğuna, Özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.
Köhnə tikilinin sökülərək yerində yeni, daha gözəlinin tikilməsi insanların halalına müdaxiləmi sayılır?
Sual yaranır, bu işləri görən dövlət təqdir olunmalı deyilmi? Bəli, radikal çağırışlar edənlər və müxalif siyasilər qeyri-müəyyən bəyanatlarla sadə insanları çaşdırmamalı, dövlətin təqdir olunası işlərini qaralamamalıdırlar. İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, eləcə də Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikililərin söküldüyünün, onların yerində yeni-yeni binaların ucaldıldığının şahidi oluruq. 30 il öncə Məkkə və Mədinədə peyğəmbər məscidini ziyarət edənlər söyləyə bilərlər ki, orada hansı dəyişikliklər baş verib və hansı köhnə tikililər sökülərək onların yerinə necə müasir ziyarətgahlar yaradılıb. Bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalıdır? Belə çıxır ki, onda həmin müqəddəs məkanlardakı insanların halalına müdaxiləmi olunub?
Bu gün dünyada hər şey təzələnir, yenilənir. Müasir həyatın tələbləri fərqli status alır. Eləcə də yaşayış massivlərinin, nəqliyyat vasitələrinin, ictimai, dini, mədəniyyət və iaşə obyektlərinin daha da geniş, işıqlı, müasir forma alması, yenilənməsi zərurəti meydana çıxır. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir, müasirləşir. Bu proses ölkəmizdə də uğurla həyata keçirilir. Azərbaycan müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir, insanlara yeni imkanlar yaradılır, müasir, daha rahat alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir.
Əsl inanclı kəsim “din təəssübkeşliyi” adı altında bu tipli aksiyalara sövq edilən radikal-ekstremist dəstələrdən ayrılmalıdır
Qeyd edilməlidir ki, aprelin 12-də “Sovetski” adlanan ərazidə “din təəssübkeşləri”nin düyməsini basanlar, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymayıblar. Bu mənada, bu gün əsl inanclı kəsim “din təəssübkeşliyi” adı altında bu tipli aksiyalara sövq edilən radikal-ekstremist dəstələrdən ayrılmalıdır. Çünki beş il sonra həmin ərazidə gecəqondu massivinin yerində salınacaq nümunəvi şəhər mərkəzi və istirahət guşələrini görəcək yeni nəslin anbar kimi istifadə olunan köhnə tikilinin qorunmasına cəhd edən bu köhnəfikirli insanlara necə qiymət verəcəyini zaman özü göstərəcək.
Azərbaycan Prezidenti hər zaman əsl İslam təəssübkeşliyi nümayiş etdirib
Bir məqama toxunmaq gərəkdir ki, Prezident İlham Əliyev Azərbaycanda İslam dəyərlərinin qorunması və inkişafı istiqamətində mühüm addımları ilə hər zaman seçilib. Bununla yanaşı, dövlətimizin başçısı dünyada İslam həmrəyliyinin gücləndirilməsi və islamofob dairələrə qarşı mübarizədə 50-dən artıq olan İslam dövlətləri başçıları sırasında hər zaman xüsusi fəallığı ilə seçilib. Ölkə Prezidenti Azərbaycan dövlətinə qarşı siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirib.
Təəssüflə qeyd edilməlidir ki, bu gün dünyaya dini-milli tolerantlıq modeli bəxş edən, multikulturalizm nümunəsi kimi göstərilən ölkəmizdəki sabit inkişaf bəzi dairələri əsaslı şəkildə narahat edir. Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun da qeyd etdiyi kimi, Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla mane olmaq cəhdləri isə ilk dəfə müşahidə olunmur. Bakı şəhərinin “İslam mədəniyyətinin paytaxtı” elan edildiyi 2009-cu ildə müəyyən dindar təbəqənin aldadılaraq dövlətimizin İslam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə alət edilməsinin şahidi olmuşduq. Dünya Azərbaycanlıları Gününə birilərinin alternativ həmrəylik günü keçirmək təşəbbüsləri isə hələ də davam edir. Ölkə Prezidenti tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edildiyi, o cümlədən paytaxtımızın bir ay sonra IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcəyi üçün belə “cəhdlər”in təkrarlana biləcəyi də istisna edilmir. Bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi təsadüfi sayıla bilməz. Amma hər kəs bilməlidir ki, bütün bu çirkin cəhdlər Azərbaycanı İslam dünyasının birliyi, həmrəyliyi yolundakı təşəbbüslərindən, milli-mənəvi dəyərlərimizi qorumaq, İslam irsini inkişaf etdirmək istiqamətində müəyyələşdirilmiş siyasətdən döndərə bilməz.

 
  • Oxunub:  18600  |  
  • Tarix:  14-04-2017  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Rusiya Hökumətinin sədri Dmitri Medvedevlə görüşüb

22 Noyabr 17:53
Dövlət Komitəsinin sədri Beyləqanda məcburi köçkünləri qəbul edib
22 Noyabr 17:49
Yayda yanğın baş verən meşə ərazilərində meşəbərpa tədbirlərinə başlanılacaq
22 Noyabr 17:38
YAP Səbail rayon təşkilatının fəalları Bilgəhdə yerləşən Pensiya yaşına çatmış şəxslər üçün Sosial Xidmət müəssisəsini ziyarət etdilər
22 Noyabr 17:26
Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Tərtərdə məcburi köçkünlərlə görüşüb
22 Noyabr 17:23
Azərbaycan Texniki Universitetində keçirilən konfransda ölkəmizin multikulturalizm siyasətindən bəhs olunub
22 Noyabr 17:22
Nəsiminin yubileyi ilə bağlı 650 min ağacın harada əkiləcəyi yerləri əks etdirən xəritə hazırlanıb
22 Noyabr 17:20
AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa etdi
22 Noyabr 17:19
Moskvada X Rusiya-Azərbaycan Regionlararası Forumu işə başlayıb
22 Noyabr 17:16
Azərbaycanlı alim beynəlxalq konfransda türk dünyası tarixçilərinin əməkdaşlığından danışıb
22 Noyabr 17:14
Bakıda VI Beynəlxalq Tibbi Treninq Günlərinə start verilib
22 Noyabr 17:12
Naxçıvanda əlil və şəhid ailələrinin mənzillə təminatının davam etdirilməsinə 500 min manat ayrılıb
22 Noyabr 17:10
Sərəncam: Naxçıvanda müasir suvarma sistemlərinin quraşdırılmasına 2 milyon manat ayrılıb
22 Noyabr 17:06
Qrant müsabiqəsi ilə bağlı QHT-lər üçün məlumatlandırma sessiyası təşkil olunacaq
22 Noyabr 17:03
Azərbaycanın Diplomatik Xidmət Orqanlarının 100 illiyi medalı Pakistanın ordu generalına təqdim olunub
22 Noyabr 16:55
“Loqos” beynəlxalq elmi konfransa hazırlaşır
22 Noyabr 16:49
Şəkidə dövlət-din münasibətlərindən bəhs edən seminar-müşavirə keçirilib
22 Noyabr 16:37
Sumqayıtın 70 illik yubileyinə marka buraxılıb
22 Noyabr 16:30
AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi müəssisələrinin hesabatları dinlənilib
22 Noyabr 16:26
Prezident İlham Əliyev Culfa–Ordubad avtomobil yolunun yenidən qurulması ilə bağlı Sərəncam imzalayıb
22 Noyabr 16:22
Vüqar Rəhimzadə: Rəy sorğularının nəticələri Prezident İlham Əliyevin siyasətinə və reallaşdırdığı islahatlara böyük ictimai inamın və etimadın olduğunu isbatlayır
22 Noyabr 16:11
İrina Viner-Usmanova: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşü həyəcanla gözləyirdim
22 Noyabr 16:10
Dmitri Savelyev: Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu foruma gəlişi tədbirin əhəmiyyətini bir daha vurğulayır
22 Noyabr 16:02
Akademik Rasim Əliquliyev “İƏT-15 Dialoq Platforması” konsepsiyasının müzakirəsinə dair iclasda iştirak edib
22 Noyabr 15:55
Tarix İnstitutunda Bakı Dövlət Universitetinin 100 illiyi qeyd olunub
22 Noyabr 15:40
Milli Məclisin komitə iclasında Ombudsmanın seçilməsi haqqında qanun layihəsi müzakirə olunur
22 Noyabr 15:38
Milli Məclisin noyabrın 25-də keçiriləcək plenar iclasının gündəliyi müəyyənləşib
22 Noyabr 15:05
Yaponiya ilə KOB sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib
22 Noyabr 15:00
Ədliyyə işçiləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
22 Noyabr 14:59
Bakıda Gender əsaslı Bələdiyyə Akademiyasının açılışı olub
22 Noyabr 14:54
“İqtisadi və statistik tədqiqatlarda innovasiyaların tətbiqi” mövzusunda elmi-praktiki konfrans keçirilib
22 Noyabr 14:46
“Özbək kino həftəsi” çərçivəsində Şəkidə kinosevərlərlə görüş
22 Noyabr 14:44
BSU-da “Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində” mövzusunda beynəlxalq konfrans keçirilir
22 Noyabr 14:38
YAP Zərdab rayon təşkilatı Yeni Azərbaycan Partiyasının yaranmasının 27-ci ildönümü qeyd edib
22 Noyabr 14:35
Xaçmazda aztəminatlı ailələr üçün meyvə bağları salınıb
22 Noyabr 14:34
Mikayıl Cabbarov: Rusiya indiyədək Azərbaycan iqtisadiyyatına 5 milyard dollar investisiya yatırıb
22 Noyabr 14:29
Energetika nazirinin müavinləri Mingəçevir və Bərdədə vətəndaşları qəbul ediblər
22 Noyabr 14:28
Bəstəkarlar İttifaqında Üzeyir Hacıbəyliyə həsr olunmuş kitabın təqdimatı keçirilib
22 Noyabr 14:17
Sahib Ələkbərov: Velosipedçilərimizin Olimpiya Oyunlarına ilk milli lisenziya qazanmasından qürur hissi keçiririk
22 Noyabr 14:15
AzMİU-da memarlıq ali təhsilinin 100 illiyinə həsr olunmuş sərgi açılıb
22 Noyabr 14:09
Hikmət Babaoğlu: Bu, onların milli maraqlara necə xəyanət etdiyinin açıq izahatı idi
22 Noyabr 14:07
Şəmkir-Abbaslı-Nərimanlı avtomobil yolu yenidən qurulub
22 Noyabr 14:01
Tokioda Yaponiya ilə Azərbaycanın iqtisadi-ticari əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub
22 Noyabr 13:58
Abşeronun kənd və qəsəbələrində telekommunikasiya infrastrukturu yenidən qurulur
22 Noyabr 13:56
Muğanlı-İsmayıllı avtomobil yolu ilə bağlı ilkin layihə planının variantları işlənilir
22 Noyabr 13:50
Azərbaycan Milli Məclisinin Sədri MDB Parlament Assambleyasının yubiley sessiyasında iştirak edib
22 Noyabr 13:47
Milli Kitabxanada Xal yazıçı Elçinin kitablarının təqdimatı olub
22 Noyabr 13:01
Bağdad Amreyev: Türk Şurası Transxəzər fiber-optik kabel xəttinin çəkilişini dəstəkləyəcək
22 Noyabr 12:35
Azərbaycan nümayəndə heyəti Rusiyada “Nəqliyyat həftəsi–2019” tədbirində iştirak edib
22 Noyabr 12:35
Professor Əli Birinci: Əhməd bəy Ağaoğlu Azərbaycan və Türkiyə üçün misilsiz xidmətlər göstərib
22 Noyabr 12:30
Dünya Səhiyyə Təşkilatı: uşaq və gənclər getdikcə daha az hərəkət edirlər
22 Noyabr 12:23
Azərbaycandan göndərilən məhsulların 5,8 faizi avtomobil nəqliyyatı ilə daşınıb
22 Noyabr 12:19
Daşkənddə MDB Gömrük Xidməti Rəhbərləri Şurasının iclası keçirilib
22 Noyabr 12:04
Hicran Hüseynova: Azərbaycanda qadın sahibkarların sayı artıb
22 Noyabr 12:01
Nazir: Cənub Qaz Dəhlizinin həyata keçirilməsində ABŞ-ın davamlı dəstəyi təqdirəlayiqdir
22 Noyabr 11:55
Bakıda alpaqut üzrə ikinci dünya çempionatı keçirilir
22 Noyabr 11:54
Komitə sədri: Azərbaycanda zorakılıq halları bir çox ölkələrdən çox aşağıdır
22 Noyabr 11:51
Göyçayda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
22 Noyabr 11:47
Siyavuş Novruzov: AXC-Müsavat cütlüyü hakimiyyətdə olduğu dövrdə şiddət-güc ritorikasını onlar kimi düşünməyən hər kəsə qarşı tətbiq edirdi
22 Noyabr 11:40
Naxçıvanda “İdman hamı üçün!” şüarı ilə tədbir keçirilib
22 Noyabr 11:39
Amerikalı diplomatlara Azərbaycanın diplomatik xidmət orqanlarının yubiley medalı təqdim olunub
22 Noyabr 11:27
“OPEC plus” ölkələri neft istehsalının azaldılmasını davam etdirmək barədə qərar qəbul edə bilər
22 Noyabr 11:20
Abşeron rayonunun Qobu qəsəbəsində də 10 yeni fərdi yaşayış evi şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib
22 Noyabr 11:11
Xing Qu: Maddi mədəni irsin qorunması və davamlı inkişafı məsələsində həmişə Azərbaycanı dəstəkləyirik
22 Noyabr 10:53
Azərbaycanın Dövlət Sərhəd Xidməti ilə Bolqarıstanın Daxili İşlər Nazirliyi arasında saziş imzalanıb
22 Noyabr 10:47
UNESKO Dünya Fəlsəfə Gününü qeyd edib
22 Noyabr 10:45
Quba, Qusar və Xızı rayonlarına qar yağıb
22 Noyabr 10:43
Energetika naziri ABŞ-da Azərbaycanın 25 illik nailiyyətlərindən danışıb
22 Noyabr 10:13
Polşa UNESKO-nun İcraiyyə Şurasının üzvü seçilib
22 Noyabr 10:10
Bu gün Azərbaycanın ədliyyə orqanlarının yaradılmasından 101 il ötür
22 Noyabr 10:09
Ermənistan silahlı qüvvələri snayper tüfənglərindən də istifadə etməklə atəşkəsi 21 dəfə pozub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA